Qüdrət Həsənquliyev: “Iran Azərbaycanda İrandakı kimi teokratik rejim qurmaq istəyir”

Posted February 16th, 2012 at 4:17 pm (UTC-4)
21 comments

Bu yaxınlarda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Respublikasının adının dəyişdirilərək Şimali Azərbaycan Respublikası adlandırılması ilə bağlı təklifini yenidən gündəmə gətirdikdən sonra bəzi millət vəkilləri də bu təklifə dəstəyini ifadə edib. Onlar arasında Ana Vətən Partiyası sədrinin müavini Zahid Oruc və Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı da var idi.

Məsələni müzakirə etmək üçün SƏRBƏST KÜRSÜ canlı forumuna ideyanın müəllifi Qüdrət Həsənquliyevi dəvət etmişik. Millət vəkili Şimali Azərbaycan Respublikası ideyası ilə bağlı sizin suallarınızı CANLI olaraq cavablandırıb.

——————————————————————–
Yenidən sizi Sərbəst Kürsü canlı forumunda salamlayırıq. Bugünkü forumun moderatoru mən Emil Quliyevəm. Qonağımız isə söz verdiyimiz kimi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevdir. Mən Qüdrət bəyi də canlı forumumuzda salamlayıram.

Emil Quliyev: Qüdrət bəy axşamınız xeyir olsun. Əvvəlcə vaxtınızı ayırıb, Sərbəst Kürsünün qonağı olduğunuz üçün sizə təşəkkür edirəm.

Qüdrət Həsənquliyev: Sag olun. Boyuk memnuniyyetle!

EQ: Qüdrət bəy, mən gördüyüm qədərilə sizin təklifinizlə bağlı oxucularımızın şərhləri suallarından daha çoxdur. İlk mövqe Kəmalə adlı istifadəçidən daxil olub. Kəmalə xanım yazır:
SALAM. AZERBAYCANA AD QOYMAQ YOX ,SADECE AZERBAYCANI BUTOV ETMEK LAZIMDIR. HALVA-HALVA DEMEKLE AQIZ SIRIN OLMAZ .VETEN ,TORPAQ UQRUNDA CIHADA QALXMAQ , MUBARIZE ETMEK LAZIMDIR TEESSUF KI ,IQTIDARIN BASI KORRUPSIYA QARISIB,
HER YERDE MANAPOLIYADIR..MILLET ARTIQ HEC NEYE INANMIR

CAVAB: Olkenin adinin deyisdirilmesi Butov olmagomoz ucun ilk addimdir.Biz evvelce gerek birlesmeye dunyanin desteyini almagimiz ucun parcalanmis xalq olmagimizi dunyaya catdira ve qebul etdire bilek. bu qeder.

SUAL (Murtuzayev): Prezidentliye layiq aciq fikirli biri kimi sizi taniyir ve hetta fikirlerinizle maraqlanirdim. Iranda olmush biri kimi sozunuze oz fikrimi bildirirem. Cox sag olun.

CAVAB: XOS SOZLER UCUN TESEKKUR EDIREM.

SUAL (Yunus Qulamov): Manca bela bir masalanin ortaya atilmasi sahv fikirdir.Yaxshi olardi ki Azarbaycanin adi Merkezi Azerbaycan olmalidir!Chunki onun Shimali Darbandda Azerbaycana maxsus olub.Qarbi Azerbaycan da var! Ona gora Mahz Markazi Azerbaycan olmasi daha doqru olar.Ancaq bu Azerbaycanin dushmanlarini daha da artirar. Bu masalani gundama gatiran siyasatchilar Yehudi mafiyasina qulluq edanlardir.

CAVAB: YALNIS DUSUNUR YUNUS BEY. MILLETIMIZIN BUTOVLESMESI VAHID DOVLET QURMASI XALQIMIZIN ALI AMALI OLMALIDIR. BU MESELE HER BIR MILLET UCUN SEREF MESELESIDIR.YUNUS BEYIN MENTIQI ILE MESELEYE YANASSAQ ONDA ONA DEYE BILERIK KI,ODA FARS SOVINIZMINE XIDMET EDIR.BIZ CALISMALIYIQ KI,DUNYADA YARANAN ELVERISLI TARIXI SERAITDEN XALQIMIZIN MARAQLARI UCUN ISTIFADE EDEK.NE QEDER OLKENIN MARAQLARI BIZIM MARAQLARLA UST-USTE DUSURSE BUNA SEVINMEK LAZIMDIR.

Emil Quliyev: Qüdrət bəy, İkram adlı istifadəçi diqqəti Dağlıq Qarabağ münaqişəsinə yönəldir:
Hal-hazırda Dağlıq Qarabağ münaqişəsinin həllinin dalana dirəndiyi bir vaxt İran üçün qıcıqlandırıcı bir təkliflə çıxış etmək nəyi dəyişdirəcək? Xatırladim ki, 1992-ci ildə İranla münasibətlərin korlanması İranın ermənilərə çox ciddi yardımı ilə müşayiət olundu. Düşünmürsünüz ki, hər an Azərbaycana təzyiq etmək bəhanəsi axtaran molla rejimi üçün bu təklif əlavə bəhanə vasitəsi olacaq və İran-Ermənistan münasibətlərini daha da yaxınlaşdırmaqla bərabər, Azərbaycanın daxili stabilliyi üçün də təhlükələri artıracaq.

Qüdrət Həsənquliyev: IRANIN AZERBAYCANA MUNASIBETI MEGER YAXSIDIR KI,BU TEKLIF DE ONU DEYISDIRSIN?IRAN AZERBAYCANDA IRANDAKI KIMI TEOKRATIK REJIM QURMAQ ISTEYIR VE AZERBAYCANIN MOVCUDLUGUNU OZU UCUN TEHLUKE VE IRANIN BUTOVLUYU UCUN TEHDID HESAB EDIR.QARABAG IRANIN ERMENISTANA VERDIYI DESTEK HESABINA BAS VERIB.BU GUN DE ERMENISTANI AYAQ USTE SAXLAYAN DOVLETLERDEN BIRI IRANDIR.BU OLKE MUSELMAN OLKESI OLDUGUNU ELAN ETSE DE QARABAGDA MUSELMANLARA QRSI BESERI CINAYAETLER TORETMIS ERMENISTANA HER CUR YARDIM EDIR.BIZ IRANIN ERMENISTANA YARDIMININ QARSISINI ALMAQ UCUN CALISMALIYIQ KI,CENUBI AZERBAYCANDAKI SOYDASLARIMIZ MILLI KIMLIKLERINI DERK ETSIN VE FARS MOLLA REJIMINE TEZYIQ ETSIN.IRANA YARINMAQLA HEC NEYI DEYISE BILMERIK.

SUAL (Nicat): Nicat beyin sualı belədir: Sizcə, bu təklifin real olaraq, faydalı iş əmsalı nə olacaq və xeyir – zərər nisbətində tərəzinin hansı gözü daha ağır olacaq?

CAVAB: YAXSI SUALDIR.AZERBAYCAN BMT-DE BU ADLA TANINARSA BU HEM DE BIZIM PARCALANMIS XALQ OLMAGIMIZIN TESDIQI OLACAQ.MUASIR DUNYA BUTUN PARCALANMIS XALQLARIN BIRLESIB VAHID DOVLET QURMASIN HEMIN ALQIN TEBII MILLI HAQQI HESAB EDIR.SIVIL DUNYA XALQLALARIN ZORLA ESARETDE SAXLANMASINI QEBUL ETMIR.HER BIR XALQ MILLI HAQLARINA SAHIB CIXMALI OZ ANA DILINDE YAZIB OXUMALI MEDENIYYETINI INKISAF ETDIRMELI MILLI KIMLIYI ILE FEXR ETMELIDIR.IRANDA AZERBAYCANLILAR HEYVANLAR VE HESARATLARLA MUQAYISE OUNUR,ONLAR BAREDE ASAGILAYICI LETIFELER QOSULUR.BU BAXIMDAN MUSBET TEREFI ODUR KI,XALQIMIZ AZAD OLACAQ VE AZERBAYCAN TURKLERININ VAHID DOVLETI OLACAQ.BUTOV AZERBAYCAN 40 MILYONLUQ BIR DOVLET OLACAQ VE BOLGEDE SOZ SAHIBI OLACAQ.MENFI TEREFI ODUR KI,DUSMENLERIMIZ QORXUYA DUSUB BIZE TEZYIQLERI ARTIRACAQ.AMMA OZUNE HORMET EDEN XALQ KIMI SEMIMI DOSLARIMIZ DA ARTACAQ.DUSMENLERDEN QORXUB MILI HAQLARIMIZ UGRUNDA MUBARIZEDEN CEKINMEMELIYIK,BU MESELEDE TEREZIYE QOYSAQ SIZ DEYEN KIMI MENFI CEHET COX AZDIR.ONA GORE DE HAMI MILLI BIRLIYIMIZ UCUN BACARDIGINI ETMELIDIR.

SUAL (Əlirza Amanbəyli):Mənim yadımdadır ki 1992-ci ildə Fərəc Quliyev ilk dəfə olaraq parlamentdə təklif etmişdi ki,ölkənin adını şilami Azərbaycan respublikası qoymaq lazimdir ki dünya bilsin ki şimalın cənubuda var və gəlcəkdə Azərbaycanın bütöləşməsinə şərait yaransın Fərəc bəy hətta o zaman öz vizit kartınida yazmışdı: Şimali Azərbaycan Respublikasının Millət vəkili Fərəc Quliyev.Qudrət bəy bu təklifi bu il parlamentdə təklif edəndə yenə Fərəc bəy onu dəstəklədi.
Mən bir Güney Azərbaycan milli hərəkat fəalı olaraq həm Fərəc bəyə, həm də Qudrət bəyə öz təşəkürümü bildirirəm və arzu edirəm ki bu təklif icra olunsun və yaxın gələcəkdə Azərbaycanın bütövləşməsı üçün parlament qərar qəbul etsin və indiki millət vəkilləri 9 milyonun yox 50 milyonluq bütöv Azərbaycanın millət vəkilləri olsunlar.
Qudrət bəydən, Fərəc bəydən və parlamentdə təmsil olunan Azərbaycanın Bütövlüyünü istəyən millət vəkillərindən xahiş edirəm ki, Quzey Azərbaycanda yaşayan və Azərbaycan yolunda hər şeyini qurban verən Güney Azərbaycan siyasi mühacirlərin vətəndaşlıq və yaşamaq üçün ve məsələlərin həll etsinlər.Mən 20 ildən artıqdır Bakıda yaşayıram burda ailə qurmuşam 2 öğlum var, onlar Azərbaycan vətəndaşıdır amma özümün bü günə qədər heç bir qanunui sənədim yoxdur.
Hər gün televiziyalarda deyirlər qaçqınlara ev tikilir, bəs nədən Güneydən olan qaçqınlara bir daxma da verən yoxdur?

CAVAB: ELIRIZA BEY MEN DE DUSUNUREM KI,CENUBLU QARDAS VE BACILARIMIZ SIMALI AZERBAYCANDA OZLERINI VETENLERINDEKI KIMI HISS ETMELIDIRLER.DOVLETIMIZ IMKAN DAXILINDE TEQIB OLUNAN SOYDASLARIMIZA YARDIM ETMELI ONLAR UCUN BURADA HER CUR SERAIT YARADILMALIDIR.BUNA DOVLETIN IMKANI OLMADIQDA ONLARA BASQA XARICI OLKELERDE SIGINACAQ ALMALARI UCUN YARDIM ETMELIDIR.DOVLETIMIZ CALISMALIDIR KI,CENUBLULARIN YASADIQLARI YERLERDE HUQUQLARININ QORUNMASI UCUN COX ISLER GORSUN KI,ONLAR SIMALA KOCMEK BAREDE DUSUNMESINLER.BUTOVLUYUMUZ UGRUNDA HAMILIQLA CALISIB OLKEMIZI BIRLESDIREK.HAL-HAZIRDA ESAS ISIMIZ HER IL BIR NECE MIN CENUBLUNUN PULSUZ ALI TEHSIL ALMASINI TEMIN ETMELIYIK.IRANLA VIZA REJIMI ARADAN QALDIRILMALIDIR KI,CENUBLULAR OZ VETENLERININ DIGER HISSESINE SERBEST GELIB GETSINLER.

SUAL (Sevil Hüseynova): ŞİMALİ azƏRBAYCAN RESPUBLİKASI OLMASI ÜÇÜN İLK ÖNCƏ CƏNUBİ OLMALIDIR. üMUMİYYƏTLƏ BELƏ BİR FİKRİN FORMALAŞMASI NƏ DEMƏKDİR. QÜDRƏT BƏY, SİZCƏ CƏNUBİ aZƏRBAYCAN KİMİ TANINAN BİR COFRAFİ MƏKAN OLMADIĞI ÜÇÜN, BU, İRANI QICIQLANIDRMAQ DEMƏK DEYİLMİ?

CAVAB: SEVIL XANIM IRANIN OZUNDE SERQI VE QERBI AZERBAYCAN ADINDA INZIBATI ERAZI VAHIDLERI VAR.ONLAR SIMALI AZERBAYCANI DA OZ ERAZILERI HESAB EDIRLER.BU YAXINLARDA BEZI DEPUTATLARI MESELE QALDIRMISDI KI,TURKMENCAY MUQAVILESINE YENIDEN BAXILSIN.CENUBDA BIZI SIMALLILAR KIMI TANIYIRLAR.AZERBAYCAN RESPUBLIKASI AZERBCAN TOPAQLARININ UCDE BIRINDE YARANIB.CENUBDA TORPAQLARIMIZIN UCDE IKISI EHALIMIZIN ISE EN AZI DORDDE UCU YASAYIR.BIZ NECE AZERBAYCAN ADINA IDDIA EDE BILERIK.IRAN ISE BIZIM MUSTEQIL OLMAGIMIZLA ONSUZ DA QICIQLANIB.BIZ CALISMALIYIQ IRANDAKI FARSLAR DA ANLASIN KI,ONLAR SAYCA ONLARDAN AZ OLMAYAN BIR XALQI ESARET ALTINDA SAXLAYA BILMEZLER.BIZ CEXLER VE SLOVAKLAR KIMI MEDENI QADADA AYRILMALI,QONSU XALQLAR KIMI EMEKDASLIQ DOSTLUQ ETMELIYIK.BIZ BEZI ORTAQ TARIXE VE MEDENIYYETE MALIKIK.EYNI DINE SAHIBIK.COX ISTERDIM KI,FARSLAR BU REALLIQLA TEZ BARISSINLAR.

SUAL (Rüfət): Bu təklifin Milli məclis tərəfindən səsə qoyulması planlaşdırılmı? Əgər planlaşdırılırsa, sizcə qanunu qəbul olunması şansı varmı?

CAVAB: SOZUN DOGRUSU INANMIRAM KI,BU TEKLIF SESE QOYULSUN,BAXMAYARAQ KI, YAP UZVU OLAN DEPUTATLARDAN DA BU TEKLIFI DESTEKLEYENLER VAR.ILK MERHELEDE HESAB EDIREM KI, BU ICTIMAI FIKRE OTURMALIDIR.TESSUF KI ,HELE BU MESELEYE EHTIYATLA YANASANLAR COXDUR.AMMA EMINEM KI,BU IDEYANIN TEREFDARLARI SURETLE ARTACAQ,NECE KI,BIRLIYIMIZ UGRUNDA MUBARIZEYE QALXANLARIN SAYI SURETLE ARTIR.COXLARI ARTIQ QEBUL EDIR KI,IRAN HEC VAZT BIZE DOST OLMAYACAQ.MUSTEQILLIYIMIZIN 20 ILI ARTIQ BUNU SUBUT EDIB.FARSLAR BIZIM TORPAQLARIMIZI ISGAL ALTINDA SAXLAYAN ERMENILERE QARDAS DEYIR,ONLARA HER CUR YARDIM EDIRLER.ONA GORE ICTIMAI FIKIR IQTIDARI MECBUR EDECEK KI,HEC NEDEN CEKINMESIN VE BIRLIYIMIZ ISTIQAMETINDE ADDIM ATSIN.

Emil Quliyev: Qüdrət bəy, Sevil Hüseynova sizin cavabınıza cavab olaraq bunu əlavə edir:
– Sizin dediklərinizi ermənilər də Dağlıq Qarabağ haqda deyir. Eyni vəziyyət Kosovoda müşahidə edilib. Ona qalsa elə bir dövlət yoxdur ki, xalqlar ortaq sərhədləri bölüşməsin. Nə etməli?

Qüdrət Həsənquliyev: PROBLEMLER TAMAM FERQLIDIR SEVIL XANIM.DAGLIQ QARABAGDA YASAYAN 80 MIN ERMENI RUSLAR TEREFINDEN 19 -CU ESRDE IRANDAN KOCURULUB GARABAGA .ERMENILER GARABAGA KOCURULMELERININ 150 ILLIYI MUNASIBETILE XANKENDINDE BOYUK ABIDE UCALTMISDILAR.ONLAR XALQ OLARAQ AZERBAYCAN TORPAQLARININ BIR HISSESINDE OZ DOVLETLERINI ,ERMENISTAN RESPUBLIKASINI ,QURUBLAR.BIZIM TORPAQLARDA ONLARA IKINCI DOVLET QURMAGA IMKAN VERE BILMERIK.KOSOVOYA GELDIKDE ISE ONLAR TARIXI TORPAQLARINDA OZ MUSTEQILLIKLERINI ELAN EDIB SERLERDEN AYRILIBLAR.

EQ: Qüdrət bəy, sizə ünvanlaya biləcəyimiz son sual Saleh adlı oxucudan daxiil olub:

Mən Amerikanın Səsinin bu barədə keçirdiyi sorğuya baxdım. İştirakçıların 70 faizindən çoxu Azerbaycan Respublikası adının dəyişdirilməsi təklifini siyasi manevr adlandırırlar. Azərbaycan Respublikası və onun dövləti belə simvolik və səmimiliyi şübhə doğuran təkliflər əvəzinə İranda yaşayan türklərin hüquqları barədə bir dəfəlik və düzgün siyasət yeritsə daha yaxi olmazmi. Hec olmasa Urmu golunun qurumasi kimi qeyri-siyasi məsələdə düzgün mövqeidən çıxış etsinlər. Belə başları sıxışanda Cənubu yada salmaq riyakarliqdir. sifarisle edilmis bu cagirislar İran türkləri arasında əslində əsası olmayan bir ümidə səbəb ola bilər. Hakimiyyət heç Respublika əhalisinin qayğısına qalmır nəyinki cənubluların. Onsuzda ən pis şərtlər altında yaşayan, təhkir edilən, əsassıs ittihamlarla hətta idam edilən soydaşlarımızın vəziyyətini İranla ara deyib diyə bir kart kimi oynamaq nə Azərbaycan dövlətinə nə də millətinə yaraşar.

CAVAB: SALEH BEY BU IQTIDARIN IRELI SURDUYU TEKLIF DEYIL.MEN 2008-CI ILIN PREZIDENT SECKILERINDE BU MESELENI SECKI PLATFORMAMA SALMISDIM.REHBERLIK ETDIYIM PARTIYANIN ADI DA BUTOV AZERBAYCAN XALQ CEBHESI PARTIYASI ADLANIR.SIZ IQTIDARA MUXALIF OLA BILERSINIZ,AMMA BUTOV AZERBAYCAN IDEYASINA MUXALIF OLA BILMEZSINIZ,CUNKI BU MILLI KIMLIYINIZE MUXALIF OLMAQ KIMI BIR SEYDIR.IQTIDARIN SIYASETINDEKI YALNISLIQLARA GORE BUTOV AZERBAYCAN IDEYASINA QARSI CIXMAQ OLMAZ.IRANLA ARAMIZ NE VAXT YAXSI OLUB KI?INDI DEYSIN.?QARABAGIN ISGALDA QALMASININ ESAS SEBEBLERINDEN BIRI IRANIN BIZE QARSI APARDIGI DUSMENCILIK SIYASETIDIR.BUNU ANLAMAQ LAZIMDIR.BIR VAXTLAR YAP ELCIBEYI IRANLA MUNASIBETLERI KORLAMAQDA ITTIHAM EDIRDI,nE OLDU VEZIYYET DEYISDIMI?SIZ PREZIDENT OLSANIZ DA HEC NE DEYISMEYECEK.BIZ YA GEREK MOLLA REJIMI QURAQ VE IRAN TEREFINDEN IDARE OLUNAQ YA DA BIZE QARSI DAIMI TERROR TEHDIDLERI.VE DINI EKSTREMIZMIN IXRACI ILE UZ UZE QALACAGIQ.ONLAR DUNYEVI DOVLET QURULUSUNU OZLERINE TEHLUKE SAYIRLAR.

Emil Quliyev: Qüdrət bəy, vaxtınızı ayırıb oxucularımızın suallarına cavab verdiyiniz üçün sizə minnətdarıq. Ümid edirik ki, oxucularımız onları maraqlandıran suallara lazımi cavabı ala bildilər.

Qüdrət Həsənquliyev: TESEKKURLER BU IMKANI YARATDIGINIZ UCUN. BU IDEYANIN TEbLIGI UCUN 24 SAAT CALISMAGA HAZIRAM.
TESEKKUR EDIREM EMIL BEY.SAG OLUN

Emil Quliyev: Sərbəst Kürsünün növbəti canlı forumunda görüşənədək…

21 responses to “Qüdrət Həsənquliyev: “Iran Azərbaycanda İrandakı kimi teokratik rejim qurmaq istəyir””

  1. Kamale says:

    SALAM .AZERBAYCANA AD OYMAQ YOX ,SADECE AZERBAYCANI BUTOV ETMET LAZIMDIR. HALVA -HALVA DEMEKLE AQIZ SIRIN OLMAZ .VETEN ,TORPAQ UQRUNDA CIHADA QALXMAQ , MUBARIZE ETMEK LAZIMDIR TESSUF KI ,IQTIDARIN BASI KORRUPSIYA QARISIB,
    HER YERDE MANAPOLIYADIR..MILLET ARTIQ HEC NEYE INANMIR

  2. Murtuzayev says:

    Prezidentliye layiq aciq fikirli biri kimi sizi taniyir ve hetta fikirlerinizle maraqlanirdim. Iranda olmush biri kimi sozunuze oz fikrimi bildirirem. Cox sag olun.

  3. Yunus Qulamov says:

    Manca bela bir masalanin ortaya atilmasi sahv fikirdir.Yaxshi olardi ki Azarbaycanin adi Merkezi Azerbaycan olmalidir!Chunki onun Shimali Darbandda Azerbaycana maxsus olub.Qarbi Azerbaycan da var! Ona gora Mahz Markazi Azerbaycan olmasi daha doqru olar.Ancaq bu Azerbaycanin dushmanlarini daha da artirar. Bu masalani gundama gatiran siyasatchilar Yehudi mafiyasina qulluq edanlardir!

  4. Ikram says:

    Hal-hazırda Dağlıq Qarabağ münaqişəsinin həllinin dalana dirəndiyi bir vaxt İran üçün qıcıqlandırıcı bir təkliflə çıxış etmək nəyi dəyişdirəcək? Xatırladim ki, 1992-ci ildə İranla münasibətlərin korlanması İranın ermənilərə çox ciddi yardımı ilə müşayiət olundu. Düşünmürsünüz ki, hər an Azərbaycana təzyiq etmək bəhanəsi axtaran molla rejimi üçün bu təklif əlavə bəhanə vasitəsi olacaq və İran-Ermənistan münasibətlərini daha da yaxınlaşdırmaqla bərabər, Azərbaycanın daxili stabilliyi üçün də təhlükələri artıracaq.

  5. nicat says:

    Sizcə, bu təklifin real olaraq, faydalı iş əmsalı nə olacaq və xeyir – zərər nisbətində tərəzinin hansı gözü daha ağır olacaq?

  6. Əlirza Amanbəyli says:

    Mənim yadımdadır ki 1992-ci ildə Fərəc Quliyev ilk dəfə olaraq parlamentdə təklif etmişdi ki,ölkənin adını şilami Azərbaycan respublikası qoymaq lazimdir ki dünya bilsin ki şimalın cənubuda var və gəlcəkdə Azərbaycanın bütöləşməsinə şərait yaransın Fərəc bəy hətta o zaman öz vizit kartınida yazmışdı: Şimali Azərbaycan Respublikasının Millət vəkili Fərəc Quliyev.Qudrət bəy bu təklifi bu il parlamentdə təklif edəndə yenə Fərəc bəy onu dəstəklədi.
    Mən bir Güney Azərbaycan milli hərəkat fəalı olaraq həm Fərəc bəyə, həm də Qudrət bəyə öz təşəkürümü bildirirəm və arzu edirəm ki bu təklif icra olunsun və yaxın gələcəkdə Azərbaycanın bütövləşməsı üçün parlament qərar qəbul etsin və indiki millət vəkilləri 9 milyonun yox 50 milyonluq bütöv Azərbaycanın millət vəkilləri olsunlar.
    Qudrət bəydən, Fərəc bəydən və parlamentdə təmsil olunan Azərbaycanın Bütövlüyünü istəyən millət vəkillərindən xahiş edirəm ki, Quzey Azərbaycanda yaşayan və Azərbaycan yolunda hər şeyini qurban verən Güney Azərbaycan siyasi mühacirlərin vətəndaşlıq və yaşamaq üçün ve məsələlərin həll etsinlər.Mən 20 ildən artıqdır Bakıda yaşayıram burda ailə qurmuşam 2 öğlum var, onlar Azərbaycan vətəndaşıdır amma özümün bü günə qədər heç bir qanunui sənədim yoxdur.
    Hər gün televiziyalarda deyirlər qaçqınlara ev tikilir, bəs nədən Güneydən olan qaçqınlara bir daxma da verən yoxdur?

  7. Sevil Hwseynova says:

    ŞİMALİ azƏRBAYCAN RESPUBLİKASI OLMASI ÜÇÜN İLK ÖNCƏ CƏNUBİ OLMALIDIR. üMUMİYYƏTLƏ BELƏ BİR FİKRİN FORMALAŞMASI NƏ DEMƏKDİR. QÜDRƏT BƏY, SİZCƏ CƏNUBİ aZƏRBAYCAN KİMİ TANINAN BİR COFRAFİ MƏKAN OLMADIĞI ÜÇÜN, BU, İRANI QICIQLANIDRMAQ DEMƏK DEYİLMİ?

  8. Rufat says:

    Bu təklifin Milli məclis tərəfindən səsə qoyulması planlaşdırılmı? Əgər planlaşdırılırsa, sizcə qanunu qəbul olunması şansı varmı?

  9. Aruz says:

    Size ele gelmir ki olkemizim cenub belgesinde hetta yerli televiziyaya iranperest adamlar rehberlik edir?

  10. Saleh says:

    Mən Amerikanın Səsinin bu barədə keçirdiyi sorğuya baxdım. İştirakçıların 70 faizindən çoxu Azerbaycan Respublikası adının dəyişdirilməsi təklifini siyasi manevr adlandırırlar. Azərbaycan Respublikası və onun dövləti belə simvolik və səmimiliyi şübhə doğuran təkliflər əvəzinə İranda yaşayan türklərin hüquqları barədə bir dəfəlik və düzgün siyasət yeritsə daha yaxi olmazmi. Hec olmasa Urmu golunun qurumasi kimi qeyri-siyasi məsələdə düzgün mövqeidən çıxış etsinlər. Belə başları sıxışanda Cənubu yada salmaq riyakarliqdir. sifarisle edilmis bu cagirislar İran türkləri arasında əslində əsası olmayan bir ümidə səbəb ola bilər. Hakimiyyət heç Respublika əhalisinin qayğısına qalmır nəyinki cənubluların. Onsuzda ən pis şərtlər altında yaşayan, təhkir edilən, əsassıs ittihamlarla hətta idam edilən soydaşlarımızın vəziyyətini İranla ara deyib diyə bir kart kimi oynamaq nə Azərbaycan dövlətinə nə də millətinə yaraşar

  11. Sevil Hüseynova says:

    Sizin dediklərinizi ermənilər də Dağlıq Qarabağ haqda deyir. Eyni vəziyyət Kosovoda müşahidə edilib. Ona qalsa elə bir dövlət yoxdur ki, xalqlar ortaq sərhədləri bölüşməsin. Nə etməli?

  12. Fuad says:

    Məni maraqlandıran bir sual var. Şimalda və Cənubda yaşayan azərbaycanlılar vahid Azərbaycan dövlətinin yaradılması haqqında nə fikirləşirlər? Görəsən Azərbaycanda və İranda bu məsələ barəsində hər hansı tərəfsiz ictimai rəy sorğu aparılıb ya yox? Bu barədə kimdəsə məlumat varsa onun haqqında yazmağı xahiş edirəm.

  13. sedaget says:

    Azərbaycanın adının deyişdirilməsi ilə bağlı məsələ ciddi tarixi zərurətdir. Bunun ücün ölkə səviyyəsində geniş müzakirələr aparılmalı, vətəndaşları bəzi tarıxı məlumatlarla xəbərdar etmək lazımdır. Car Rusiyası ve İrannın ölkemizin tarixindəki birterefli qerarlarının tarixi izahatı verilməlidi, tarixcilərin ve siyaset adamlarının bu istiqamətdə fikirləri olduqca vacibdir. Bundan sonra Devletin adının Şimali Azərbaycan ya daha uygun hansı adda adlandırılması zərurəti müzakirə olunaraq, qerar verilməlidir.

  14. Məryəm says:

    Azərbaycanın adını Şimal-Şərqi Azərbaycan, Şərqi Azərbaycan, daha bilmirəm hansı adlar qoysaq da xeyri yoxdur. Cürbəcür adlar fikirləşməkdənsə həm şimalda həm cənubda yaşayan xalqın hüquqlarını qorumaq və onların yaşayış səviyyəsini qaldırmaq, rüşvətxorluğu aradan qaldırmaq lazımdır. Qarabağı həll etdilər indi də qaldı Cənubi Azərbaycanı birləşdirmək. Bir görün dövlət qurumlarında nece həyasızlıqla milləti soyub onlardan rüşvət alırlar. Burda isə xalqın başını qarışdırmağa mövzu axtarırlar.

  15. c says:

    Mən də Sevil xanımla həmən fikirdəyim…

  16. İrada says:

    Qüdrət bəy iqtidarla mübarizədən yayınmaq üçün absurd, populist bir təklif verib ki, gündəmi bir müddət məşğul etsin… Amma daha belə “siyasi manevrlər” keçməz, millət hər kəsi yaxşı tanıyır artıq…

  17. ELÇİN says:

    Niyə görə İranla Azərbaycanın arasının pozulduğu bir ərəfədə Qüdrət Həsənquliyevin bu təklifi səsləndirməsində məqsəd nə oldu?

  18. zaur says:

    Mən hal hazırda bu movzunun ortaya atılmasından narazıyam.Çünki hal hazırda İranla əlaqələrin mənfiyə getdiyi bir dövrdə bu məsələni bir siyasi manev hesab edirəm.Yuxarıda şərh vermiş Yunus Qulamov adlı dinləyici düz vurquladı,ona qalanda gərək biz Mərkəzi Azərbaycan adlanaq.Ay Camaat Gəlin Qarabaqı necə qaytarmaqımızı düşünək.Bu Dialoqlar bizi uçuruma aparacaq.Erməni onsuzda dialoq qanan köpək deyil.

  19. Yunus Qulamov says:

    Qüdrət müəllim siz məni fars şovimnizminə xidmət etməkdə günahlandırırsınız! Mən millətcə Talışam. Mənim əzizlərim və şagirdlərim Qarabağ torpağı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşub həlak olublar. Bəsdir Azərbaycanı bəlalara yuvarlatdınız. Yadımdadır rəhmətlik Ə.Elçibəy 1992-ci il 15 may çevrilişindən sonra AXCP-nin qərargahının eyvanına çıxaraq dedi Biz Azərbaycanın 3 rəngli bayrağını Təbrizə taxacağıq. Aradan 20 ilə yaxın vaxt keçdi. Hanı o bayraq!Heç Xankəndinə taxa bilmədilər. Dövləti və vətəndaşları yaşatmaq üçün siyasət lazımdır.Deyilişi xoş sözlər yox. Burda yaşayan vətəndaşların problemlərini ortaya qoyun və həll etməyə çalışın!Qoy bu millətin övladları işsizlikdən və pulsuzluqdan narkomaniyaya quraşanıb ailələr məhv olur. Meydana çıxan nəsillər şikəst doğulur. Bu millətin gələcəyi məhv olmaq təhlükəsi ilə üz-üzədir. Sizin vətəndaşların problemlərinizdən xəbəriniz yoxdur.

  20. Yunus Qulamov says:

    Qüdrət müəllim siz məni fars şovimnizminə xidmət etməkdə günahlandırırsınız! Mən millətcə Talışam. Mənim əzizlərim və şagirdlərim Qarabağ torpağı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşub həlak olublar. Bəsdir Azərbaycanı bəlalara yuvarlatdınız. Yadımdadır rəhmətlik Ə.Elçibəy 1992-ci il 15 may çevrilişindən sonra AXCP-nin qərargahının eyvanına çıxaraq dedi Biz Azərbaycanın 3 rəngli bayrağını Təbrizə taxacağıq. Aradan 20 ilə yaxın vaxt keçdi. Hanı o bayraq!Heç Xankəndinə taxa bilmədilər. Dövləti və vətəndaşları yaşatmaq üçün siyasət lazımdır.Deyilişi xoş sözlər yox. Burda yaşayan vətəndaşların problemlərini ortaya qoyun və həll etməyə çalışın! Bu millətin övladları işsizlikdən və pulsuzluqdan narkomaniyaya quraşanıb ailələr məhv olur. Meydana çıxan nəsillər şikəst doğulur. Bu millətin gələcəyi məhv olmaq təhlükəsi ilə üz-üzədir. Sizin vətəndaşların problemlərinizdən xəbəriniz yoxdur. Ona görə sizi qınamıram!

Leave a Reply to Yunus Qulamov Cancel reply

Your email address will not be published. Required fields are marked *

BLOGLAR