Əli Kərimli: “Mübarizə aparan insanlara qarşı repressiya xeyli adamı çəkindirir”

Posted May 7th, 2012 at 1:34 pm (UTC-4)
31 comments

Mayın 7-i İctimai Palatanın tərəfdarları toplaşma azadlığının pozulmasına etiraz olaraq Bakı  meriyasının qarşısında piket keçirib. Bundan əvvəl isə aprelin 8-də və 22-də İP 20-ci Sahədə icazəli aksiya keçirib.

Sərbəst Kürsünün bu həftəki qonağı İctimai Palatanın Koordinasiya Şurasının üzvü, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlidir.  CANLI FORUM çərşənbə günü, may ayının 9-da Bakı vaxtı ilə axşam saat 9-dan 11-dək keçirilib.
———————————————–
21:00 / 09 may 2012
Axşamınız xeyir, hörmətli Sərbəst Kürsü oxucuları. Həmişə olduğu kimi bugünkü canlı forumun da aparıcı Emil Quliyevəm. Sərbəst Kürsünün qonağı isə AXCP sədri Əli Kərimlidir.

21:04
Emil Quliyev (Moderator): Əli bəy, axşamınız xeyir! Sizi Sərbəst Kürsüdə salamlayıram. Çox sağ olun ki, qarşıdakı 2 saatınızı bizə və oxucularımıza ayırmısınız.

21:05
Əli Kərimli: Siz de sag olun. Her kesi salamlayiram.

21:06
EQ: Əli bəy, Suallara keçməmişdən əvvəl forumun qaydaları barədə qısaca məlumat vermək istəyirəm. Sualları yalnız internet istifadəçiləri sizə ünvanlayır. Mən sadəcə moderatorluq edirəm. 2 saatlıq vaxt çərçivəsində tərkibində təhqir, söyüş olmayan mümkün qədər bütün sualları sizə ünvanlamalıyam. İstədiyiniz suala cavab verib-verməyək hüququna maliksiniz. Bundan başqa təkrar olduğunu düşündüyünüz sualları da cavabsız qoya bilərsiniz.

21:07
Əli Kərimli: Qaydalarınızı bildim. Suallarınızı gözləyirəm.

21:08
EQ: İlk sual Habil adlı oxucudan daxil olub. Sual belədir:
– Əli bəy, salam. Eurovision iştirakçıları Bakıda olduğu müddətdə İctimai Palata hansı aksiya və ya aksiyalar keçirməyi planlaşdırır?
Hörmətlə, Habil.

21:15
CAVAB: Salam Habil bəy, bizim etiraz aksiyalarımız xeyli müddətdir davam edir. Tələblərimiz yerinə yetirilənə qədər eurovisiondan asılı olmayaraq aksiyalarımız davam edəcək. Biz razılaşdırılmış aksiyalar keçirmək istəyirik. Amma hökumət buna imkan vermədiyindən məcbur olub şəhərin mərkəzində etiraz aksiyaları keçirməli oluruq. 7 mayda olduğu kimi. Bundan sonra da mitinq, piket və s. etiraz aksiyaları keçiriləcək.

21:16
SUAL (Sabir): Sizə və İsa Qəmbər nə vaxtsa postlarınızı tərk etmək fikrindəsiniz? Çünki Azərbaycan iqtidarı deyəndə ağıla yalnız Əliyevlər ailəsi gəlirsə, Azərbaycan müxalifəti deyəndə də siz ikinizi adı gəlir. Bu çox narahatedicidir.

21:30
CAVAB: Sabir bəy, əvvəla mən 90-cı illərdən yox, 2001-ci ildən partiya sədriyəm.(Yeri gəlmişkən demokratik seçkilərin keçirildiyi Fransada bu günlərdə prezident seçilmiş Fransua Oland 1997-ci ildən partiya sədri idi) Prezident seçkilərində heç iştirak etməmişəm. İştirak etdiyim parlament seçkilərində qalib gəlmişəm 2005-ci ildəki qələbəmi Avropa İnsan haqları məhkəməsi təsdiqləyib. 2010-cu il seçkilərindəki qələbəmin də Avropa Məhkəməsində təsdiqlənəcəyinə şübhə yoxdur. Onu da qeyd edim ki, avtoritar rejim şəraitində müxalifət lideri olmaq imtiyaz yox, məhrumiyyətdir. Ona görə də biz bu illərdə çox müxalifət liderlərinin mövqeyini dəyişdiyini, “islah olunduğunu” görmüşük. Məncə biz mövqeyimizdə ardıcıl olmaqda haqlıyıq. Nə qədər partiya üzvlərinin etimadı var, bu məsuliyyəti daşıyacağıq. Müxalifət üzərində isə inhisarımız yoxdur. Ayrıca inanıram ki, ölkəmizin problemi 40 ildir davam edən sülalə hakimiyyətidir, onunla mübarizə aparanlar yox.

21:31
SUAL (İlahə): Əli bəyi salamlayıram. Sualım belədir
Əli bəy, ölkədə bu qədər narazı elektorat olduğu halda niyə müxalifətin təşkil etdiyi mitinqlərdə geniş kütlənin iştirakı görünmür? Niyə Azərbaycan müxalifəti bu narazı kütləni bir araya gətirə bilmir?
Növbəti sualım siyasi məhbuslar haqqda olacaq. Bu mövzuda müxalifət öz tərfdaşlarını müdaifə etmək üçün nələr edib və Eurovision öncəsi real addımlar atmağı planlayırmı?
Öncədən təşəkkür edirəm

21:42
CAVAB: Salam İlahə xanım. Haqlısınız ki, ölkədə narazıların sayı-hesabı yoxdur. O məsələdə də haqlısınız ki, heç də narazıların hamısı etiraz aksiyalarına toplaşmır. Səbəblər çoxdur. Amma ən əsası cəmiyyətdə qorxunun hələ də qalmasıdır. Hökumətin mübarizə aparan insanlara qarşı qəddar repressiyası xeyli adamı çəkindirir. Bundan əlavə bir çoxlarının bədbinləşməsi, sabaha ümüdlərini itirməsi də səbəblərdən biridir. Müxalifətin informasiya, maliyyə və s. resurslardan məhrum edilməsi də öz təsirini göstərir. Amma proses indi artan xətt ilə gedir. Sıralarımıza yeni adamlar qoşulur. Həm razılaşdırılmış, həm də razılaşdırılmamış aksiyalar keçirə bilirik. Unutmayın ki, bunu qeyri-demokratik, 60-dan artıq siyasi məhbusun olduğu ölkədə edirik. İnsanların daha kütləvi şəkildə mübarizəyə qoşulacağı mərhələyə çox qalmayıb. Siyasi məhbusların müdafiəsi ilə bağlı keçiriləcək aksiyalar barədə yuxarıda yazmışam.

21:43
SUAL (Hikmet): Əli bəy salam! Bundan əvvəlki verilişin qonağı İsa Qəmbərə də eyni sualı vermişdim. Sizə də vermək istərdim. AXCP bölünmək təhlükəsi və ərəfəsində olanda, indiki siyasi əməkdaşınız İsa Qəmbər AXCP sədri kimi Mirmahmud Fəttayevi tanıdı. İndi onun səmimiyyətinə nə dərəcədə güvənirsiniz?

21:47
CAVAB: Salam Hikmət bəy, keçmişlə yox, gələcəklə yaşamaq lazımdır. Bizim İP daxilindəki birliyimiz Azərbaycanın , onun demokratikləşməsinin maraqlarına tam uyğundur. Biz nəinki indiki birliyi qoruyub saxlamaqda maraqlıyıq, hətta bu birliyi daha da genişləndirmək barədə düşünürük.

21:48
SUAL (Ilkin): Salam Əli bəy, Rəsul Quliyevin liderlik etdiyi Açıq Cəmiyyət Partiyasının İctimai Palata ilə birləşməyi barədə nə düşünürsünüz, bildiymizə görə Müsavat başqanı bunun əleyhinədir, sizcə də birləşmək vaxtı, gücləri cəmləşdirmək vaxtı deyil?

21:53
CAVAB: Rəsul bəyin lideri olduğu Açıq Cəmiyyət Partiyası İP-yə birləşmək üçün müraciət etməyib. Ona görə də belə məsələ bizdə müzakirə olunmayıb. Yuxarıda qeyd etdim ki, daha geniş spektirdə də əməkdaşlığın tərəfdarıyam. İnanıram ki, siyasi proses bizi daha ciddi inteqrasiyaya doğru aparır.

21:54
SUAL (Səid): Əli bəy sizcə insan izdihamının birlikdə AZADLIQ deməsi nələri dəyişib 20 ildir? Sizcə indiyə kimi etdikləriniz sizi qane edir?

22:10
CAVAB: Əminəm ki, 18 illik əsarətdən sonra da rejimin xalqımızı tam olaraq ram edə bilməməsi xalqımızı müsbət xarakterizə edir. 1000-lərlə insanın fədakarlığının, yaşadığı məhrumiyyətlərin nəticəsidir ki, azadlıq və ədalət uğrunda mübarizə 1 gün də dayanmayıb. Demokratiyanın qələbəsi 1 dəfə baş verəcək, amma onun baş verməsi üçün bəzən 10 illərlə mübarizə aparmaq lazım gəlir. Hətta bu günki demokratik dövlətlər də indiki vəziyyətə çatmaq üçün 10, bəzən də 100 illərlə mübarizə aparıblar. Çoxlu əziyyət çəkib, qurbanlar veriblər. Mübarizəyə qiyməti yalnız nəticəyə görə vermək yanlışdır. Sovet dissidentlərinin mübarizəsi heç bir gözlə görülən nəticə doğura bilməzdi. Amma bütün bəşəriyyət rejimlə mübarizə aparan bu qorxmaz insanları hörmətlə yad edir. Yaxud Almaniyadan başqa bir misal, alman xalqı Hitlerdən xalqını qurtarmaq üçün 40-dan artıq sui-qəsdə cəhd etdi. Bu sui-qəsdlərin heç biri uğurla nəticələnmədi, amma 1000-lərlə mübariz alman bu cəhdlərə görə həyatlarını qurban verdi. Həm də o qəhramanların varlığına görə alman xalqı indi qürurludur ki, o heç vaxt tam olaraq faşizmə təslim olmayıb. Demək istəyirəm ki, azadlıq, ədalət, bərabərlik mübarizəsinə hakimiyyət uğrunda mübarizə kimi deyil, ləyaqət uğrunda mübarizə kimi baxın. Həyatımın xeyli hissəsini bu mübarizəyə həsr etdiyim üçün qürurluyam.

22:10
Emil Quliyev: Əli bəy, sadəcə nəzərinizə çatdırmaq istəyirəm ki, forumun artıq 1 saatı geridə qalıb. Digər sualları cavablandırmaq üçün əlavə bir saata yaxın vaxtınız var

22:10
Əli Kərimli: OK

22:11
EQ: İmran adlı oxucu yazır – Eli bey,sualim budur ki,normal demokratik olkelerde muxalifet partiyalarin liderleri eger xalqin nece iller gozlediyini vermirse istefa vermelidir,bizde ise iqtidarla muxalifet de eyni strategiyani beraber bolusur,beraber hereket edirler.Sizce ne zaman tutdugunuz postlardan getmek fikriniz var? Axi,yeni muxalifet liderleri sizin getmeyinizi gozleyir yoxsa hansi inkisafdan sohbet gede biler.Siz xalqin gozlediyi umudi dogrultamadiz ve bundan sonra da dogrultmayacaqsiz.

22:12
Əli Kərimli: Bu sualı artıq cavablandırmışam.

22:12
SUAL (Guney Azerbaycan): Əli bəy axsaminiz xeyir.

Bütov Azerbaycan xalqının lideri ƏIbülfəz Elçibəyin Guney Azərbaycanı Sizlere emanet edirem vesiyyetine muxalifet niye emel etmir? Guneyde Azərbaycan xaqlının hüquqlarının Azərbaycan muxalifetine dexli varmi?

22:20
CAVAB: Güneyli qardaş və bacılarımızın haqlı davasını tam dəstəkləyirəm. Hər fürsətdə sizin mübarizənizə dəstəyimi ifadə edirəm. Bu günlərdə günaz.tv-də bu barədə növbəti dəfə 3 saat danışdıq. Həm xarici mətbuatda, həm diplomatlarla görüşlərdə sizin problemlərdən də bəhs edirik. Nəinki cəbhəçilər, bütövlükdə özünü Rəsulzadə- Elçibəy yolunda görən hər kəs sizin mübarizənizə rəğbətlə yanaşır.

22:21
SUAL (Ziyalı sözü): Salam Əli bəy.
Mən sizin siyasəti neçə illərdir izləyirəm. Çox maraqlıdır ki, siz nədənsə birinci şəxs yerinə iddianızı ortaya qoymursunuz. Nə üçün preizdent olmaq fikirinizi açıqlamırsınız? Dogrudanmı prezident olmaq istəmirsiniz?

22:27
CAVAB: Mən müsahibələrimin birində demişdim ki, xalqıma sıravi vətəndaş kimi də, prezident kimi də xidmət edə bilərəm. Amma hələ də prezidentliyə namizədlik müzakirələrini tez hesab edirəm. Biz ölkədə hələ rejim dəyişikliyi, demokratiyanı bərpa etmək uğrunda mübarizə aparırıq. Rejim dəyişikliyi olmadan kimin namizəd olması bir şeyi dəyişməz. Onsuz da seçkiləri saxtalaşdırırlar. İndi biz “bundan sonra daha saxta seçkilərə imkan verməyəcəyik” şüarı ətrafında birləşməliyik. Elə imkan yaratmalıyıq ki, prezidenti nəhayət, xalq seçsin və dəyişə bilsin.

22:28
SUAL (Cavid): Mən sənədə bir başqasınada inanmıram ..hakimiyyət dəyişsədə heçnə dəyişmiyəcək …hələ qorxuram daha pis olsun …hər nəsəee mən utanıram Azərbaycan deməyə

22:37
Əli Kərimli: Mənə və başqalarına inanmamaq sənin hüququndur. Özünə inan, belə həyatı özünə yaraşdırma, öz mübarizə bayrağını qaldır. Hamını eyni arşınla ölçmək ədalətli deyil. Ə.Elçibəy də bu ölkənin prezidenti olub. Dünyasını dəyişəndə xeyli borcu var idi. İlham Əliyev isə Daşkəsənin qızıl yataqlarını da qızlarına verdi. Xalqa inanmamaqda, üstəlik xalqımızı, dövlətimizi aşağılamağa cəhd etməkdə isə yanılırsan. Bu xalqın içindən çox ləyaqətli insanlar çıxıb, həyatlarını başqalarının azadlığı uğrunda qurban verib, verir. sən də utanmaqdan və nifrət etməkdən başqa bir şey et. Onda həyat daha maraqlı olacaq.

22:38
SUAL (Vüqar Vaqifoğlu): Əli bəy salam, son mitinqddə tribunanın qarışısna baxanda elə görünürdü ki,mitinq AXCP-nin mitinqidir? sadəcə olaraq Müsavatçılar kiçik bir qrup halnda dəstək veriblər. Bildiyimə görə də İP də yerli təşkilatlarda AXCP Müsavatdan ən azı iki dfədən çox təmsil olunub. Xarici mediada sizə davamlı diqqət var,bel olan halda necə bilirsiniz? İsa Qəmbər bu reallığı nəzərə alıb prezident seçkilərində sizin vahid namizədliyinizi qəbul edəcəkmi?

22:44
CAVAB: Bir az əvvəl yazmışdım ki, hazırda prezidentliyə namizədlik mövzusunun gündəmə gətirilməsini yanlış hesab edirəm. İndi bütün qüvvələr azad seçki şəraitinin yaradılması üçün səylərini birləşdirməlidir. İP-də bütün tədbirləri cəbhəçilər, musavatçılar, digər partiyaların fəalları, heç bir partiyanın üzvü olmayanlar, fəal gənclər çiyin-çiyinə, birlikdə təşkil edir. kimin nə qədər olduğunu da saymırıq. Hamısına təşəkkürlər.

22:45
SUAL (Amil): Salam Əli bəy .Yap mətbuatı qərb dairələrinin sizi ciddi dəstəklədiyini qeyd edir. Son dövrlər kecirilən mitinqlər daxildə də dəstəyinizin artma istiqamətində getdiyini gostərir. Bu rejim xalqda nə qədər inamsizliq yaratmaga calissa da sizin bu cəhdlərə puça çıxardıgınız aciq görünür. Sizcə xalqimizin bu üzqarası rejimi yola salmaga gücü çatacaqmı?

22:52
CAVAB: Qərb dünyası Azərbaycanı daha azad görmək istəyir. Azərbaycana diqqət davam edəcək. YAP mətbuatı bəzi şeyləri yalan yazır, bəzilərini şişirdir. Beynəlxalq ictimaiyyət ayrı-ayrı şəxsləri yox, demokratik prosesi dəstəkləyir. doğrusu da budur. Bu mənəvi dəstək əlbəttə ki, demokratik qüvvələri ruhlandırmalıdır, amma qətiyyən arxayınlaşdırmamalıdır. Son vaxtlar məcbur oluram tez-tez təkrarlamağa ki, ölkəmizi biz özümüz xilas etməliyik və edəcəyik. Yalnız xalqımızın kütləvi mübarizəsi köklü dəyişikliklərin önünü aça bilər.

22:53
SUAL (Yunis Novruz): Əs-səlam əleykum və rəhmətullahir və bərəkatuh Əli Kərimli. düşünürəmki gənc olmağıma görə sizə verəcəyim sual çox sadədir. mən Naxçıvanlı olduğumçün bizim ulu öndərimiz Heydər Əliyevlə fəxr etmişəm. qarşıda 10 may gül bayramı gəlir. bilmək istərdim sizdə Heydər Əliyev kimi uşaqları sevirsiz? əgər belədirsə niyə sizin tərəfdarlarınız 10 maya yox deyirlər? məgər onların uşaqlarını sevmirmi Heydər babam?

23:05
CAVAB: Yunis, əvvəla çalış gənclik illərindən özünü bölgə təmsilçisi kimi yox, azərbaycanlı kimi dərk et. Azərbaycanın böyük oğul və qızları ilə fəxr et, haradan olmalarından asılı olmayaraq. Naxçıvan çox fəxr etməli şəxsiyyətlər bəxş edib Azərbaycana  Mirzə Cəlillə ,Hüseyn Cavidlə, Əbülfəz Elçibəylə hamımız fəxr edirik. Heydər Əliyev isə artıq Azərbaycan tarixinə hakimiyyətə qiyam yolu ilə gəlmiş, ailə hakimiyyəti yaratmış avtoritar lider kimi düşüb. Sabah keçiriləcək “gül bayramı”nın da nə uşaqlara, nə də bütövlükdə xalqımıza aidiyyəti yoxdur. Müasir oğru və  korrupsionerlərin, rejim banisinə Azərbaycanı onlara bağışladığı üçün minnətdarlıq mərasimidir. Belə zahiri parıltılara aldanma. O süni bayramlara hər il xərclənən 10 milyonlarla vəsaitlə çoxlu uşağın özünü və valideynlərini sevindirmək olardı…

23:05
Emil Quliyev (moderator): Əli bəy, vaxtımızın məhdud olması səbəbilə bizə daxil olan çoxsaylı sualların hamısını 2 saat ərzində Sizə ünvanlaya bilmədik, ancaq əgər istəsəniz, aşağıda ŞƏRHLƏR bölməsində cavabsız qalan suallara şərh şəklində cavab yaza bilərsiniz.

Dəyərli 2 saatınızı ayırıb Sərbəst Kürsüyə qonaq olduğunuz, dəyərli oxucularımızın suallarını cavablandırdığınız üçün sizə dərin təşəkkürümüzü bildiririk.

23:06
Əli Kərimli: Çox sağ olun. Sizə də, oxucularımıza da minnətdaram.

23:07
Emil Quliyev: Mən də oxucularımıza canlı forumu öz maraqlı sualları ilə daha da maraqlı etdiklərinə görə minnətdaram. Sərbəst Kürsünün növbəti saylarında görüşənədək!

31 responses to “Əli Kərimli: “Mübarizə aparan insanlara qarşı repressiya xeyli adamı çəkindirir””

  1. habil says:

    Əli bəy, salam. Eurovision iştirakçıları Bakıda olduğu müddətdə İctimai Palata hansı aksiya və ya aksiyalar keçirməyi planlaşdırır?
    Hörmətlə, Habil.

  2. sabir says:

    Sizə və İsa Qəmbər nə vaxtsa postlarınızı tərk etmək fikrindəsiniz? Çünki Azərbaycan iqtidarı deyəndə ağıla yalnız Əliyevlər ailəsi gəlirsə, Azərbaycan müxalifəti deyəndə də siz ikinizi adı gəlir. Bu çox narahatedicidir.

  3. İlahə says:

    Əli bəyi salamlayıram. Sualım belədir
    Əli bəy, ölkədə bu qədər narazı elektorat olduğu halda niyə müxalifətin təşkil etdiyi mitinqlərdə geniş kütlənin iştirakı görünmür? Niyə Azərbaycan müxalifəti bu narazı kütləni bir araya gətirə bilmir?
    Növbəti sualım siyasi məhbuslar haqqda olacaq. Bu mövzuda müxalifət öz tərfdaşlarını müdaifə etmək üçün nələr edib və Eurovision öncəsi real addımlar atmağı planlayırmı?
    Öncədən təşəkkür edirəm

  4. Hikmet says:

    Əli bəy salam! Bundan əvvəlki verilişin qonağı İsa Qəmbərə də eyni sualı vermişdim. Sizə də vermək istərdim. AXCP bölünmək təhlükəsi və ərəfəsində olanda, indiki siyasi əməkdaşınız İsa Qəmbər AXCP sədri kimi Mirmahmud Fəttayevi tanıdı. İndi onun səmimiyyətinə nə dərəcədə güvənirsiniz?

  5. ilkin says:

    Salam Əli bəy, Rəsul Quliyevin liderlik etdiyi Açıq Cəmiyyət Partiyasının İctimai Palata ilə birləşməyi barədə nə düşünürsünüz, bildiymizə görə Müsavat başqanı bunun əleyhinədir, sizcə də birləşmək vaxtı, gücləri cəmləşdirmək vaxtı deyil?

  6. SƏİD says:

    Əli bəy sizcə insan izdihamının birlikdə AZADLIQ deməsi nələri dəyişib 20 ildir? Sizcə indiyə kimi etdikləriniz sizi qane edir?

  7. Imran says:

    Eli bey,sualim budur ki,normal demokratik olkelerde muxalifet partiyalarin liderleri eger xalqin nece iller gozlediyini vermirse istefa vermelidir,bizde ise iqtidarla muxalifet de eyni strategiyani beraber bolusur,beraber hereket edirler.Sizce ne zaman tutdugunuz postlardan getmek fikriniz var? Axi,yeni muxalifet liderleri sizin getmeyinizi gozleyir yoxsa hansi inkisafdan sohbet gede biler.Siz xalqin gozlediyi umudi dogrultamadiz ve bundan sonra da dogrultmayacaqsiz.

  8. Guney Azerbaycan says:

    Əli bəy axsaminiz xeyir.

    Bütov Azerbaycan xalqının lideri ƏIbülfəz Elçibəyin Guney Azərbaycanı Sizlere emanet edirem vesiyyetine muxalifet niye emel etmir? Guneyde Azərbaycan xaqlının hüquqlarının Azərbaycan muxalifetine dexli varmi?

  9. Ziyalı sözü says:

    Salam Əli bəy.
    Mən sizin siyasəti neçə illərdir izləyirəm. Çox maraqlıdır ki, siz nədənsə birinci şəxs yerinə iddianızı ortaya qoymursunuz. Nə üçün preizdent olmaq fikirinizi açıqlamırsınız? Dogrudanmı prezident olmaq istəmirsiniz?

  10. Cavid says:

    Mən sənədə bir başqasınada inanmıram ..hakimiyyət dəyişsədə heçnə dəyişmiyəcək …hələ qorxuram daha pis olsun …hər nəsəee mən utanıram Azərbaycan deməyə

  11. Vüqar Vaqifoğlu says:

    Əli bəy salam, son mitinqddə tribunanın qarışısna baxanda elə görünürdü ki,mitinq AXCP-nin mitinqidir? sadəcə olaraq Müsavatçılar kiçik bir qrup halnda dəstək veriblər. Bildiyimə görə də İP də yerli təşkilatlarda AXCP Müsavatdan ən azı iki dfədən çox təmsil olunub. Xarici mediada sizə davamlı diqqət var,bel olan halda necə bilirsiniz? İsa Qəmbər bu reallığı nəzərə alıb prezident seçkilərində sizin vahid namizədliyinizi qəbul edəcəkmi.?

  12. Amil says:

    Salam Əli bəy .Yap mətbuatı qərb dairələrinin sizi ciddi dəstəklədiyini qeyd edir. Son dövrlər kecirilən mitinqlər daxildə də dəstəyinizin artma istiqamətində getdiyini gostərir. Bu rejim xalqda nə qədər inamsizliq yaratmaga calissa da sizin bu cəhdlərə puça çıxardıgınız aciq görünür. Sizcə xalqimizin bu üzqarası rejimi yola salmaga gücü çatacaqmı?

  13. Riza Alieshref says:

    Axshaminiz xeyir Eli bey.Xalq cebhesini qoruyaraq bu gun de xalqimizin umid yeri kimi qalmasina gore size minnetdariq. Sizin son tedbirleriniz( “Azerbaycani biz musteqil etdik biz de demokratik edeceyik” suariyla kecirildiyi diqqetimi chox chekir. Hormetli Eli bey bunu bacara bileceyikmi? Saygilarimi ve size chox umidli oldugumu bildirirem.

  14. Abil says:

    Salam Ali bey. Szin fealiyyetiniz cemiyyetde geleceyimize umid yaradir. Acigi 2003 cu ve 2005ci illerden sonra yeniden xalqi mubarizeye ruhlandira bilmek ucun chox boyuk qabiliyyet ve ezm lazim idi .Bunu boyuk eziyyetler ve mehrumiyyetler bahasina olsa da siz ede bildiniz . Eli bey yene xalqimiz ayaga qalxsa dunya buna destek verecekmi.Yeni esl menada, tam destek.

  15. nazli says:

    Axşamınız xeyir, Əli bəy! Hakimiyyət sizə illərdir ki, pasport vermir. Sizcə bunun səbəbi İlham Əliyevin sizi özünə əsas rəqib hesab etməsidirmi? Bu barədə nə düşünürsünüz?

  16. Edalet says:

    Salam Əli bəy.siz bu gunə kimi dah çox umumi qələbəyə çalışmısınız. Bu gün hər yerdə sizin bu rejimə əsas alternativ oldugunuz danışılır. Ancaq FB səhifələrindən görünür ki təkcə müttəfiq hesab etdikləriniz buna qısqanclıqla yanaşır. Yuxarıda qeyd elədikləri kimi icazəli mitinqlərdə çoxluq sizdə. icazəsiz aksiyalarda tək tuk adamlari cixsaq yenə də siz yəni cəbhəcilər. butun ugurlarinizi bolusursunuz . nece fikirlesirsiniz bu indi sizin ve gelecekde de muxalifetin ve xalqin problemine cevrilmeyecekki?

  17. Asef Məzahirli says:

    Əli bəy. Heç xalqımızdan incidiyiniz olubmu. Axı sizin kimi fədakarç bütün həyatını bu xalq ugrunda mübarizəyə həsr etmiş və intellektli insanlari bu fərari və xalqa qənim kəsilənlər qarşısında yetərincə müdafiə etmirlər.Düzdür bütün seçkilərdə müxalifətə üstünlük vürsələr də aktiv müdafiəni mən adekvat saymiram. Bu da bizim xalqimizin bu gunku real vəziyyətidir

  18. Anar says:

    Əli bəy, salam.
    Siz prezident olmağınızı istəyirəm. Bunun olacağına inanıram. Ancaq siz özünüz buna nə qədər inanırsız? 2-ci sualım. İqtidarda olduqdan sonra gənclər siyasəti sahəsində ilk olaraq nələri etməyinizi düşünürsüz?

  19. rauf says:

    Hörmətli Əli bəy!Sizə belə gəlmir ki,Əliyevlər rejimini ancaq birləşmiş müxalifət vasitəsilə Azərbaycandan rədd etmək olar.

  20. Yunis Novruz says:

    Əs-səlam əleykum və rəhmətullahir və bərəkatuh Əli Kərimli. düşünürəmki gənc olmağıma görə sizə verəcəyim sual çox sadədir. mən Naxçıvanlı olduğumçün bizim ulu öndərimiz Heydər Əliyevlə fəxr etmişəm. qarşıda 10 may gül bayramı gəlir. bilmək istərdim sizdə Heydər Əliyev kimi uşaqları sevirsiz? əgər belədirsə niyə sizin tərəfdarlarınız 10 maya yox deyirlər? məgər onların uşaqlarını sevmirmi Heydər babam?

  21. Hesen says:

    Əli bəy, son dövrlərin hadisələri, xarici medianın Vaşinqton Post, Shipgel, Turkiye Ukrayna, Rusiya mediasının sizə öz səhifələrində yer verməsi, həmçinin həm razılşadırılmamaış 2 aprel, həm razılışdırılmış 8,22 aprel mitinqlərində sizin partiyanınız fəallığı göstərdi ki, həm yerli, həm də benalxalq ictimaiyyət sizi İlham Əliyevi məglub edəcək yegane lider kimi qebul edir. Sizce, muttefiqleriniz de bunu qebul edecekmi? Siz azadlıq radiosunda da sorguda 1-ci olmusuz.

  22. Eldar Huseynov says:

    Salam ELI bey. Siyasi mehbuslarin azadliqa cixmasi namine Evrovision zamani IP olaraq hansi tedbirleri planlashdirirsiniz?

  23. Zulfu Akhmedli says:

    Əli bəy . müxalifət niye televiziyalarda gore bilmirik.İnaniram ki orda olsaniz daha çox suallar olar. Televiziyalarda duşük verilişlər camaatı boğaza yığıb.

  24. İlham says:

    Əli bəy İctimai Palatanin uguruna inaniriq.Siz də basda olmaqla qələbəmizə də əminik. Son dövrlərdə olan ugurlar buna daha cox əminlik yaradir

  25. Elşən says:

    Əli bəy, salam. Əli bəy Vicdan məhbusları vı siyasi məhbuslar eurovisiondan əvvəl sizcə Azad olacaqlar ?

  26. SAKINA says:

    SALAM ELI BEY.Meni bir mesele cox narahat edir.1988-89-cu illerde butun olke cebheci idi(az bir faizi cixmaqla).Ne umudlarla rehmetlik Elcibeyi xalq sozun heqiqi menasinda yekdillikle hakimiyyete getirdi.Amma bu … tandem her seyi tersine yoneltdi ve Elcibeyin etibarini sui-istifade ederek her seyi tersine yonlendirdiler.Mene cox maraqlidir ,sizin kimi bir basarili siyasetci indi hemin insanlara bir daha nece inanirsiniz?Evvelceden tesekkur edirem.

  27. Nadir says:

    Salam Əli bəy. Amerikanın yeni səfir təyinatından nə gözləyirsiniz. Almaniya kimi prinsipialliq yoxsa yenə enerji maraqlari ?

  28. Bakılı says:

    Ilqar Hesenli Salam Eli bey,siz Iran Azerbaycan elaqeleri ile bagli ne deye bilersiniz?

  29. Gürzə says:

    Salam Əli bəy.mətbuatda “Əli Kərimlinin böyük planı” başlıqlı yazı getmişdi və bildirilmişdi ki, 2013-cü ildə vahid namizəd olacaqsınız. həmçinin seçildikdən sonra Prezident seçkilərində Türkiyə modelini tədbiq edəcəksiniz. O da qeyd edilmişdi ki, vəzifə bölgüsü isə Qərbin istəyi ilə müxalifətdə olan partiyalar arasında aparılacaq. bu düzgündürmü?
    Əgər düzgündürsə, bir ölkənin hakimiyyətinin digər ölkə tərəfindən formalaşdırlıması, ölkənin həmin dövlətlərə satılması demək deyilmi?
    Sualımı cavablandırsanız məmnun olaram.

  30. Elgün says:

    Bəy,belə salamatçılıqdı ?

  31. Elvin says:

    Salam Bəy. sizi salamlıyıram, dəstəkliyirəm. Allah sizi qorusun. sualım olmasa da sizin görəcəyiviz yazını yazmağı özümə borc bildim. Allah sizdən muğayat olsun.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

BLOGLAR