Həbib Müntəzir: Vahid namizəd mövzusu mənə artıq iqtidarın “Lazım gəlsin” söhbəti kimi qeyri-ciddi görünür

Posted July 24th, 2012 at 1:36 pm (UTC-4)
22 comments

Sosial şəbəkə üzvləri Həbib Müntəziri onun statusları ilə tanıyır. Hökumətin tənqidçisi kimi tanınan Həbib Müntəzir haqda sosial şəbəkələrdə belə bir lətifə də dolaşır: Həbibin statuslarını hətta hökumət nümayəndələri də çox maraqla izləyir 🙂

Almaniyada yaşamasına baxmayaraq, çoxları Azərbaycan haqda məlumatları vaxtaşırı və satirik tonda almaq üçün onun Facebook statuslarını təqib edir. Ənənəvi tonda desək, Həbib Müntəzir ictimai fəaldır.

Bu dəfə Sərbəst Kürsü canlı forumunun qonağı Həbib Müntəzir olub. İyul ayının 25-i Həbib Müntəzir Sərbəst Kürsüdə oxucuların “Xaricdən aparılan ictimai fəallıq” barəsində sualları cavablandırıb.

——————————————————————

21:00 / 25 iyul 2012
Axşamınız xeyir, Sərbəst Kürsünün növbəti sayında xoş gördük. Canlı forumun moderatoru həmişə olduğu kimi Emil Quliyevdir. Forumda bu gün qonağımız Həbib Müntəzirdir.

21:04
Emil Quliyev (moderator): Həbib bəy, axşamınız xeyir, sizi Sərbəst Kürsüdə xoş gördük.

21:04
Həbib Müntəzir: Hər vaxtınız xeyir, xoş gördük!

21:05
EQ: Həbib bəy, yəqin ki, sizin sosial şəbəkələrdə populyarlığınızdandır ki, çoxsaylı daxil olan sual var. Ona görə gecikdirmədən suallara keçirəm.

21:07
Sual (Sabir): Hebib salam.

Sən Almaniyada ola-ola Bakıdan bu qədər məlumatı necə alırsan?

21:13
Cavab: 21-ci əsrdə yaşayırıq, Almaniyada ola-ola mətbuatdan, televiziyalar vasitəsiylə, xarici media orqanları sayəsində nəinki Azərbaycan, hətta Banqladeşdən də məlumat almaq mümkündür. Odur ki, bir balaca internetlə həşir-nəşir olanlar üçün məlumat olmaq o qədər də çətin bir şey deyil!

21:15
Sual (Araz): Necenci ilden Bakini terk etmisiz? Bir de sizin Hakimiyyete kimin gelmesin isteyerdiz?

21:20
Cavab: 2002-ci ildə tərk etmişəm. Mən hakimiyyətə Azərbaycan xalqının iradəsinin gəlməsini istəyirəm. Yəni azad və ədalətli seçki keçirilsin, namizədlər müəyyən olunsun və xalq kimi seçərsə o da hakimiyyətə gəlsin.

21:21
Emil Quliyev (Moderator): Twitter vasitəsilə Azər Aydın soruşur: Hebib, vahid namized kim olsun? Konkret ad ve ya adlar çeke bilersen?

21:29
Cavab: Vahid namizəd mövzusu mənə artıq iqtidarın “Lazım gəlsin” söhbəti kimi qeyri-ciddi görünür. Hərçənd mən özüm də artıq Əliyevlər hakimiyyəti dövründə keçiriləcək heç bir seçkiyə inanmıram. Və bu hakimiyyətin seçki yolu ilə dəyişəcəyi qənaətində deyiləm. Bu baxımdan da hər hansı ad filan çəkmə tərəfdarı deyiləm!

21:31
Sual (Rasim Sebuhi):Sizin mtn-e “islediyinizi” deyirler…bu haqda esidibsinizmi? vede ne deyebilersiniz?
21:32
Cavab: Mən necə MTN-ə işləyirəm ki, həmin o MTN və onun rejimini illərdir səhər-axşam tənqid edirəm! Təbii ki, bu ağ yalandan başqa bir şey deyil.
21:33
Sual (Hikmet):Hebib rejimi bir qırağa qoyaq. Ailə və dost xaric, vətən üçün darıxırsan? Qurbəttə yaşayan bir azərbaycanlı kimi, evində Azərbaycan bayrağı var mı?21:37
Cavab: Vətən üçün darıxmamaq mümkünsüzdür! Təbii ki, darıxıram. Evimdə də, iş yerimdə də Azərbaycan bayrağı başımın üzərindədir.21:38
Moderator:  Twitter vasitəsilə Hakki Ocalyazır: Habib Bey.. Mucadelenizi taktirle izliyoruz. Basarilar diliyoruz. Bu arada, mizah anlayisiniza da hayran oldugumu belirtmek isterim

21:40
Həbib Müntəzir: Təşəkkür edirəm!

21:42
Moderator: Ruslan adlı istifadəçi soruşur: Salam.Həbib sevgi əzabı çəkibmi?

21:44
Cavab: Ələykə salam. Robot deyil ki, əlbəttə çəkib, çəkir və çəkəcək! 🙂

21:45
Sual (Xeyal): Salam Hebib bey kas qürbete olan həm vətlərimiz sizin kimi fəal olaydi menim size böyük hörmetim var Azerb hansi partiyanin üzvu olmaq isterdiniz tesekürler

21:50
Cavab: Əleykə salam. Təşəkkür edirəm. Azərbaycanda  indiki məqamda hər hansı bir partiyaya üzv olmaq istəmərəm. Çünki indiki diktatura rejimində partiyaçılıq, təşkilatçılıqdan çox xalq olaraq, millət olaraq problemlərimizin fərqinə varmalı və mübarizə aparmağı daha düzgün hesab edirəm. Demokratik cəmiyyət qurduqdan, partiya dəyərlərinə, siyasi əxlaq anlayışına sahib olduqdan sonra sözün əsl mənasında partiyaçılıq ciddi bir məhvuma çevrilir. Bax o zaman seçim imkanı etmək daha məqsədə uyğundur! Amma təbii ki, partiya üzvü olanlara, təşkilata bağlı olanlara da mübarizələrində qibtə edir, uğurlar arzulayıram!

21:51
Sual (Fazil): Salam Həbib. qardaşın futbolçudu.hərdən yığmaya da çağırırlar.bu onu göstərir ki, sənə bel bağlamaq olmaz.sən hökümət üçün təhlükəli olsaydın qardaşını milliyə çağırmazdılar.

21:55
Cavab: Əleykə salam. Qardaşım futbolçudur və Berlində alman klubunda oynayır. Mən siyasətlə məşğul oluram deyə onun da məşğul olması deyə bir şey yoxdur. O demək olar ki, uşaqlıqdan Almaniyada böyüyüb və Azərbaycan siyasəti ilə maraqlanmayan birisidir. Mənim fəaliyyətimin, etdiklərimin yaxınlarıma, dostlarıma, tanışlarıma aidiyyatı olmamalıdır. O ki, qaldı yığmaya çağrılmasına bu bir dəfə baş verib, yığmanın hazırlıq mövsümündə və qardaşım yığmadakı özbaşınalıq, qeyri-stabil vəziyyətə görə oynamaqdan imtina edib. Vəssalam.

21:57
Sual (Bir genc):
Salam Aleykum Hebib bey,
Olkede haqsizliqla qarshilashib, olkeni terk etmeye mecbur olan genclere hansi yollarla olkeni terk ede bilecekleri barede ne deye bilersiz? Gencler olkeden avropa ve ya bashqa azad sozun, insan haqlarinin olan olkelere nece gede bilerler?
Evvelceden teshekkurler

22: 01
Cavab: Ələykə salam. Sözün doğrusu mən gənclərimizin vətəni tərk etməyini ismirəm. Baxmayaraq ki, özüm məcburiyyətdən, ailəmə olan təzyiqlərə görə tərk etmişəm. Əgər həyatı təhlükə yoxdursa gənclərimiz bacardıqları qədər mübarizələrini vətəndə aparsınlar. Təbii ki, xaricdə də dəstəyə böyük ehtiyac var və yetəri qədər cəmiyyətimizin dəyişməsini istəyən, Azərbaycana biganə olmayan gənclər bunun üçün əllərindən gələni etməyə çalışırlar.
Amma yenə də gedənləri də qınamıram. Bu rejim elə bir mühit yaradıb ki, artıq yeniyetmələr belə ölkəni tərk etməyə can atırlar. Yaxşı olardı ki, məcbur tərk etmək istəyənlər bunu leqal yollarla etsinlər ki, daha böyük problemlərlə üzləşməsinlər.

22:02
Emil Quliyev (Moderator): Oxucularımızdan birinin sualı elə sizin tərzinizdədir: Salam, Hebib siz xaricilerin deyirmanına su tökəndə suyu hardan alırsız ?

22:05
Həbib Müntəzir: Əleykə salam. İfrazat orqanlarımdan :)

22:07
Sual (Shahzade): “kas ki indi vetende olardim” dediyiniz vaxt olubmu?

22:16
Cavab: Çox olub, dəfələrlə demişəm. Əsasən də son siyasi hadisələr ərəfəsində. Aksiyalar, mitinqlər zamanı gənc aktivist dostlarla birlikdə olmağı çox istəmişəm…

22:18
Sual (Anar): Salam Hebib bey siz bir daha dunyaya gelseydiniz yene de xuliqan olardinizmi?

22:25
Cavab: Düzü ən sevmədiyim suallardan biridir. Böyük ehtimalla olardım yəqin ki. Azərbaycanda böyüyüb xuliqan olmamaq, etiraz ruhunun olmaması mümkünsüzdür. Sadəcə bizim hakimiyyətin sayəsində bu ruh yoxa çıxıb.

22:26
Sual (Ramil): Həbib facebook profilinlə maksimum 10 000 adamı əhatə edirsən. 1000 plyus tvitter. Ölkədə nəyisə dəyişmək naminə on minlərlə, yüz minlərlə adama sirayət etməyi düşünürsənmi? Düşünürsənsə necə?

22:36
Cavab: Elə bu düşüncəmi də sosial şəbəkələrlə etmək əzmindəyəm. Və təbii ki, müxtəlif proyektlərim də var. İnternet media, tv və radio proyektləri. Bununla da daha çox insana müraciət etməyi düşünürəm.

22:38
Sual (Elchin): Hebib salam.Niye Naxcivan haqda az melumat verirsiniz?Beyem orada hec bir hadise bas vermir,her sey qaydasindadir?

22:45
Cavab: Məncə yanılırsız. Mətbuatda Naxçıvandakı problemlərə yer verildiyi qədər mən də bunu işıqlandırmağa çalışıram. Elə ən son MTN-də öldürülən Turac Zeynalov hadisəsi buna misaldır.

22:46
Sual (Hidayet): Habib, tehsil sistemimiz goz onundedi. Zaten medeniyyet de tehsilden başlayir. sence hansi deyishiklik duzelde biler Tehsilimizi???

22:51
Cavab: Azərbaycanda hər bir şeyin yaxşıya doğru dəyişməsi üçün mütləq hakimiyyət dəyişikliyinin olmasına inanıram. Bu mümkün olmadıqda Misir gedib yerinə başqası da gəlsə xeyri olmayacaq.

22:52
Sual (Anonim): Həbib, sizdən hər zaman şübhələnmişəm və hələdə şübhələnirəm. Sizə burdan məlumatları ötürən çox güclü adamdır. Fiziki güc demirəm yəni vəzifəli və arxalı adamdır. Kürdəmirdə Azpetrol yananda hadisənin ilk videosu sizdə idi hardan almışdız onu göndərənin adını deyə bilərsiz

22:57
Cavab: Bir tək o video deyil, bir çox video, materiallar və məlumatlar var ki, onu əldə etmək bacarığı var sadəcə. Təvazökarlıqdan uzaq olsa da bunu deyim ki, şübhələriniz yox olsun. Konkret dediyiniz videonun kim tərəfindən göndərildiyini xatırlamıram. Amma sağ olsun sosial şəbəkələrdə olan dostlar bəzən yardımçı olurlar. Yenə deyirəm məlumat bazam sırf internetdəki saytlar, xəbər agentlikləri və sosial şəbəkələrdir. Vəzifəli və arxalı adamlar isə mənim hər zaman tənqid hədəfim olublar, bundan sonra da olacaqlar. Onların mənə kömək etməyi qeyri-mümkündür.

22:58
Emil Quliyev (Moderator): Tesekkur edirik Hebib bey, vaxtınızı ayırıb oxucularımızın suallarını cavablandırdığınız üçün.

22:59
Həbib Müntəzir: Rica edirəm, mən təşəkkür edirəm və uğurlar arzulayıram!

23:00
Emil Quliyev: Mən Həbib bəylə barəbər forumu daha da maraqlı edən oxucularımıza da minnətdarlığımı bildirirəm. Sərbəst Kürsünün növbəti sayında görüşənədək.

22 responses to “Həbib Müntəzir: Vahid namizəd mövzusu mənə artıq iqtidarın “Lazım gəlsin” söhbəti kimi qeyri-ciddi görünür”

  1. sabir says:

    Hebib salam.

    Sən Almaniyada ola-ola Bakıdan bu qədər məlumatı necə alırsan?

  2. Araz says:

    Necenci ilden Bakini terk etmisiz? Bir de sizin Hakimiyyete kimin gelmesin isteyerdiz?

  3. Rasim Sebuhi says:

    sizin mtn-e “islediyinizi” deyirler…bu haqda esidibsinizmi? vede ne deyebilersiniz?

  4. Hikmet says:

    Hebib rejimi bir qırağa qoyaq. Ailə və dost xaric, vətən üçün darıxırsan? Qurbəttə yaşayan bir azərbaycanlı kimi, evində Azərbaycan bayrağı var mı?

  5. Ruslan says:

    Salam.Həbib sevgi əzabı çəkibmi?

  6. xeyal says:

    Salam Hebib bey kas qürbete olan həm vətlərimiz sizin kimi fəal olaydi menim size böyük hörmetim var Azerb hansi partiyanin üzvu olmaq isterdiniz tesekürler

  7. Fazil says:

    salam Həbib. qardaşın futbolçudu.hərdən yığmaya da çağırırlar.bu onu göstərir ki, sənə bel bağlamaq olmaz.sən hökümət üçün təhlükəli olsaydın qardaşını milliyə çağırmazdılar

  8. Bir genc says:

    Salam Aleykum Hebib bey,
    Olkede haqsizliqla qarshilashib, olkeni terk etmeye mecbur olan genclere hansi yollarla olkeni terk ede bilecekleri barede ne deye bilersiz? Gencler olkeden avropa ve ya bashqa azad sozun, insan haqlarinin olan olkelere nece gede bilerler?
    Evvelceden teshekkurler

  9. The Reader says:

    Salam, Hebib siz xaricilerin deyirmanına su tökəndə suyu hardan alırsız ?

  10. Shahzade says:

    “kas ki indi vetende olardim” dediyiniz vaxt olubmu?

  11. Anar says:

    Salam Hebib bey siz bir daha dunyaya gelseydiniz yene de xuliqan olardinizmi?

  12. Ramil says:

    Həbib facebook profilinlə maksimum 10 000 adamı əhatə edirsən. 1000 plyus tvitter. Ölkədə nəyisə dəyişmək naminə on minlərlə, yüz minlərlə adama sirayət etməyi düşünürsənmi? Düşünürsənsə necə?

  13. Elcin says:

    Hebib salam.Niye Naxcivan haqda az melumat verirsiniz?Beyem orada hec bir hadise bas vermir,her sey qaydasindadir?

    • Elcin says:

      Menim xeberim var,butun xeberlerinizi de oxuyuram.Metbuatda geden xeberler onsuzda hamiya melumdur,esasi orada geden daxili prosesleri uze cixarib yazmaqdir.Ola bilmez ki,oradan size melumat veren yoxdur?Men inaniram ki,bu deqiqe insan azadliginin,haqq-edaletin pozuldugu 1ci unvandir.Cox sag olun…Allah butun xalqimizin komeyi olsun…

  14. Hakki Ocal says:

    Habib Bey.. Mucadelenizi taktirle izliyoruz. Basarilar diliyoruz. Bu arada, mizah anlayisiniza da hayran oldugumu belirtmek isterim

  15. Hidayet says:

    Habib, tehsil sistemimiz goz onundedi. Zaten medeniyyet de tehsilden başlayir. sence hansi deyishiklik duzelde biler Tehsilimizi???

  16. The Reader says:

    Həbib, sizdən hər zaman şübhələnmişəm və hələdə şübhələnirəm. Sizə burdan məlumatları ötürən çox güclü adamdır. Fiziki güc demirəm yəni vəzifəli və arxalı adamdır. Kürdəmirdə Azpetrol yananda hadisənin ilk videosu sizdə idi hardan almışdız onu göndərənin adını deyə bilərsiz

  17. Melek says:

    Hebib bey, mende bashqalarindan ferqli olaraq size bir sual vermek isteyirem, sizin fb-da bir shekiliniz var, o shekile baxanda hemishe ozum ozume bir sual verirem, amma cavab ala bilmirem, furset dushmushken, o cavabi sizden duymaq isterdim. Sual gelir: Qara koynekdeki shekiliniz karizmatik ve menali baxishlarla baxir. O baxishlar kimden kecib ve kime baxirsiniz? Tshkler!

  18. Ezel says:

    Niye almanyadan camaati tirkaliyirsan gelib burda sozuvu demirsen ?

  19. Sunami says:

    Azərbaycana gəlmək təklif edilsə YAP(dövlət) tərəfindən qəbul edərsən?

  20. Elnur says:

    Həbib bəy,mübarizənizdə ən çox nəyə güvənirsiniz?
    Təşəkkür

  21. Emilio says:

    Salam. Hebib Bey, bezi ‘tupoy’ suallari ve ya fikirleri gorende ne hissler kecirirsen?
    Bir de, oglum olsa adini Inqilab qoya bilerem? -)))

Leave a Reply to The Reader Cancel reply

Your email address will not be published. Required fields are marked *

BLOGLAR