Qənimət Zahid: Azadlıq yarananda Qubadlıda rota komandiri idim!

Posted December 24th, 2012 at 3:42 pm (UTC-4)
9 comments

Dekabrın 24-də Azərbaycanın ilk müstəqil mediası – “Azadlıq” qəzetinin 23 yaşı tamam olub. Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından, baş redaktor Nəcəf Nəcəfovun rəhbərliyi ilə qəzetin ilk sayı 1989-cu il dekabrın 24-də işıq üzü görüb.

Kommunist rejimi dövründə hökm sürənalternativsizlik səbəbi ilə qəzetin ilk nömrələri Azərbaycan boyu əldən-ələ gəzir, bütün meydanlarda, küçələrdə, evlərdə oxunurdu. Keçmiş kommunist rejiminin kəskin tənqidi yer alan qəzet insanlar üçün alternativ fikir, bir növ təmiz hava idi. Odur ki, qəzetin tirajı indiki vaxt üçün ağlasığmaz idi – 250 min nüsxə. Qəzet milli azadlıq hərəkatında və  Azərbaycanın müstəqilliyinin bərpasında mühüm rol oynayıb.

Azadlığın keçdiyi yola, qazandığı uğurlara və hazırda yaşadığı problemlərə nəzər salmaq üçün bu həftə Sərbəst Kürsüyə Azadlığın baş redaktoru Qənimət Zahidi dəvət etmişik. Dekabrın 26-ı Qənimət Zahid sizin suallarınızı cavablandırıb.

———————————————————————————

21:00 / 26 dekabr 2012

Salam, əziz oxucularımız. Hamınızı qarşıdan gələn Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə təbrik edirik. Artıq elan etdiyimiz kimi bugünkü qonağımız 23 yaşını qeyd edən Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahiddir. Canlı Forumda moderatorluğu isə mən Emil Quliyev edirəm.

21:03
Emil Quliyev [moderator]: Hər vaxtınız xeyir, Qənimət bəy! Sizi və kollektivinizi, qəzetin ərsəyə gəlməsində əməyi olan hər bir şəxsi təbrik edirik!

21:05
Qənimət Zahid: Təşəkkür edirəm, sağ olun!

Mən də Azadlığın kollektivini ve oxucularını ürəkdən təbrik edirəm.
21:06
EQ:İlk sual Kamil Quliyev adlı oxucudan daxil olub. O yazır:Qənimət bəy, salamlar. Sizi və kollektivinizi təbrik edirəm!Sualım belədir: Siz Azadlığa nə zaman gəlmisiniz və neçə ildir jurnalistika ilə məşğulsunuz?
21:16
Cavab: 1990-cı ildə Bakı Dövlət Universitetini bitirəndə mərhum Əbülfəz Elçibəy BDU-ya tələbnamə yolladı ki, məni Xalq Cəbhəsinin Azadlıq qəzetində işləmək üçün yollasınlar. O zamanlar belə qayda vardı ki, idarə və təşkilatlar ali məktəblərdən məzunları tələb edirdilər.. BDU da həmin tələbnamə əsasında məni oraya göndərdi. Mən rəsmən Xalq Cəbhəsinə təyinat götürmüş ilk gənc mütəxəssis kimi Azadlıqda işə başlamışam. Əslində Əbülfəz bəyin mənim üçün tələbnamə göndərməsi təsadüfi və ya şəxsi münasibətlərə bağlı deyildi. 1990-cı ilin 20 yanvarında ruslar komendant saatı elan etdikdən sonra televiziya və qəzetlər qapadılmışdı. Ölkədə ciddi informasiya böhranı vardı. O zaman men dostlarla meslehetleşerek Tbilisiye getdim ve orada YURD adlı qezetin esasını qoydum. YURD 25-30 mın tirajla Tiflisde derc edilirdi, biz onu Azerbaycanda yayırdıq. Elçibey de bunu nezere alaraq menim Azadlıqda işlemeyimi istemişdi. Jurnalistika ile de hemin vaxtdan, yeni YURD qezeti neşre başlayandan meşğulam. 1990-cı ilin iyun ayında Azadlıq fealiyyetin berpa etdi ve men de hemin ay universiteti bitirerek bu qezetde işlemeye başladım.
21:17
Sual [Anar Yasef]: Sözsüz ki, Azadlığın hazırda necə çətinliklər yaşadığı hamıya məlumdur. Bilmək istərdim ki, sizin ən böyük, mühüm əhəmiyyət kəsb edən çətinlikləriniz hansılardır.
21:27
Cavab: Azadlıq yarandığı zamandan çetinlikler icerisindedir. Qezetin fealiyyetinin bir ayı tamam olmamış onu ruslar qapatdılar. Sonra Azerbaycanda Heyder Eliyev zamanının uzun ve ağrılı senzuraları, teqib ve tezyiqleri başlandı. Açığı, keçdiyimiz zamana baxanda müeyyenleşdirmek çetin olur ki, hansu tezyiqler bizim üçün daha ağır olub. Çünki belli bir müddet keçenden sonratezyiqler sanki adileşir, amma yeni bir dehşet merhelesi başlayır. Meseleni, yadıma gfelen en ağır olaylardan biri Azadlıqın Xaqani 33 deki binasının elinden alınması olub. Emekdaşlarımıza qarşı ağla gelmeyecek derecede repressiyalar olub. Meselen, Aqil Xelilin bıçaqlanması olayını xüsusi ağrılı hisslerle xatırlayıram, çünki bu, bütün dövlet aparatının genc ve tecrübesiz bir gencle müharibe aparması demek idi…. Qezetin esassız ve edaletsiz mehkeme qerarları ile üzleşmesi, bank hesablarına hebs qoyulması neticesinde emekdaşların yaşadığı maddi sıxıntılar, qezetin özünün defelerle qapanma tehlükesi ile üz-üze qalması… bütün bunlar çox ağır, edaletsiz ve haqsız teqiblerdir. Bu gün de davam edir. Amma kollektiv bu qeder sınaqlara tab getirib. Başqa heç bir kollektiv bu qeder ağır teqib ve tezyiqlere davam getire bilmezdi, deye düşünürem…
21:28
Sual [Sabir]: Azadlığın yaranması barədə tarixi və ədalətli məlumat verməyinizi istərdim. Ətraflı olsa gələcək nəsillər Azadlığın necə bir şəraitdə formalaşmasından məlumatlı olar.23 yaşınızı təbrik edirəm!
21:36
Cavab: Açığı Azadlıqın yarandığı ilk günleri xatırlamıram ve bir başa iştirak etmemişem. Hemin erefede men könüllü telebe rotasının komandiri olaraq Qubadlıdaydım. O zaman biz BDU telebelerinden ibaret iki jkönüllü rota teşkil etmişdik. Bunların birine men, o birine ise Eli Kerimli (Laçında) rehberlik edirdi. Men Qubadlıda olanda eşitdim ki, Xalq Cebhesinin Azadlıq adlı qezeti neşre başlayıb ve onun baş redaktoru Necef Necefovdur. Men Necef beyi ela tanıyırdım ve düşünürem ki, ondan daha layiqli namized ola bilmezdi. Amma açığı, orada daha çox ermenilerle üz-üze senger qazaraq müdafie işi ile meşğul olduğumdan Bakıdakı bu sayaq yenilijkleri sadece olaraq, ela bir fakt olaraq deyerlendirirdim. Men oradan yanvarın 19-da döndüm, ayın 20-si melum hadiseler baş verdi… Ve Azadlıq qapandı…
21:37
Emil Quliyev [moderator]:Növbəti sual Facebook vasitəsilə göndərilib. Rıza Talebinin sualı belədir:- Zatən Mən Güney Azərbaycan üçün bir sorum var, belə görürünür ki Rəhmətlik bəydən sonra Quzeyin Muxalifətində Güney məsələsi sadəcə lafadadır, bu sürəcdə belkə belə yazmaq lazım ki, Güney Milli hərəkatı təmamilə unudulubdur, özəllikcə milli fəalların durumu bakıda çox bərbad, hakimiyətdə bu məsələləri qabartmaq istəmir, sizcə niyə Quzey muxalifəti , Samballı şəkildə Güney Azərbaycan Partiyalarilə Münasibət qurammır, hal bu açıq aydın bəllidir ki İlham Əliyev, Güneyi Qullanır Və Onu Bir Özgür şəkildə görmək istəmir, Müsavat qazetinə baxanda , İran Rejiminə Bir eləşdidir yox, aşırı dərəcədə islamçılar muxalifətə girirlər, və dəstəklənirlər!Buna hamısı mənim sorum deyil, bəlkə çoxlu insanın qafasına yerləşən paradokslardır. yenədə Azadlıq qazetində Güney məsələsinə yer vermənizdən təşəkkür edirəm, Sayqılar.
21:50
Qənimət Zahid: Azadlıq qezetinde Güney Azerbaycan meselesi hemişe diqqet merkezinde olub. Uzun iller erzinde şexsen men özüm Güney Azerbaycan meselesi ile bağlı silsile yazılar yazmış, sonra ise hemin yazıları merhum Ebülfez beyin yazdığı ön sözle birlikde İkiye Bölünmüş Veten adlı bir kitab şeklinde çap etdirmişem. Biz Güney Azerbaycan, oradakı herekatla bağlı analitik yazılar yaza bilerik ve indi de ara sıra bu cür yazılar yazılır. Amma oradakı herekata informasiya desteyi veren, baş veren hadiseler haqqında operativ melumatlara esaslanan şerhler yazılmalıdır. Çox teessüf ki, Güney Azerbaycandan olan feallar bu kampaniyada, yeni Quzey Azerbaycanın informasiya resurslarından faydalanmaqla müntezem yazılar yazmaqda passivlik gösterirler. Son zamanlar Rza Talibinin, Elçin Hatemi adlı soydaşımızın yazdığı yazıları xatırlada bilerem. Rza beyle bir  mühüm meselede razılaşıram ki, İlham Eliyevin platforması ile Güney Azerbaycan herekatı ile bağlı teşkil edilen bir çox tedbirler, epizodik olmaqla, cenab Eliyevin diqqeti öz rejiminin töretdiyi qanunsuzluqlardan yayındırmaq meqsedini güdür. Bu prosese celb edilen resurslar Güney Azerbaycandan kenardakı, ölkenin içi ile elaqesi olmayan merhelelere serf edilir. Amma bütün hallarda, Güney Azerbaycan herekatının fealları daha konstruktiv fealiyyet formaları tapmalı, informasiya-analitika işinin teşkilinde daha peşekar yollar aramalıdır. Öz adımdan bildirirem ki, bu istiametde hazırlanan bütün normal yorum ve xeberler üçün Azadlıq qezetinin qapıları açıqdır. Azadlıq ın internet versiyası günden-güne reytinqini artıran bir portala çevrilir. Bu qezetde neşr olunmaq, bu qezetle xeber yaymaq bu baxımdan da mühüm ve faydalıdır…
21:52
Sual [Azer]: Salam Qənimət bəy. “Azadlıq” böyük məktəbdir. Azərbaycan jurnalistikasını bu məktəbin yetişdirməsi mainlander olar. Şəxsən 9-cu ildir ki, bu qəzetlə əməkdaşlıq edən bir şəxs olaraq mənim üçün “Azadlıq” qəzeti Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi, Qənimət Zahid bu fakültənin dekanı, redaksiyanın əməkdaşları isə tələbələridir. Qənimət bəy tələbələrindən məmnundurmu? Azər, Mingəçevir.
22:00
Cavab: Esteğfurullah, bey. Men özümü o kateqoriyadan olanlardan saymaq istemezdim. Ammaher halda, bütün bu müddet erzinde Azadlıqla emekdaşlıq edenlerin ekseriyyetini memnuniyyetle xatırlayıram. Memnuniyyetle xatırlanadıqlarım var, amma heç ad çekmek istemezdim. Her kesin sebri bir yere qeder çatır. Söz azadlığı mücerred anlayış ola biler, amma onunh formalaşmasında ve genişlendirilmesinde bütün vicdanlı jurnalistika iştirak etmelidir. Bu işi başqalarının ümidine buraxan, çoxları var. Bir zamanlar Azerbaycanda müsteqil KİV-in hüdudları asılı KİV in hüdudlarından qat-qat artıq idi. Amma Heyderizm bu nisbeti ehemiyyetli şekilde deyişe bildi. İndi ölkede barmaqla sayılacaq qeder az sayda azad KİV var. Amma buna göre men yalhız diktaturanı ittiham etmirem. AZERBAYCANDA SÖZ AZADLIĞININ LEYAQETİNİ QORUMALI OLAN ONLARLA insan teqiblere tab getire bilmeyerek geri durdu. amma bütün hallarda, bu meydanda qalan insanlar var ve bu insanların her birini memnuniyyetle xatırlayıram))
22:01
Sual [CINGIZ]: SALAM BEY .QENIMET BEYE TESEKKUR EDIN BELE SINMAYAN KOLLEKTIV YARATDIGINA GORE MUBARIZENIN BERABER OLMAMASI BAXMAYARAQ MUBARIZE APARILIR MEN KOYDE YASAYIRAM 7000 EHALININ ADINDAN AZADLIQA VE ONUN VEDAKAR ISKILERINE TESEKKUR EDIREM 23 YASINIZ MUBAREK.
22:04
Cavab: Sağ olun, Çingiz bey, teşekkür edirem. Yaxşı sözler hemişe insanı ruhlandıran nemetdir))
22:05
EQ [moderator]: Gülnarə adlı oxucu email vasitəsilə soruşur: Türkiyədə yaşamağınız baş redaktorluq işinizə çətinlik yaratmır ki? 2. Azadlıq qəzetinin maliyyə çətinliklərini necə həll etməyi düşünürsünüz?
22:12
Qənimət Zahid: Men birmenalı olaraq, Türkiyede yaşayıram, deye bilmerem. Amma Türkiyede daha çox oluram. Burada çox ehemiyyetli bir layihe ile meşğul olduğumu bilirsiniz, yeqin. Düşünürem ki, Azerbaycan Saatı TV proıqramının auditoriyası çox genişdir ve bütün ölkede sevilen obyektiv informasiya proqramıdır. Buna göre de Türkiyede daha çox vaxt keçirmeye mecbur oluram. Amma Azadlıq ın işlkeri ile müntezem olaraq maraqlanıram. Açığı, hetta Bakıda olanda da Azadlıq menim vaxtımın hemişe çoxunu aparmayıb. Qezetin mükemmel bir kollektivi var ve neyi nece etmeyin lazım olduğunu orada bilmeyen yoxdur. O ki qaldı, qezetin maliyye çetinliklerine.… buna verdiş etmişik, deye bilerem. Doğrudur, yaxşı verdiş deyil, amma her halda bu da bizim en ciddi çetinliklerimizden biridir. İndi qezet yaxşı satılır. Eger kenardan süni problemler, haqsız hücumlar, metbuat yayım firmalarının, özellikle de Qasid firmasının yaratdığı problemler olmasa, Azadlıq ın bu istiqametde ciddi problemlerinin olmadığını söyleye bilerem. Amma hmı bilir ve bilmeyenleri de emin edirem ki, Azadlıq ın şeffaf olmayan, çirkli maliyye menbeleri yoxdur…
22:13
Sual [Mammad Ibrahim]: Salam Qənimət bəy. Sizi salamlayır və bir daha təbrik edirəm. Sualım belədir ki, siz Baş Redaktor təyin olarkən, nə vaxtsa qəzetin Qafqazın ən böyük qəzeti olacağınına inanırdınızmı və buna görə ən çox nəyə və kimə borclusunuz?
22:22
Cavab: Azadlıq zaten hele 90-ın evvellerinde Qafqazın en böyük qezeti idi. Sadece olaraq. 1995-96-cı illerden sonra bir sıra obyektiv ve subyektiv problemler üzünden onun reytinqi ciddi xesaret aldı. Amma son iller hamı görür ve derk edir ki, Azadlıq obyektiv informasiya uğrunda hansı mehrumiyyetlere sine gerir. Oxuculara da doğru ve obyektiv xeber lazımdır. Biz bu qezetin ezemetinin berpa edilmesi üçün çox mehrumiyyetler yaşadıq ve yaşamağa davam edirik. Mesele. Qafazın en böyük qezetinin olub-olmamasında deyil, Qafqazın en doğruçu ve en merd qezetinin olmasındadır. Esas olan doğruluq ve obyektivlik standartlarının qaldırılması, onlarla neşr ve yüzlerle jurnalist üçün esl dogru informasiya işinin örneyinin yaradılmasıdır. Bir anlıq tesevvür etsek ki, Azerbaycanda çıxan azadlıq qezeti daha yoxdur, o zaman bu standartkların hansı dehşetli süretle deqradasiya ola bileceyini de tesevvür etmek çetin deyil. Azadlıq ın ehemiyyeti onun tirajında deyil, bu standartları qoruyub saxlamasındadır. Tebii, tiraj da ehemiyyetlidir ve biz her gün daha çox oxyucuya xidmek etmek üçün çalışırıq.
22:24
Sual [Rəsul]: Yeni əfv fərmanından xəbəriniz varmı? Bəlkədə Azərbaycanda siyasi məhbusların ən az olduğu dövrə daxil oluruq. Bunu necə qiymətləndirərdiniz? Ölkədə siyasi inkişaf gözləniləndirmi
22:32
Cavab: Fermandan xeberim var ve Azerbaycanda siyasi mehbusların en az olduğu dövre qedem qoyduğumuzu düşünmürem. Avropa Şurası İlham Eliyeve lobbiçilik etmeyin daha mümkün olmadığını görende; onu geriye çekmeyi bacarır. Amma en qısa zaman sonra bu siyahının yeniden böyüyeceyine şübhe etmirem. Serbest toplaşma azadlığını mehdudlaşdıran Qanunun qebulunden; yeqin ki; xeberiniz var. Bu qanun siyasi mehbusların yeni neslini doğuracaq. Üstelik; Evez Zeynallının şerlenme neticesinde mezheke seviyyesine enen mehkeme istintaqının davam etmesi, AŞ PA siyasi mehbuslar üzre meruzeçisinin siyahısında olan çoxlu sayda insanların hele de hebsde saxlanması veziyyetin qetiyyen ürekaçan olmadığının göstericisidir. Men bu baxımdan nikbin deyilem. Azadlıqa çıxan dostlarımı ve bütün siyasi mehbusları ise tebrik edirem. Onları daha hebsde saxlamaq mümkün olmadığına göre onlar azadlıqa çıxıblar.

22:33
Sual [İntigam İbrahimoğlu]: Öncə Amerikanın səsi verlişində çalışan soydaşlarımı salamlayıram. Qonağnınız Qənimət Bəyi salmlayandan sonra Ona Azərbaycanın həqiqi Azadlığa çıxması münasibətilə, mücadiləsində ugurlar diləyirəm. Sualıma gəlincə : “Hamımız bilirik ki, 1988-91-ci illər Xalq hərakatı dövründə Heydər Əliyevin Moskva və ondan sonra Naxçıvana gəldiyi dövrlər, eləcə də 93-cü illər ərzində nə siyasi qüvvəsi və nə də sərmayə baxımından güclü deyildi. Sizə elə gəlmirmi ki, onun hakimiyyətə gəlməsini birinci içimizdən olan siyasətçilər sonra da xarici ölkə tərəfdarları vasitəsilə anlaşmalarının səyi nəticəsində mümkün olmuşdur ?
Yalız mənim fikirimcə əgər o, zamanında yəni 1988-ci illərdən başlayaraq hakimiyyətdə olsaydı Qarabağ və onun ətrafındakı torpaqlar işqal altında olacaqdımı ?
Ondan sonrada onun hakimiyyətdə qalması keçmiş post sovet ölkələrindəki bir cox prezidentlər kimi hakimiyyət başında qalması qeyri-mümkün hesab edilə bilərdimi ?” Öncədən təşəkkür edirəm.

22:40
Cavab: Sual daha çox siyasetçiye ünvanlanacaq sualdır, men ise siyasetçi deyilem. Amma düşünmürem ki, Heyder Eliyev Azerbaycana qayıdanda onun heç bir dayağı yox idi. Bu dayaqlar vardı: KGB nin hele strukturunu qoruyub saxlayan agentura şebekesi, onun eski rehberliyi zamanında imtiyazları ile ferqlenen elementler az da olsa dayaq sayıla bilerdi. Amma Heyder Eliyevi maliyye resursları ile o zamankı Türkiye hökumeti temin etdi, Bunu ne üçün etdikleri çox geniş söhbetin mövzusudur. Eyni zamanda, hesab edirem ki, Heyder Eliyevin hakimiyyete gelmesi Dağlıq Qarabağ etrafındakı erazilerin işğal edilmesini şerlendirdi ve Qarabağ etrafındakı indiki yaramaz  durumun yaranmasının esasını qoydu. Bu barede Turqut Erin Azadlıqdan Tiranlığa… adlı mkitabında, mühaciretde olan polkovnik >İsa Sadıqovu Azadlıq da geden silsile yazılarında ve dövri metbuatda etraflı yazılar derc edilib…

22:42
Sual [Mikayıl]: Azadlıq qəzetini qərəzsiz qəzet adlandırmaq olarmı? Yoxsa siz də həqiqətlərlə yanaşı, həm də bir qədər müxalifətin mövqeyindən çıxış edirsiniz?

22: 51
Cavab: Ola biler ki, Azadlıq qezetinde de herden qerezli yazılar derc edilsin. Bunu istisna etmirem. Amma bütövlükde Azadlıq qerezli qezetdir söylemek insaf ve mürüvvet çerçivesine sığmaz. Azadlıq ölkedeki yolsuzluqlara ve qanunsuzluqlara qarşı barışmaz qezetdir. Bezileri bunu müxalif mövqe adlandıra bilerler, amma qezet ne üçün hökumetyanlı olmalıdır ki? Mütereqqi dnyada iqtidaryönlü qezet anlayışı yoxdur. Yalnız Azerbaycan kimi gerizekalı idareçiliyin olduğu ölkelerde hökumet qezeti anlayışı ve gerçekliyi var. KİV ictimai nezaretin mühüm bir qoludur, eger bu nezaret hakimiyyetin eline keçirse, avtoritarizm yaranır, diktatura derinleşir. Azadlıq ise hökumetin metbuatı inhisara almasına yol vermeyen qezetdir.

22:54
Emil Quliyev [moderator]: Qənimət bəy, dəyərli vaxtınızı ayırıb dəvətimizi qəbul etdiyiniz və oxucularımızın suallarını cavablandırdığınız üçün təşəkkür edirik.

22:56
Qənimət Zahid: Çox sağ olun Emil bey!

23:00
EQ: Forumun əsas iştirakçıları oxucularımız olduğundan onlara da dərin təşəkkürümüzü bildiririk. Sərbəst Kürsünün növbəti sayıdan görüşmək ümidi ilə…

9 responses to “Qənimət Zahid: Azadlıq yarananda Qubadlıda rota komandiri idim!”

  1. Kamil Quliyev says:

    Qənimət bəy, salamlar. Sizi və kollektivinizi təbrik edirəm!

    Sualım belədir: Siz Azadlığa nə zaman gəlmisiniz və neçə ildir jurnalistika ilə məşğulsunuz?

  2. Anar Yasef says:

    Sözsüz ki, Azadlığı hazırda necə çətinliklər yaşadığı hamıya məlumdur. Bİlmək istərdim ki, sizim ən böyük, mühüm əhəmiyyət kəsb edən çətinlikləriniz hansılardır.

    Hörmətlə, Anar Yasəf

  3. sabir says:

    Azadlığın yaranması barədə tarixi və ədalətli məlumat verməyinizi istərdim. Ətraflı olsa gələcək nəsillər Azadlığın necə bir şəraitdə formalaşmasından məlumatlı olar.

    23 yaşınızı təbrik edirəm!

  4. Namiq says:

    Möhtərəm Baş Redaktort!

    Sizi salamlayır və dərin ehtiramımızı bildiririk!
    Prezidentin əfv sərəncamı ilə Şahin bəy Həsənli və Vidadi bəy İsgəndərli azadlıqa buraxildı.Diktator bu iki boşluğun yerinin doldurulmasına müxalifətdən ən aktiv, siyasətdə üzdə olan digərlərini həbs edəcəyinə siz nə proqnoz verirsiniz?

  5. Reshad says:

    Möhtərəm Azadliq Aşiqi!

    Sizi salamlayır və dərin ehtiramımızı bildiririk!
    Nədən yeni yaradılmış olan Azərbaycan saatı kanalının bölgələr üzrə təmsilçiləri yoxdur.Həmdə bölgələr od tutb yandığı bir vaxta belə reportajların cox böyük önəmidə olardı.

  6. Azer says:

    Salam Qənimət bəy. “Azadlıq” böyük məktəbdir. Azərbaycan jurnalistikasını bu məktəbin yetişdirməsi mainlander olar. Şəxsən 9-cu ildir ki, bu qəzetlə əməkdaşlıq edən bir şəxs olaraq mənim üçün “Azadlıq” qəzeti Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi, Qənimət Zahid bu fakültənin dekanı, redaksiyanın əməkdaşları isə tələbələridir. Qənimət bəy tələbələrindən məmnundurmu? Azər, Mingəçevir

  7. CINGIZ says:

    SALAM BEY .QENIMET BEYE TESEKKUR EDIN BELE SINMAYAN KOLLEKTIV YARATDIGINA GORE MUBARIZENIN BERABER OLMAMASI BAXMAYARAQ MUBARIZE APARILIR MEN KOYDE YASAYIRAM 7000 EHALININ ADINDAN AZADLIQA VE ONUN VEDAKAR ISKILERINE TESEKKUR EDIREM 23 YASINIZ MUBAREK

  8. mammad ibrahim says:

    Salam Qənimət bəy. Sizi salamlayır və bir daha təbrik edirəm. Sualım belədir ki, siz Baş Redaktor təyin olarkən, nə vaxtsa qəzetin Qafqazın ən böyük qəzeti olacağınına inanırdınızmı və buna görə ən çox nəyə və kimə borclusunuz?

  9. mikayil says:

    Azadlıq qəzetini qərəzsiz qəzet adlandırmaq olarmı? Yoxsa siz də həqiqətlərlə yanaşı, həm də bir qədər müxalifətin mövqeyindən çıxış edirsiniz?

Leave a Reply to sabir Cancel reply

Your email address will not be published. Required fields are marked *

BLOGLAR