Müsavat Partiyasının Məclisi partiyanın başqanı İsa Qəmbərin 2013-cü il prezident seçkilərində namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib. 2003-cü ildə namizəd olmuş İsa Qəmbər bu dəfəki seçkilərdə qələbəsinə əminlik ifadə edib. Onun fikrincə, son video qalmaqalları Azərbaycanın hakim rejimini tamamilə ifşa edib, onun korrupsiyaya uğradığını və hakimiyyətin kriminal xarakterini nümayiş etdirib.
Oxucularımızın suallarını cavablandırmaq üçün Sərbəst Kürsüyə İsa Qəmbəri dəvət etmişik. Yanvar ayının 9-u Müsavat başqanı sizin suallarınızı canlı olaraq cavablandırıb.
Forumu olduğu kimi təqdim edirik:
——————————————————————–
21:00 / 9 yanvar 2012
Salam əziz oxucular, hamınızı yeni ilin ilk Sərbəst Kürsüsündə xoş gördük. Canlı forumun qonağı İsa Qəmbər, moderatoru isə mən Emil Quliyevəm.
21:02
Emil Quliyev [moderator]: İsa bəy, axşamınız xeyir. Sərbəst Kürsüyə xoş gəlmisiniz.
21:06
İsa Qəmbər: Salam, Emil bəy, məni 3-cü dəfə dəvət etdiyiniz üçün təşəkkür edirəm və bütün dinləyici və oxucularınızı salamlayıram!
21:07
EQ: İlk sualı Kənan adlı istifadəçi göndərib. O soruşur:
– İsa bey seçkiyə qədər vətndaş cəmiyyətinin demokratiya sahəsində heç bir dəyişikliyə nail olmayacağı təqdirdə seçki yolu ilə hakimiyyətin dəyişikliyinə inanırsınızmı? Azad seçki keçirilməsi üçün Seçkiyə qədər hakimiyyəti hansı addımları atmağa vadar etmək lazımdır və bu istiqamətdə planınız varmı? Seçkinin talehin seçkiyə qədər həll etmək lazımdır bu haqda nə düşünürsünüz?
21:20
Cavab: Seçkiyə qədərki müddətdə konkret hədəflərimiz var. Həm Müsavat partiyası, həm də İctimai Palata fəaliyyət istiqamətləri barədə sənəd hazırlayıb və qəbul edib. Bu sənədlərdə Seçki Məcəlləsinin təkmilləşdirilm
Mən bu il Müsavat olaraq, demokratik düşərgə olaraq qalib gələcəyimizə inanıram. Seçki ili ölkədə vəziyyəti dəyişmək üçün önəmli fürsətdir. Biz bütün dinc vasitələrdən istifadə edərək xalqın hakimiyyətini formalaşdırmağa çalışacayıq. Nəzəri cəhətdən bu istənilən mərhələdə baş verə bilər.
21:21
Sual [Vüqar Feyzulla]: İsa bəy, 93-cü ildə Heydər Əliyevi hakimiyyətə gətirməklə bir siyasətçi kimi uzaqgörən olmadığınızı etiraf edirsinizmi?
21:28
Cavab: Vüqar bəy, mənim 16 iyul 1993-cü ildə (Heydər Əliyev rejimi tərəfindən həbs olunduğum gün) Parlamentdə çıxışımı dinləsəniz məni uzaqgörən olmamaqda ittiham etməzdiniz. Bu gün Mehriban Vəzirin “Yeni Müsavat” qəzeyində maraqlı bir məqaləsi nəşr olunub. Onu oxumağı da tövsiyə edirəm.
Ümumiyyətlə isə, bizim hakimiyyəti 1993-cü il iyun qiyamının qarşısını ala bilməməkdə ittiham edənlərə haqq versəm də çox önəmli bir məqamı vugulamaq istəyirəm: Bizi qınamaqla yanaşı bir həqiqəti düşünün ki, əslində bizim yalnız bir il hakimiyyədə qala bilməyimizi qeyd etməklə yanaşı, bu bir ili (1992may-1993 iyun) sovet-kommunist nomenklatrasınd
21:29
Sual [Letif]: Salam Isa bey ! Namizedliyinizi verdiyiniz ucun tebrik edirem ve ugurlar arzulayiram size. seckiye 10 aydan az vaxt qalib. menim size 3 sualim var.
1) Bolgelerde yasayan insanlarin desteyini qazanmaq ucun sizin ve partiyanizin ne planlari var ?
2) Secki komandanizi ictimaiyyete ne zaman aciqlayacaqsini
3) Her siyasetcinin seckide yadda qalan bir tebligat formasi olur. misal ucun qapi-qapi gezib insanlara anlatma yolu ve.s. Sizinde bu veya benzeri planlariniz varmi ?
21:36
Cavab: Lətif bəy, salam və təşəkkür!
Müsavat hər bir zaman mükəmməl seçki sənədləri, problemlərin həlli konsepsiyaları, konkret və real vədləri, müasir və original seçki plakatları və s.-lə fərqlənib. İndi də maraqlı sürprizlərimiz olacaq.
Seçkidə iştirak qərarımızı 4 yanvarda qəbul etmişik və bir gün də itirmədən konkret seçki hazırlıqlarına başlamışıq. Seçki komandamızı, seçki platformasını, xalqa və cəmiyyətin bütün kəsimlərinə müraciətlərimiz
21:37
Sual [Arzu Şirinova]: İsa Qəmbər namizəd olmaqdan bezməyib?
21:39
Cavab: Arzu xanım, mən yalnız bir dəfə 2003-cü ildə namizəd olmuşam. Və mən xalqımızın azadlığı, xoşbəxtliyi uğrunda mübarizədən heç bir zaman bezmərəm.
Siz necə– bu oğru rejimin hakimyyəti altında yaşamaqdan bezməmisiniz?
21:40
Emil Quliyev [moderator]: Mənsur İsrafilli Twitter vasitəsilə soruşur:
– ABŞ departamenti İqbal Ağazadəni parlamentdə tək müxalifət partiyası namizədi kimi tanıyır bə siz niyə qəbul etmirsiz?
21:43
İsa Qəmbər: Mənsur bəy, siz elə bilirsiniz ki, bizim fikrimiz ABŞ dövlət departamenti ilə hər zaman üst-üstə düşür?
Bizim üçün əsas xalqımızın rəyidir.
21:45
Sual [Cavid]: Salam. Isa bey esger ölümləri ilə bağlı ne deyə bilərsiniz. Deyə bilərsiniz niyə Telekanallar, Müdafiə Nazirliyi, Cəmiyyət susub.?
21:50
Cavab: Cavid bəy, salam,
Əsgər ölümləri sadəcə bir gəncin itirilməsi, bir ailənin faciəsi olamqla bitmir, bu hamımız üçün bir zərbədir, ordumzun nüfuzuna ciddi xələl gətirir və Qarabağımızın işğaldan azad edilməsinə inamı azaıldır. Bu rejim bütövlükdə xalqa biganə olduğu kimi, hər bir vətəndaşımızın həyatına da laqeyddir. Ona görə də rəsmi strukturlar susurlar.
Amma cəmiyyət susmamalıdır, hər birimiz narahatlığımızı
21:52
Sual [Sadiq]: Isa bəy reallıq budur ki indi xalqı informasiya idarə edir. İnformasiya isə hakimiyyətin əlindədir.Nə formada istəsə insanları yönəldə bilir. Sizcə belə vəziyyətdə seçkidən qalib çıxmaq olar?
22:02
Cavab: Sadıq bəy, haqlısınız, informasiya əsrində yaşayırıq. Hakimiyyət də bunu bildiyi üçün bizi TV-lərə buraxmır, mitinqləri, xalqla görüşlərimizi qadağan edir, mediaya təzyiq edir. Amma, axtaran tapar, biz yeni informasiya texnologiyaları
22:04
Sual [Elmir]: İsa bəy, Seymur Baycanın “Müxalifətin qış, yaz, yay, payız yuxusu” belə bir fikir var
“Xalq hərəkatı olmasaydı, İsa Qəmbər Elmlər Akademiyasında hansısa elmi iş yazmaqla məşğul olacaqdı, Əli Kərimli də Saatlının hansısa kəndində dərs deyəcəkdi. Hər şeylərini itirmiş bu adamlar yenə də cəsarətsizlik nümayiş etdirməkdədir. Səfirliklərdən, xarici fondlardan qorxurlar. Ən pisi də odur ki, bu adamlar bir-birlərinə inanmırlar.”
Ümumiyyətlə bu fikirə və yazıya münasibətiniz maraqlıdır.
22:13
Cavab: Elmir bəy, salam,
Yazıçının özünə- Seymur Baycana münasibətim əladır. Onu xalqımızın ən güclü və ən perspektivli yazıçılarından biri, Azərbaycan ictimai fikrinin ən önəmli nümayəndələrind
1. Azərbaycanda hər şey qaydasında olsa idi, mən elmi işlə məşğul olmağı, xalqımızn tarixini araşdırmağı özüm üçün ən böyük xoşbəxtlik hesab edərdim.
2. Əli Kərimli ilə bir-birimizi yaxşı tanıdığımızdan bir-birimizə inanırıq.
3. Mən nəinki xarici səfirliklərdən və fondlardan qorxmuram. Mən heç Seymur Baycandan da qorxmuram:)
Sual [Sedaget]: İsa bey secki ilimiz mübarek, inanırıq ki, en qeddar rejimde bu xalqın sesini aldığınız kimi, menfur rejimin mahiyyetinin bu qeder aşkar olduğu hazırkı zamanda da Siz hakkın ve xalqın sesini qazanacaqsınız. Bu yolda Size ve milletimize xeyirli olsun. İsa bey, sualım budur ki, siyasetde söz oynadanları, gercek hedeflerden fikir yayındıranalrın mahiyyetini acmaq zamanı deyilmi?
Cavab: Sədaqət xanım, təşəkkür edirəm.
Yəqin siz xatırlayırsınız ki, mən 2013-cü ildə maskaların yırtılacağını demişəm. İlin ilk 10-günlüyüdəyik
Amma, onu da unutmayın ki, bizim əsas hədəfimiz ölkədə köklü demokratik dəyişikliklərə nail olmaqdır. Və biz bunu edəcəyik!
Sual [Nailə Hüseynzadə]: Rəsul Quliyevi özünüzə rəqib görürsünüzmü?
Cavab: Nailə xanım,
Sual [Nərminə Ramazanova]: Sala
Cavab: Nərminə xanım, salam,
1. Mən bütövlükdə siyasətçi peşəsini və konkret olaraq prezident vəzifəsini xalqa xidmət imkanı kimi qiymətləndirirə
2. Əvvəla, partiya ilə dövləti eyniləşdirmək düzgün deyil. İkincisi, indiki dövlət başçısı seçki saxtakrlıqıarı və dinc əhaliyə qarşı zorakılıq sayəsində hakimiyyətdədir
3. Sualınız çox ümümi olduğu üçün mən də konkret bir söz deyə bilmərəm. Müsavatçılardan kimsə qanuna və etikaya zidd bir söz deyirsə, ad çəkin, bildirin, biz də məsələni həll edək.
Sual [Ilyas]: Salam, Əli Kərimli namizədliyini irəli sürərsə necə olavcaq? Onu özünüzə rəqib sayırsınızmı?
Biz AXCP-ni, Əli Kərimlini müttəfiq hesab edirik. Qalan məsələləri ortaya çıxdıqca həll edəcəyik.
Sual [Elxan Salahov]: Hörmətli, İsa bəy!
1. Prezident seçkilərinə hansı iqtisadi platforma ilə gedirsiniz və nəzərdə tutduğunuz islahatları həyata keçirmək üçün iqtisadçı komandanızı güclü sayırsınızmı?
2. Seckiyə çox az vaxt qalıb. İqtisadi planlarınızı həyata keçirəcək komandanızı başınıza yığıb ciddi və hərtərəfli müzakirələr aparmısınızmi? Yoxsa, secki hazırlıqlarında ümumi yanaşmaya üstünlük verəcəksiniz?
Cavab: Elxan bəy, salam,
Müsavat partiyasında bütün digər sahələr kimi iqtisadiyyat sahəsində də çox güclü mütəxəssislər var. Elə təkcə Qubad İbadoğlununu xatırlayın, o yalnız ölkəmizdə deyil, beynəlxaq miqyasda da güclü mütəxəssis kimi qəbul edilir. Biz iqtisadiyyat məsələlərini, xalqımızın sosial problemlərini daim diqqətdə saxlayırıq. Müntəzəm müzakirələr keçirir, konsepsiyalar, təkliflər hazırlayırıq. Eyni zamanda, biz seçki sənədlərinə xüsusi məsuliyyətlə yanaşırıq. Burada ümumi yanaşmadan söhbət belə gedə bilməz. Seçkidə iştirakla bağlı qərarımızı cəmi 5 gün əvvəl qəbul etmişik. Bütün gücümüzlə hazılığa başlamışıq. Seçki platformamızda sosial-iqtisadi bölmə və sənədlər ciddi müzakirələrdən sonra qəbul ediləcək və xalqa, seçiciyə təqdim olunacaq.
Emil Quliyev [moderator]: İsa bəy, sizə forumda iştirakınız üçün təşəkkür edirik və seçkilərdə uğurlar arzulayırıq!
İsa Qəmbər: Emil bəy, mən də sizə təşəkkür edirəm. 2013-cü ildə ilk qonaq olaraq məni dəvət etdiyiniz üçün çox sağ olun. Bütün oxucu və dinləyicilərə iştirak üçün təşəkkür! Hamınıza yeni ildə uğurlar olsun!
Emil Quliyev: Mən də oxucularımıza göstərdikləri diqqətə görə minnətdaram. Sərbəst Kürsünün növbəti qonağı Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev olacaq.
10 responses to “İsa Qəmbər namizəd olmaqdan bezibmi?”
İsa bey seçkiyə qədər vətndaş cəmiyyətinin demokratiya sahəsində heç bir dəyişikliyə nail olmayacağı təqdirdə seçki yolu ilə hakimiyyətin dəyişikliyinə inanırsınızmı? Azad seçki keçirilməsi üçün Seçkiyə qədər hakimiyyəti hansı addımları atmağa vadar etmək lazımdır və bu istiqamətdə planınız varmı? Seçkinin talehin seçkiyə qədər həll etmək lazımdır bu haqda nə düşünürsünüz?
Isa bəy, 93-cü ildə Heydər Əliyevi hakimiyyətə gətirməklə bir siyasətçi kimi uzaqgörən olmadığınızı etiraf edirsinizmi?
Salam Isa bey ! Namizedliyinizi verdiyiniz ucun tebrik edirem ve ugurlar arzulayiram size. seckiye 10 aydan az vaxt qalib. menim size 3 sualim var.
1) Bolgelerde yasayan insanlarin desteyini qazanmaq ucun sizin ve partiyanizin ne planlari var ?
2) Secki komandanizi ictimaiyyete ne zaman aciqlayacaqsiniz ?
3) Her siyasetcinin seckide yadda qalan bir tebligat formasi olur. misal ucun qapi-qapi gezib insanlara anlatma yolu ve.s. Sizinde bu veya benzeri planlariniz varmi ?
Salam. Isa bey esger ölümləri ilə baölı ne deyə bilərsiniz. Deyə bilərsiniz niyə Telekanallar, Müdafiə Nazirliyi, Cəmiyyət susub.?
Isa bəy reallıq budur ki indi xalqı informasiya idarə edir. İnformasiya isə hakimiyyətin əlindədir.Nə formada istəsə insanları yönəldə bilir. Sizcə belə vəziyyətdə seçkidən qalib çıxmaq olar?
İsa bəy, Seymur Baycanın “Müxalifətin qış, yaz, yay, payız yuxusu” belə bir fikir var
“Xalq hərəkatı olmasaydı, İsa Qəmbər Elmlər Akademiyasında hansısa elmi iş yazmaqla məşğul olacaqdı, Əli Kərimli də Saatlının hansısa kəndində dərs deyəcəkdi. Hər şeylərini itirmiş bu adamlar yenə də cəsarətsizlik nümayiş etdirməkdədir. Səfirliklərdən, xarici fondlardan qorxurlar. Ən pisi də odur ki, bu adamlar bir-birlərinə inanmırlar.”
Ümumiyyətlə bu fikirə və yazıya münasibətiniz maraqlıdır
İsa bey secki ilimiz mübarek, inanırıq ki, en qeddar rejimde bu xalqın sesini aldığınız kimi, menfur rejimin mahiyyetinin bu qeder aşkar olduğu hazırkı zamanda da Siz hakkın ve xalqın sesini qazanacaqsınız. Bu yolda Size ve milletimize xeyirli olsun. İsa bey, sualım budur ki, siyasetde söz oynadanları, gercek hedeflerden fikir yayındıranalrın mahiyyetini acmaq zamanı deyilmi?
Rəsul Quliyevi özünüzə rəqib görürsünüzmü?
Salam,Isa bəy.Əksər vətəndaş kimi mən də indiki hakimiyyətdən narazıyam.Lakin məni başqa namizədlər də qane etmir.Mənim sizə bir neçə sualım var: 1.Siz prezidentlik vəzifəsini necə görürsünüz? 2.Siz kifayət qədər uzun müddətdir ki,Müsavat partiyasının sedrisiniz və bildiyimiz kimi indiki prezidentimiz də uzun illərdi prezidentdi.sizin ondan fərqiniz nədir? Mən sizə necə inanmaliyam ki, siz də onun kimi uzun illər hakimiyyətdə qalmayacaqsınız? 3.Sizi dəstəkləyən gənclərin ( əsasən QHT təşkilatında olan gənclər) şüarları haqqında fikriniz nədir. Onlar tez-tez rejimi dağıtmaq,onları məhv edəcəyik kimi sözlərindən istifadə edirlər. Suallarıma cavab verəcəyiniz üçün öncədən təşəkkür edirəm.
Salam
Əli Kərimli namizədliyini irəli sürərsə necə olavcaq? Onu özünüzə rəqib sayırsınızmı?