Elşad Abdullayev: “400-dən çox ifşaedici videom var”

Posted January 15th, 2013 at 10:54 am (UTC-4)
10 comments

Son aylar gizli video görüntülər və açıqlamaları ilə Azərbaycanda gündəmdən düşməyən Elşad Abdullayev hər gün yeni ittihamlarla çıxış etməkdədir. Oxucularımızın çoxsaylı xahişlərini nəzərə alaraq Sərbəst Kürsüyə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevi dəvət etmişik.

Hazırda Fransada yaşayan E.Abdullayev uzun sürən danışıqlardan sonra Sərbəst Kürsü canlı forumunda oxucularımız suallarını cavablandırmağa razılıq verib. Yanvarın 17-də keçirilən forumda Elşad Abdullayev sizin suallarınızı  cavablandırıb.

————————————————————-

21:00 / 17 yanvar 2013

Salam əziz Sərbəst Kürsü oxucuları.

Həmişə olduğu kimi bu gün də Sərbəst Kürsü canlı forumunun moderatoru mən Emil Quliyevəm. Sərbəst Kürsüdə sizin suallarınızı fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayev cavablandırır.

21:02
Emil Quliyev [moderator]: Elşad müəllim, sizi Sərbəst Kürsüdə xoş gördük.

21:05
Elşad Abdullayev: Təşəkkür edirəm, ümid edirəm ki sizin radionuzun kürsüsündə özümü daha sərbəst hiss edəcəm.)

21:08
EQ: Elşad müəllim qısaca olaraq xatırladım ki, mən daxil olan bütün sualları sizə ünvanlamalıyam, sizin istədiyiniz sualı cavablandırmamaq hüququnuz var.

İlk sual Elmir adlı daimi istifadəçidən daxil olub:

– Elşad müəllim salam. Belə bir fikir var ki, ən önəmli videoları axıra saxlayırsınız, yəni prezident seçkilərinə az qalmış yayacaqsınız?

21:13
Cavab: Sualınıza görə təşəkkürlər. Maraqlı sualdı, belə bir sualın olması, əslində  bizim atdığımız addımların cəmiyyətdə nə qədər ictimai maraq doğurduğunu göstərir. İndidən bu suala qəti cavab vermək istəmirəm.

Biz bu addımları ona görə atırıq ki, qardaşım, MTN zabiti Mahir Abduullayevin oğurlanmasının 10-cu ilidir. Bu müddətdə 4 oktyabr 2012-ci ildə prezident İlham Əliyevin sərəncamıyla müstəqil istintaq komissiyası yaradılıb. Buna qədər bu cinayət işinə 12 müstəntiq baxıb, araşdırıb, istintaqını aparıb, ancaq zərərçəkmişi işdən yayındırmaqdan başqa addımlar atılmayıb, hər 12 istintaq qərəzli aparılıb və bütün müstəntiqlərin işi Azərbaycanda mütəşəkkil cinayətkar təşkilatı gizlətmək olub. Eyni zamanda da zərərçəkmişi bu dövrdə susdurmağa və cinayət işini bağlama fəaliyyəti içində olublar. Bu ilk sualın cavabıydı.

21:15
Sual [Hikmət]:
Elşad bəy hər vaxtınız xeyir. Sizə iki sualım var.
1. Səmimi cavab vermənizi rica edirəm. 1-cisi ABU ilə bağlıdır. Minlərlə insan orada rüşvətlə universitetə düzəlmə, imtahanlardan keçmək sisteminin olduğunu deyir və bunu heç kim təkzib etmir, siz necə təkzib edirsiniz mi?
2. Ramiz Mehdiyevin istefasını tələb edirsiniz, amma prezidentin yox, sizcə prezidentin ölkədə formalaşmış sistemdən xəbəri yoxdur yoxsa siz kobud desək ayaq yeri qoyursunuz?

21:30
Cavab: 1. Hamı bilməlidi ki, Azərbaycan Beynəlxalq Universitetinin bağlanması, başqa səbəblərə görə yox, məhz mənim susdurulmağıma yönəldilmiş bir addımdır. Mahir Abdullayevin oğurlanma faktını ört-basdır etmək üçündü və onların son təklifi mənim ya universiteti ya da qardaşımın cinayət işini seçmə təklifi olmuşdu. Mən bu iki seçimdən birini etməliydim.  Mən qardaşımın tapılmasını və bu cinayəti edənlərin cəzalandırılmasını seçdim və Avropa İnsan Haqları Məhkəməsinə müraciət etdim və beləliklə sahib və rektor olduğum universiteti bağladılar. Qeyd edim ki, mən hələ Azərbaycanda olanda Avropa İnsan Haqqları Məhkəməsinə artıq müraciət etmişdim.

2.İlk olaraq bildirim ki, Ramiz Mehdiyevin istefa tələbi hüquqi tələbdi. Cinayət prosesual qanunvericiliyinə görə əgər hər hansı vəzifəli şəxsin adı hansısa irimiqyaslı cinayət işində adı keçirsə həmin şəxs müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmalıdır. Həmçinin istintaqa cəlb olunmalı və ona ünvanlanan suallara cavab verməlidir. Ramiz Mehdiyevin adı bu cinayət işində hallandığı video görüntülərlə maddi sübutlarla təsdiq olunur. Ramiz Mehdiyev nəinki deputatlıq məsələsində aldığı pullara görə, Mahir Abdullayevin oğurlanması işində sehrli əl olması artıq bir faktdır və buna görə də o, cavab verməlidir.

21:32
Sual [Elşad]: Merhaba elshad bey (biz adashig) sizlere oz hormet ve ehtiramimi bildiriem. Evveller ne yapdiginiz meni ilgilendirmez. sizlerin indi bu murdar rejime garshi apardiginiz mucadileni ise tam olarag destekleyirem. elshad bey bu mucadileni sona qeder aparmag ezminde olduguza inanmag isterdim. sizlere can sagligi en esasi ise zafer (hem tum azerbaycan xalgina) arzulari ile adasniniz!

21:36
Cavab: Mən də hörmətli adaşıma təşəkkür edirəm. Baxmayaraq ki, məni susdurmağa yönəlik əleyhimdə çoxsaylı saxta cinayət işləri açıblar, mən bu işi axıra çatdıracam və qətiyyən geri çəkilmə fikrim yoxdu. Dünənə qədər mən bu işdə tək idimsə, bu gün bütün Azərbaycan xalqının ictimai dəstəyini öz armada hiss edirəm. Bizə dəstək duran hər kəsə, gənclərə, siyasi pariyalara, qht-lərə, mətbuata, media nümayəndələrinə öz təşəkkürümü bildirirəm.

21:37
Sual [Ruslan]: Elshad muellim salam.son vaxtlar hakimiyyetin shexsen ramiz mehdiyevin tabeciliyinde olan metbuat orqanlari cox calishir sizin videolari gundemden cixartsin.amma millet bezib artiq xalqda dushmenimin dushmeni menim dostumdur fikiri formalashib.biz bilirik sizde cox ifshaedici videolar var amma bilin bunlar butun gucleri ile sizi susdurmaq isteyirler.yaxshi olardi ki yaxin gunlerde sizde olan o dehshetli videolardan 20 yanvara kimi birininden 10-15 deqiqelik fraqment gonderesiniz bu millete.ramiz mehdiyevin qizinin,yeznesinin,oglunun aile haqqinda danishdigi o iyrenc aciqlamalari bu xalqa catdirin millet bilsin ki bunlar kimdirler.SIZ INANIRSINIZMI KI PRIZEDINTIN NEZARETINDE OLAN HANSI SA BIR CINAYET ISHI ACILACAQ?EGER INANIRSINIZSA COX YANILIRSINIZ.TANRI SIZI QORUSUN

21:55
Cavab: Ruslan bəyə suala görə təşəkkür edirəm. Sizin sualınız mənə dünən Azadlıq qəzetində çıxan, müəllifi mənimlə yanaşı iki dəyərli hüquqşünasın olduğu Ölüm Eskadronu (Azərbaycanda 4-cü idarə) məqaləsini xatırlatdı. Biz orada bir sıra məqamlara toxunmuşuq və bu cinayət işinin başqa ölkələrdəki bənzər proseslərlə analoji müqayisəsini aparmışıq. Bu məqaləni sizə və digər oxuculara oxumağı tövsiyyə edirəm, mən inanıram ki, siz sualınızın daha  ətraflı cavabını həmin məqalədə tapacaqsınız.  Həmçinin Ramin Nağıyevin Hacı Məmmədovun həbsxanadan göndərdiyi məktub əsasında  prezident İlham Əliyevə 2004-cü ildə sui-qəsd planıyla bağlı müsahibəsinə diqqət yetirmənizi xahiş edirəm. Həmin sui-qəsd planındakı sehrli əl də məhz Ramiz Mehdiyevdir. Son olaraq demək istəyirəm ki, Ramiz Mehdiyev öz mətbuat orqanlarıyla həqiqəti gizlətməyə, xalqı çaşdırmağa çalışsa da buna nail ola bilməyəcək. Təcrübə onu göstərir ki, ölüm eskadronunun təşkilatçıları, vəzifəsindən asılı olmayaraq gec-tez cinayət məsuliyyətinə cəlb olunurlar.

21:57
Sual [Yaşar]: Elshad bey,salam.

Sualim beledir: Eger istintaq sizin qardashinizla bagli ishe ciddi yanashib cinayetin ustunu acsa, qardashiniz haqda deqiq melumat verse ve cinaetkarlari cezalandirsa(hansi ki Azerbaycan realliginda bu inanilasi deyil),bu o demekdir ki,siz sizde olan elave videolari ve ses yazilarini donduracaqsiniz ?? Yoxsa istintaqin gedishinden ve neticesinden asili olmayaraq yene de ictimaiyyete yayacaqsiniz hamisini???

22:03
Cavab: Videoların yayılması həm də Müstəqil İstintaq Komissiyasının fəaliyyətindən asılıdır, əgər istintaq düzgün, qərəzsiz, qanuni və şəffaf şəkildə gedərsə bu onu göstərəcək ki, dövlət həqiqətən də bu cinayət işinin açılmasında maraqlıdı. Lakin sizin də qeyd etdiyiniz kimi Azərbaycancan reallığı tam başqadı və 9 ildi biz bu reallıqda öz mübarizəmizi aparırıq. Mənim üçün qardaşımın tapılması və onu oğurlayanların, bu cinayəti törədənlərin, həmçinin bu cinayətinin sifarişçilərinin cəzalandırılması vacibdir.

22:04
Sual [Ruslan]: Salam Elsad muellim. Ne vaxtsa Bakiya gelmek fikriniz varmi?

22:10
Cavab: Əlbəttə fikrim var.  Hər bir insan öz vətənində yaşamağı data üstün tutmalıdı. Mən bir azərbaycanlı olaraq öz ölkəmi sevirəm, fəxr edirəm ki, azərbaycanlıyam. Harda olmağımdan asılı olmayaraq Azərbaycanın maraqları mənim üçün üstündü. Azərbaycanda dövlət resurslarından istifadə edən mütəşəkkil cinayətkar dəstə, yəni ölüm eskadronu və onun rəhbərləri cinayət məsuliyyətinə cəlb olunarsa və həqiqi cəzasını alarsa mən böyük məmnuniyyətlə öz vətənimə qayıdacam. Ancaq indiki şəraitdə mənə qarşı plan hədələri və təxribat cəhdlərini nəzərə alsaq mənim Azərbaycana qayıtmağım mümkün deyil.

22:11
Emil Quliyev [moderator]: Elşad Abdullayev Qara Qalxan adlı istifadəçinin sualını cavab vermək istəmir. Növbəti sualı Azər adlı oxucumuz göndərib:
– Elşad müəllim, Siz Azərbaycanda ölüm eskadronların mövcudluğunu ilk defe olaraq dediniz. Bu barədə yazınızın ardı bu gün çıxmalı idi, amma çıxmadı. Nə vaxt çıxacaq? Sizcə Azərbaycanda ölüm eskaronların başında kim dayanır? Bu insalar nə vaxtsa ifşa olunacaqmı?

22:17
Elşad Abdullayev: Hacı Məmmədov ölüm eskadronunda icraçı kiçik bir fiqur idi. O eskadronun adını osminok qoymuşdu, lakin bu sözün həqiqi mənasında ölüm eskadronudu. Yəni bu mütəşəkkil cinayətkar dəstəyə veriləcək hüquqi qiymət və qoyulacaq kriminoloji hüquqi ad məhz budur. Hesab edirəm ki, Ramiz Mehdiyev bu eskadronun sehrli əlidir.

Yazının davamı olacaq. Qısa zamanda Ölüm Eskadronu adlı məqaləmizin davamı olacaq, orada da bir sıra faktlara toxunacayıq.
22:19
Sual [Elnur]:
Salam. Elshad bəy istintaqın gedişatından asılı olmayaraq videoların hamısını yayacaqsınızmı?
22:29
Cavab: 400-dən çox videodu və bu videoların hamısını birdən vermək mümkün deyil, həmçinin fiziki olaraq qısa zamanda hamısına baxıb təhlil etmək də çox çətindi. Biz çalışırıq ki, videoları doğru zamanda və proseslərin gedişinə uyğun olaraq yayınlayaq. Bu günə qədər yayılan videoların bəziləri videodakə şəxslərin müstəqil istintaq komissiyasına verdikləri yanlış ifadələrə görə, başqa dillə desək  video görüntülərdəki öz danışıqlarını təkzib etmələrinə görə olmuşdur.
Xatırladım ki, bütün videolar müstəqil istintaq komissiyasına, baş prokurorluğa verilib, həmçinin Avropa İnsan Haqqları məhkəməsinə təqdim olunub.
22:31
Sual [Amelya Serbina]: En ifsa edici video varmi,varsa haçan yayimlanacaq?
22:42
Cavab: Bizim yayınladığımız videolar həqiqəti ortaya çıxarma xarakteri daşıyır. Siz video görüntülərdə olan və həqiqəti danışan iki şəxsin (Rövşən Abbasquliyev – DİN 7-ci idarənin polkovniki, Hacı Ağababa Ağayev – həmin dövrdə Nərimanov rayon məhkəməsinin sədri) işdən çıxarıldığının, birinin isə (Sevinc Babayeva) öldürüldüyündən xəbərdarsınız. Burdan ortaya çıxır ki, videogörüntülərdə bizə kömək etmək istəyində olan şəxslər ancaq cəzalandırılır, lakin cinayətdə adı keçən və birbaşa cinayətdə iştirak edən şəxslərdən sadəcə birinin əlindən deputatlıq mandatı alınır, digərləri və onların rəhbərləri heç bir məsuliyyətə cəlb olunmur. Bu məqamı da sizə xatırlatmağı özümə borc bilirəm.
Başqa deyişlə cinayətin icraçıları və sifarişçiləri  cinayət məsuliyyətinə cəlb olunmurlar, bu da Azərbaycanın hüquqi böhran vəziyyətində olduğunu göstərir. Həm də bu ona sübutdur ki, ölüm eskadronunun üzvləri sehrli əl vasitəsiylə toxunulmazlıq hüququ əldə edirlər və adları hallanan heç bir cinayət işinə cəlb edilmirlər.
22:43
Sual [Rufət]: Türkiyə polisi mərhum Sevinc Babayevanın gizli polis olması ehtimalını araşdırır. Siz də demisiniz ki, MTN dördüncü idarə var. Sevinc Babayeva bu idarənin üzvü ola bilərmi? Əgər üzvü olubsa, bəs görən nə üçün öldürüblər?
22:47
Cavab: Sevinc Babayevanın öldürülməsinin əsas məqsədi əhəmmiyyətli bir şahidin götürülməsidir və bir cinayətin üstünü örtmə cəhdləri kimi dəyərləndirmək lazımdır. Sevinc Babayeva günahsız olduğu bir prosesdə arxasını döndüyü və arxayın olduğu şəxslər tərəfindən aradan götürülmüşdür. Sevinc Babayevanın oğlu Ayxanın dedikləri həqiqətdir və onun verdiyi ifadələr ciddi şəkildə araşdırılmalıdır.
22:48
Sual [Nizami]: Elşad m. əminsiniz ki nəyəsə nail olacaqsınız? yoxsa ümid ancaq Avropa Mehkemesinedi?
22:55
Cavab: Deputatlıq prosesində mənim deputat seçilməklə bağlı bir məqsədim olub, o da qardaşımı geri qaytarmaq olub. Mən deputat seçilsəydim Milli Məclisdə bu cinayəti data açıq şəkildə dilə gətirə biləcəkdim, toxunulmaz hüququ qazanacağım üçün onlar mənim fəaliyyətimin qabağını almaqda çətinlik çəkəcəkdilər və həmçinin bu cinayəti səsləndirmək üçün siyasi tribuna əldə edəcəkdim. Gülər Əhmədova da mənə demişdi ki, deputat seçiləndən sonra qardaşımı qaytaracaqlar, bu işə girməyimin əsas məqsədi də məhz bu club.
22:56
Emil Quliyev [moderator]: Twitter vasitəsilə Bakulavr adlı istifadəçidən daxil olan sual: Azərbaycanda 4-cü idarə var?
22:58
Elşad Abdullayev: Əlbəttə ki var. Azərbaycanda MTN-nin 9 idarəsi var və təxminən 160-a yaxın şöbəsi var və bu şərti olaraq dəyişə bilər.
22:59
EQ:Elşad müəllim vaxtınızı ayırıb, iki saat ərzində oxucularımızın suallarını cavablandırdığı
nız üçün sizə minnətdarlığımızı bildiririk.
22:59
Elşad Abdullayev: Emil Tapdıqoğu mən də moderatorluğa görə sizə təşəkkür edirəm.
23:00
Emil Quliyev [moderator]: Həmişə olduğu kimi mən Sərbəst Kürsünün dəyərli oxucularına da  minnətdarlığımı bildirirəm.  SƏRBƏST KÜRSÜ SİZİN BLOQUNUZDUR! Növbəti forumda görüşənədək…

10 responses to “Elşad Abdullayev: “400-dən çox ifşaedici videom var””

  1. Elmir says:

    Elşad müəllim salam. Belə bir fikir var ki, ən önəmli videoları axıra saxlayırsınız, yəni prezident seçkilərinə az qalmış yayacaqsınız?

  2. Hikmet says:

    Elşad bəy hər vaxtınız xeyir. Sizə iki sualım var.
    1. Səmimi cavab vermənizi rica edirəm. 1-cisi ABU ilə bağlıdır. Minlərlə insan orada rüşvətlə universitetə düzəlmə, imtahanlardan keçmək sisteminin olduğunu deyir və bunu heç kim təkzib etmir, siz necə təkzib edirsiniz mi?
    2. Ramiz Mehdiyevin istefasını tələb edirsiniz, amma prezidentin yox, sizcə prezidentin ölkədə formalaşmış sistemdən xəbəri yoxdur yoxsa siz kobud desək ayaq yeri qoyursunuz?

  3. elshad says:

    merhaba elshad bey (biz adashig) sizlere oz hormet ve ehtiramimi bildiriem. Evveller ne yapdiginiz meni ilgilendirmez. sizlerin indi bu murdar rejime garshi apardiginiz mucadileni ise tam olarag destekleyirem. elshad bey bu mucadileni sona qeder aparmag ezminde olduguza inanmag isterdim. sizlere can sagligi en esasi ise zafer (hem tum azerbaycan xalgina) arzulari ile adasniniz!

  4. ruslan says:

    Elshad muellim salam.son vaxtlar hakimiyyetin shexsen ramiz mehdiyevin tabeciliyinde olan metbuat orqanlari cox calishir sizin videolari gundemden cixartsin.amma millet bezib artiq xalqda dushmenimin dushmeni menim dostumdur fikiri formalashib.biz bilirik sizde cox ifshaedici videolar var amma bilin bunlar butun gucleri ile sizi susdurmaq isteyirler.yaxshi olardi ki yaxin gunlerde sizde olan o dehshetli videolardan 20 yanvara kimi birininden 10-15 deqiqelik fraqment gonderesiniz bu millete.ramiz mehdiyevin qizinin,yeznesinin,oglunun aile haqqinda danishdigi o iyrenc aciqlamalari bu xalqa catdirin millet bilsin ki bunlar kimdirler.SIZ INANIRSINIZMI KI PRIZEDINTIN NEZARETINDE OLAN HANSI SA BIR CINAYET ISHI ACILACAQ?EGER INANIRSINIZSA COX YANILIRSINIZ.TANRI SIZI QORUSUN

  5. Yashar says:

    Elshad bey,salam.
    Sualim beledir: Eger istintaq sizin qardashinizla bagli ishe ciddi yanashib cinayetin ustunu acsa,qardashiniz haqda deqiq melumat verse ve cinaetkarlari cezalandirsa(hansi ki Azerbaycan realliginda bu inanilasi deyil),bu o demekdir ki,siz sizde olan elave videolari ve ses yazilarini donduracaqsiniz ??yoxsa istintaqin gedishinden ve neticesinden asili olmayaraq yene de ictimaiyyete yayacaqsiniz hamisini???

    Tesekkurler.

  6. Ruslan says:

    Salam Elsad muellim.Ne vaxtsa Bakiya gelmek fikriniz varmi? Ve gelenden sona menimde diplomumu verersiniz)

  7. Qara Qalxan says:

    Elshad Abdullayev, sizin Eliyev Ilhami mehv ede bilecek vidyonuz varmi? Varsa bu vidyonu bu ilin okktaybirinda, rezident sechilerine 1-2 hefte qalmish ictimaiyyet arasinda paylasha bilersinizmi? Teshekkürler.

  8. Aqşin says:

    Salam.
    Elşad bey, sizin deputat olmaq üçün rüşvet verme emelinizi nece qiymetlendirirsiniz?

  9. Azer says:

    Elşad müəllim, Siz Azərbaycanda ölüm eskadronların mövcudluğunu ilk defe olaraq dediniz. Bu barədə yazınızın ardı bu gün çıxmalı idi, amma çıxmadı. Nə vaxt çıxacaq? Sizcə Azərbaycanda ölüm eskaronların başında kim dayanır? Bu insalar nə vaxtsa ifşa olunacaqmı?

  10. Elnur says:

    Salam. Elshad bəy istintaqın gedişatından aslı olmayaraq videoların hamısını yayacaqsınızmı?

Leave a Reply to elshad Cancel reply

Your email address will not be published. Required fields are marked *

BLOGLAR