Əli Kərimli: Rüstəm bəyin Rusiya ilə yanaşı Fransa və ABŞ-da da evi var!

Posted May 27th, 2013 at 1:58 pm (UTC-4)
29 comments

Uzun danışıqlardan sonra mayın 28-i axşam saatlarında Milli Şura elan olunub. Milli Şuraya “El” Hərəkatı, Müsavat Partiyası və başqa partiyalar, eləcə də bəzi fərdi şəxslər dəstək bildirib. Milli Şuranı dəstəklədiyini elan edən partiyalardan biri də Azərbaycan Xalq Cəbhəsi Partiyasıdır.

Qarşıdan gələn prezident seçkilərində AXCP-nin planları, partiyanın Milli Şurada gələcək fəaliyyəti və Milli Şuranı dəstəklənməsinin səbəblərinə aydınlıq gətirmək üçün bu həftə Sərbəst Kürsüyə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlini dəvət etmişik. Əli Kərimli mayın 29-u oxucularımızın suallarını canlı olaraq cavablandırıb.

———————————————————————————————————————————-

21:00 / 29 may 2013

Salam əziz Sərbəst Kürsü oxucuları.

Həmişə olduğu kimi bu gün də Sərbəst Kürsü canlı forumunun moderatoru mən Emil Quliyevəm. Sərbəst Kürsünün qonağı isə AXCP sədri Əli Kərimlidir.

21:02
Emil Quliyev [moderator]: Əli bəy, axşamınız xeyir. Sizi Amerikanın Səsində yenidən salamlayırıq.

21:04
Əli Kərimli: Salam Emil bəy. Oxucuları da salamlayıram.

21:06
Emil Quliyev: Çox sağ olun, Əli bəy. Mən də oxucularımızı salamlayıb, onlardan daxil olan ilk sualı sizə ünvanlamaq istəyirəm. Sərdar Əsədov adlı oxucumuz Facebook vasitəsilə sizə belə bir sual verib:
– Bir sualım var. İsa Qəmbər Müsavat partiyasının başqanı deyil. 3-cü dəfə seçilməyəcəyini də AzadlıqRadiosunun efirindən bəyan edib.
Nəyə görə İsa bəy Milli Şurada Müsavatı təmsil edir.
Milli Şurada nəyə görə Müsavatın indiki başqanı təmsil olunmur. Nə qədər şəffaf birlikdir?!

21:15
Əli Kərimli: Sualdan çox təəccübləndim. Yəni oxucumuz həqiqətənmi İsa bəyin Musavat partiyasının başqanı olduğunu bilmir? Musavat partiyasının öz sədrini nə zaman və hansı posedurlarla dəyişməsi həmin partiyanın daxili işidir. Hazırda İsa bəy həm İctimai Palatada, həm Milli Şurada, həm də bütövlükdə ölkənin siyasi həyatında Musavat partiyasını sədr kimi təmsil edir.

21:17
Sual [İlkin]: Salamlayıram Əli bəyi. Vahid namizəd kim olacaq, bununla bağlı razılığa gəlinibmi?

21:22
Cavab: Milli Şura hələ formalaşma mərhələsindədir. Hələlik vahid namizədlə bağlı hər hansı razılaşmamız yoxdur.Amma, şəxsi fikrimi deyirəm, məntiq və ölkədə siyasi proseslərin axarı bizdən tələb edir ki, Milli Şura olaraq qarşıdan gələn prezident seçkilərində vahid namizədlə iştirak edək.

21:23
Sual [Fariz Alekberov]: Əli bəy, salam. Sizi Milli Şuranın yaranması münasibətilə təbrik edirəm! Bilmək istərdim ki, Milli Şuranın İctimai Palatadan fərqi nə olacaq? Yenə İctimai Palata kimi 2-3 aydan bir aksiya keçiriləcək?

21:31
Cavab: Salam Fariz bəy. Milli Şuranın əsas hədəfi qarşıdan gələn prezident seçkilərinin daha demokratik şəraitdə keçirilməsinə nail olmaqdır. Bu işlə artıq yalnız İctimai Palata deyil, ölkənin bütün demokratik qüvvələri birlikdə məşğul olacaq. Fəaliyyətimiz rəngarəng olacaq. Həm xalqı mübarizəyə səfərbər etmək, bu məqsədlə müxtəlif görüşlərin, mitinq və yürüşlərin keçirilməsini planlaşdırırıq. Həm də Milli Şuranın vahid seçki platformasını, müxtəlif məsələlər üzrə proqramlarını və mövqe sənədlərini hazırlamağı düşünürük.

21:32
Sual [Suleyman Sultanlı]: Bəziləri deyir ki, Rüstəm İbrahimbəyov və El hərəkatı, o cümlədən onların təşəbbüskarı olduğu Milli Şura Rusiyaya bağldır. Bu söz-söhbətlərə son qoymaq üçün hansı real faktları ortaya qoya bilərsiniz?

21:56
Cavab: Milli Şuranın yaranmasından hökumət çox narahatdır. İndiyə qədər müxalifətə qarşı təbliğat aparırdılar ki, birləşə bilmirlər. İndi də deyirlər ki, niyə görə bu qədər müxtəlif qüvvələr birləşirlər? Yəni hökumət və onun təbliğatını aparanlar həmişə bir ittiham tapacaqlar müxalifətə qarşı. Hazırda hökumət ideoloqları belə qərara gəliblər ki, ölkənin milli-demokratik düşərgəsinin də tam olaraq təmsil olunduğu Milli Şuraya məhz “Rusiya ilə əlaqə” ittihamını irəli sürsünlər. Formal əsas Milli Şura təşəbbüsü ilə çıxış etmiş Rüstəm İbrahimbəyovun özünün hazırda Moskvada yaşaması və Azərbaycan mətbuatında daha çox “milyarderlər ittifaqı” kimi tanınan diaspora təşkilatı ilə əlaqələrindən istifadə olunur. İttihamlar tam əsassızdır.
1. Ölkədə müstəqilliyimizin əldə olunmasında və qorunmasında müstəsna rolu olmuş, Azərbaycanın avroatlantik məkana inteqrasiyasını hər zaman dəstəkləmiş,M. Ə. Rəsulzadə və Ə.Elçibəyi özünə lider bilən AXCP və Musavat Milli Şuranın formalaşmasında və əminəm ki, idarə olunmasında da mühüm rola malikdir.
2. Rüstəm bəy əslində dünya vətəndaşıdır. Rusiyada olduğu kimi ABŞ və Fransada da evi və işləri var. Bu miqyaslı şəxsiyyətin kiminsə adamı olmasını necə təsəvvür etmək olar? Eldar bəy neçə ildir ki, fəaliyyət göstərən avrointeqrasiya mərkəzinin rəhbərlərindən biridir.
3. Milli Şura olduqca kollegial və şəffaf fəaliyyət göstərəcək. Hətta nəzəri cəhətdən təsəvvür etsək ki, onun hansısa üzvü və ya üzvləri Azərbaycanın deyil, başqa bir ölkənin maraqlarından çıxış edəcək, o halda da həmin şəxs və ya şəxslər özlərini ifşa etməkdən başqa heç nəyə nail ola bilməzlər.
4. Milli Şuranın siyasi bəyannaməsində Azərbaycanın Avropa ailəsinə qoşulmaq arzusu aydın şəkildə öz əksini tapacaq.

21:57
Sual [Elchin]: Əli Kərimlini salamlayıram. Bu gün o, prezidentliyə ən şanslı namizəddir, bütün parametrlərə görə bu belədir. Amma mən hiss edirem ki, Əli bəy güzəştə meyillidir. Sualım da bundan irəli gəlir. Əli bəy Rüstəm İbrahimbəyovu keçid dövrünün prezidentliyə namizədi kimi qəbul edə bilərmi? AXCP belə qərar qəbul edib ki, Milli Şuranın başqa namizədini də dəstəkləyə bilər. Bu namizəd Rüstəm müəllimdirmi?

22:09
Cavab: Elçin bəy, dəstək üçün təşəkkür edirəm. Mənim də, partiyamızın da prezident seçkiləri ilə bağlı mövqeyi aydın və birmənalıdır. Çalışmaq lazımdır ki, bu seçkilərdə ölkədə hakimiyyəti demokratik yolla dəyişmək imkanı yaransın. Hamı birləşib seçkilərə vahid namizədlə getsin. Bu isə o zaman ola bilər ki, prezidentliyə əsas namizədlər ən azı nəzəri də olsa başqasının da vahid namizəd olmasını mümkün saysınlar. Mən də bəyan etmişəm ki, Milli Şura AXCP sədrinin namizədliyini məqbul bilsə, bu məsuliyyəti üzərimizə götürəcəyik. Başqa bir şəxsin namizədliyi üzərində hamılıqla dayanılsa, həmin şəxsi də müdafiə edərik. Vahid namizədlə bağlı nəinki razılaşma yoxdur, heç bu məsələ hələlik müzakirə də olunmayıb.

22:10
Sual [İlahə]: Salam, Əli Bəy. Bilmək isdərdim Milli Şuranın tərkib hissəsi nə zaman açıqlanacaq?

22:11
Cavab:
Salam İlahə xanım, yaxın günlərdə həm Milli Şuranın tərkibi elan olunacaq, həm də bəyannaməsi.

22:12
Sual [Vüqar Qurdqanlı]: Əli bəyi salamlayıram və Milli Şuranın elan olunması ilə bağlı təbrik edirəm. Sualım: İsa Qəmbər verdiyi açıqlamada Avropaya inteqrasiya məsələsinin İbrahimbəyov və Eldar Namazov tərəfindən qəbul edilmədiyini, Milli Şuranın da məhz bu səbəbdən bir qədər gec elan olunduğunu bildirib. Eldar Namazov bu məsələni təkzib edir. Siz nə baş verdiyini açıqlaya bilərsinizmi?

22:18
Cavab: Salam Vüqar bəy.  Məncə Milli Şura yaranan kimi intriqalara başlamalı deyil. Əsas odur ki, artıq bütün fikir ayrılıqları arxada qalıb. Hamını qane edən kompromis əldə olunub. Keçmişi təftiş etmək yox, gələcəyə baxmaq lazımdır. Bizi ayıran məqamları deyil, birləşdirən məqamları tapmaq lazımdır.

22:19
Sual [Soltanoff]: Salam Əli bəy, mənim ilk sualım ondan ibarətdiki bu il vahid namizəd olacaq? İkinci sualım isə kütləvi aksiyalar gözlənilir?

22:26
Cavab: Salam, Milli Şuranın adından mən vahid namizədlə bağlı bəyanat verə bilmərəm. Ümid edirəm ki, biz tezliklə bu məsələni də müzakirə edəcəyik. Özüm şəxsən Milli Şuranın seçkilərdə vahid namizədlə iştirakına tərəfdaram. Kütləvi aksiyaları da birlikdə müzakirə etməliyik. Kütləvi aksiyalarsız seçki olmaz ki. Amma nə zaman? Harada? Hansı tələblərlə? suallarını birlikdə cavablandırmalıyıq.

22:27
Emil Quliyev [moderator]: Növbəti sualı Nicat adlı oxucu göndərib. O, AXCP-nin Müsavat Partiyası ilə əlaqəsinə toxunur:
– Salam Əli bəy, bəzən siravi üzvləriniz, bəzən də rəhbərlikdə təmsil olunan üzvləriniz müttəfiqiniz olan Müsavat partiyasını və partiya başqanı İsa Qəmbəri pozuculuqda, dağıdıcılıqda ittiham edirlər. Dünən Milli Şuranın elan olunmasının gecikməsini də İsa Qəmbərə bağlayıb bir çox üzvlərini İsa Qəmbərə bu yöndə ittihamlar etdilər. Üzvlərinizin bu ittihamlarından belə çıxır ki, İsa Qəmbər pozucudur, Əli Kərimlinin bundan xəbəri yoxdur. Bu haqda nə deyə bilərsiniz?

22:36
Əli Kərimli: Salam Nicat bəy. İsa bəylə və digər liderlərlə konstruktiv şəkildə, birlikdə işlədik ki, Milli Şuranın yaradılmasına nail ola bildik. Bəzən partiya üzvləri də, müstəqil vətəndaşlar da siyasətçilərə sərt yanaşırlar, liderləri əsassız da ittiham edirlər. Bizim bütün çalışmalarımıza baxmayaraq, təəssüf ki, bəzi cəbhəçilərin İsa bəyi, bəzi musavatçı dostların da məni əsassız ittiham etdiyi hallar olur. Mən belə hallara səbrlə yanışıram. İsa bəyin də belə yanaşdığını bilirəm. Əminəm ki, AXCP və Musavatı bir-birinə bağlayan tellər çox güclüdür.

22:37
Sual [Beyim]: Axşamınız xeyir olsun, Əli bəy. Əvvəlcə sizi birlik cəhdlərinizin uğurla başa çatması səbəbilə təbrik edirəm və sizə təşəkkür edirəm. Sualm isə belədir. Vahid namizədlə bağlı açıqlamalarınızdan belə görünür ki, vahid namizəd olmaması ehtimalı da var. Bu həqiqətən belədirmi?

22:46
Cavab: Salam Beyim xanım. Təbrik və dəstək üçün təşəkkür edirəm. Məntiqlə seçkilərə 4 ay yarım qalmış birləşiriksə, seçkilərə də vahid namizədlə getməliyik. Amma bu da faktdır ki, Milli Şurada vahid namizədlə bağlı hələlik müzakirələr aparılmayıb və təbii ki, müvafiq qərar da yoxdur. Milli Şuranın yaranması işlərin bitməsi yox, daha ciddi fəaliyyətin hələ başlanması anlamına gəlir. Cəmiyyət də, ictimai rəy də nəinki arxayınlaşmamalı, əksinə siyasi proseslərin daha ciddi monitorinqini aparmalıdır.

22:46
Sual [Qorxmaz]: Salam Əli bəy.Əgər seçkilərə kimi seçki mühiti dəyişməsə, Milli Şura seçkilərə gedəcəkmi?

22:49
Cavab: Salam Qorxmaz bəy, hələ bu məsələlər müzakirə olunmur. Əvvəlcə seçkilərə vahid namizədlə gedib, seçki mühitini dəyişməyə çalışmaq lazımdır.

22:50
Emil Quliyev [moderator]:Gunaydın” adlı oxucu yazır:
– Milli şura olmadıqda, məgər müxalifət ayrı ayrılıqda öz güclərinə inanmırdılarmı? Bu müxalifət birliyinin nə xeyri olacaq Xalqımıza?

22:55
Cavab: Müxalifət ötən illərdə çox fədakarlıqlara imza atıb. Amma imkanlar qeyri-bərabər, rejim çox qəddar olduğundan, bir çox daxili və xarici faktorlar səbəbindən partiyaların və blokların indiyə qədər apardığı mübarizə arzu olunan nəticəni verməyib. Məntiq bizə deyir ki, problemi həll etməyə ayrı-ayrılıqda imkanımız çatmayıbsa, birlikdə həll etməyə çalışmalıyıq.

22:55
Sual [Nərmin]: Əli bəy, yuxarıda suallardan birinə cavabınızda qeyd etmisiniz ki, “Vahid namizədlə bağlı nəinki razılaşma yoxdur, heç bu məsələ hələlik müzakirə də olunmayıb” – Sizcə, artıq vaxt deyilmi, daha doğrusu gecikmirmi? Avqustun 17-nə iki aydan bir qədər çox vaxt qalıb. MSK artıq bu gün seçicilərin sayını, qadın-kişi və gənc seqmentini faizlərlə elan edib. Seçicilərin 27.5 %-i gənclərdir. İndi artıq vahid namizədin kimliyi hazır olub, müxtəlif seçici hədəf qruplarına hansı mesajlarla müraciət edəcəyi müzakirə edilməli idi. Vahid namizəd siz olacağınız təqdirdə müxtəlif hədəf qruplarına mesajları necə çeşidləməyi düşünürsünüz, hansı vasitələrlə çatmağı fikirləşirsiniz?

22:59
Cavab: Nərmin xanım, haqlısınız. Yaxşı olardı ki, indiyə qədər vahid namizədi müəyyən etmiş olardıq. Şəxsən mən təqribən 1 il bundan qabaqdan müxalifətin böyük birliyinin formalaşmasını, birləşmiş müxalifətin isə seçkilərə vahid namizədlə getməsini təbliğ edirəm. Bir müddət ideyanın təbliğinə və əsaslandırmasına getdi. 2 aydan artıqdır ki, Milli Şuranın yaranmasını müzakirə edirik. Kaş ki, razılığı tez əldə edəydik…
Bizim partiyamızda xeyli müddətdir ki, platforma komissiyası işləyir. Müxtəlif seçici hədəf qruplarına məsajlarımız hazırlanır. Bəzi mesajları mən artıq facebook səhifəm vasitəsilə paylaşmışam da. Mən namizəd olacağım təqdirdə bu mesajları çatdırmaq üçün bütün ımkanımız çatan vasitələrdən istifadə olunacaq. Düşünürəm ki, ənənəvi təbliğat və informasiya vasitələri ilə yanaşı bu seçkilərdə internetin, o cümlədən sosial şəbəkələrin vacib rolu olacaq. Bundan əlavə könüllülərimiz hazırdırlar ki, bütün ailələrin qapılarını döyüb, hamı ilə şəxsən danışsınlar, mesajlarımızı onlar üçün məqbul formada şəxsən çatdırsınlar.

22:59
Emil Quliyev [moderator]: Əli bəy, suallar həddən artıq çox olsa da, təəssüf ki, Sərbəst Kürsüyə ayrılmış iki saat başa çatır. Bu vaxt ərzində mümkün qədər çox suala cavab verdiyiniz üçün sizə minnətdarlığımızı bildiririk.

23:00
Əli Kərimli: Sizə də, oxuculara da təşəkkür edirəm.

23:00
Emil Quliyev: Mən də həmçinin oxucularımıza foruma göstərdikləri yüksək marağa və eləcə də suallara və  şərhlərə görə minnətdarlığımı bildirirəm. SƏRBƏST KÜRSÜ SİZİN BLOGUNUZDUR. Növbəti forumunda görüşənədək…

29 responses to “Əli Kərimli: Rüstəm bəyin Rusiya ilə yanaşı Fransa və ABŞ-da da evi var!”

  1. İlkin says:

    Salamlayıram Eli beyi. Vahid namized kim olacaq, bununla bağlı razılığa gelinibmi?

  2. Fariz Alekberov says:

    Əli bəy, salam. Sizi Milli Şuranın yaranması münasibətilə təbrik edirəm! Bilmək istərdim ki, Milli Şuranın İctimai Palatadan fərqi nə olacaq? Yenə İctimai Palata kimi 2-3 aydan bir aksiya keçiriləcək?

  3. suleyman sultanli says:

    Bəziləri deyir ki, Rüstəm İbrahimbəyov və El hərəkatı, o cümlədən onların təşəbbüskarl olduğu Milli Şura Rusiyaya bağldır. Bu söz-söhbətlərə son qoymaq üçün hansı real faktları ortaya qoya bilərsiniz?

  4. Elcin says:

    Eli Kerimlini slamlayiram. Bu gun o prezidentliye en sansli namizeddir, butun parametrlere gore bu beledir. Amma men hiss edirem ki Eli bey guzeste meyillidir. Sualim da bundan ireli gelir. Eli bey Rsutem Ibrahimbeyovu kecid dovrunun prezidnetliye namizedi kimi qebul ede bilermi? AXCP bele qerar qebul edib ki Milli Suranin basqa namizedini de destekleye biler. Bu namized Rustem muellimdirmi?

  5. İlahe says:

    Salam ,Əli Bəy.Bilmək isdərdim Milli Şuranın tərkib hissəsi nə zaman açıqlanacaq?

  6. Elcin says:

    Eli bey salam. Bu defe de Przident seckilerinde Ilham Eliyev secilerse siz muxalifetin taktikasi deyishecekmi? Yani novbeti 5 il ucun de indi ki kimi olacaq muxalifetin gedishleri?

  7. Əli bəyi salamlayıram və Milli Şuranın elan olunması ilə bağlı təbrik edirəm. Sualım: İsa Qəmbər vürdiyi açıqlamada Avropaya inteqrasiya məsələsinin İbrahimbəyov və Eldar Namazov tərəfindən qəbul edilmədiyini, Milli Şuranın da məhz bu səbəbdən bir qədər gec elan olunduğunu bildirib. Eldar Namazov bu məsələni təkzib edir. Siz nə baş verdiyini açıqlaya bilərsinizmi?

  8. Soltanoff says:

    Salam Əli bəy mənim ilk sualım ondan ibarətdiki bu il vahid namizəd olacaq? ikinci sualım isə kütləvi aksiyalar gözlənilir?

  9. Elmir says:

    Salam Əli bəy,
    Sizə nəyə görə partiya sədri deyirlər amma İsa Qəmbərə başqan? 🙂 Təşəkkürlər

  10. Nicat says:

    Salam Əli bəy, bəzən siravi üzvləriniz bəzən də rəhbərlikdə təmsil olunan üzvləriniz müttəfiqiniz olan Müsavat partiyasını və partıya başqanı İsa Qəmbəri pozuculuqda,dağıdıcılıqda ittiham edirlər. Dünən milli şuranın elan olunmasının gecikməsini də İsa Qəmbərə bağlayıb bir çox üzvlərini İsa Qəmbərə bu yöndə ittihamlar etdilər. Üzvlərinizin bu ittihamlarınadan belə çıxır ki, İsa Qəmbər pozucudur,Əli Kərimlinin bundan xəbəri yoxdur. Bu haqda nə deyə bilərsiniz?

  11. Beyim says:

    Axşamınız xeyir olsun, Əli bəy. Əvvəlcə sizi birlik cəhdlərinizin uğurla başa çatması səbəbilə təbrik edirəm və sizə təşəkkür edirəm. Sualm isə belədir. Vahid namizədlə bağlı açıqlamalarınızdan belə görünür ki, vahid namizəd olmaması ehtimalı da var. Bu həqiqətən belədirmi?

  12. Qorxmaz says:

    Salam Əli bey.Əgər seckilere kimi secki mühiti deyişmese Milli Sura seçkilere gedecekmi?

  13. Əli bəyi Milli Şuranın elan olunması ilə bağlı təbrik edirəm. Hörmətli sədr, İsa Qəmbər Milli Şuranın elan olunmasının yubadılmasını “avropaya inteqrasiya” müddəasının Eldar Namazov və İbrahimbəyli tərəfindən qəbul edilməməsi ilə izah edib. Bundan sonra Eldar Namazov bu iddianı təkzib edib. Deyə bilərsinizmi, Milli Şurada yaranan mübahisələrin həqiqi səbəi nədir? Həmin problemlər indi də qalıbmı?

  14. Günaydın says:

    Milli şura olmadıqda, məgər müxalifət ayrı ayrılıqda öz güclərinə inanmırdılarmı? Bu müxalifət birliyinin nə xeyri olacaq Xalqımıza?

  15. Orxan says:

    Əli bəy,əvvəlcə onu deyimki çox sevindik ki,sizlər Milli Şuranın yaradılmasına nail olduz.Mən şəxsən qələbə və demokratiyaya gedən yolu məhz bu birlikdə görürdüm və bu birliyin baş tutmasına çox sevindim.Milli Şurada iştirak edən və ona dəstək olan hər kəsə uğurlar diləyirəm Allah köməyiniz olsun.Düşünürəmki hamılıqla bütün xalq bir adam kimi Milli Şuraya dəstək olmalıdır.Vahid namizəd seçilməlisini isdəyirik.Səmimi olaraq deyimki, sizi vahid namizəd kimi görmək isdəyirəm amma bu o demək deyilki digər bir şəxs naziməd seçilsə ona dəstək olmayacıq.Mən əminəmki bu Milli Şurada iştirak edən hər bir şəxs xalqının gələcəyini düşünür və ona görə də namizədin kim olmasının əhəmiyyəti yoxdu əsas odu xalqımıza əbədi davam edəcək azadlığı və demokratiyanı bəxş edə bilək.Bizim millət hər şeyin ən yaxşısına layiqdi. Məhz Milli Şuranın yaranması ilə azadlıq və demokratiyanın bərqərar olunması yolunda bir təməl qoyuldu və yolun sonunda inşallah məqsədinə nail olacağına heç bir şüphəm yoxdu.Sualım çoxdu lakin cavablarını müəyyən müddətdən sonra onsuz da öyrənəcik Milli Şuranın strukturu nələrin müzakirə olunacağını nece olacağını yəqinki yaxın zamanda açıqlayacaqsız.Sadəcə sizə uğurlar diləmək istədim sizə və eyni zamanda xalqımıza.İnşallah bu il hər şey Azərbaycan xalqının ürəyincə olar.Qaldıki yaltaqlara və satqınlar onlar həmişə olub və olacaq əsas odur mərd igid oğulları çoxdu bu xalqın o qorxaqlar özləri qaçıb gedəcəklər vətənimizdən!bir daha uğurlar!!!

  16. Əli bəy, hər vaxtınız xeyir. Sualım bir az qəribə olsa da cavablandırmağınızı istərdim. Bəzi tanışlarım siyasət mövzusuna başlar-başlamaz deyirlər ki, Azərbaycanda müxalifət yoxdur. Əli Kərimli, İsa Qəmbər indiki hakimiyyət tərəfindən idarə olunur. Sadəcə ölkədə “müxalifət” abu havası yaratmaq istəyirlər. Mən təbii ki, bununla razılaşmıram. Ümumiyyətlə sizin belə söz-söhbətlər haqqında fikirləriniz nələrdir?

  17. Ibrahimli Elgun says:

    Salam Əli Bəy ! Mən sizi muxalifətin vahid namizədi olaraq görürəm .
    Sualım ;
    Əli Bəy artıq seçkilərə çox az vaxt qalıb niyə sizin partiyanız seçkilərə dərindən hazırlaşmırlar ?

  18. Vüqar Feyzulla says:

    Əli bəy, salam. Niyə sizin partiyanın gənc üzvləri tənqidə, suallara qarşı bu qədər dözümsüzdülər?

  19. Veli says:

    Salam Əli bəy.Sizə sualım belədir.Övladınız Böyük Britaniyada oxuyur və bilmək istərdimki onun maddi xərclərini kim verir axı orada oxumaq çox böyük vəsait istəyir.
    PS:Mən iqtidarla heç bir bağlılığım yoxdur.Sadəcə sizin necə səmimi insan olduğuvuzu bildiyim üçün bu sualada cavab verəcəyinizi düşünürəm

  20. fariz says:

    Salam.Əli bəy,sizin siyasi kimliyinizin əlinizdən alındığı doğrudurmu ?

  21. Ibrahimli Elgun says:

    Salam Əli Bəy, Ermənistanla münasibətdə əgər prezident seçilsəniz mövcud sülh danışıqlarını aparmağa lüzum görəcəksinizmi? Biz sülh danışıqları apardığımız dövrdə niyə insanlarda sülh təbliğatı aparılmır? Əgər müharibə edəcəyiksə niyə başlamırıq?Sülh o demkdir ki, biz onlarla yenidən yaşamağa başlayacağıq, və onlar əvvəlki kimi bizim vətəndaşlarımız olacaq?

  22. Fərid says:

    Salam Əli bəy,

    Hakimiyyət bu dəfə də Prezident seçkilərində səslərin saxtalaşdırmasına yol verərsə hansı addımların atılacağını artıq müəyyən etmisiniz? Hal-hazırda polisin müasir texnika ilə silahlanmasını və aksiyaların ciddi şəkildə dağıdılması üçün güclü məşqlər keçən orduya qarşı Xalq nə edə biləcək? Onların silahları da var, xalq isə əliyalındır.

  23. Rəşad says:

    Salam, Əli bəy. Milli Şuranın yaranması münasibətilə sizi təbrik edirəm. Sualım isə belədi, hakimiyyətə gələcəyiniz təqdirdə müxalif partiya sədrlərinə xarici passport verəcəksiniz?

  24. Nərmin says:

    Əli bəy, yuxarıda suallardan birinə cavabınızda qeyd etmisiniz ki, “Vahid namizədlə bağlı nəinki razılaşma yoxdur, heç bu məsələ hələlik müzakirə də olunmayıb” – Sizcə, artıq vaxt deyilmi, daha doğrusu gecikmirmi? Avqustun 17-nə iki aydan bir qədər çox vaxt qalıb. MSK artıq bu gün seçicilərin sayını, qadın-kişi və gənc seqmentini faizlərlə elan edib. Seçicilərin 27.5 %-i gənclərdir. İndi artıq vahid namizədin kimliyi hazır olub, müxtəlif seçici hədəf qruplarına hansı mesajlarla müraciət edəcəyi müzakirə edilməli idi. Vahid namizəd siz olacağınız təqdirdə müxtəlif hədəf qruplarına mesajları necə çeşidləməyi düşünürsünüz, hansı vasitələrlə çatmağı fikirləşirsiniz?

  25. zeka says:

    salam Eli bey. men fikirimce bu seckide muxalifet ya qalib yada yox olmalidi. bir sualim sizce milli wurada vahid namized meselesinde raziliga geleceksiz? cunki ordakil liderlder her biri ayriliqda namizedliyini ireli surub

  26. Fuad says:

    Salam Əli Bəy. Axşamıvız Xeyir. İlk növbədə bütün Təbriklərə qoşuluram. Əli Bəy düzdü Milli Şura yaradaldı ölkədə vacib sayılan Müsavat və AXCP partiyaları bir sözlə ana Müxalifət Milli Şura-da təmsil olunub. Ama bu gün ölkə insanın yəni bugün ölkə gəncliyin əksəriyyətinin fikri sizlərə qarşı elədə müsbət deyil yeni her hansı bir aksiya olsun bu Gənclik 12 yanvar-da 10 Mart-da olan fəallıqı çox güman nümayiş etdirməyəcək. Daha çox istərdimki, Milli Şura-ya Real Hərəkatı, Bəxtiyar Hacıyev, Emin Milli və digər siyasi fiqurlar və siyasi hərəkatlarda hanısı bu hakimiyyete müxalif qüvveler mütləq əksəriyyəti bu qurum-da təmsil olunsun. Hanısıki Müsavat və AXCP-dən sonra ən vacib qüvvələr adların çəkdiklərimdi. Yəni Real Hərəkatı ilə istər olsun istərsədə Bəxtiyar Haciyev-lə Milli Şura-da təmsil olunmaqları ilə bağlı məsləhətləşmələr olacaqmı ?

  27. Soltanoff says:

    Əli bəy, sizi salamlayaraq bildirmək istəyirəm ki, sizin gələcəkdə vahid namizəd olmağınızı ən çox istəyənlərdən biri olaraq, sizin rəhbərliyiniz altında xalqın qələbəsinə heç şübhən olmadığını ifadə edirəm.
    sualım belədir Əli bəy, hakimiyyətə gələcəyiniz təqdirdə hakimiyyətin gələcək qurluşunu necə görürsünüz, parlamentli respublika tərəfdarı olub olmadığınızı bildirməyinizi xahiş edirəm.

  28. orxan says:

    salam,menim adim Orxandi,size bir nece sualim var,1-cisi bu aktyorlarin,sohbet Rasim Balayev ve onun kimi aktyorlardan gedir,siz buna nece baxirsiz?ve niye Azerbaycan xalqi buna oz etirazini bildirmir?sualimi cavablandirdiginiza gore evvelceden tesekkur edirem

  29. Samir says:

    Salam Əli bəy. İsa Qəmbərin bu dəfə də sizi və ümumilikdə demokratik düşərgəni zərbə altında qoymayacağına inanırsınız?

Leave a Reply to Vüqar Qurdqanlı Cancel reply

Your email address will not be published. Required fields are marked *

BLOGLAR