Mahmudəli Çöhrəqanlı: “Azərbaycan övladı olmağımla qürar duyuram”

Posted August 20th, 2013 at 3:39 pm (UTC-4)
9 comments

Avqustun 15-i Bakıya getməyə çalışsa da, Bakı Hava Limanından deportasiya edilən Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı artıq Vaşinqtondadır. Hava limanında olarkən rəsmilər ona İranla əldə olunmuş təhlükəsizlik razılaşmasına əsasən ölkəyə buraxmadıqlarını bildirib. Daha sonra isə İranın yarı-rəsmi Fars xəbər agentliyi Azərbaycanın Çöhrəqanlını deportasiya etməsini alqışlayan məqalə ilə çıxış etmişdi.

Məsələlərə aydınlıq gətirmək üçün bu həftə Sərbəst Kürsüyə GAMOH lideri Mahmudəli Çöhrəqanlını dəvət etmişik. Avqustun 21-i cənab Çöhrəqanlı sizin suallarını cavablandırıb.
——————————————————————————————————————–
21:00 / 21 avqust 2013

Sərbəst Kürsüdə hamınızı xoş gördük. Canlı forumun moderatoru Emil Quliyevdir. Qonağımız isə GAMOH lideri Mahmudəli Çöhrəqanlıdır.

21:02
Emil Quliyev [moderator]: Mahmudəli bəy, Sərbəst Kürsüdə sizi salamlayırıq. Dəvətimizi qəbul etdiyiniz üçün minnətdarıq.

21:04
Mahmudəli Çöhrəqanlı: Mən də sizdən və bütün Voice of America Azərbaycan bölümündə çalışanlardan bu proqramı təşkil ettiyiniz üçün təşəkkür edirəm, sizə və bütün proqramda iştirak edənlərin hamısına ən səmimi salamlarımı təqdim edirəm. Umuram ki bu proqram vətən və millətimizə xeyirli və uğurlu olsun.

21:06
EQ: İlk sualı Samir Səfərli adlı Facebook istifadəçisi göndərib. O soruşur:

– Həqiqətənmi İsrail və ya ABŞ-ın adamısınız?

21:13
Cavab: Mən ulu Azərbaycan millətinin bir övladı və oğlu olmaqla qurur duyuram. Bütün ömrümdə millətimdən başqa heç kimsədən əmir almadım. Beləliklə ajan sayıla bilərsəm yalnız  öz millətimin ajanı ola bilərəm. Artırmalıyam ki Türkiyə və Azərbaycanın qapıları bütün Amerika və İsrail ajanlarına açıqdır. Harda görünmüşdür ki bu iki ölkənin qapıları İsrail və Amerika ajanlarına bağlı (qapalı) olsun ki mən ikincisi olum. Nəticə olaraq bu tip qaralamalar gobud töhmətdən başqa bir şey deyildir. Yaşasın Azərbaycan və onun vətən və millətinə sadiq olan övladları.

21:15
Sual [Rufat Ahmedzade]: Sual verirəm ki, cənab Çöhrəqanlı bundan sonra Amerikada Azərbaycandakı avtoritar rejimə qarşı fəaliyyətə keçəcək ? Yoxsa yalnız İran problemi ilə bağlı fəaliyyətlə kifayətlənəcək.

21:22
Cavab: Azərbaycan müstəqil olduğundan indiyə dək heç zaman Azərbaycanın iç işlərinə qarışmadıq. Pratik olaraq hakimiyyət və ya muxalifətin yanında durmadıq. Niyə ki Azərbaycanımızın müstəqil bölgəsində 10 milyona yaxın insan yaşamaqdadır, və orda kimin hakimiyyətdə kimin muxaliftətdə olması o cəmiyətin səsindən və rəyindən asılıdır. Məncə Azərbaycanın içində və xaricində hakimiyyətlə mücadilə olunursa gənə də Azərbaycanımızın müstəqil bölgəsinə mənsub olan insanların tərəfindən olmalıdır.

21:23
Sual [Araz]: Böyük Azərbaycan dedikdə siz nəyi anlayırsınız, mənim üçün böyük Azərbaycan içində Kərkükün də, İrəvanın da, Şirazın da olduğunu, Orta Asiyaya birlesen ,azerbaycandir, mence Azerbaycan diasporalari bunu demeye cesaret etmir,(Yaxsi diaspora numayendelerinde sohbet gedir). Turkiyede bir defe gormusdum, C.Azerbaycan ucun mitinq kecirirler, amma C.A bir hissesi kurdistan, bir hissesi ereb olub.

21:33
Cavab: Böyük kəliməsinin Azərbaycanla bağlı iki anlamı vardır. Bir, millətimizə sayqı və hörmət üçün işlədirik, yəni böyük millət-uca millət. İkincisi, sizin dediyiniz kimi Bütöv Azərbaycanı qəsd etməkdəyik. Bildiyiniz kimi Bütöv Azərbaycan, Azərbaycanımızın müstəqil bölgəsini, Güney Azərbaycanı və başqa parça parça edilmiş bölgələri ehatə etməkdədir, və təəssüflər ki bu proqramda parça parça edilmiş bölgələri izah etməyə zamanımız yetməz. Bu məsələ özü bir geniş konferans mözusu ola bilər. Azərbaycan coğrafyası haradır? Haralara Azərbaycan deyilir? Bu məsələlər geniş mubahisə və müzakirə mövzularıdır, və dediyim kimi bu qısa proqramda bu önəmli məsələlərə yetişmə imkanımız yoxdur.

21:34
Sual [Elnaz Tebrizli]: Güney Azerbaycan Türklerinin geleceği ve İran rejiminin geleceğini nece görürsünüz?

21:44
Cavab: Bəlli olduğu kimi 35 milyon Güney Azərbaycan Türk milləti getdikcə oyanaraq yüksək səviyyədə milli və siyasi şuura sahib olmaqdadır. Təbii olaraq heç bir oyanıq və intibaha sahib bir millət asimilə olaraq yox olmaz. İnanıram ki Güney Azərbaycan Türk milləti qurtuluş mucadiləsinə davam edərək yaxın gələcəkdə işğal edilmiş vətənini azad edərək öz müqəddəratını təyin etmə haqqını qazanacaqdır. Və gənə də ikinci qısa bir müddətdə vətən və millətimizin birləşərək Bütöv Azərbaycanımızı yaradmağa nail olacağıq. Mən bu nailiyəti çox yaxınlarda görürəm. 

Və əmma İran adlanan ölkədə hakim olan şovenist fars molla rejiminin talei, reform və islahatı hər halu-karda rədd etdiyi üçün Qəzzafilər və Bin Əlilərin taleindən başqa bir şey olmayacaqdır. Yəni bu rejim yaxın gələcəkdə İranda yaşayan millətlərin qiyamı sonucu olaraq suqut edəcəkdir.

21:45
Sual [Mehman]: Azerbaycanin geleceyini nece gorursunuz, bu gun kerkuku,qarabagi itirdik, sizce sabax? .Birde size bir sualim var siz iran azerbaycanlisisiz, neye gore iranda turkler farslardan cox olmalarina baxmayaraq Azerbaycandan nifret edirler. fakt faktdir.

21:56
Cavab: Azadlıq, istiqlal, ən zor və çətin əldə edilən, bahalı və böyük nemətlərdirlər. Bunlar yalnız can və qan bahasına əldə olunur. Təəssüflər ki bunları qorumaq və vətən və milləti saxlamaq da qan və can bahasına olur. Yalnız yüksək səviyyədə milli və siyasi şuura malik olan, cəsarətli, və şəxsi mənffətlərini milli mənffətlərinə qurban verəcək millətlər, azadlıq, istiqlal, və topraq bütövlüklərini qoruya bilərlər. Azərbaycan milləti zatən qeyrətli və cəsarətli bir millətdir ama təəssüflər ki intibah və oyanıqlıq açısından çox zəif və gücsüz qalmışdır. Beləliklə, millətimizin Azərbaycanın hankı bölgəsində yaşadığından asılı olmayaraq milli və siyasi şuurunu yüksəltməliyik. Vətənpərvərlik və millətsevərlik ruhunu onda aşılamalıyıq. Yalnız vətənpərvər millətsevər, və bütün şəxsi varlığını milli varlıqlarını qorumaq uğrunda fəda etməyə hazır olan millətlər öz azadlıq, istiqlal, və bütövlüklərini qoruya biləcəklər.

21:58
Sual [Hemit Ulutürk]: Quzey Azərbaycan və Türkiyə nədən bizim hərəkətə dəstək olmurlar? Sizcə mədəni savaşla istəğimizə çatacayıq? Bir də ki kürd məsələsi necə çözüləcək? İşğal etdiyi topraqlarımızı savaşlamı alacayıq? Çox təşəkkürlər sayın D.R çöhrəqanlı..varolun.

22:12
Cavab: Bildiyiniz kimi Türkiyədə hakim olan iqtidarın ideolojisinin təməlində ümmətçilik və Sünni İslamçılıq var. Bu ideolojidə etnikə təvəccüh və önəm verilməməkdədir. Yalnız ideolojik açıdan İslam dünyasının Sünni kəsimini qapsamaqdadır. Və elə buna görədir bu hökümət  Filistin, Misr, Suriyə, və başqa Sünni Ərəblərin haqlarını hər gün mudafiə etməkdədir. Qulağının dibində 35 milyon Şiə Azərbaycan Türk millətinin ən ibtidai insani haqlarından məhrum olmasına baxmayaraq hətta bir dəfə İran rejiminə etiraz etməmişdilər.

Və əmma Azərbaycan hakimiyyətinin Güney Azərbaycan milli hərəkatına dəstək verməməsinin nədəni bu hakimiyyətin milliyətçi, vətənsevər, və tam mustəqil olmamağından asılıdır.

Mədəni savaş bir millətin qurtuluş savaşının fondasyon bölümüdür. Mədəni savaş bir milləti pratik olaraq qurtarmaya bilər, ama teorik olaraq bir millət mədəni mücadilə sonucu yükəsk səviyyələrdə milli və siyasi bilincə sahib olur. Və bu tip millətlərin asimilasyonu və yox edilməsi imkansız olar. Tam özgürlük və bağımsızlıq üçün təbiki mədəni mücadilə kifayət etməz, və təəssüflər ki fiziki muharibələr, can və qan ittihafları gərəkməkdədir.

Sualınızın son bölümü təəssüflər ki bizim istəyimizin və hədəfimizin tam ziddinə olaraq savaş və muharibə meydanında bəlli olacaqdır.

22:13
Sual [Mahmut Zengin]:
Türkiyeye nezaman geleceksiniz özellikle izmire?

22:15
Cavab: Türkiyəyə gəlmək üçün çox tələsməkdəyəm ama təəssüflər ki hələlik qardaş qapıları üzümüzə qapalıdır. O qapıları açmağa çalışırıq. Nə zaman açılırsa yaz-yay-qış demədən gələcəyəm. Bütün Türkiyəyə, özəlliklə gözəl İzmirimizə səlam olsun.

22:16
Sual [Beyrek]: Salam Mahmudəli bəy, bir neçə il əvvəl Bursada türk toplantısına gəlmək istəyəndə də sizi Türkiyəyə buraxmamışdılar. Mən sizin Bakıya və ya Bursaya buraxılmanıza haqq qazandırmıram. Amma sizin hər dəfə türk zirvə toplantısı, türk qurultayı ərəfəsində Bakıya, Bursaya və s. gəlmək həvəsinə düşməyiniz məni çox maraqlandırır, daha doğrusu, təəccübləndirir. Siz özünüz çox gözəl bilirsiniz ki, bu ərəfədə sizə viza verilməyəcək. Üstəlik əvvəlcədən viza almaq üçün heç bir müraciət etmirsiniz. Məqsədiniz nədir? Türklər haqqında mənfi rəy yaratmaq? Yoxsa başqa bir məsələ var. Əgər siz həqiqətən Cənubi Azərbaycanda milli hərəkata liderlik etmək iddiasıdasınızsa, Şimali Azərbaycan, Türkiyə haqqında mənfi rəy yaratmağa çalışmayın. Zəhmət çəkin ABŞ-da bir xeyirli iş görün.

22:30
Cavab: Bu iddianız doğru deyildir, yalandır, belə bir şey olmamışdır.
Bu ikinci iddianız da doğru deyildir, çünkü mən heç zaman Türk zirvəsi toplantıları olanda Azərbaycan və Türkiyəyə səfər niyətində olmamışam. Dünyanın bildiyi kimi geçən 7 ildə mənim Türkiyə və Azərbaycana iki səfərim olmuşdur, birisi Türkiyəyə MHP-nin dəvətiylə o partiyanın 10-cu qurultayına (4 Novambr, 2012). İkincisi, geçən həftə (Avqust 15, 2013) Azərbaycana. Və yalnız Azərbaycana səfərimiz dediyiniz zirvə ilə təsaduf etmişdir. Diqqətli baxsanız ən azı hər həftə bir önəmli hadisə, görüş, və ya toplantı Ankara və Bakıda olmaqdadır. İndi mənim gəlişimi bu hadisələrin biriylə maraqlandırmaq məntiqi deyildir, çünkü hər həftə səfər etsək bu önəmli hadisə və toplantıların biriylə təsadüf edəcəkdir.
İddia edirsiniz ki viza almaq üçün muraciət etməmişik, bu da yalandır. Çünkü mən Azərbaycana viza almaq üçün Azərbaycanın Vaşinqtondaki səfirliyinə Avqustun 6-sında muraciət etmişəm, bütün istədikləri sənədləri təqdim etmişəm, təəssüflər ki üzdə və zahirdə heç bir mənfi reaksiya almadan ayın 14-ündə vizasız pasaportları təhvil veriblər. Bu 8 gündə mən və oğlum 5 dəfədən çox telefon və huzuri olaraq səfirlik ilə təmasda olmuşuq ama heç bir nəticə ala bilməmişik.
Türk dünyasının gözləri görməkdə, qulaqları duymaqda, və beyinləri araştırmaqdadır. Kimin Fars və rus nökəri olduğu, və kimlərin bu böyük ulusa qulluq etdiyi Türk millətinə və hamıya bəllidir.

22:31
Sual: [İlqar Ahmed]: Iranda niye azeriler farslasir? Hakimiyyetmi onlarin gozune perde salir?Yoxsa kreslo sevdasimi??? Niye azeriler ezilir orda kresloda yuzlerlee azerinin oturdugu haldaaa???

22:40
Cavab: Bildiyiniz kimi 1924-dən bəri (fars pəhləvi rejiminin iş üstünə gəlməsindən bu yana) İranda yaşayan qeyri-fars millətlər, o cümlədən 35 milyon Azərbaycan Türk milləti öncəliklə Pəhləvi rejimləri və 1979-dan bəri İran İslam molla rejiminin hakimiyyəti altında ən ağır və sistematik mənfi asimilasyaya məruz qalmışlardır. Və nəticə olaraq sizin tərəfdə bəzi Azərbaycanlıların ruslaşdığı kimi bizim tərəfdə də bəzi Azərbaycanlılar manqurdlaşaraq farslaşmışlar.
Ama Güney Azərbaycan milli hərəkatının başladığı tarixdən (1995) millətimiz dərin oyanış prosesinə girərək yüksək səviyyədə milli və siyasi şuura sahib olmuşdur. Bu oyanış qurtuluşa qədər və millət ilə vətənin bütövləşməsinə dək davam edəcəkdir.

22:41
Sual [Rauf Binnetov]: SALAM MAHMUDELI BEY VE EMIL BEY XOS GORDUK SIZE HORMET VE EHTIRAMIMI CATDIRMAQ ISTEYIREM COHREQANLI CENABLARINA SUAL BELEDIR IRAN IMPERIYASI DOVLETI BMT SANKSIYALARI BEYNELXALQ TEZYIQ NETICESINDE NUVE PROGRAMIYLA BAGLI MESELEDE SIYASI VE IKTISADI CEHETDEN COKMEKDEDIR 2006 TEBRIZDE 2009 TEHRANDA 2011 ILDE URMIYA GOLUNUN QURUDULMASIYLA BAGLI BAS VEREN ETIRAZLAR BUNA SUBUT EDIR KI EHALININ MOLLA REJIMINE QARSI ARTIBDIR GEOPOLITIK CEHETDEN NECE DUSUNURSUZ ABS KONGRESMENI DANA ROHBAHERIN SENATDA IRANDAKI AZERBAYCANLI VETENDASLARAMIZIN MESELESINI KECEN IL SENATDA QALDIRDI SSRRI DAGILDIQDAN SONRA QUZEY AZERBAYCAN MUSTEQILIYINI ELAN ETDI IRAN DA DAGILIB BIR NECE MERKEZE DAGILACAQ GUNEY AZERBAYCANIN MUSTEQIL OLSA EGER BU REGIONUMUZDA QUZEY AZERBAYCAN -Ermenistan DAGLIQ QARABAG MUNAQISESINE NECE TESIR EDECEK QUZEY AZERBAYCAN -GUNEY AZERBAYCAN SERHEDINI BERLIN DIVARLARIYLA FERQ EDIB MUQAYISE ETMEK OLARMI?

22:50
Cavab: İranda hakim olan fars molla rejimi də bütün sömürgəçi, diktator, və totaliter rejimlər kimi yıxılmağa və dağılmağa məhkumdur. Və məncə bu hadisə yaxın gələcəkdə baş verəcəkdir, və dediyiniz kimi İran, geçmiş SSRİ və yuqoslavya kimi dağılaraq neçə yerə bölünəcəkdir, və bunların ən böyüyü muvəqqət Güney Azərbaycan Türk Cumhuriyyəti olacaqdır. Güney Azərbaycanın yaranması Qarabağın azadlğına böyük müsbət təsir buraxacaqdır.
Təbiki, Güney və Quzey Azərbaycan sərhədlərini Berlin duvarıyla muqayisə etmək mümkündür. Hər zaman Almanya millətində olan milli və siyasi şuur bizdə olursa Azərbaycan milləti sərhədləri qaldıraraq Almanların Almanyanı bütövləştirdikləri kimi millət və vətəni bütövləşdirəcəkdir.

22:51
Sual [Araz Smalvilli – Twitter]: Siz Azerbaycan diasporaolarinin birliyine inanirsiz, Mahmudeli bey.?

22:53
Cavab: Azərbaycan diasporası yəhudi və erməni diasporalarıyla muqayisədə çox zəif durumdadır. Çünkü yəhudi və erməni, millət, vətən, və milli mənfəətlərini, və təəssüflər ki hələlik Azərbaycanlı isə şəxsi mənfəətlərini düşünməkdədir. Azərbaycan diasporası vətən və millətindən çox bəlli şəxs və quruplara xidmət etməkdədir.

22:54
Sual [Orxan Ulfanov]: Düşünürem ki Elçibeyin 1992 ci ilde Güney Azerbaycanla serhedleri götürmekle ve böyük destek vermekle Güney Azerbaycandakı Türklük ruhuna su verib. Seyh Mehemmed Pişeverinin de böyük giyamla susturulmuş azadlıq herekatını yeniden canlandırdı. Amma Kuzey Azerbaycandaki hökümetin Güney Azerbaycandaki 35 miliyonluk Türkü görmemesi ne geder mentiglidi? Göresen Elçibey sevh eledi yoxsa bu hökümet sevh eliyir?

22:56
Cavab: Rəhmətlik Elçibəy bütün həyatını Azərbaycan və onun qurtuluşu, bütövləşməsi uğrunda sərf etmişdir. O bir böyük ideoloq olaraq düz və doğru düşünmüşdür. Bəli problemlərin səbəbini Azərbaycanı idarə eliyənlərin ideoloji və düşüncəsində axtarmalıyıq. Beləliklə fürsətdən istifadə edərək yol bəyimiz Elçibəyin Tanrıya qovuşmasının 13-cü il dönümünü ulu Azərbaycan millətinə təsliyət deyirik, və yol bəyimizə söz verərək deyirik: “ulu insan rahat yat, yüz minlər əskərin, əmanət etdiyin Bütöv Azərbaycan yolunda Azərbaycanın toprağını və millətini bütövləşdirmək üçün hədəfə sarı irəliləməkdədirlər.”

22:57
Emil Quliyev [moderator]: Mahmudəli bəy, vaxtınızı ayırıb oxucularımızın suallarını cavablandırdığınız üçün təşəkkürümü bildirirəm. Çox sağ olun!

22:59
Mahmudəli Çöhrəqanlı: Dəyərli və hörmətli Emil bəy, sizdən və bütün əməkdaşlarınızdan və proqrama iştirak edən soydaşlarımızdan təşəkkür edirik.

23:00
Emil Quliyev: Çox sağ olun, Mahmudəli bəy. Mən də oxucularımıza göstərdikləri diqqətə görə minnətdaram. Sərbəst Kürsünün növbəti sayında görüşənək… SƏRBƏST KÜRSÜ SİZİN BLOQUNUZDUR!

 

9 responses to “Mahmudəli Çöhrəqanlı: “Azərbaycan övladı olmağımla qürar duyuram””

  1. araz says:

    Boyuk Azerbaycan dedikde siz neyi anlayirsiz, menum ucun boyuk azerbaycan icinde kerkukun de,irevaninda,shirazinda oldugu,orta asiyaya birlesen ,azerbaycandir, mence Azerbaycan diasporalari bunu demeye cesaret etmir,(Yaxsi diaspora numayendelerinde sohbet gedir). Turkiyede bir defe gormusdum,C.Azerbaycan ucun mitinq kecirirler, amma C.A bir hissesi kurdistan, bir hissesi ereb olub.

  2. mehman says:

    Azerbaycanin geleceyini nece gorursunuz, bu gun kerkuku,qarabagi itirdik, sizce sabax? .Birde size bir sualim var siz iran azerbaycanlisisiz, neye gore iranda turkler farslardan cox olmalarina baxmayaraq Azerbaycandan nifret edirler. fakt faktdir.

  3. Beyrek says:

    Salam Mahmudəli bəy, bir neçə il əvvəl Bursada türk toplantısına gəlmək istəyəndə də sizi Türkiyəyə buraxmamışdılar. Mən sizin Bakıya və ya Bursaya buraxılmanıza haqq qazandırmıram. Amma sizin hər dəfə türk zirvə toplantısı, türk qurultayı ərəfəsində Bakıya, Bursaya və s. gəlmək həvəsinə düşməyiniz məni çox maraqlandırır, daha doğrusu, təəccübləndirir. Siz özünüz çox gözəl bilirsiniz ki, bu ərəfədə sizə viza verilməyəcək. Üstəlik əvvəlcədən viza almaq üçün heç bir müraciət etmirsiniz. Məqsədiniz nədir? Türklər haqqında mənfi rəy yaratmaq? Yoxsa başqa bir məsələ var. Əgər siz həqiqətən Cənubi Azərbaycanda milli hərəkata liderlik etmək iddiasıdasınızsa, Şimali Azərbaycan, Türkiyə haqqında mənfi rəy yaratmağa çalışmayın. Zəhmət çəkin ABŞ-da bir xeyirli iş görün.

  4. SALAM MAHMUDELI BEY VE EMIL BEY XOS GORDUK SIZE HORMET VE EHTIRAMIMI CATDIRMAQ ISTEYIREM COHREQANLI CENABLARINA SUAL BELEDIR IRAN IMPERIYASI DOVLETI BMT SANKSIYALARI BEYNELXALQ TEZYIQ NETICESINDE NUVE PROGRAMIYLA BAGLI MESELEDE SIYASI VE IKTISADI CEHETDEN COKMEKDEDIR 2006 TEBRIZDE 2009 TEHRANDA 2011 ILDE URMIYA GOLUNUN QURUDULMASIYLA BAGLI BAS VEREN ETIRAZLAR BUNA SUBUT EDIR KI EHALININ MOLLA REJIMINE QARSI ARTIBDIR GEOPOLITIK CEHETDEN NECE DUSUNURSUZ ABS KONGRESMENI DANA ROHBAHERIN SENATDA IRANDAKI AZERBAYCANLI VETENDASLARAMIZIN MESELESINI KECEN IL SENATDA QALDIRDI SSRRI DAGILDIQDAN SONRA QUZEY AZERBAYCAN MUSTEQILIYINI ELAN ETDI IRAN DA DAGILIB BIR NECE MERKEZE DAGILACAQ GUNEY AZERBAYCANIN MUSTEQIL OLSA EGER BU REGIONUMUZDA QUZEY AZERBAYCAN -Ermenistan DAGLIQ QARABAG MUNAQISESINE NECE TESIR EDECEK QUZEY AZERBAYCAN -GUNEY AZERBAYCAN SERHEDINI BERLIN DIVARLARIYLA FERQ EDIB MUQAYISE ETMEK OLARMI?

  5. ataxan says:

    salam Çöhreqanlı bey, keçen günlerde hansisa mediyada bir müsahibenizi oxudum o müsahibede sizin Azerbaycan Müxalifetini desteklediyiniz vuruğlandi, bu ne derecede doğrudur?

  6. Elşən says:

    Sizcə güneylilərin neçə % i azadlıq istəyir ?

  7. qulamirze sabri tebrizi ve siz cenab cohreqanli guneyli azerbaycanli hemyerlilerimizin haqqini mudafie eden sexslerden birisiniz cenab qulamirze tebriziyle elaqeniz varmi niye guney azerbaycandaki siyasi herekatlar guney musteqil partiyasi , guney azerbaycan kurtulus cebhesi, ve guney azerbaycan oyanis teskilati , birlesib bir movqeden cixis etmir hemcinin urmu golunun qurudulmasi guneyli aktivistlerimizin acliq ve urmiyada iran tehran hokumetinin orada dusunulmus sekilde kurdleri yerlesdirilib silahdirililmasina munasibetiniz necedir bizim mence bizim insanlarimiz ozunu nece mudafie etmelidir urmiyada xalqi mudafie eden quvveler yaratilmalidirmi hemcinin gunazin rehberi cenab ehmed obaliyla munasibeniz varmi?

  8. Rauf says:

    Sayin Mahmutali bey siz bir nece gun evvel bakiya seferiniz oldu amma azerbaycan dovleti sizi azerbaycana buraxmadi. Siz seferden once ne qeder ehtimal verirdiniz ki azerbaycan dovleti sizi azerbaycana buraxmayacaq ve eger sizce seferden once ehtimali cox idi se neden sefer etdiniz.
    Sayqilar

  9. Rauf says:

    Maumutali bey sizin bakiya gedisiniz ile bagli sabir bey rustemxanlidan her hansi bir devet aldiniz mi?

Leave a Reply to Beyrek Cancel reply

Your email address will not be published. Required fields are marked *

BLOGLAR