Altay Göyüşov: Oğurlanan səs vətəndaşın səsidir

Posted September 17th, 2013 at 4:01 pm (UTC-4)
10 comments

 

Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 13-də keçirilən iclasında REAL Vətəndaş Hərəkatının lideri İlqar Məmmədovunprezidentliyə namizədliyini qeydə almayıb. REAL 41 247 seçici imzası təqdim etsə də, MSK imzalardan 4982-ni etibarsız hesab edib. Beləliklə tələb olunan 40 min seçici imzası bəs etmədiyindən MSK  İlqar Məmmədovun namizədliyini qeydə almayıb. REAL Vətəndaş Hərəkatı isə seçkilərdə Milli Şuranın vahid namizədi Cəmil Həsənlini dəstəkləyəcəyini bildirib.

REAL VH-nın seçkilərlə bağlı qarşıdakı planlanları və İlqar Məmmədovun namizədliyinin qeydə alınmamasına aydınlıq gətirmək üçün bu həftə Sərbəst Kürsü canlı forumuna REAL-ın İdarə Heyətinin üzvü, tanınmış tarixçi Altay Göyüşovu dəvət etmişik. Sentyabrın 18-də keçiriləcək canlı forumda Altay Göyüşov sualları canlı cavablandırıb.

————————————————————————————————-

21:00 / 18 sentyabr 2013

Sərbəst Kürsüdə hamınızı xoş gördük. Canlı forumun moderatoru Emil Quliyevdir. Qonağımız isə REAL Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, tanınmış tarixçi Altay Göyüşovdur.

21:02
Emil Quliyev [moderator]: Altay bəy, Sərbəst Kürsüdə sizi salamlayırıq. Dəvətimizi qəbul etdiyiniz üçün minnətdarıq.

21:03
Altay Göyüşov: Çox sağ olun Emil bəy, minnətdaram dəvətə görə.

21:04
Emil Quliyev: İlk sualı Fərid adlı oxucu göndərib. O yazır:

- Salam. Seçki təbliğatının birinci günündə məlum oldu ki, Cəmil Həsənli 4 il gözləyə bilməyib, pensiyaya vaxtından əvvəl çıxıb. Hər nə qədər bu fakt Dubaydakı məlum villalarla müqayisəyə gəlməsə də, hər halda Cəmil Həsənlinin əlindəki imkanlar da prezidentlə müqayisə olunası deyil. Nəticə odur ki, Cəmil Həsənli haqqı olmadan vaxtından əvvəl 2000 manatlıq pensiyaya çıxıb (özü də təkzib etmədi). Üstəlik, Əli Kərimli və İsa Qəmbər kimi adamlar hansı ki, bir- birinə güzəşt etməlilər bu seçkilərdə, ona görə də ziyalıynan gedəsi olurlar seçkiyə- Cəmil Həsənli qalib gəlsə hakimiyyətə gələcəklər. (Milli şuranın elan edilməsi və vahid namizəd məsələsini sona anda güc-bəlaynan həll elədilər) Mənim demokratik dəyişikliklər edəcəyinə yeganə ümid yerim olan Real hansı əsaslarla heç bir əsaslı proqramı olmayan Cəmil Həsənlini dəstəkləyir, onun doğrudan da ölkədəki sabitliyi qoruya biləcəyinə necə inanır? Söhbət şəxsiyyətdən gedirsə, lütfən pensiya məsələsini şərh etməyini xahiş edirəm və ümumiyyətlə şəxsiyyətə görə prezidentliyə namizədi dəstəkləmək nə dərəcədə məntiqlidir? Əvvəlcədən çox sağolun və Reala 2015 parlament seçkilərində uğurlar.

21:37
Cavab: Fərid bəy, əvvəla sualınıza görə çox sağ olun. Dəstəyinizə və diləklərinizə görə də minnətdaram. Əvvəla onu qeyd edim ki, biz REAL olaraq Milli Şuranın təsisi dövründə onun təşəbbüsçüləri ilə danışıqlar prosesində olmuşuq. Bu danışıqlardan qabaq müxalifətin birliyinə tərəfdar olduğumuzu, lakin bu birliyin müəyyən bəlli təməllər üzərində qurulmasını istəmişik. Biz ölkədəki vəziyyət bilirik. Anlayırıq ki, demokratikləşməni təmin etmək üçün ölkədəki sağlam qüvvələrin ittifaqda fəaliyyətinə ehtiyac var. Sadəcə biz birliyi ad xatirinə, görüntü xatirinə istəməmişik. İstədiyimiz nəticə əldə edə biləcək bir biriliyin yaranması olub və buna görə şərtlərlə çıxış etmişik və danışıqlar prosesinə qoşulmuşuq. Lakin istədiyimiz şərtlərin təmin olunmadığını gördükdə, birliyin formatı ilə razılaşmadıqda, üstəgəl Avroatlantik məkana inteqrasiya məsələsi ilə bağlı, az da olsa tərəddüd hiss etdikdə Milli Şuraya qoşulmamaq qərarına gəlmişik. Fəqət yenə də biz birlik tərəfarı olduğumuzdan vahid namizədi dəstəkləyə bilcəyimiz mesajını dəfələrlə təkrarlamışıq. Ancaq gördük ki, istər təşkilati məsələlərdə, istər vahid namizədə seçimi məsələsində açıq-aydın problemlərin gözardına vuruldu, nəticədə Milli Şuranı yaradan qüvvələr arasında söz atışmasının başlaması ilə əslində MŞ-yə getməməyimizlə düzgün atdığımızı bir daha hiss etdik. Biz seçkiyə öz namizədimizlə getmək qərarını qətiləşdirdik. Prosedurları keçdik, toparlandiq, gözləmədiyimiz dəstəyi aldıq. Amma bildiyiniz kimi hökumət bizə baryeri yaratdı. Eyni zamanda Milli Şura da ölkənin ən görkəmli ziyalılarından olan Cəmil müəllimi seçməklə fiaskonun kənarından qayıtmağa müvəffəq oldu. Qeyd edim ki, biz Rüstəm müəllimi də 20-ci əsr Azərbaycan intteligentsiyasinin ən parlaq nümayəndələrindən hesab edirik, onu fəxrimiz hesab edirik. Fəqət onun qeydiyyata alınması ilə bağlı problemlərin olacağını görməmək mümkün deyidli. Digər tərəfdən Rüstəm müəllimin Rusiya ilə sıx təmasları sözsüz ki, həm istməyənlərin əlinə əlavə təbliğat kartları verəcəkdi, həm də Rusiyaya Milli Şuradan bizim hökumətlə alverində təzyiq kimi istifadə etməsinə şərait yaradacaqdı. Bunlar hamısı baş verdi. Birlik tərəfdarı olsaq da, MŞ-nin bu uğursuzluğa açıq aydın şəkildə gedirdi. Nəhayət bütün bunlar baş verdi, yuxarıda dediyim kimi, Milli Şura araya düşən söz-söhbətlərlə uçurumun kəndarına gəldi. Fəqət son anda Cəmil müəllim qətiyyən bunu istəməməsinə baxmayaraq birlik xatirinə vahid namizəd olmağa razılaşdı. Bu vaxta qədər biz artıq öz namziədimizlə seçkidə iştiraka gedəcəyimizi qərara aldığımızdan öz prosesimizi davam etdirdik. Cəmil müəllim Milli Şuranın vahid namizədi olmaqla yanaşı bizə şəxsən yaxın olan adamdır. Mənim uzun müddət bir yerdə işlədiyim adamdır. İlqar həbsdə olanda yardıma gələn insanlardan biridir. Əlbəttə bütün bunlar da faktordur. Lakin əsas məsələ odur ki, hakimiyyət bizi seçkiyə buraxmamaq qərarı verəndən sonra, biz mütləq müxalifət namizədini dəstəkləməli idik. Müxalifət namizədi isə məhz Cəmil müəllimdir. O ki qaldı o dediyiniz məsələyə, konkret faktla əlaqədar heç nə deyə bilmərəm. yalnız bir məqama toxunmaq istəyirəm. Birincisi Cəmil müəllim bütün kollektiv və tələbələri məhz təmiz bir insan kimi tanıyır. O yaddaşlarda məhz bu xüsusiyyəti ilə həkk olunub.

21:38
Sual [Elmir]: Altay müəllim salam,
Hər seçkidə təxminən belə olur. Səsvermə öncəsi hamı həyəcanlıdır, dəyişikliyə ümid artır…və budur ilkin nəticələr və İlham Əliyev növbəti 5 ilə prezidentdir. Narazı əhali meydanlara gedir etiraz üçün. Yenə polis, yenə daxili qoşunlar. Vətəndaşlar döyülür. Xarici səfirliklər biraz narahat olurlar. Ondan sonra yenə durğunluq. Bu cür mürəkkəb vəziyyətdən çıxmaq üçün 2015-ci ildə REAL-ın planları nədən ibarətdir?

21:49
Cavab: Salam Elmir bəy, mən hesab edirəm ki, biz işlərimizi adekvat qura bilsək REAL 2015-ci ilə kimi ölkənin ən güclü siyasi təşkilatına çevriləcək, 2013- seçkilərinin nəticələrindən asılı olmayaraq. Məsələ burasındadır ki, biz hesab edirik ki, hətta bu seçkidə hakimiyyət bütün resurslarını cəm edib “qalib” çıxsa belə, zəifləməsi prosesi gedəcək və bu halda 2015 dövrünə artıq əlinin altındakı resurslar da total saxtakarlığı həyata keçirəməyə kifayət etməyəcək. Əgər biz yanılırıqsa və əgər hakimiyyət Şİmali Koreyalaşdırma istiqamətində addımlarını möhkəmləndirməyə müvəffəq olacaqsa, bu hamımız üçün, bütövlükdə Azərbaycan üçün faciə olacaq.

21:50
Sual [Vəli Məmmədov]: Altay mellim.,bizim ucun sizin fikirleriniz cox maraqli olub ,hemise..muxtelif movqeylerden sizin fikirlerinizi dinlemisik ve bizi maraqlandiran bir nece sual var bu barede. fikirlerinizi bildirmeyinizi xaiw ederdim…indi hal hazirda ereb olkelerinde baw veren hadiselerin esas mahiyyeti,ve bizim olkeden hem azad suriya ordusu terefden hemde hizbullah terefden doyusmeleri..ve bu hadiselerin selib yurusleri ile muqayisesi..bawqa bir maraqlandiran sual ise qarabagda muharibe bas verse yalniz milli ordu vurusacaq yoxsa konulluler de.yeni konulluler yene yigiwacaq.1ci qarabag muharibesinde bunlar nece olmuwdu.axir vaxtlar guney azerbaycandaki hadiseler gamohun liderinin azerbaycana buraxilmamasi.milliyetcilerin hebsi,bu barede xaiw…..altay m. Tesekkurler

22:00
Cavab: Vəli bəy, ərəb ölkələrində baş verən proseslərin mahiyyəti ədalətsizlikdən, avtoritarizmdən, diktaturadan bezmiş bir bölgənin partlamasıdır. Son 20 ildə əhali xeyli cavanlaşmış, bu canlaşımış və savadlanmış təbəqə ifrat işsizlik və ədalətsizliklə üz-üzə qalmışdı. Bir gün bu yığılan etiraz enerjisi partlayacaqdı və bunun üçün sadəcə qığılcıma ehtiyac var idi. Qığılcım Tunisdə oldu, internet və sosial şəbəkəlkər isə onu alovlandırdı. Sadəcə proseslərin nəticəsində yaranan situasiyanan ürəkaçan olmaması problemi var. Bu da əslində anlaşılandır. Diktatura nə qədər çox davam edirsə, fəsadları bir o qədər ağır olur. Gördüyümüz də məhz budur. Bizim azərbaycanlıların Süriyada hər iki tərəfdə vuruşması isə bizim özümüzdəki kimlik böhranı ilə əlaqədardır. Sovet dövründə həll edilməmiş, sadəcə konservasiya olunmuş problemlər bu gün üzə çıxır. Demokratik rejim qura bilməməyimiz isə vəziyyəti daha də çətinləşdirir. Məh hesab ediərm ki, bu məslələrin həllini yalnız demokratikləşmədə tapmaq mümkündür. O ki qaldı Qarabağ məsələsinə. Bilirsiniz əslində bizim demokratikləşməyə mane olan əsas məsələ elə bu problem olub. Qonşunun ərazi iddiası bizləri normal inkişaf məcrasından uzaqlaşdırıb. Biz o problemin girovuyuq. Amma yalniz biz yox, bizdən daha çox məhz qonşu. Məhz bunun nəticəsidir ki, indi qonşu demək olar ki, tamamilə istiqalliyyətini itirmək təhlükəsi ilə üzləşib. Problemin həlli bu problemi yaradan Rusiyaya yaxınlaşmaq deyil. İkinci dünya müharibəsindən sonra öz arasındakı mübahisələrin həlılində silahli konfliktlərdən qaçan Avropaya yaxınlaşma, oraya inteqrasiya etməkdir. Demokratikləşməkdir.

22:01
Sual [Samir]: REAL a nece oldu ki qoshuldunuz? Oradaki esas uzvlernen neche muddetdir tanihsiniz?

22:09
Cavab: Salam Samir bəy, mən oradakı insanları sadəcə ictimai həyatdan tanımışam, şəxsi tanışlığım olmayıb. Bizi birləşdirən ideyadır. Həm strateji, həm taktiki məslələrdə oxşar düşünməyimzidir. REAL kollektiv bir kimlikdir. Yeni bir kimlikdir. Savadlı bir kimlikdir. Plüralistik bir kimlikdir. Barışdırıcı bir kimlikdir. Uğurla yoluna (çətin yola) dava edə bilərsə, məncə bir ümid yeridir. Getdikcə bu daha aydın şəkildə özünü göstərəckdir. Əgər REAl layiq olduğunu sübut edə biləcəksə, hələ çox tanımayanları öz ətrafında birləşdirəcək. Biz imzatoplama kampaniyasında bunu gördük. Tanımadığımız insanlar sanki işığa yığışıb bizi ruhlandırırdılar. Ən maraqlısı odur ki, bizə dəstəyə gələnlərin xeylisi də məhz bizi tənqid edənlər idi:)

22:10
Sual [Rauf Binnetov]: Salam Altay ve Emil muellim Xos Gorduk sizi Altay muellime 3 sualim var 1 Sual Ilgar Memmedovun hebsden Azad edilmesi ucun Avrupa Insan Haqlari Mehkemesine Real Vetendas Herekatinin bir uzvu olaraq gondermeyi dusunursunuzmu ? 2 Sual Azerbaycanin Memhemmed Emin rezulzade Uzeyir Bey Hacibeyov Seyid Cefer Pisavari Neriman Nerimanov Mircefer Bagirov Sixeli Qurbanov ve Sah Ismayil kimi tarixi sexsiyetlerimiz baresinde sizin fikirlerinizi oyrenmek menim ucun cox maraqlidir? 3 Sual Simali ve Cenubi Azerbaycanin birlesmesi sizce mumkundurmu Urmu golunde bas veren ekoloji felaket golun qurumasi ve Tehran hokumeti terefinden ora Kurd silahlahlilarinin yerlesdirilmesine ve movcud tarixi aspakte nezer salanda turkmencay ve culustan muqavilllerinden sonra Rusiya ve Iran terefinden parcalanan bir xalqin nece Almanyanin serqle qerbin soyuq muharibeden sonra berlin divarlarini dagitaraq musteqil oldu vaxtile edaletsiz sekilde 2 yere parcalanmis 1 xalqin Arazin direklerini yararaq nece bu 1989 dekabrin 31 bu bas vermisdi birleseceyine inanirsinizmi sizce buna imkan serait ve furset varmi?

22:26
Cavab: Salam Rauf bəy, əvvəla onu deyim ki, İlqar bəyin həbsi ilə bağlı artıq Avropa Məhkəməsinə müraciət olunub və işə çox sürətlə baxılıb, kommunikasiyalar bitib, indi qəarr gözləyirik. Sadaladığınız şəxsiyyətlərin hamısı haqqında burada yazmaq çətindir, vaxt müsaid deyil. Bizim tarix hələ çox öyrənilməlidir. Yalınız onu deyim ki, bu şəxslər içərisində Azərbaycan kimliyi və dövlətini qurmuş Məhəmməd Əmin və Üzeyir bəylər tam fərqli kateqoriyaya aiddir, mənim nəzərimdə. O ki qaldı Güney məsələsinə. Bizim indi işimiz burada Azərbaycanımızı inkişaf edtirib onu cəlb edici bir məkana çevirmək olmalıdır. Güneydə vəziyyət biz düşündüyümüz kimi sadə deyil. Sözsüz ki, rejimin türk dilinə, türk kimliyinə münasibəti repressivdir. Amma iki məsələyə fikir verin. Birincisi odur ki, Siz İran terefi deyirsiniz 19-cu əsrə, amma fakt odur ki, o vaxt İrani iadrə edən Qacarlar etnik azərbaycanlı idilər. Cümhuriyyət dövründə İrana göndıərdiyimiz ilk diplomatik missiyaya da məzh Qacar nəsilndən olanlar daxil edilmişdi. İki azərbaycanlı görüşürdü, biri iranı, biri isə Azərbaycanı təmsil edirdi. Bu gün də eyni vzəiyyətdir. Bizim azərbaycanlılar Xamneyi olmaqla İranda ən yüksək vəzifələrdəirlər. Bu o deməkdir ki, həmin o türk və azərbaycanlı kimliyini təzyiqə məruz qoyanlar ellə hardasa özümüzünkülərdir. İndi mənim fikrimcə İranda istıər Pəhləvi, istər indiki rejim dövründə azərbaycanlı, türk kimliyininin bu qədər basqıya uğramasının səbəbi məhz demokratik azadlıqların olmamasıdır. İranın demnokratikləşməsi həmçinin bizim azərbaycanlıların da üzləşdiyi basqdılardan yaxa qurtarması iləı nəticələnəcək.

22:27
Sual [Elcin Qurbanli]: Altay mellim.bize real herakatin ideologiyasi,isteyi meqsedi haqda xaiw melumat vererdiz. Tesekkurler.

22:36
Cavab: Salam Elçin bəy. REAL sağçı, fərdi azadlıqları, parlament demokratiyasını, vətəndaş hüquqlarınl, azad ticarəti, din və vicdan azadllğını, mülkiyyət hüquqlarını dəstəkləyən bir siyası görüşdür. Biz Avroatlantik məkana, Avropaya inteqrasiyanı strateji xətt hesab edirik. Bunu kefimizdən etmirik, düşünürük ki, Cənubi Qafqazın sabitliyi, inkişafı və azadlığını bu yolla təmin etmək daha asandır. REAL daxilində yeganə mübahisə mövzusu necə hökumət olmalıdır məsələsidir. Bəziləri sosial məsuliyyəti böyük olan iri, səlahiyyətli hökumət, bəziləri isə yalnız dövlət üçün lazım olan baza funksiyalarını yerinə yetrən kiçik hökumət tərəfdarıdırlar.

22:37
Sual [Yaqub Mehdiyev]: Genclere meslehetiniz, gedmek yoxsa qalmaq?) en aktual sualdi gencler arasinda hal-hazirda.

22:41
Cavab: Sağ olun Yaqub bəy, yalnız bir məqsədlə getməyin tərəfdarıyam. Təhsil almaq üçün. Çünki təəssüf ki, məmləkətdə təhsil acınacaqlı vəziyyətdədir. Yaxşı təhsil alandan sonra isə adekvat qərarı öznüzüz asanlıqla verəcəksiniz.

22:42
Sual [Vəli Məmmədov]: Altay mellim.bize meslehetiniz ne olar???.bir azerbaycan turk genci olaraq bize sozunuz?

22: 49
Cavab: Vəli bəy, məncə əvvəlki sualım elə sizin də xitabınıza cavab ola bilər. Oxumaq, savadlanmaq, müasirləşmək və inkişaf etmək lazımdır. Bizim gənclər də istedadlı, bacarıqlı, qabiliyyətli gənclərdir. Sadəcə onlara inkişaf etmiş ölkələrdə olan şəraiti yaratmaq lazımdır

22:49
Emil Quliyev [Sabir-email]: Seçkilər saxtalaşdırılsa, bu müxalifətin, içi sizin təşkilat qarışıq öz haqqını əldə etmək potensialı varmı?

22:53
Cavab: Sabir bəy, namizədlər və onların tərəfdarları, cəmiyyət, vətəndaşlar, beynəlxaılq demokratiya seçki saxtalaşdırmasinin qarşısını almaq üçün bütün qanuni vasitələrdən istifadə edtməlidir. Saxtalaşdırmanın fəsadları bütün cəmiyyətə, bütövlükdə dövlətə aid olur. Oğurlanan səs yalnız səs verilənin, yəni namizədin deyil, vətəndaşın oğurlanan səsidir. Mənim fikrimcə namizədin siyasi təşkilatın boynuna düşən iş istər vətəndaşların iştirakına nail olmaq, istərsə də beynəlxalq ictmaiyyətin diqqətini prosesə cəlb etmək olmalıdır. Aydındır ki, saxtaılaşdıran fəaliyyətə mane olur. Amma məhz bu baryerləri aşa biləcək təşkilat, namizəd, qüvvə dəyişlkilıərə aparcaq yolu aça bilər.

22:53
Sual [Elçin]: Salam. niyə 41000 dən çox səs toplamısınız, amma MSK tərəfindən 5000 nə yaxın səsin saxta olduğu ilə asanlıqla barışıb, etiraz etmədən, artıq 2015 – ə plan qurursuz. ya mübariz olmadığınız qənaəti yaranır, ya da həqiqətən saxta səs yığmağınıza dəlalət edir. bu “mübarizliklə” prezident seçkilərinin də saxtalaşmağına da eyni cavab gözləmək olar. insanları arxası ilə aparan MÜBARİZ bizə lazımdır.

22:56
Cavab: Elçin bəy, biz barışmamışıq. Mübarizəmizi davam etdiririk. Ya ölkənin demokratikləşməsinə nail olacağıq, ya da siyasətdən gedəcəyik. Biz 2015-ci ili sadəcə olaraq ilk əvvəldən özümüz üçün son hədd kimi müəyyənləşdirmişik. Dinc mübarizə isə davam edir. Bu gün məhkəmə də oldu. Fəqət Siz bizdə hətta məhkəmədə də qərarların siyasi olduğunu bilirsiniz. Ona görə də namizədimiz İlqar Məmmədov müraciət etdi ki, məhkəmə onun qeyidyattını yubadacağı təqdirdə tərəfdarlarımız Cəmil Həsənliyə səs versin.

22:57
Emil Quliyev [moderator]: Altay bəy, sualları cavablandırdığınız və dəyərli fikirlərinizi bizilə, eləcə də oxucularımızla bölüşdüyünüz üçün Sizə dərin təşəkkürümü bildirirəm. Eləcə də oxuculara göstərdikləri diqqətə və suallara görə minnətdaram.

22:59
Altay Göyüşov: Emil bəy, Sizə də, radionuza da, oxuculara da bu imkana görə minnətdaram. Sağ olun! Bizimkilərin gecəsi xeyrə, Sizə isə uğurlu günlər:)

23:00
Emil Quliyev: Çox sağ olun!
Sərbəst Kürsünün növbəti sayında görüşənədək…SƏRBƏST KÜRSÜ SİZİN BLOQUNUZDUR!

10 Responses to “Altay Göyüşov: Oğurlanan səs vətəndaşın səsidir”

  1. Fərid says:

    Salam. Seçki təbliğatının birinci günündə məlum oldu ki, Cəmil Həsənli 4 il gözləyə bilməyib, pensiyaya vaxtından əvvəl çıxıb. Hər nə qədər bu fakt Dubaydakı məlum villalarla müqayisəyə gəlməsə də, hər halda Cəmil Həsənlinin əlindəki imkanlar da prezidentlə müqayisə olunası deyil. Nəticə odur ki, Cəmil Həsənli haqqı olmadan vaxtından əvvəl 2000 manatlıq pensiyaya çıxıb (özü də təkzib etmədi). Üstəlik, Əli Kərimli və İsa Qəmbər kimi adamlar hansı ki, bir- birinə güzəşt etməlilər bu seçkilərdə, ona görə də ziyalıynan gedəsi olurlar seçkiyə- Cəmil Həsənli qalib gəlsə hakimiyyətə gələcəklər. (Milli şuranın elan edilməsi və vahid namizəd məsələsini sona anda güc-bəlaynan həll elədilər) Mənim demokratik dəyişikliklər edəcəyinə yeganə ümid yerim olan Real hansı əsaslarla heç bir əsaslı proqramı olmayan Cəmil Həsənlini dəstəkləyir, onun doğrudan da ölkədəki sabitliyi qoruya biləcəyinə necə inanır? Söhbət şəxsiyyətdən gedirsə, lütfən pensiya məsələsini şərh etməyini xahiş edirəm və ümumiyyətlə şəxsiyyətə görə prezidentliyə namizədi dəstəkləmək nə dərəcədə məntiqlidir? Əvvəlcədən çox sağolun və Reala 2015 parlament seçkilərində uğurlar .

  2. Elmir says:

    Altay müəllim salam,
    Hər seçkidə təxminən belə olur. Səsvermə öncəsi hamı həyəcanlıdır, dəyişikliyə ümid artır…və budur ilkin nəticələr və İlham Əliyev növbəti 5 ilə prezidentdir. Narazı əhali meydanlara gedir etiraz üçün. Yenə polis, yenə daxili qoşunlar. Vətəndaşlar döyülür. Xarici səfirliklər biraz narahat olurlar. Ondan sonra yenə durğunluq. Bu cür mürəkkəb vəziyyətdən çıxmaq üçün 2015-ci ildə REAL-ın planları nədən ibarətdir?

  3. altay mellim.,bizim ucun sizin fikirleriniz cox maraqli olub ,hemise..muxtelif movqeylerden sizin fikirlerinizi dinlemisik ve bizi maraqlandiran bir nece sual var bu barede. fikirlerinizi bildirmeyinizi xaiw ederdim…indi hal hazirda ereb olkelerinde baw veren hadiselerin esas mahiyyeti,ve bizim olkeden hem azad suriya ordusu terefden hemde hizbullah terefden doyusmeleri..ve bu hadiselerin selib yurusleri ile muqayisesi..bawqa bir maraqlandiran sual ise qarabagda muharibe bas verse yalniz milli ordu vurusacaq yoxsa konulluler de.yeni konulluler yene yigiwacaq.1ci qarabag muharibesinde bunlar nece olmuwdu.axir vaxtlar guney azerbaycandaki hadiseler gamohun liderinin azerbaycana buraxilmamasi.milliyetcilerin hebsi,bu barede xaiw…..altay m. Tesekkurler

  4. Samir says:

    REAL a nece oldu ki qoshuldunuz? Oradaki esas uzvlernen neche muddetdir tanihsiniz?

  5. Salam Altay ve Emil muellim Xos Gorduk sizi Altay muellime 3 sualim var 1 Sual Ilgar Memmedovun hebsden Azad edilmesi ucun Avrupa Insan Haqlari Mehkemesine Real Vetendas Herekatinin bir uzvu olaraq gondermeyi dusunursunuzmu ? 2 Sual Azerbaycanin Memhemmed Emin rezulzade Uzeyir Bey Hacibeyov Seyid Cefer Pisavari Neriman Nerimanov Mircefer Bagirov Sixeli Qurbanov ve Sah Ismayil kimi tarixi sexsiyetlerimiz baresinde sizin fikirlerinizi oyrenmek menim ucun cox maraqlidir? 3 Sual Simali ve Cenubi Azerbaycanin birlesmesi sizce mumkundurmu Urmu golunde bas veren ekoloji felaket golun qurumasi ve Tehran hokumeti terefinden ora Kurd silahlahlilarinin yerlesdirilmesine ve movcud tarixi aspakte nezer salanda turkmencay ve culustan muqavilllerinden sonra Rusiya ve Iran terefinden parcalanan bir xalqin nece Almanyanin serqle qerbin soyuq muharibeden sonra berlin divarlarini dagitaraq musteqil oldu vaxtile edaletsiz sekilde 2 yere parcalanmis 1 xalqin Arazin direklerini yararaq nece bu 1989 dekabrin 31 bu bas vermisdi birleseceyine inanirsinizmi sizce buna imkan serait ve furset varmi ?

  6. elcin qurbanli says:

    altay mellim.bize real herakatin ideologiyasi,isteyi meqsedi haqda xaiw melumat vererdiz.tesekkurler

  7. ve uzr istiyirem.altay mellim.bize meslehetiniz ne olar???.bir azerbaycan turk genci olaraq bize sozunuz?

  8. Elchin says:

    Salam. niyə 41000 dən çox səs toplamısınız, amma MSK tərəfindən 5000 nə yaxın səsin saxta olduğu ilə asanlıqla barışıb, etiraz etmədən, artıq 2015 – ə plan qurursuz. ya mübariz olmadığınız qənaəti yaranır, ya da həqiqətən saxta səs yığmağınıza dəlalət edir.
    bu “mübarizliklə” prezident seçkilərinin də saxtalaşmağına da eyni cavab gözləmək olar. insanları arxası ilə aparan MÜBARİZ bizə lazımdır.

  9. Tural says:

    Salam. Azərbaycanlıların Suriyada həm Hizbullah həm müxalifət tərəfindən döyüşməsini kimlik böhranı ilə izah etdiniz. Nə üçün belə düşünürsünüz? Yəni demokratikləşmə şiə və sünni məzhəblərini birləşdirəcəkmi? Sizcə dindarlarda vətən şüuru dini üstələyəcək? Bu prosesi daha ətraflı izah edə bilərsiniz?

  10. elvin agayev says:

    salam.altay mellim..bize azerbaycan xalq cebhesi nin eledikleri veya eliye bilmedikleri ,,neticeleri haqda cox xaiw.hemde azadliq herakati haqdada..ve ebulfez elcibeyin prezdent oldugu dovurde istefasi niye oldu?..suret huseynov niye geriye qayitdi.cunki menim yadimda 92ci iliydi sehv etmiremse rayonda bir, zabit bize builden biz qelebe gununu qeyd edecik cunki, artiq bu yaxinlarda qelebe calaciq. Demiwdi..o zabit gence batalyonu.nda iwtirak edir.niye? Axi geri qayitdi ordu?..tesekkurler

Leave a Reply

BLOGLAR

RSS Xəbərlər