İsa Qəmbər: Diplomatik normalara zidd davranış iqtidara yeni problemlər yaradacaq

Posted October 16th, 2013 at 9:58 am (UTC-4)
19 comments

Keçən həftə Azərbaycanda keçirilən prezident seçkilərində bəzi beynəlxalq qurumların mənfi münasibət bildirməsindən sonra müxalif Milli Şura və onun prezidentliyə namizədi Cəmil Həsənli razılaşdırılmış etiraz mitinqi keçirib. Minlərlə insanın iştirak ilə keçən bu mitinqdən sonra  Milli Şura oktyabr ayının 20-nə növbəti mitinq təyin edib.

Demokratik Qüvvələrin Milli Şurasının gələcək fəaliyyəti  barədə oxucularımızın suallarına cavab tapmaq üçün Milli Şuraya daxil olan Müsavat Partiyasınnı başqanı İsa Qəmbəri dəvət etmişik. Oktyabrın 16-sı İsa Qəmbər oxucularımızın suallarını cavablandırıb.

—————————————————————————————————————————–

21:00 / 16 oktyabr 2013

Sərbəst Kürsüdə hamınızı xoş gördük. Canlı forumun moderatoru Emil Quliyevdir. Qonağımız isə Müsavat Partiyasının başqanı İsa Qəmbərdir.

21:02
Emil Quliyev [moderator]: İsa bəy, Sərbəst Kürsüdə sizi salamlayırıq. Bayram günü vaxtınızı ayırıb, dəvətimizi qəbul etdiyiniz üçün minnətdarıq. Sizin və eləcə də bizi izləyənlərin hamısının Qurban bayramınızı təbrik edirik!

21:04
İsa Qəmbər: Emil bəy, sizi və bütün iştirakçıları  salamlayıram və Qurban bayramı münasibətilə təbrik edirəm!

21:05
Emil Quliyev: İştirakçılar və öz adımdan sizə təşəkkürümü bildirirəm. Keçək daxil olan suallara. İlk sual Elvin Cahangirov adlı oxucudan daxil olub. O yazır:

– SALAM İSA BƏY. 10 İL BUNDAN ƏVVƏL BU GÜN BAŞ VERƏN HADİSƏLƏR HAMIMIZIN XATİRİNDƏDİR. ƏGƏR SİZ BU İL YENİDƏN PREZİDENTLİYƏ NAMİZƏD OLSAYDINIZ ŞÜBHƏSİZ Kİ, ON MİNLƏRLƏ İNSAN SİZİ DƏSTƏKLƏYƏCƏKDİ. BELƏ OLAN TƏQDİRDƏ HAKİMİYYƏT YENƏ DƏ 10 İL ƏVVƏLKİ KİMİ XALQI AZADLIQ MEYDANINDA ƏZƏRDİMİ?

21:10
Cavab: Elvin bəy, salam,
Bəli, bu gün təkcə Qurban bayramı günü deyil, 16 oktyabr həm də 2003-cü ildəki şərəfli və acı günün 10-cu ildönümüdür.
Hadisələr heç bir zaman eyni qaydada təkrarlanmır, indi dövr də başqadır, şərtlər də başqadır. 2003-cü ildən fərqli olaraq 2013-cü ildə həm xalq, həm də beynəlxalq birlik İlham Əliyevə güvənməyə heç bir əsas və arqument olmadığını bilir. Biz də daha təcrübəliyik.

21:12
Emil Quliyev: Zulfuqar adlı Facebook istifadəçisi yazır:  “İsa bəydən soruşun ki, nə vaxtsa xalqın sərvətini yeyib?”

21:15
İsa Qəmbər: Bizim evimizə heç bir zaman haram daxil olmayıb və olmayacaq, heç bir zaman rüşvət almamışam və almaram, dövlərin və xalqın malına göz dikməmişəm və dikmərəm!

21:16
Sual [Afiq]: Salam. Biz hamınız bilirik ki, seçkilər demokratik yolla keçmədi. Bəs niyə seçkidə Milli Şura təmsilçiləri seçkinin demokratik keçirildiyini təsdiqləyirlər? Bir də 2003 ildə xalq sizi seçdi, niyə bu xalqa prezident kimi fəaliyyət göstərmədiniz?

21:22
Cavab: Afiq bəy, salam.
Seçkilərin saxta olduğu barədə Cəmil Həsənlinin Seçki Qərargahının hesabatları, bəyanatları var. Hansı Milli Şura üzvü seçkilərin demokratik keçməsini söyləyib?
2003-cü ildə baş verənləri isə bütün dünya bilir: xalqın səslərini, mənim qələbəmi oğurladılar, minlərlə fədakar vətəndaşımızı həbs etdilər, döydülər, işkəncə verdilər, Həmidağa Zahidovu öldürdülər. Rejim xalqın Konstitusion hüquqlarını tapdayaraq hakimiyyəti mənimsədi.

21:24
Sual [Əliağa Ağazadə]: Salam İsa bəy! Əksər hərbi hissələrdə bülletenlər 1 gün qabaqdan işarələnib hazırlanır. Əsgərlər isə yalnız adlarının qarşısına qol çəkirlər. Hal-hazırda əsgərlikdə olan tanıdığım 1 şəxsdən aldığım məlumata görə Ağdamda yerləşən hərbi hissələrdən birində Cəmil Həsənliyə səs vermək üçün bülleten tələb edən və aldıqdan sonra səs verən əsgəri komandanlığa satıblar. Hal-hazırda həmin əsgəri incidirlər. Seçkilər zamanı hərbi hissələrdə müşahidəçilər niyə olmur?

21:30
Cavab: Əliağa bəy, salam,
Hakimiyyət seçkidə xalqdan səs almayacağını bildiyi üçün kütləvi saxtakarlığa gedir, hərbi hissələrdə və həbsxanalarda isə hətta müşahidə işini qurmağa da imkan vermir.
Həmin əsgərin adını yazsanız, biz onu müdafiə edərik.

21:31
Sual [Bəxtiyar Hacıyev]: Salam İsa bəy, bayramınız mübarək!
Müsavat Partiyasının qurultayı nə vaxt olacaq? Müsavat partiyasının başqanının dəyişəcəyi gözlənilirmi? Ümumiyyətlə, hakimiyyətin və Müsavat rəhbərliyinin dəyişməsi ilə bağlı proqnozlarınızı eşitmək maraqlı olardı, nə vaxt dəyişiklik olacaq?

21:42
Cavab: Bəxtiyar bəy, salam və təşəkkür! Sizinlə birgə.
Məncə, bu iki məsələni müqayisə etmək o qədər də korrekt deyil, çünki hakimiyyət Əliyev rejimi tərəfindən qəsb edilib və xalqın hakimiyyəti dəyişmək kimi Konstitusion haqqı tapdanır. Bu hakimiyyətin dəyişməsi cəmiyyətin və xalqın siyasi iradəsindən asılıdır və düşünürəm ki, buna çox az qalıb.
Müsavat Partiyasının rəhbərliyi isə nizamnaməyə uyğun qaydada dəyişir və demək olar ki, hər qurultayda rəhbərlik əsaslı şəkildə yenilənir. Partiyamızın Məclisinin və Divanının tərkibinə diqqət yetirsəniz buna əmin olarsınız. Partiyamızın başqanına gəldikdə isə bu dəyişiklik yenə də nizamnaməyə əsasən qurultayımızda baş verəcək. Son illər hakimiyyət qurultayımızı keçirməyə imkan vermir. İndi seçki bitəndən bu məsələyə diqqətimiz artacaq və qurultayımızı keçirmək üçün bütün imkanlardan istifadə edəcəyik. Son divan iclasında (14 oktyabr) bu vəziyyəti bir daha dəyərləndirdik.

21:43
Sual [Rehman]: Salam, İsa bəy sizi Sərbəst Kürsüdə gördüyümüzə şadıq.
Seçkilərdə iştirak elədik və baş verənləri gördük. Məntəqələrdə sizin konkret olaraq nə katiblərdən, nə sədrlərdən, nə də ki barmaq izi yoxlayanlardan təmsil edən yox idi, sadəcə müşahidəçilər var idi. Belə olan halda seçkidə qalib gəlmək olarmı?

21:51
Cavab: Rəhman bəy, salam, təşəkkür edirəm,
Haqlısınız, komissiyalarda bir nəfər də olsun təmsilçimiz yoxdur, hakimiyyət seçki komissiyalarını tam inhisara alıb. Buna görə də seçki günü baş verən kütləvi saxtakarlıq və qanun pozuntularını yalnız müşahidəçilər vasitəsi ilə qeydə alıb, aktlaşdıra bilirik. Amma, qarşısını ala bilmirik, çünki müşahidəçilərin prosesə müdaxilə etmək hüququ yoxdur.
Bu, çox ciddi problemdir, ona görə də biz illərdir ki, seçki komissiyalarının formalaşdırma prinsiplərinin dəyişməsini, seçki prosesində iştirak edən bütün əsas iştirakçıların komissiyalarda təmsil olunmasını tələb edirik. Bu problemin həllində həm ölkə ictimaiyyətinin, həm də beynəlxaq birliyin ortaya iradə qoymasına ehtiyac var.

21:52
Sual [Emrah]: Əgər Amerika, Rusiya,Türkiyə və ATƏT bu seçkiləri rəsmi tanısalar ve iqtidarla əməkdaşlığa davam etseler, siz də çıxış yolunu iqtidarla dialoqdamı görürsüz, yoxsa bu şəkildə davam edəcəksiniz, yaxud da istefa etməyi düşünürsünüzmü?

21:59
Cavab: Bütün dünya bu seçkini tanısa da, tanımasa da, bu iqtidarla əməkdaşlıq etsələr də, etməsələr də mən rejimə qarşı və demokarikləşmə uğrunda mübarizəmi davam etrəcəyəm. İstə Müsavatın başqanı, istər sıravi üzvü kimi.  İstefa barədə seçkiləri uduzan, səsvrmədə 1-2 % səs alanlar düşünməlidir, seçkini udan bizlər yox.

22:00
Sual [Murad]: Isa bey salam. Bu seckilerde siyasetciler, gencler, ziyalilar hamisi birlesib seckide xalqin desteyini alib qalib geldiniz ama hakimiyyet buna imkan vermedi. Seckiden vaxt getdikce prosesin olmemesi, insanlarin oz haqlari ugrunda mubarize aparmasi ucun ne etmek lazim oldugunu dusunursunuz ?

22:13
Cavab: Murad bəy, salam.
Çox önəmli sualdır. 1-cisi  mübarizəni davam etdirmək, seçki saxtakarlıqları barədə faktları seçki qərargahımıza təqdim etmək, seçkidən az məlumatlı vətəndaşlarımızı bilgiləndirmək, prof. Cəml Həsənlinin tədbirlərində, görüş-mitinqlərində iştiak etmək.
2- cisi demokratik müxalifət partiyalarına, müstəqil gənclər təşkilatlarına üzv olmaq və üzv cəlb etmək,
3-cüsü bütün imkanları səfərbərliyə alıb, vətəndaş cəmiyyəti strukturlarına yardım etmək.
4-cüsü ruhdan düşməmək, bu seçkidə biz qalib gəlmişik, etiraf etsələr də, etməsələr də biz bünü bilirik.

22:15
Sual [Cavid Hacıbəyli]: Bayramınız mübarək İsa bəy. Ramiz Mehdiyevin ABŞ-a qarşı ittihamını necə qiymətləndirirsiz? Hakimiyyətin legitimliyi bu dəfə asan olacaqmı? Hakimiyyət nümayəndələrinə qarşı sanskiyaların olma ehtimalı nə qədərdi?

22:23
Cavab: Cavid bəy, təşəkkür edirəm, sizinlə birgə!
Son sualdan başlayaq. Hakimiyyətin seçkini saxtalaşdıran nümayəndələrinə qarşı sanksiyaların tətbiq edilmə ehtimalı kifayət qədər yüksəkdir, çünki ATƏT-in DTİH Bürosunun verdiyi seçki hesabatından sonra bu hakimiyətin legitimliyi ciddi şübhə altındadır. Hər şey cəmiyyətin fəallığından və iradə nümayişindən asılıdır.
Rejim ATƏT-in rəyini dəstəkləyən ABŞ-a qarşı çox qəzəblidir, amma deyirlər ki, qəzəbli başda ağıl olmaz, odur ki, Ramiz Mehdiyevin və müdafiə nazirliyinin diplomatik normalara zidd davranışı iqtidara yeni problemlər yaradacaq. Üstəlik Rusiyanın da miqrantların məsələsində Azərbaycan hakimiyyətinə təzyiqi bu rejimin “uğurlu xarici siyasətin” təbliğatını bərbad edir.

22:24
Sual [FAZLI]: Axshaminiz xeyir hormetli ISA BEY. BAYRAMINIZ mubarek. Sizce xalqi bu biganelikden ve qorxu sindromundan neca xilas etmak olar??

22:30
Cavab: Fazil bəy, salam, təşəkkür edirəm, sizinlə birgə!
Çox mühüm movzuya toxunursuuz, bu geniş bir söhbət tələb edir.
Burda qısaca onu bildirim ki, 1-cisi xalqı qınamaq həm yanlışdır, həm də faydasızdır. Çünki günah xalqda deyil, onu əzən rejimdədir.
2-cisi xalqla əlaqələri daha da genişləndirmək, izahat və təbligat işini  güçləndirmək lazımdır.
3-cüsü xalqa daha çox nümunə göstərməliyik, cəsarət və fədakarıq nümunəsi: professor Cəmil Həsənli kimi, minlərlə müsavatçı, cəbhəçi, nidaçı kimi.

22:31
Sual [Amid]: İsa bəy salam. İlk öncə bayramınızı təbrik edirəm. Rusiyada baş vermiş adi bir ölüm işinin sişirdilərək bu cür etnik toqquşma müstəvisinə gətirilməsinin səbəbi nə ola bilər? Həmyerlimizin həbs olunarkən jurnalistlərin gözü qarşısında fiziki zorakılığa məruz qalması, Daxili İşlər Naziri Kolokoltsevin qəbul otağına gətirilərək alçaldılmasının səbəbi və indiyə kimi hakimiyyətin bununla bağlı Rusiya tərəfinə heç bir reaksiya verməməsi nəylə bağlıdır?

2240
Cavab: Amid bəy, salam, təşəkkür edirəm, sizinlə birgə!
Rusiyada məişət zəminində baş vermiş ölüm hadisəsinin bu cür şişirdilməsi məncə, iki səbəbdən baş verir.
1.        Rusiyada kifayət qədər ciddi problemlər var, Moskvadakı son seçkilər göstərdi ki, xalq vəziyyətdən narazıdır və dəyişiklik istəyir. Hakimiyyət xaqlın diqqətini real problemlərdən yayındırıb ictimai narazılığı miqranatların üzərinə yönəltmək istəyir.
2.        Rusiya hakimiyyəti Avrasiya Birliyinə Azərbaycanı da cəlb etmək istəyir və saxta seçkilərdən sonra çətin vəziyyətdə olan Əliyev rejiminə miqrantların geriyə göndərilməsi təhdidi ilə də təzyiq göstərmək istəyir.
Hadisələri diqqətlə müşahidə etməkdə fayda var, çünki ola bilər ki, bizə bəlli olmayan başqa səbəblər də var.

22:41
Sual [İlqar İsmayılov]: Isa bəy, salam. Bayramınız mübarək. İstərdim biləm hal-hazırda saxtalaşdırılmış seçkilərdən sonra proqnoz və gözləntilər nədir: müxalifət növbəti bələdiyyə və parlament seçkilərinə hazırlaşmaq fikrindədir, yoxsa hakiiyyət qəsbkarlarını geri çəkilməyə vadar etməyi fikirləşir. Sualı elə-belə vermədim. Cəmiyyətin pessimist ruhlu elementləri bu qatarın artıq getdiyini, Qərb və ABŞ-ın sonunda hakimiyyətlə “taraz” razılaşma quracağını düşünür.
2. Siyavuş Novruzov müxalifəti YAP-çı gənclərlə hədələdi və bir müddət öncə Sabirabadda olduğu kimi ayın 20-nə planlaşdırılan mitinqə təxribat hazırlandığını faktiki olaraq anons etdi. Sizcə hakimiyyət blef edir, yoxsa növbəti 16 oktyabr planlayır? Təxribata qarşı planlar varmı?

22:50
Cavab: İlqar bəy, salam, təşəkkür edirəm, sizinlə birgə!
1.        Seçki hələ bitməyib, ən azı Konstitusiya Məhkəməsinin qərarına qədər demokratik mübarizə davam etməlidir. Bütövlükdə isə hər şey xalqın fəallığından və fədakarlığından asılıdır.
2.        Biz müstəsna olaraq dinc mübarizə aparırıq və bunu dəyişmək fikrində deyilik. Növbəti dinc kütləvi aksiyanı 20 oktyabra təyin etmişik. Əlbəttə, hər zaman olduğu kimi yenə də diqqətli olacayıq ki, problem yaranmasın. Amma, təxibatların qarşısını almaq polisin vəzifəsidir, hər kəs bilir ki, təxribat olacaqsa bu rejimin törətdiyi növbəti cinayət olacaq.

22:51
Sual [Ibrahim]: İsa bəy, tez-tez deyirlər “müxalifət gəlsə ancaq özləri üçün mənfəəət güdəcək, vədlərinə inanmırıq, bunlar yeyib doyub müxalifət gəlsə talayacaq.” Necə cavab verərdiniz belə düşünənlərə?

22:56
Cavab: İbrahim bəy,
Belə düşünənlərə  əvvəla onu demək lazımdır ki, bu iqtidar doymayıb və doymayacaq, çünki görməmişdirlər. Bunların doymaması ilə bağlı yüzlərlə sübut gətirə bilərəm, kimsə bunların doymasına bircə sübut gətirə bilərmi?!
İkincisi, biz deyə bilərik ki, bir dəfə hakimiyyətdə olmuşuq, uğurlarımızla yanaşı səhvlərimiz də olub. Amma, bizim hakimiyətin rüşvətə, korrupsiyaya bulaşdığını kimsə fakt və arqumentlə sübut edə bilərmi?
Üçüncüsü və ən mühümü, seçici heç kimə şərtsiz-qeydsiz inanmamalıdır. İnam və səs şərtli və müddətli olmalıdır. Cəmiyyət istənilən hakimiyyətə nəzarət təşkil etmək iddiasında və güçündə olmalıdır, düzgün işləyən, xalqa və ədalətə xidmət edən siyasətçilər və hakimiyyətə etimad yaranmalıdır, vədlər verib hakimiyyətə gələndən sonra xalqa deyil, öz marağına ximət edənlər isə bir daha xalqdan etimad və səs almamalıdırlar!

22:57
Emil Quliyev [moderator]: İsa bəy, bayram günü iki saatınızı ayırıb oxucularımı maraqlandıran suallara cavab verdiyinizə görə dərin təşəkkürümü bildirirəm. Bayramınız mübarək!

22:59
İsa Qəmbər: Emil bəy, bu gözəl bayram günündə məni dəvət etdiyiniz üçün, vətəndaşlarımızla təmas imkanı yaratdığınız üçün mən sizə təşəkkür edirəm.

İştirakçılara da xüsusi təşəkkür və Bayram təbriki!

23:00
Emil Quliyev: Çox sağ olun, İsa  bəy. Mən də bizi izləyənləri Qurban bayramı münasibətilə təbrik edirəm. Sərbəst Kürsünün növbəti sayında görüşənədək…SƏRBƏST KÜRSÜ SİZİN BLOQUNUZDUR

19 responses to “İsa Qəmbər: Diplomatik normalara zidd davranış iqtidara yeni problemlər yaradacaq”

  1. Elvin Cahangirov says:

    SALAM İSA BƏY. 10 İL BUNDAN ƏVVƏL BU GÜNÜ BAŞ VERƏN HADİSƏLƏR HAMIMIZIN XATİRİNDƏDİR. ƏGƏR SİZ BU İL YENİDƏN PREZİDENTLİYƏ NAMİZƏD OLSAYDINIZ ŞÜBHƏSİZ Kİ ON MİNLƏRLƏ İNSAN SİZİ DƏSTƏKLƏYƏCƏKDİ. BELƏ OLAN TƏQDİRDƏ HAKİMİYYƏT YENƏ DƏ 10 İL ƏVVƏLKİ KİMİ XALQI AZADLIQ MEYDANINDA ƏZƏRDİMİ?

  2. Afiq says:

    Salam. Biz hamınız bilirik ki seçkilər Demokratik yolla keçmədi. Bəs niyə seçkidə Milli şura təmsilciləri seçkinin demokratik keçirildiyini təsdiqləyirlər? Birdə 2003 ild’ Xalq sizi seçdi niyə bu xalqa prezident kimi fəliyyət göstərmədiniz?

    • Afiq says:

      Saxtalaşdırılmış seçkilər bir da dünya miqyasında demokratik yolla yenidən keçirilə bilərmi? daha beş il bu diktaturaya boyunmu əyəcəyik yoxsa Milli Şura daha tez bir zamanımı fikirləşir Biz gənclik Milli şuranı dəstəkləməyimizə baxmayaraq yene yap qalib gəldi.Planlaşdırılış 20 günlük müharibənin altinda hansı ssenarilər oynanılacaq və hazırki prezident bununla nəyi sübut etmiş olacaq? Xalqımızın son ümid yeri Milli Şuranın konkret məqsədləri nədir?

  3. Əliağa Ağazadə says:

    Salam İsa bəy! Əksər hərbi hissələrdə bülletenlər 1 gün qabaqdan işarələnib hazırlanır. Əsgərlər isə yalnız adlarının qarşısına qol çəkirlər. Hal-hazırda əsgərlikdə olan tanıdığım 1 şəxsdən aldiğım məlumata görə Ağdamda yerləşən hərbi hissələrdən birində Cəmil Həsənliyə səs vermək üçün bülleten tələb edən və aldıqdan sonra səs verən əsgəri komandanlığa satıblar. Hal-hazırda həmin əsgəri incidirlər. Seçkilər zamanı hərbi hissələrdə müşahidəçilər niyə olmur?

  4. Bəxtiyar Hacıyev says:

    Salam İsa bəy, bayramınız mübarək!

    Müsavat Partiyasının qurultayı nə vaxt olacaq? Müsavat partiyasının başqanının dəyişəcəyi gözlənilirmi? Ümumiyyətlə, hakimiyyətin və Müsavat rəhbərliyinin dəyişməsi ilə bağlı proqnozlarınızı eşitmək maraqlı olardı, nə vaxt dəyişiklik olacaq?

  5. Rehman says:

    Salam.Isa Bey sizi Serbest Kursude gorduyumuze shadiq .
    Seckilerde ishtirak eledik Ve gorduk bash verenleri menteqelerde sizin kankret olaraq ne katiblerden ne sedirlerden nedeki barmaq izin yoxlayanlardan temsil eden yox idi sadece mushahideciler var idi bele olan halda seckide qalib gelmek olarmi?

  6. Emrah says:

    Eger Amerika,Rusiya,Türkiye ve ATET bu seçkileri resmi tanısalar ve iktidarla emekdaşlığa davam etseler,siz de çıxış yolunu iktidarla dialoqdamı görürsüz,yoxsa bu şekilde davam edeceksiniz,yaxud da istefa etmeyi düşünürsünüzmü?

  7. Murad says:

    Isa bey salam. Bu seckilerde siyasetciler, gencler, ziyalilar hamisi birlesib seckide xalqin desteyini alib qalib geldiniz ama hakimiyyet buna imkan vermedi. Seckiden vaxt getdikce prosesin olmemesi, insanlarin oz haqlari ugrunda mubarize aparmasi ucun ne etmek lazim oldugunu dusunursunuz ?

  8. Cavid Hacibeyli says:

    Bayramınız mübarək İsa bəy. Ramiz Mehtiyevin ABŞ-a qarşı ittihamını necə qiymətləndirirsiz? Hakimiyyətin legitimliyi bu dəfə asan olacaqmı? Hakimiyyət nümayəndələrinə qarşı sanskiyaların olma ehtimalı nə qədərdi?

  9. FAZLI says:

    Axshaminiz xeyir hormetli ISA BEY. BAYRAMINIZ mubarek.
    Sizce xalqi bu biganelikden ve qorxu sindromundan neca xilas etmak olar??

  10. Emrah Vatansever says:

    salam İsa bey,bayramınız mübarek.İsa bey,sizce Cemil bey seçimi doğrumu idi,meselen Mirmahmud bey olsaydı daha etkili olmazdımı?

  11. Amid says:

    İsa bəy salam. İlk öncə bayramınızı təbrik edirəm. Rusiyada baş vermiş adi bir ölüm işinin sişirdilərək bu cür etnik toqquşma müstəvisinə gətirilməsinin səbəbi nə ola bilər? Həmyerlimizin həbs olunarkən jurnalistlərin gözü qarşısında fiziki zorakılığa məruz qalması, Daxili İşlər Naziri Kolokoltsevin qəbul otağına gətirilərək alçaldılmasının səbəbi və indiyə kimi hakimiyyətin bununla bağlı Rusiya tərəfinə heç bir reaksiya verməməsi nəylə bağlıdır?

  12. İlqar İsmayılov says:

    Isa bəy, salam. Bayramınız mübarək. İstərdim biləm hal-hazırda saxtalaşdırılmış seçkilərdən sonra proqnoz və gözləntilər nədir: müxalifət növbəti bələdiyyə və parlament seçkilərinə hazırlaşmaq fikrindədir, yoxsa hakiiyyət qəsbkarlarını geri çəkilməyə vadar etməyi fikirləşir. Sualı elə-belə vermədim. Cəmiyyətin pessimist ruhlu elementləri bu qatarın artıq getdiyini, Qərb və ABŞ-ın sonunda hakimiyyətlə “taraz” razılaşma quracağını düşünür.
    2. Siyavuş Novruzov müxalifəti YAP-çı gənclərlə hədələdi və bir müddət öncə Sabirabadda olduğu kimi ayın 20-nə planlaşdırılan mitinqə təxribat hazırlandığını faktiki olaraq anons etdi. Sizcə hakimiyyət blef edir, yoxsa növbəti 16 oktyabr planlayır? Təxribata qarşı planlar varmı?

  13. Salam əleyküm,

    Axşamınız xeyir,

    Bu qədər uğursuzluqdan sonra Musavat başqanlığını tərk etmək vaxtının gəldiyini düşünmürsünüzmü, İsa bəy? Sizcə rəhbərliyi daha bacarıqlı insana verməyin vaxtı gəlib çatmayıbmı?

    VGI

  14. Ibrahim says:

    Hörmətli İsa bəy. Siz 2003-cü ildə Azərbaycan xalqı tərəfindən rəsmən prezident seçilmişdiniz. İlham Əliyev sizin qələbəni oğurladı təssüf ki. Sizcə, bu qədər haqsızlıqlar, saxtakarlıqlar,zülmlər baş verir heç İlham Əliyevin vicdanı sızlamır?

  15. Ali hasanov says:

    Salam Isa Bəy, Sizin bayramınız mübarək !
    Hörmətli Başqan, mən sizdən xahiş edirəm, bütün cəmiyyətimiz kimi, mənim də bəyəndiyim, ” İlhamla söhbət ” (silsiləsindən) rubrikası davamlı olsun. İmkan dərəcəsində, bu rubrikadan tez-tez istifadə edəsiniz. SAĞ OLUN ! SİZƏ UĞURLAR OLSUN !

  16. Ibrahim says:

    İsa bəy, tez-tez deyirlər “müxalifət gəlsə ancaq özləri üçün mənfəəət güdəcək, vədlərinə inanmırıq, bunlar yeyib doyub müxalifət gəlsə talayacaq.” Necə cavab verərdiniz belə düşünənlərə?

  17. Fazli says:

    Hormetli ISA bey, SIZ hele may ayinda IP -nin sesiyasinda cixishlarinizin birinde fikrini soylemishdiniz. Sualim beladir : Size ela gelmir ki, maskalari coxdan acilmishlari MILLI SHURAYA celb etmakle,onlara reytinq getirmish olduq ve MILLI SHURANIN vaxtinda ,duzgun qerarlar vermasine ozumuz maneler yaratmish olduq? Ve cox isterdim ki, Milli Shuranin sabahi haqqinda nikbin fikirlerinizi eshidem.

  18. Fuad Akberov says:

    Salam bey. Men bu partiyani sizsiz tesevvur ede bilmirem.

Leave a Reply to Afiq Cancel reply

Your email address will not be published. Required fields are marked *

BLOGLAR