Altay Göyüşov: Cümhuriyyət kimliyimiz, Rəsulzadə isə Cümhuriyyətin pasportudur

Posted November 27th, 2013 at 10:51 am (UTC-4)
13 comments

Prezident İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, 2014-cü ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi tamam olur. Məsul dövlət qurumlarına yubileyin keçirilməsinə dair konkret tədbirlər planı hazırlamaq tapşırılıb.

Bir çox müşahidəçilər son illər Azərbaycan Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin adının bir çox yerlərdən çıxarıldığını bildirir. Bu səbəbdən İ.Əliyevin son qərarı cəmiyyətdə bir növ çatqınlığa səbəb olub.

Altay GoyushovMəsələni müzakirə etmək üçün bugünkü Sərbəst Kürsü forumuna REAL: Respublikaçı Alternativ Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, tanınmış tarixçi Altay Göyüşovu dəvət etmişik. Noyabrın 27-si Altay bəy oxucuların suallarını canlı cavablandırıb.

————————————————————————————————————————————–

21:00/27 noyabr 2013

Salam, əziz Sərbəst Kürsü izləyiciləri! Canlı forumun moderatoru mən Emil Quliyevəm. Qonağımız isə REAL: Respublikaçı Alternativ Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü, tanınmış tarixçi Altay Göyüşovdur.

21:02
Emil Quliyev [moderator]: Altay bəy, sizi Sərbəst Kürsüdə xoş gördük. Oxucuularımızı da salamlayıram.

21:03
Altay Göyüşov: Salam, Emil bəy, dəvətə görə minnətdaram, oxucuları da salamlayıram.

21:04
Emil Quliyev: Təşəkkür edirik, Altay bəy. İlk sualı Aynur Elgünəş göndərib. O yazır:

– 20 il once de Heyder Eliyev Resulzadenin 110 illiyi ile bagli serencam vermishdi. Ne etdiler? Umumiyyetle, 2 ay erzinde ne etmek olar? Axi hele hec tedbirler plani hazir deyil.

21:13
Altay Göyüşov: Mən razıyam ki, Cümhuriyyət qurucularına layiq olduqları qiymət verilməyib, irsləri lazım olan şəkildə öyrənilməyib. Halbuki bu insanlar Azərbaycan Cümhuriyyəti adlanan dövlətin əsasını qoyublar. Yadınıza salmaq istəyirəm ki, Sovetləşmədən əvvəl sabiq SSRİ-nin ind mövcud türk-müsəlman respublikalarından yalnız Azərbaycan adlanan dövlət qurulmuşdu. Yəni tutaq ki, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan bunlar sovetləşmədən sonra yaradılmış dövlət qurumlarıdır. Halbuki bura sovetlər gələndə artıq qurulmuş, iki il fəaliyyət göstərmiş Azərbaycan Resbublikası var idi. Bütün bunları nəzərə alanda gəldiyimiz qənaət budur ki, bu Cümhuriyyəti quranlara layiq olduqları qiymət verilməyib. Amma bu qiymət gec-tez veriləcək. SSRİ onları ümumən yaddan çıxartmaq istədi, şair və yazıçılar, tarixçilər əleyhlərinə xeyli yazılar yazdılar, amma nəticəsi olmadı. Fərmana gəlincə ümumən əlbəttə ki, müsbət addımdır, amma adekvat, layiqli tərzdə, təntənəli şəkildə reallaşdırılmasına ehtiyac var ki, kaqız üzərində qalmasın. Yoxsa dediyim kimi, bu günə kimi Cümhuriyyət və onun qurucuları adekvat qitmərlətini almayıblar.

21:15
Sual [Adnan Kamilli]: Altay bəy, salam. Sizi Sərbəst Kürsüdə yenidən görmək xoşdur. Sualın bundan ibarətdir ki, siz Respublikaçı partiya olaraq Rəsulzadə irsini necə davam etdirməyi düşünürsünüz? Ümummilli liderimizin 130 illiyini necə qeyd etməyi planlaşdırırsınız?

21:27
Cavab: Salam Adnan bəy, mən hesab edirəm ki, Rəsulzadə irsinin birinci ən vacib hissəsi ölkənin istiqlaliyyətinin bərpası idi ki, biz bunu gördüyümüz üçün xoşbəxtik. O proseslərdə iştirak etdiyimiz üçün ikiqat xoşbəxtik. Amma Cümhuriyyət və Rəsulzadə irsinin tam bərpası üçün ölkədə demokratiyanın təntənəsinə ehtiyac var. Çünki Azərbaycan Cümhuriyyəti dünyada ilk müsəlman demokratiyası olub. Cümhuriyyət irsi iki hissədən istiqaliyyət və demokratiyadan ibarətdir. Biri 20 ildir ki, bərpa olunub, ikincisi istiqamətində hələ çox ciddi işlər görülməlidir. Nəhayət, REAL-ıın konkret baxışı ondan ibarətdir ki, ölkədə Cümhuriyyət dövründə olduğu kimi parlament respublikası olmalıdır. Qonşu Gürcüstan bunu artıq həyata keçirmiş hesab oluna bilər və bizim də məqsədimiz bundan ibarətdir. Nəhayət mən bir məsələni xüsusi vurğulamaq istəyirəm ki, mən ümumiyyətlə bu “ümummilli lider” məvhumunu dövrümüzə, müasir dəyərləriə adekvat hesab etmirəm. Sözsüz ki, Rəsulzadə vizionu və fəaliyyəti etibarilə 20-ci əsr Azərbaycan tarixinin ən parlaq fiqurlarındandır. Mən ona Azərbaycan Cümhuriyyətinin, müasir Azərbaycanın qurucularından biri kimi baxıram. Bu prosedə onunla yanaşı Topşubaşov, Xoyski, Usubbəyov və digər böyüklər iştirak edib.

21:29
Sual [Elvin Abdulsoy]: Hokumetin teskil edeceyi bu tedbirlerde sizin elece de diger muxalif teskilatlarin istiraki mumkun olsa istirak edersiniz mi taskilati islerde ReAl olarag?

21: 34
Cavab: Elvin bəy, biz bu məsələni REAL olaraq müzakirə etməmişik. Fəqət xüsusiyyətimiz, məramımız və amalımız budur ki, biz dövlətin və xalqın xeyrinə ola biləcək istənilən prosesdə varıq.

21:36
Sual [Araz Bağırov]: Müəllim sizcə bu sərəncamın bu qədər gecikməsinin səbəbi nədir?

21:44
Cavab: Araz bəy, vallah onu bilmirəm, fəqət gecikməsi faktı ilə razıyam. Cümhuriyyətimiz bizim kimliyimizdir, Rəsulzadə isə Cümhuriyyətin pasportu. Biz 20 ildir bu adamlara adekvat qiymət verməkdə gecikirik. İndi Bakıda başda Rəsulzadə olmaqla bütün bu insanlara, qürbətdə vətənin istiqlaliyyəti uğrunda mübarizə apararaq vətən həsrəti ilə vəfat edənlərə, eyni zamanda Xoyski, Usubbəyov, Behbud ağa Cavanşir kimi şəhidlərimizə də abidə qoymağa, xatirələrini əbədiləşdirməyə təəssüf ki, gecikmişik.

21:46
Sual [Resul]: Salam Altay bey,necesiniz?Sizi bir kollega kimi tebrik edirem…bele telebeler munasibeti ile!)Sualim beledir:1)cenab Resulzadeniye bunlarin yadina birden-bire dushdu,ozude sechkiden sonra?2)Siz tarixchisiniz,bilirsiniz ki,o dovurde Resulzadeye-ADR-a komek eden bezi milyonchular olub-hem maddi hem menevi.Bu milyonchularin adi niye chekilmir,adlarina muzey,kuche verilmir?Verilse de,orda da day-day prinsipi ile,simpatiya ve diger parametrler prinsipi ile verilir…hetta prezident teqaudu,ev,mashin-terifleyen,bagishlayin yaltaqlanan,podxod eden bezi milyonchu “nevelerine”(uzaq qohumlari,ya da sonradan sened duzeldib pulla o adi ozlerine goturenlere verilir?)olmaz ki dovlet 5-10 esl milyoncu nevelerine,teqaud versin,”mugenniler” o KISHILERDEN chox edib beyem olkemiz uchun?Sag olun…

22:06
Cavab: Rəsul müəllim, söhbət mənim tələbələrimdə deyil. Sadəcə biz 20 ildir müstəqilik və indi müstəqllik nədir onun töhfəsini görürük. Gənc nəsil müstəqillik dövrünün yetirməsidir.Tamamilə fərqli keyfiyyətlərə malikdir. Texnologiya əsridir. İndi o nəsil cəmiyyətin avtoritetidir. Siz O olmasın bu olsun filmini yadınıza salın, bir tərəfdən Məşədi İbad, Həsən bəy, Həsənqulu bəy, Rza bəy, Rüstəm bəy, Qoçu əsgər, o biri tərəfdə isə Mirzə Cəlil, Sabir və ən əsası Sərvər və dostları. Yeni nəsil ibarəli desək, Sərvər və dostlarıdır. Yəni dediyim odur ki, keyfiyyətcə yeni bir nəsil var ki, yeni informasiya texnologiyaları vasitəsilə qloballaşan dünyanın bir parçasıdır. Onlar ümümbəşəri dəyərlərin bir parçasıdır və bu dəyərləri siyasi mənsubiyyətlərindən də üstün tuturlar.

O ki qaldı suallarınıza 1) Rəsulzadə haqqında fərmanın niyə indi verildiyini deyə bilmərəm, amma bir daha qeyd edim ki, müsbət addım hesab edirəm, təki reallaşsın bu işlər.
2) Milyonçular məsələsinə gəlincə, hesab edirəm ki, ümumiyyətlə biz hələ keçmişimizə, məsələn, Şərqi Avropada, Pribaltikada olduğu kimi adekvat qiymət verməmişik. Bu çox ciddi problemdir və bizim inamla irəli getməyimizə mane olur əslində. Bu hər məsələdə özünü göstərir. Biz indi heç kimi günahlandırmırıq, amma adekvat ümumbəşəri dəyərlər çərçivəsindən ağa-ağ qaraya-qara deməliyik ki, gedəcəyimiz yolu daha aydın görə bilıək. Yalnız bu münasibət bizə müasir dəyərlər üzərində qurulmuş güclü cəmiyyət qurmağa kömək etmək iqtudarındadır. Fəqət mən qəti şəkildə inanıram ki, bu gec-tez baş verəcək.
22:08
Sual: [Quliyev Dursun]: Dunen Azadliq radiosunda,Musa Nagiyevin nevesinin,nagiyevin nevesi yoxdur ve bunu hami bilir… intervyusuna baxdim,orada demek olar butun faktlar bu qadin terefinden keskin shekilde tehrif olunur, bu qadin Azerbaycan tarixini ozu istediyi kimi yazir ve bunun qarshiliginda yaxshi kapital elde edir…Niye tarixciler susur,bu yalanlara bilmiyerekden icaze acir,Sagliqla
22:12
Cavab: Dursun bəy, mən bu məsələ haqqında məlumatsızam, ona görə bir şey deyə bilmərəm. Amma razıyam ki, hansısa mübahis varsa, bilavasitə Musa Nağıyev irsinin araşdırılması ilə məşğul olanlar aydınlıq gətirməlidirlər.
22:14
Sual [Aygul Ismayil]: Salam Altay bey.menim fikrimce bu usul I.eliyevin yeni metodudur,numene ucun ilk once qezetlerin,kitablarin(xususende muxalif qazetleri)satisina mehdudiyyet qoyur ,Memmed Emin Resulzade,Elcibey ve.s bu kimi dahi sexsler haqqindaki melumatalari ortadan qaldirir daha sonra ozunu ele aparir ki guya bunlarin hec birinden xeberi yoxdur,derxal qazetlerin,kitablarin satisi berpa edilsin,derxal Resulzadenin 130 illiyi kecirilsin ve.s kimi sozleriyle xalqin gozunu boyamaq isteyir. bu menim fikrim idi ve sizinde meseleye olan movqeyinizin menimkiyle ust-uste dusub-dusmemesi mene maraqlidir.
22:20
Cavab: Aygül xanım, çox sağ olun sualınıza görə, yuxarıda yazdığımı təkrar edə bilərəm ki, biz doğrudan Cümhuriyyət qurucularına adekvat qiymət verməkdə gecikmişik və bu da birmənalıdır ki, hökumətin bu istiqamətdə atdığı addımlar cəmiyyətin rəğbətinə səbəb olacaq. Çünki camaat belə addımların atılmasını səbirsizliklə və səmimiyyətlə arzulayır.
22:22
Sual [Rauf Binnetov]: Salam Altay Müellim ve Emil Müellim Memmed Emin Resulzade nadir Azerbaycanlılar biri olubdur ki omrünün 35 ilini mühaciretde keçirmesine baxmayaraq Azerbaycanın müsteqilliyinin yeniden elde edilmesi üçün çalişan nadir insanlardan biri olub sualım beledir Cenab Presidentin Resulzadenin 130 illik yubileyinin kecirilmesine qerar vermesinden sonra onun 1955 ilden beri mezarı ankarada yerleşir onun mezarının Azerbaycana getirilmesi meselesi qaldırıla bilermi?
22:34
Cavab: Rauf bəy, bu məsələ uzun müddətdir müzakirə predmetidir. Çətindir mənim üçün birmənalı münasibət bildirmək, çox faktorlar-vəsiyyətləri, ənənələrimiz, dünya təcrübəsi və sairə nəzərə alınmalıdır. Amma əgər xalq Cümhuriyyət qurcusunun məzarının məmləkətə daşınmasını müzakirə edib qərar verərsə, bu məsələ əlbəttə həll oluna bilər. Həmçinin Rəsulzadədən başqa Topçubaşovun da, Xoyskinin də, ölkədən kənarda basdırılmiş dogərlərinin də məzarlarına aidən bu barədə düşünmək lazımdır. Yəni bu məsələyə kompleks yanaşmaq lazımdır.
22:36
Sual [Veli Memmedov]: Salam,Altay bey..sizce indiki iqtidarin fikri nedi?.yeni Resulzadeni bize unutdurmaq,elecede elcibey ve s.. Ve bunlara qarwi ne etmek lazimdı?
22:44
Cavab: Salam Vəli bəy, yuxarıda yazmışam ki, Rəsulzadəni Sovet hökuməti unutdurmaq, ona qara yaxmaq istədi, lakin bacarmadı. Çünki Rəsuzldaınin elədikləri o qədər birmənalı idi ki, bunun üstündən xətt çəkmək, silmək mümkün deyil. Ona görə düşünmürəm ki, Azərbaycanın indiki hakmiyyətinin Rəsulzadəni unutdurmaq fikri olsun. Sadəcə Cümhuriyyət qurucularına layiq olduqları dəyəri verməkdə çox gecikmişik. Mən hesab edirəm ki, bu həm də bizim ölkədə demokratiya quruculuğundakı problemlərimizlə bağlıdır. Yəni ölkədə demokratik cəmiyyət quruculuğuna paralel olaraq, cümhuriyyət irsinin adekvat qiymətləndirilməsi də baş verəcək.
22:46
Sual [Musayev]: Salam. 1)Sizce indiki dovrde bize Memmed Emin Resulzade kimi sexsiyyet lazimdirmi? Ele bir sexsiyyet varmi indi?
2)Resulzade bu gunumuzu gorseydi sizce ne ederdi ve ya ne deyerdi?
3)Esl adi nece olmusdur: Mehemmed Emin yoxsa Memmed Emin? 1 menbede biri digerinde ise o biri yazilir. Aydinliq getirseydiniz yaxsi olardi.
Tesekkurler.
22:56
Cavab: Salam, 1) Sözsüz ki, bu cür yetkin siyasi düşüncəli insanlar bizə ideallarımıza yetişməkdə çox yardımçı olardı. Etiraf etmək lazımdır ki, istər ictimai maraqlara bağlılığna, istər siyasi-ideoloji savadına, istərsə də dəyərlərinə görə indiki ziyalılar və xadimlər o dövrün siyasi-ictimai fiqurları ilə müqayisədə obyektiv səbəblərə görə zəifdirlər. Rəsulzadə, Topçubaşov, Xoyski tipi yetişdikcə cəmiyyətimiz də yetkinləşib, təkmilləşəcək və inkişaf edəcək. 2) Rəsuzladə məncə istiqlalımızdan fərəhlənər, sevinər, torpaq itkilərini və demokratik quruculuq sahəsindəki çatışmazlıqları isə görüb məyus olardı. 3) Bilirsiniz bu sırf əlifba məsələsidir. Əski əlifba ilə yazılanda mütləq klassik formada Məhəmməd (Muhəmməd yazılır). Amma Türkiyədə olarkən latın qrafikası ilə olan yazılarda adı Mehmet (Məmməd) kimi qeyd olunur. Prinsipial fərq də yoxdur, çünki Muhəmməd, Məhəmməd, Məmməd, Mehmet eyni addır.
22:57
Emil Quliyev: Altay bəy, maraqlı söhbətə görə minnətdarlığımızı bildiririk.
22:58
Altay Göyüşov: Çox sağ olun, Sizə də, oxuculara da təşəkkür edirəm.
23:00
Emil Quliyev: Çox sağ olun! Mən də oxuculara təşəkkür edirəm. Sərbəst Kürsünün növbəti saylarında görüşənədək…

 

13 responses to “Altay Göyüşov: Cümhuriyyət kimliyimiz, Rəsulzadə isə Cümhuriyyətin pasportudur”

  1. Aynur Elgunesh says:

    20 il once de Heyder Eliyev Resulzadenin 110 illiyi ile bagli serencam vermishdi. Ne etdiler? Umumiyyetle, 2 ay erzinde ne etmek olar? Axi hele hec tedbirler plani hazir deyil.

  2. Adnan Kamilli says:

    Altay bəy, salam. Sizi Sərbəst Kürsüdə yenidən görmək xoşdur. Sualın bundan ibarətdir ki, siz Respublikaçı partiya olaraq Rəsulzadə irsini necə davam etdirməyi düşünürsünüz? Ümummilli liderimizin 130 illiyini necə qeyd etməyi planlaşdırırsınız?

  3. Elvin Abdulsoy says:

    Hokumetin teskil edeceyi bu tedbirlerde sizin elece de diger muxalif teskilatlarin istiraki mumkun olsa istirak edersiniz mi taskilati islerde ReAl olarag?

  4. Ayaz Bağırov says:

    Müəllim sizcə bu sərəncamın bu qədər gecikməsinin səbəbi nədir?

  5. resul says:

    Salam Altay bey,necesiniz?Sizi bir kollega kimi tebrik edirem…bele telebeler munasibeti ile!)Sualim beledir:1)cenab Resulzadeniye bunlarin yadina birden-bire dushdu,ozude sechkiden sonra?2)Siz tarixchisiniz,bilirsiniz ki,o dovurde Resulzadeye-ADR-a komek eden bezi milyonchular olub-hem maddi hem menevi.Bu milyonchularin adi niye chekilmir,adlarina muzey,kuche verilmir?Verilse de,orda da day-day prinsipi ile,simpatiya ve diger parametrler prinsipi ile verilir…hetta prezident teqaudu,ev,mashin-terifleyen,bagishlayin yaltaqlanan,podxod eden bezi milyonchu “nevelerine”(uzaq qohumlari,ya da sonradan sened duzeldib pulla o adi ozlerine goturenlere verilir?)olmaz ki dovlet 5-10 esl milyoncu nevelerine,teqaud versin,”mugenniler” o KISHILERDEN chox edib beyem olkemiz uchun?Sag olun…

  6. Dunen Azadliq radiosunda,Musa Nagiyevin nevesinin,nagiyevin nevesi yoxdur ve bunu hami bilir… intervyusuna baxdim,orada demek olar butun faktlar bu qadin terefinden keskin shekilde tehrif olunur,bu qadin Azerbaycan tarixini ozu istediyi kimi yazir ve bunun qarshiliginda yaxshi kapital elde edir…Niye tarixciler susur,bu yalanlara bilmiyerekden icaze acir,Sagliqla

  7. aygul ismayil says:

    Salam Altay bey.menim fikrimce bu usul I.eliyevin yeni metodudur,numene ucun ilk once qezetlerin,kitablarin(xususende muxalif qazetleri)satisina mehdudiyyet qoyur ,Memmed Emin Resulzade,Elcibey ve.s bu kimi dahi sexsler haqqindaki melumatalari ortadan qaldirir daha sonra ozunu ele aparir ki guya bunlarin hec birinden xeberi yoxdur,derxal qazetlerin,kitablarin satisi berpa edilsin,derxal Resulzadenin 130 illiyi kecirilsin ve.s kimi sozleriyle xalqin gozunu boyamaq isteyir. bu menim fikrim idi ve sizinde meseleye olan movqeyinizin menimkiyle ust-uste dusub-dusmemesi mene maraqlidir

  8. Salam Altay Müellim ve Emil Müellim Memmed Emin Resulzade nadir Azerbaycanlılar biri olubdur ki omrünün 35 ilini mühaciretde keçirmesine baxmayaraq Azerbaycanın müsteqilliyinin yeniden elde edilmesi üçün çalişan nadir insanlardan biri olub sualım beledir
    Cenab Presidentin Resulzadenin 130 illik yubileyinin kecirilmesine qerar vermesinden sonra onun 1955 ilden beri mezarı ankarada yerleşir onun mezarının Azerbaycana getirilmesi meselesi qaldırıla bilermi?

  9. Araz says:

    R’sulzadə ilə Atatürk görüşübmu?

  10. veli memmedov says:

    salam,altay bey..sizce indiki iqtidarin fikri nedi?.yeni Resulzadeni bize unutdurmaq,elecede elcibey ve s.. Ve bunlara qarwi ne etmek lazimdi?

  11. Musayev says:

    Salam. 1)Sizce indiki dovrde bize Memmed Emin Resulzade kimi sexsiyyet lazimdirmi? Ele bir sexsiyyet varmi indi?
    2)Resulzade bu gunumuzu gorseydi sizce ne ederdi ve ya ne deyerdi?
    3)Esl adi nece olmusdur: Mehemmed Emin yoxsa Memmed Emin? 1 menbede biri digerinde ise o biri yazilir. Aydinliq getirseydiniz yaxsi olardi.
    Tesekkurler.

  12. Araz says:

    Sualım cavabsız qoyduz niye?növbəti suala keçdiz

Leave a Reply to veli memmedov Cancel reply

Your email address will not be published. Required fields are marked *

BLOGLAR