Showing Archived Posts

Rəşadət Axundov həbsxanadan Amerikanın Səsinin suallarını cavablandırıb

Posted January 29th, 2014 at 1:47 pm (UTC-4)
6 comments

2013-cü ildə ağır ittihamlarla həbs edilən N!DA Vətəndaş Hərəkatının üzvlərinin yanvarın 30-da növbəti məhkəməsi keçiriləcək. Onlar arasında Hərəkatının İdarə Heyətinin üzvü Rəşadət Axundov da var. 1 ilə yaxındır  həbsdə olan Rəşadət Axundov Sərbəst Kürsü vasitəsilə oxucularımızın və sosial şəbəkə iştirakçılarının suallarını cavablandırmağa razılıq verib. Rəşadət Axundova suallarınız və şərhlərinizi aşağıdakı ŞƏRHLƏR bölməsində yaza bilərsiniz. Suallar […]

Tural Abbaslı: “Biz hər zaman prinsiplər üzrə hərəkət etmişik”

Posted January 7th, 2014 at 5:08 pm (UTC-4)
7 comments

Müsavat Partiyası Demokratik Qüvvələrin Milli Şurasını tərk edib. Bu barədə qərar Müsavat Partiyasının yanvarın 6-da keçirilən divanında qəbul edilib. Məsələni müzakirə etmək üçün bu həftə Sərbəst Kürsüyə Müsavat Partiyasının divan üzvü Tural Abbaslını dəvət etmişik. Yanvarın 8-də Tural Abbaslı oxucularımızın suallarını cavablandırıb. ———————————————————————————————————————————— 21:00 / 08 yanvar 2014 Sərbəst Kürsüdə hamınızı xoş gördük. Canlı forumun […]

Altay Göyüşov: Cümhuriyyət kimliyimiz, Rəsulzadə isə Cümhuriyyətin pasportudur

Posted November 27th, 2013 at 10:51 am (UTC-4)
13 comments

Prezident İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, 2014-cü ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi tamam olur. Məsul dövlət qurumlarına yubileyin keçirilməsinə dair konkret tədbirlər planı hazırlamaq tapşırılıb. Bir çox müşahidəçilər son illər Azərbaycan Cümhuriyyətinin banilərindən […]

Rauf Arifoğlu:120-140 min nüsxə qəzetimizi ticari dövrüyyədən çıxarıblar

Posted November 12th, 2013 at 4:58 pm (UTC-4)
3 comments

“Azərbaycan” nəşriyyatı noyabrın 12-dən “Azadlıq” qəzetinin çapını dayandırıb. Qəzetin çapının nə vaxt bərpa ediləcəyi məlum deyil. Yeni Müsavat qəzeti də çapı dayandırmamaq uğrunda mübarizə aparır. Bu qəzetin də qarşıdakı günlərdə çapını dayandıracağı istisna olunmur. Qəzetlərin çapı ilə bağlı yaranmış son problemləri müzakirə etmək üçün bu həftə Sərbəst Kürsüyə Yeni Müsavat qəzetinin baş redaktoru Rauf Arifoğlunu […]

Rahim Hacıyev: “Azadlığ”ın kağız variantı dayansa, saytın fəaliyyəti mümkün olmayacaq

Posted October 30th, 2013 at 10:34 am (UTC-4)
3 comments

Azərbaycanın müasir tarixinin ilk müstəqil qəzetlərindən biri olan Azadlıq qəzeti maliyyə sıxıntıları ilə üzləşərək bağlanmaq təhlükəsi ilə üzləşib. Qəzet rəsmiləri isə deyir ki, maliyyə sıxıntıları prezident seçkilərindən dərhal sonra qəzetə qarşı təzyiqlərin artması ilə bağlıdır. Qəzet dünən dəstək kampaniyası keçirdiyi bir vaxt Yasamal rayon Məhkəməsi Azadlıq qəzetini daha 3 min manat cərimə edib. Qəzetin düşdüyü […]

İsa Qəmbər: Diplomatik normalara zidd davranış iqtidara yeni problemlər yaradacaq

Posted October 16th, 2013 at 9:58 am (UTC-4)
19 comments

Keçən həftə Azərbaycanda keçirilən prezident seçkilərində bəzi beynəlxalq qurumların mənfi münasibət bildirməsindən sonra müxalif Milli Şura və onun prezidentliyə namizədi Cəmil Həsənli razılaşdırılmış etiraz mitinqi keçirib. Minlərlə insanın iştirak ilə keçən bu mitinqdən sonra  Milli Şura oktyabr ayının 20-nə növbəti mitinq təyin edib. Demokratik Qüvvələrin Milli Şurasının gələcək fəaliyyəti  barədə oxucularımızın suallarına cavab tapmaq üçün […]

İqbal Ağazadə: Demokratikləşmə üçün hər kəslə müttəfiqlik etməyə hazırıq

Posted October 1st, 2013 at 1:14 pm (UTC-4)
14 comments

Azərbaycanda oktyabrın 9-da keçiriləcək Prezident Seçkiləri yaxınlaşdıqca, ölkədə seçkilərə maraq da artmaqda davam edir. Namizədlərin bəziləri görüş-mitinqlər keçirərək, bəziləri sadəcə debatlarda çıxış edərək, bəziləri isə sadəcə səlahiyyətli nümayəndələrini debatlara göndərərək elektorat qazanmağa çalışır.  Bu vasitələrin hamısından istifadə edən namizədlərdən biri də İqbal Ağazadədir. Oxucularımızın suallarına cavab verməsi üçün bu həftə Sərbəst Kürsüyə Milli Məclisinin üzvü […]

Altay Göyüşov: Oğurlanan səs vətəndaşın səsidir

Posted September 17th, 2013 at 4:01 pm (UTC-4)
10 comments

  Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 13-də keçirilən iclasında REAL Vətəndaş Hərəkatının lideri İlqar Məmmədovunprezidentliyə namizədliyini qeydə almayıb. REAL 41 247 seçici imzası təqdim etsə də, MSK imzalardan 4982-ni etibarsız hesab edib. Beləliklə tələb olunan 40 min seçici imzası bəs etmədiyindən MSK  İlqar Məmmədovun namizədliyini qeydə almayıb. REAL Vətəndaş Hərəkatı isə seçkilərdə Milli Şuranın vahid […]

Cəmil Həsənli: Hakimiyyət qarşısında güc görməlidir!

Posted September 4th, 2013 at 9:20 am (UTC-4)
22 comments

Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyinin qeydə alınmamasından sonra ehtiyat vahid namizəd tarix emləri doktoru Cəmil Həsənlinin namizədliyi irəli sürülüb. Mərkəzi Seçki Komissiyası artıq onun namizədlik müraciətini qəbul edərək Milli Şuraya imza vərəqələrini təqdim edib. Bu gün Modern.az-ın verdiyi məlumata görə isə, tələb olunan 40 min imzadan da çox – 45 […]

Mahmudəli Çöhrəqanlı: “Azərbaycan övladı olmağımla qürar duyuram”

Posted August 20th, 2013 at 3:39 pm (UTC-4)
9 comments

Avqustun 15-i Bakıya getməyə çalışsa da, Bakı Hava Limanından deportasiya edilən Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı artıq Vaşinqtondadır. Hava limanında olarkən rəsmilər ona İranla əldə olunmuş təhlükəsizlik razılaşmasına əsasən ölkəyə buraxmadıqlarını bildirib. Daha sonra isə İranın yarı-rəsmi Fars xəbər agentliyi Azərbaycanın Çöhrəqanlını deportasiya etməsini alqışlayan məqalə ilə çıxış etmişdi. Məsələlərə aydınlıq […]

BLOGLAR