Adil İsmayılov: “Elşad Abdullayevi Gülərin həbsindən çox, qardaşı Mahirin taleyi maraqlandırır”

Posted October 2nd, 2012 at 3:10 pm (UTC-4)
11 comments

Son günlər deputat Gülər Əhmədovaya oxşayan qadınla fəaliyyətinə son qoyulmuş Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayev arasındakı milyon dollarlıq sövdələşmə videosu gündəmdə qalmaqdadır. Video ilə bağlı oxucularımızın suallarını cavablandırmaq üçün Sərbəst Kürsüyə Elşad Abdullayevin vəkili Adil İsmayılovu dəvət etmişik.

Oktyabrın 3-ü Adil İsmayılov sizin suallarınızı cavablandırıb.


————————————————————-

21:00 / 03 oktyabr 2012

Axşamınız xeyir, Sərbəst Kürsünün növbəti sayında xoş gördük. Canlı forumun moderatoru həmişə olduğu kimi Emil Quliyevdir. Bugünkü qonağımız Adil İsmayılovdur.

21:03
Emil Quliyev [moderator]: Adil bəy, Sərbəst Kürsüyə xoş gəlmisiniz. Dəvətimizi qəbul etdiyiniz üçün sizə təşəkkürümüzü bildiririk.

21:05
Adil İsmayılov: Hər vaxtınız xeyir. Sizi və oxucularınızı salamlayıram.

21:06
EQ: İlk sualı “Azim” adlı istifadəçi göndərib:

Hörmətli Adil Bəy,

Sualım belədir, əgər hakimiyyət bu çirkin olaya göz yumarsa, və Gülərlə bağlı heç bir tədbir görmərsə, Elşad Abdullayev bu tip materialların davamının gəlməsinə qərarlımıdır ??

Təşəkkür Edirəm.

21:12
Cavab: Elşad Abdullayev Azərbaycan hüquq-mühafizə orqanlarına müraciət edərkən onun məqsədi bu hadisənin obyektiv olaraq sona qədər araşdırması olub. Əgər hüquq-mühafizə orqanları üzərilərinə düşən vəzifəni yerinə yetirməyəcəksə o zaman yəqin ki, E.Abdullayev digər materialları da ictimailəşdirməyə məcbur olacaq. Amma nə o, nə də mən bunu istəyirik.

21:13
Sual [ Mikayıl ]: Ramiz Mehdiyevin Elşad Abdullayevlə bağlı bugünkü açıqlamalarına necə şərh verərdiniz? Açıqlamada Abdullayevin hərəkatı təxribat adlandırılır.

21:17
Cavab: Heç bir cavab verməməkdənsə bizi qane etməyən cavabın verilməsini daha yüksək qiymətləndirirəm. Ramiz Mehdiyev səviyyəsində olan dövlət görəvlisinin bir qədər gec də olsa bu məsələyə münasibət bildirməsi olayın iqtidarı ilgiləndirməsindən xəbər verir.

21:19
Sual [ Sedaget ]: Bu videoda səsləndirilən faktlar hüquqi dəyərini almazsa, o zaman biz özümüzü hansı tip ölkənin vətəndaşları adlandıra bilərik?

21:23
Cavab: Hesab edirəm ki, bir videoya hüquqi qiymət ver(mə)məklə biz nə ölkəmizi, nə də vətəndaşlığımızı dəyişə biləcəyik. Amma çox arzu edərdim ki, verilən qiymətdən sonra Azərbaycan vətəndaşı olmağımla fəxr edim.

21:25
Sual [ Elçin ]: Adil müəllim məlum videonun prokurorluğa iyulun sonlarında göndərilməsi, amma heç bir reaksiyanın olmaması, prokurorluğun Sizin E.Abdullayevin vəkili olmağınıza etiraz etməsi, huququnuzu məhkəmə vasitəsi ilə reallaşdırmağınız kimi ciddi faktlar qabarıq təqdim olunmur. Bunlar iş üzrə olduqca əhəmiyyətli məqamlardır. Niyə belə passivlik hökm sürür?

21:30
Cavab: Hesab edirəm ki, bu məsələdə bizim tərəfimizdən heç bir passivliyə yol verilməyib. Passivlik daha doğrusu hərəkətsizlik edən prokurorluq və məhkəmə orqanlarıdır. Biz ölkə daxilində mümkün olan bütün hüquqi vasitələrdən istifadə etmişik. Növbə Avropa İnsan Haqları Məhkəməsinindir. Əgər sualınız hüquqmühafizə orqanlarınadırsa, bunu onlardan soruşun.

21:31
Sual [ Adil ]: Bu masalanin sonu —— Gularin uzaglashdirilmasi ila galdimi? Yoxsa Elshad bey haggini talabini davam.. bela desak bu igtidarin ic uzunu acmaga davam edacak ?

21:34
Cavab: Hesab edirəm ki, bu suala yuxarıda cavab verdim. E. Abdullayev məsələnin axıra qədər araşdırılmasında israrlıdır. Bunun üçün qanunun yol verdiyi bütün vasitələrdən istifadə olunacaq.

21:35
Emil Quliyev [ moderator ]: Kamil adlı oxucumuz email vasitəsilə 3 sual göndərib:

Salam

Üç sualım var. Ümid edirəm ki, tanınmış və iradəsi olan vəkil kimi sullarıma hüquqi cavab verəcəksiniz.

1. Sizcə Gülər Əhmədova bu qədər rüşvət almaq iqtidarında olan şəxsdir? Onun belə təsir imkanları var?

2. İstintaq hansı səbədən konkret kiməsə qarşı deyil, fakt üzrə cinayət işi qaldırıb?

3. Hansı səbəbdən rüşvətin yüksək vəzifəli dövlət məmuruna çatdırılması ilə bağlı deyilənləri araşdırmır. Bu istiqamətdə istintaq hərəkətləri aparılıbmı?

Sağ olun.

21:42
Adil İsmayılov: Razılaşın ki, birinci sualınız E.Abdullayevin özünə və vəkilinə aid deyil. 2-ci suala cavab olaraq bildirirəm ki, cinayət işinin hansı maddə ilə fakta görə və ya konkret şəxsə qarşı başlanmasında prinsipial fərq görmürəm. Əsas odur ki, obyektiv istintaq getsin və təqsiri olan şəxslər məsuliyyətdən kənarda qalmasın. İstintaqın konkret nə araşdırmasından məlumatım yoxdur. Təkcə onu bilirəm ki, üç gündür ABU-da və E.Abdullayevin qayınatasına məxsus evdə axtarış aparırlar.

21:44
E.Q.: Növbəti sual isə Facebook sosial şəbəkəsi vasitəsilə göndərilib. “Isa Abbasov” adlı oxucu soruşur:

Adil bəy salam. E.Abdullayevi dələduzluq maddəsilə Azərbaycana ekstradisiya etmək mümkündürmü?

21:51
Cavab: Əgər söhbət videodan gedirsə orada E.Abdullayevin dələduzluğundan söhbət ola bilməz. Videodakı görüntülərə əsasən demək olar ki, E.Abdullayev ya dələduzluğun qurbanı olub, ya da rüşvət verən şəxsdir. Azərbaycan qanunlarına görə Cinayət Məcəlləsinin 312-ci maddəsinin qeydinə əsasən rüşvət verən şəxs bu barədə könüllü olaraq dövlət orqanlarına məlumat verirsə məsuliyyətdən azad olunur. Deməli, hər iki halda E.Abdullayevin Azərbaycana ekstradisiyasından söhbət belə gedə bilməz.

21: 53
Sual [ Zeynel ] : Salam.

Sualım belədir: Məlum video hakimiyyət dairələrində təsirsiz ötüşmədi. Lakin, Gülər xanım barədə hər hansı bir addım atılmasında ehtiyyatlılıq hiss olunur. Bu yuxarıdan verilən tapşırıq deyilmi? Yəqin Gülər xanımın sandığı açıb-pambığı tökməsindən qorxurlar.

21:57
Cavab: Bu sual mənə aid olmasa da Əli Həsənovun sözünə inansaq bu iqtidar heç bir videodan qorxmur.

22:01
Sual [ Rauf ]: Elşad Abdullayev özü Bakıda olmasa da, ailə üzvləri Azərbaycandadır. Elə indilərdə yayılan məlumatlarda da deyilir ki, hazırda E.Abdullayevin evini sökürlər.

Onun ailə üzvlərinə də təzyiqlər var? Yoxsa bu təzyiqlər yalnız mülklərin araşdırılması ilə məhdudlaşır?

22:10
Cavab: Bu gün şəxsiyyətləri məlum olmayan bir qrup şəxs təxminən 7-8 nəfər heç bir sənəd təqdim etmədən E.Abdullayevin evinin hasarını sökdükləri üçün ailəsi polisə müraciət etməyə məcbur olub. Hələ ki, bundan başqa ailə üzvlərinə və qohumlarına qarşı heç bir təzyiq olmayıb. Qeyd edim ki, dünən və sırağa gün məhkəmə qərarı olmadan prokurorluq əməkdaşları ABU-da axtarış etməyə cəhd ediblər və qaynatasına məxsus evdə axtarış aparıblar. E. Abdullayev bunu da təzyiq kimi qiymətləndirir.

22:11
Sual: Elşad Abdullayevin vəkili kimi sizin özünüzə təzyiqlər varmı?

22:13
Cavab: Hələ ki, heç bir təzyiq hiss eləmirəm. İnsallah bundan sonra da olmaz.

22:14
Sual [ Əhməd ] : Hakimiyyәt nümayәndәlәrinin E.Abdullayevlә “bazarlığ”a başlaması, yәni video çәkilişlәrin yayılmaması üçün mәxfi danışıqlara başladığı xәbәrlәri yayılmışdır. Bunlar nə dәrәcәdә doğrudur?

22: 18
Cavab: Hakimiyyət nümayəndələrinin E. Abdullayevlə “bazarlııq” aparmasından mənim məlumatım yoxdur. Belə bir fikirlər varsa, məsləhət görərdim ki, E. Abdullayevin barəsində fikir söyləyəndə ona dələduz deməsinlər. Çünki E.Abdullayev bu söhbətlərdən sonra ona əl uzatsalar belə tutmayacaq.

22:20
Sual [ Ramile ] : Sizin Gülər Əhmədova ilə görüşmək imkanınız olub? Onun səhhəti ilə bağlı yayılan məlumatlar nə dərəcədə doğrudur?
2. O, həbs olunacağı təqdirdə onu neçə il həbs gözləyir?

22:25
Cavab: Gülər Əhmədova ilə əvvəllər görüşmüşəm. E.Abdullayev prokurorluğa müraciət edəndən sonra onu görməmişəm. Səhhəti barədə mən də sizin kimi, qəzetlərdən oxumuşam. Səhhətində problem varsa, tezliklə sagalmasını arzulayıram. Cəza barəsində indidən danışmaq tezdir. Şəxsən mən onun həbsdə olmasını istəmirəm. E.Abdullayev də mənimlə söhbətində deyib ki, onu Gülərin həbsindən çox, qardaşı Mahirin taleyi maraqlandırır.

22:27
Sual [ Mardan, Shamistan, Qurban ]: Adil muellim! Qorxmursuz ki?

22:30
Cavab: Kimdən və nədən qorxmalıyam?

22:32
Sual [ Cəlil ] : Adil bəy, Elşad Abdullayev əvvəllər 2 milyon dollarlıq sövdələşmədən danışsa da, videoda konkret 1 milyondan gedir. Buna necə aydınlıq gətirərdiniz?

22:35
Cavab: Mən pulun verilməsində və alınmasında iştirak etməmişəm,yəqin ki, məbləği alan və verən daha yaxşı bilər.

22:38
Emil Quliyev [ moderator ]: Adil bəy, dəvətimizi qəbul edib, Sərbəst Kürsüyə əyləşdiyiniz və oxucularımızın suallarını canlı olaraq cavablandırdığınız üçün minnətdarlığımızı bildiririk.

22:40
Adil İsmayılov: Sağ olun, vəd etdiyim kimi, vaxtaşırı iş barəsində kütləvi informasiya vasitələrinə məlumat veriləcəkdir.

22:45
Emil Quliyev: Mən oxucularımıza da təşəkkür edirəm ki, maraqlı sualları ilə canlı forumu daha da maraqlı etdilər. Sərbəst Kürsünün növbəti sayında görüşənədək.

Nərgiz Yaqublu: “Nigarı bu cür cəzalarla sındırmaq mümkün deyil!”

Posted September 13th, 2012 at 10:13 am (UTC-4)
4 comments

Sentyabrın 10-da Müsavat Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublu şübhəli şəxs kimi saxlanılıb. Həmin gün məhkəmə onun barəsində 2 aylıq qətimkan tədbiri seçib.

Müsavat Partiyasının sədrinin müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu avqustun 25-də Bakı-Şamaxı yolunda baş vermiş avtomobil qəzasına görə cinayət məsuliyyətinə cəlb olunub. Daxili İşlər Nazirliyi həbsdə heç bir siyasi çaların olmadığını bildirsə də, bəzi qurumla həbsinn siyasi motivli olduğunu iddia edir.

Həbsi müzakirə etmək üçün bu həftə Sərbəst Kürsüyə Nigarın bacısı, gənc fəal Nərgiz Yaqublunu dəvət etmişik. Sentyabrın 13-ü Nərgiz Yaqublu sizin suallarını cavablandırıb.

———————————————————————————-

21:00 / 13 sentyabr 2012

Axşamınız xeyir, Sərbəst Kürsünün bu həftə qonağı gənc fəal, Nigar Yaqublunun bacısı Nərgiz Yaqubludur. Canlı forumda oxucularımızla N.Yaqublu  arasındakı təması isə Emil Quliyev qurur.

21:04
Emil Quliyev: Axşamınız xeyir, hörmətli oxucular. sizi və qonağımız Nərgiz xanımı salamlayırıq.

21:05
Nərgiz Yaqublu: Salam

21: 07
EQ (moderator): Nərgiz xanım, ilk sualı Dilbər adlı xanım göndərir: Nigarın səhhəti necədi? Onunla görüşə bilmisiniz son iki gündə?

21:15
Nərgiz Yaqublu: Nigarin səhhəti cox yaxşıdır, heç bir narahatçılıq yoxdur. Xeyr, biz ailəsi görüşə bilməmişik, yalnız vəkillər görüşə bilir.Vəkillər onun saxlanma şəraiti ilə bağlı suallar veriblər, ruhdan düşməməya çağırıblar. Nigar bu barədə heç bir problem olmadığını deyib, hər şey öz qaydasındadir. Demek olar ki, heç bir sıxıntı yoxdur. Nə göndərilibsə hamısı Nigara çatıb.

21: 22
Sual (Sabir): Nigarı konkret nədə ittiham edirlər? qətldə, yoxsa yol hərəkəti qaydalarını pozmaqda?

21:25
Cavab: Nigarı yol hərəkəti qaydalarını pozaraq ölümlə nəticələnmiş avtomobil qəzası törətməktə ittiham edirlər. Cinayət Məcəllsinin 263.2 maddəsinə əsasən ölümlə nəticələnmiş avtomobil qəzasının törədilməsi. Bu maddə baş vermiş hadisəyə uyğundur və bununla bağlı bizim heç bir narazılığımız yoxdur. Biz istintaqın obyektiv getmesində maraqlıyiq.

21:30
Sual (Rufat): Bu adi qəza hadisəsidir. Burada siyasi çalar axtarmaq nəyə lazımdır?

21:36
Cavab: Bəli, bu adi qəza hadisəsidir, Rüfət bəy. Biz də elə bunu subut etmeye çalışırıq. Ancaq nəyə görə Nigar haqqında məhkəməyə qədər həbs qərarı verilib? Bunun başqa bir nümunəsi varmı? Ölkədə hər gün onlarla ağır yol hadisəsi baş verir. Başqalarını niyə həbs etmirlər? Nigar istintaqdan heç vaxt yayınmayıb, bu uydurmadır. Bu məhz siyasi səbəbdən baş verib.
İşi bu həddə çatdıran hakimiyyətdir. Cinayət işi açırlarsa heç olmasa obyektiv olsunlar. Sadəcə absurddur.

21:42
Sual (Vüsal Tağıyev): Nigar Yaqublunu şübhəli şəxs kimi saxlayanlar özləri nədən şübhələnir? Yada şübhələr şübhəliləri niyə şübhələndirir?

21:47
Cavab: Nigar şubhəli şəxs kimi yox, təqsirləndirilən şəxs kimi saxlanılıb. Onu saxlayanlar heç nədən şübhələnmirlər, həqiqəti tam bilirlər. Sadəcə olaraq iqtidar yaranmış fürsətdən öz ləyaqətinə uyğun olaraq yararlanmaq istəyir. O, elə düşünur ki, müxalifəti əzməklə nəyəsə nail olmaq mümkündür. Şəxsən Nigarı bu cür cəzalarla sındırmaq mümkün deyil.

21:50
Sual: Nigarın məhkəməsi nə vaxt olacaq? Sizin gözləntiləriniz nədən ibarətdir? Məhkəmənin obyektivliyinə inanırsınızmı?

21:52
Cavab: Artiq apelyasiya şikayəti verilib, üç gün ərzində şikayətə baxılmalıdır. Bu şikayət Nigarın qanunsuz həbsi ilə bağlı məhkəmə qərarındandır. Əsas məhkəmə isə istintaq yekunlaşandan sonra olacaq. O isə 2 ay müddətinə qədər çəkə bilər.

Qətiyyən inanmırıq. Azərbaycanda müstəqil məhkəmə və istintaqın olmadığı butun dünyada qebul olunmuş aşkar bir faktdir. Məhkəmələr ya rüşvət, ya da siyasi sifariş əsasında hökmlər çıxardır.

21: 54
Sual:
Nərgiz xanım Aydın bəyin ailəsi şikayətçidir Nigar xanımın törətdiyi qəzayla bağlı yəni israrlıdır onun həbs olunmasında və yaxud onun ailəsi də digərləri kimi həbsinə qarşıdır?

21:59
Cavab: Aydın bəyin yeganə oğlu Rəşad bəy artıq istintaqa rəsmən bildirib ki, heç bir şikayəti yoxdur, işin xətm olunmasını xahiş edib.

22:03
Sual (Rasim): Nigara hər hansı təhdid olubmu ki, siyasi fəallığını azaltsın yoxsa həbs ediləcək?

22:12
Cavab: Xeyr, belə bir rəsmi təhdid olunmayıb. Ancaq hakimiyyətin Nigarı qanunsuz həbs etməsi bir növ Nigar ve Nigarin timsalında siyasətlə məşğul olan qızlara təsir etmək anlamına gəir. Elə haqqında danışılan siyasi səbəb də məhz budur.

22:13
Emil Quliyev (moderator): Nərgiz xanım təşəkkür edirəm vaxtınızı ayırdığınız üçün. Əgər əlavə etmək istədiyiniz başqa bir məsələ varsa, buyurub yaza bilərsiniz.

22: 15
Nərgiz Yaqublu: Onu dəyə bilərəm ki, dəstəyimiz Nigara sonsuzdur. Tezliklə haqq-ədalət öz yolunu tapacaq.

22:17
EQ: Çox sağ olun bir daha. Mən sizə və oxucularımıza öz təşəkkürümü bildirirəm. Gecəniz xeyrə qalsın.

22:18
Nərgiz Yaqublu: Məni dəvət etdiyinizə görə sizə minnətdaram. Gecəniz xeyirə qalsın.

22:20
Emil Quliyev: Sərbəst Kürsünün növbəti sayında görəşənədək!

İsa Qəmbər: “Emin Milli savadlı, təşəbbüskar bir gəncdir!”

Posted August 28th, 2012 at 10:24 am (UTC-4)
25 comments

Son günlər sosial şəbəkələrin başlıca müzakirə mövzularından biri Müsavat Partiyası başqanı İsa Qəmbərdir. Əvvəlcə gənc yazıçı Emin Millinin Müsavat başqanını  illərdir partiya rəhbərliyində qalmasını sual etməsi və daha sonra İsa Qəmbərin 2013-cü ildə prezidentliyə yenidən namizəd olacağını bəyan etməsi bizi bu dəfə Sərbəst Kürsüyə məhz cənab Qəmbəri dəvət etməyə sövq etdi.

Avqustun 29-u Sərbəst Kürsünün qonağı Müsavat Başqanı İsa Qəmbər sizin suallarınızı cavablandırıb.

——————————————————————————-

23:20 / 29 avqust 2012
Axşamınız xeyir, Sərbəst Kürsünün növbəti sayında xoş gördük. Canlı forumun moderatoru həmişə olduğu kimi Emil Quliyevdir. Forumda bu gün qonağımız Müsavat başqanı İsa Qəmbərdir.

23:22
Emil Quliyev: Axşamınız xeyir, İsa bəy. Sizi Sərbəst Kürsüdə xoş gördük.

23:22
İsa Qəmbər: Hər vaxtınız xeyir, Emil bəy. Dəvətə görə təşəkkür.

23:23
EQ (Moderator): Siz bu gec saatda vaxtınızı ayırdığınız üçün təşəkkür edirəm. Mən eləcə də forumu sualları və şərhləri ilə daha da maraqlı edən oxucularımıza təşəkkür edirəm.

23:24
EQ: İlk şərhi Facebook vasitəsilə Məhəmməd Şahverdi yazıb:

Isa Qembere demek isterdim ki, ne qeder ki, muxalifet birleshmeyib, vahid namized secmek taktikasi beyenilmeyibonsuz da saxtakarliqla kecirilen seckilerde muxalifet meghlub olacaq.

23:31
Cavab: Bu sual deyil axı, mülahizədir.
Məhəmməd bəyin öz mülahizəsini söyləmək hüququna hörmətlə yanaşmalıyıq.
Mən isə fikirləşirəm ki, İctimai Palata demokratik düşərgəni toparlamaq missiyasını yerinə yetirə bilsə, cəmiyyəti fəallaşdıra bilsə, seçki mühitini dəyişmək mümkün olacaq.
O zaman namizədlərin sayından asılı olmayaraq xalqın iradəsinin reallaşması, xaıqın seçdiyi qüvvənin hakimiyyət gəlməsi mümkün olacaq.

23:32
Sual (Sədaqət Məmmədova): İsa bəy, salam!
Sizin şəxsi fikrinizi bilmək istərdim, Emil Milli, Xədicə İsmayılova, bu şəxslər nəçidirlər?
Siyasətçi, bloger,ümumiyyətlə hansı məssəbə qulluq edirlər?
Mənim fikrinmcə yalandan çığırıb-bağıran, guya vətən yolunda hansısa işlər görən bununla da xaricdə özlərinə sığınacaq əldə etmək üçün edirlər. Lazım gələndə getməyə yerləri olsun.

23:40
Cavab: Sədaqət xanım, salam,

Xədicə İsmayıl artıq özünü təsdiq etmiş, cəsarətli  jurnalistdir. Əliyev rejimininin və bilavasitə ailənin korrupsiya əməllərini əsaslı araşdırmalarla ifşa etməsi  ilə ölkədə və beynəlxalq miqyasda tanınan, qəbul edilən bir şəxsdir.
Emin Milli savadlı, təşəbbüskar bir gəncdir. Fəal gənclər arasında, xüsusən sosial şəbəkələrdə kifayət qədər populyardır. Keçmiş siyasi məhbusdur.
Onların hər ikisi istəsəydilər çoxdan mühacirətə gedər, istədikləri qərb ölkəsində siyasi sığınacaq ala bilərdilər. Bundan sonra da istəsələr bunu edərlər. Onların bunun üçün əlavə nə isə etməyə ehtiyacları yoxudr. Amma, bildiyim qədər onlar mühacirətə getmək niyyətində deyillər.

23:42
Sual (İsrafil Məmmədov): İsa bey size elə gəlmirmi ki Azərbaycan Respublikasının Prezidentini nə xalq təyin edir nə müxalifət nə də iqtidar? Prezidenti təyin edənlərin kölgəsi sizcə görünür ya yox. görünürsə kimə işıq tutrlar?

23:51
Cavab: İsrafil bəy, yəqin siz hesab edirsiniz ki, Azərbaycanın prezidentinin müəyyənləşməsində xarici qüvvələr həlledici rol oynayır.
Aydın məsələdir ki, hüquqi baxımdan bütün dövlətlər bərabər olsalar da reallıqda  müxtəlif dövlətlərin gücü, təsir imkanları fərqlidir. Dünyada həlledici təsirə malik dövlətlər, qüvvə mərkəzləri var. Və əlbəttə ki, bu qüvvələr digər ölkələrdə hakimiyyətin müəyyənləşməsinə təsir etməyə çalışırlar. Amma, unutmaq lazım deyil ki, bu qüvvələr  qərarlarını qəbul edərkən öz maraqlarına əsaslansalar da, hər bir ölkədə reallığı da nəzərə almaq məcburiyyətindədirlər.
Biz isə çalışmalıyıq ki, o qədər güclü olaq ki, xarici qüvvələr Azərbaycan xalqının iradəsi ilə tam razılaşsınıar. Necə ki, 1992-cı ildə  Elçibəyin xalqımızın iradəsi ilə, demokratik seçki ilə iqtidara gəlişinin labüdlüyünü bütün dünya qəbul etmişdi.
Millət olaraq, cəmiyyət olaraq öz taleyimizə sahib çıxmalıyıq ki, dünya da bizim iradəmizi qəbul etsin.

23:52
Sual (Anar): Salam Isa bey texminen 2 il bundan qabaq Iqbal Aqazade Azadliq radiosuna size 2003 il 16 oktyabr tarixde azadliq meydanindan zeng elediyini ve size meydana gelmeye devet edib siz ise cavabinda men Musavat partiyasinin Qerargahindan cixib eve gedirem cavabini vermisiniz xahish edirem bu sualla etrafli cavab veresiniz?

23:59
Cavab: Belə bir söhbət ola bilməz. Burda nə isə yanlışlıq var. Bu heç xronoloji cəhətdən də mümkün deyildi. 2003-cü il 16 oktyabrda mitinq cəhdi davam etdiyi zaman, iqtidar Azadlıq meydanındakı insanları zorakılıqla dağıtdıqdan sonra da bir müddət mən Müsavatın qərargahında olmuşam. Aydın məsələdir ki, orda ola–ola mən heç kimə deyə bilməzdim ki, “qərargahdan çıxmışam və evə gedirəm”.

00:01 / 30 avqust 2012
Sual (İlahə Səmədova): İsa bəy, salam. Keçən həftə müttəfiqi olduğunuz AXCP partiyasının başqanı Əli Kərimli gərək duyulacağı təqdirdə 2013-də prezidentliyə namizədliyini irəli sürəcəyini dedi. Dünən İşdən Sonranın qonağı olarkən də siz namizədliyinizi irəli sürəcəyinizi dediniz. Bununla bağlı müttəfiq olduğunuz AXCP partiyası ilə məsləhətləşmələr aparılıbmı? Sizin müttəfiqliyiniz hansı sahələri əhatə edir və hansı sahələr bunun xaricində qalır? Sonuncu sualım isə belədir. 2013-də iqtidarın vahid namizədinə qarşı niyə müxalifət vahid namizədlə seçkiyə getmir və gücü parçalayır?Öncədən sizə təşəkkür edirəm.

00:10
Cavab: İlahə xanım, salam,

Biz Müsavat Partiyası olaraq AXCP ilə İctimai Palata formatında əməkdaşlıq edirik. Əsas məqsədimiz ölkədə köklü demokratik dəyişikliklərə nail olmaq, saxta parlamentin buraxılıb azad və ədalətli seçkilərlə həqiqi legitim parlament formalaşdırmaqdır.
Heç kimə sirr deyil ki, Müsavat Partiyası mənim, AXCP isə öz sədrinin namizədlyini məqsədəuyğun hesab edir. Prezident seçkilərində namizəd məsələsi aktuallaşarsa biz həm müttəfiqlərimizlə ikitərəfli məsləhətləşmələr aparmaq, həm İctimai Palatada ciddi müzakirələr keçirmək, həm də cəmiyyətin əhval-ruhiyyəsini nəzərə alaraq xalqımız üçün ən düzgün qərarlar qəbul edəcəyik.
Yeri gəlmişkən, iqtidarın hələlik nəinki vahid namizədi yoxdur, iqtidar bu məsələdə qərar qəbul etməkdə çox ciddi çətinliklər çəkir və çəkəcək.

00:11
Sual (Parvin Kouliev):
Siz Azadlıq radiosunda keçirilən diskussiyada Azərbaycanda rejimin dəyışməsini sülh yolu ilə həyata keçirilməsinə üstünlük verdiyinizi qeyd etdiniz. Bizim əksəriyyətimizdə sözsüz bunu normal şəraitdə optimal və sivil sayır və dəstəkləyir. Amma eyni vaxtda siz müzakirədə 2011-ci ildə başlamış Ərəb Baharı üsyanlarınıda misal gətirib Azərbaycana münasibətdə mövqelərin dəyışməsini və bu gün rejimin dəyışməsində daha çox xaricdən marağın olmasını söylədiniz. Siz nə üçün düşünürsüz ki, Qərb dövlətləri və siyasətçiləri indiki iqtisadi böhran dövründə Azərbaycan kimi ‘müttəfiqi” olan rejimin xaqın müqaviməti olmadan səhnədən getməsini dəstəkləsin? Əgər Ərəb üsyanları bizim üçün bir örnəkdirsə və siz bu üsyanları misal gətirirsinizsə onda dinc yolla keçidi nəyə əsaslandırırsınız? Hətta ən ‘dinc’ baş verən Tunis inqilabında 300 nəfərə yaxın insan həlak olmuşdu və 700-ə yaxın zədələnmışdi. Siz bu halda etiraf edirsinizmi ki, totalitar rejimin hakimiyyətdə nə qədər çox qalması nəticədə çoxlu sayda insanın təlafatına gətirib çıxarda bilər və bu gün hakimiyyətin insanlara qarşı yönəltdiyi zülmlərə baxmayaraq ‘dinc’ yolla yumşaq keçid taktikasının təbliğ olunmasının qiyməti qarşıda gələn illərdə xalqımıza dahada baha başa gələ bilər?

00:28
Cavab: Bəli, biz Müsavat Partiyası olaraq hakimiyyət dəyişikliyinin yalnız dinc yolunu qəbul edirk. Azərbaycanın demokratik düşərgəsi də bu mövqedədir. Biz başa düşürük ki, bu yalnız bizdən aslı deyil, çünki qəddar bir avtoritar rejimlə üz-üzəyik. Bu rejim hakimiyyətini, xalqdan oğurladığı sərvətləri itirməmək üçün hər bir cinayətə hazırdır.
Məncə, bu ağır vəziyyətdən çıxış yolu, prosesin dinc şəkildə reallaşması üç faktordan aslıdır.
1. Xalqın kütləvi fəallığı. Dinc etiraz aksiyalraı, seçki prosesində iştirak nə qədər kütləvi olarsa, rejim o qədər ehtiyatlı olmağa məcbur qalacaq.
2. Beynəlxalq faktor. Yuxarıda da dediyim kimi, biz beynəlxalq birliyi xalqımızın yekdil iradəsi ilə prinsipial mövqe tutmağa sövq etməliyik. Rejim bu faktoru da nəzərə almalı olacaq.
3. Müxalifət və xalq  rejim mənsublarına da hansısa mesaj verməlidirlər ki, onlar “simasını”  qoruya bilsinlər.

00:29
Sual (Elmir Çobanzadə): İsa bəy salam,
Ölkənin idarəçilik strukturunun dəyişdirilməsi ilə bağlı sizin fikirinizi bilmək istərdim. Sizcə prezident yoxsa parlament respublikasi ölkəmiz üçün faydalı ola bilər və niyə?
Təşəkkürlər.

00:35
Cavab: Elmir bəy, salam,
Uzun illərdir ki, Müsavat Partiyası ölkəmizdə parlament modelinə keçidlə bağlı araşdırmalarını davam etdirir. Həm Azərbaycanın açı təcrübəsi, həm də dünya miqyasında son 20 ildə prezidentli respublikalarla parlament respublikalarının inkişaf səviyyələrinin müqayisəli təhlili bizi parlament respublikasına üstünlük verməyə sövq edir.  Əməkdaşlıq etdiyimiz siyasi qüvvələrin də əksəriyyəti bu modelə müsbət yanaşır. Fikir fərqləri əsasən prezident modelindən parlament modelinə keçidin müddəti və dərinliyi ilə bağlıdır.

00:36
Sual (İbrahim): Salam İsa bəy, düşünürəm ki, Azərbaycanda bütün güclər birləşmədiyi müddətcə, bu hakimiyyəti devirmək mümkün olmayacaq. Çox təəssüf ki, AXCP cəbhəsi Müsavata qarşı həmişə ittiham irəli sürürlər. Sizin fikriniz necədir?

00:44
Cavab: Biz Müsavat Partiaysı olaraq AXCP-ni özümüzə müttəfiq hesab edirik və müttəfiqliyi daha da dərinləşdirmək tərəfdarıyıq. AXCP partiya olaraq bizə heç bir ittiham sürmür. Ayrı-ayrı şəxslərin fikir və mülahizələrinə isə hamımız səbirli yanaşmalıyıq.

00:45
Emil Quliyev: İsa bəy, növbəti sualı Cavid Ağa adlı blogger soruşur: İsa bəy, o düzdür ki, siz 2 il əvvəl “partiyanın nizamnaməsinə əsasən bu ilin payızında qurultay təşkil olunacaq və yeni başqan seçiləcək. Mən namizədliyimi irəli sürməyəcəm” demisiz? Əgər elədirsə niyə hələ də postunuzdasınız? Başa düşürəm, stereotipdir amma cavablanmamış stereotipdir.

00:55
İsa Qəmbər: Cavid Ağa, bizim fəaliyyətimizi bu qədər diqqətlə müşahidə etdiyinizə görə təşəkkür edirəm. Amma, o zaman siz bunu da bilməliydiniz ki, Müsavat Partiyasının çoxsaylı müraciətlərinə baxmayaraq, hakimiyyət bizə qurultay keçirmək üçün uyğun zal vermir. Bu günə qədər qurultayı keçirmək mümkün olmadığı üçün siz də bu qədər gözləməyə məcbur olmusunuz.  Məsələ bu qədər sadədir.

00:56
Sual (Rafig): İsa bəy , salam !

Mən 2013cü ildə,ilk dəfə səsvermə hüququna sahib olacam.Mənim və bir çox mənim kimi ilk dəfə səs verəcklərin səsini qazanmaq üçün namizət necə davranmalıdır sizcə?

01:19
Cavab: Rüfət bəy, salam,
Söhbət ölkəmizin, xalqımızn taleyindən gedir. Qəddar və məkrli bir rejimlə mübarizə aparırıq. Bu rejimdən hər şey gözləmək olar. Biz Müsavat, AXCP və  digər fədakar qüvvələrlə birgə on illərlə bu rejimin repressiyaları, böhtanları, təxribatları qarşısında əzm və  iradə ilə davam gətirmişiksə, mübarizənin bu son mərhələsində də hər şeyə hazır olmalıyıq. Rejimin süqutu, xalqın qələbəsi labüddür.  
Onu da demək istəyirəm ki, rejimin təxribatları ilə cəmiyyətdən gələn iradlara fərq qoya bilməliyik. Xüsusən gənclərə qarşı həssas olmalıyıq. Hətta onlar səhv edəndə də biz səbrli olmalıyıq. Biz Müsavat Partiyasıyıq!  Bu xalq bizim xalqımızdır. Bu gənclər bizim gələcəyimizdir!
Səbr, əzm, fədakarlıq qələbəmizi təmin edəcək.

01:20
Emil Quliyev (Moderator): İsa bəy, qısaca olaraq Kənan Qasımlının sualına cavab verə bilsəydiniz, forumu başa vurardıq: Salam, bəy. İctimai Palata, Müsavat partiyası və şəxsən sizin razılaşdırılmış mitinqlərə başlamaq haqqında fikirləriniz nədən ibarətdir? İcitmaiyyət mitinq istəyir. Təşəkkür.

01:22
İsa Qəmbər: Kənan bəy, salam,
biz Müsavat Partiyası olaraq senyabr ayından bu günkü reallıqlara uyğun şəkildə kütləvi tədbirlərə başlamaq tərəfdarıyıq. Müttəfiqlərimizlə müzakirələrimiz olacaq, mən inanıram ki, yekdil qərarlar qəbul edəcəyik.

01:23
Emil Quliyev:
İsa bəy, bu gec saatda dəyərli vaxtınızı ayırdığınız üçün sizə Amerikanın Səsi adından dərin təşəkkürümüzü bildiririk.
Vaxt məhdudiyyəti səbəbilə sualı cavabsız qalan oxucularımızdan üzr istəyirik.
Gecəniz xeyrə qalsın!

01:24
İsa Qəmbər: Emil bəy, mən sizə, həm də maraqlı suallara görə oxuculara təşəkkür edirəm.Zaman olsaydı qalan suallara məmnuniyyıtləı cavab verərdim.

01:25
Emil Quliyev: İsa bəy, istəsəniz aşağıda şərhlər bölməsində cavabsız qalan suallara cavab yaza bilərsiniz. Bir daha təşəkkür edirik. Sərbəst Kürsünün növbəti sayında görüşənədək…

Əhməd Obalı zəlzələdə ölənlərin siyahısını açıqladı

Posted August 13th, 2012 at 3:34 pm (UTC-4)
6 comments

Keçən həftənin şənbə günü Təbriz yaxınlığında baş verən güclü zəlzələdən sonra ölənlərin sayının 300-ü keçdiyi bildirilir. İran Azərbaycanından gələn məlumatlarda dağıntılar nəticəsində on minlərlə insanın evsiz-eşiksiz qaldığı, küçələrdə gecələdiyi, qidaya, suya, sığınacağa və s. ilkin təchizata ehtiyacı olduğu istisna edilmir.

İran Azərbaycanında baş vermiş zəlzələnin nəticələrini və eləcədə oradakı insanlara yardım göndərməyin yollarını müzakirə etmək üçün Sərbəst Kürsü canlı onlayn forumuna Günaz TV-nin təsisçisi və rəhbəri Əhməd Obalını dəvət etmişik. Avqustun 15-i cənab Obalı sizin suallarınızı cavablandırıb.

——————————————————————–

21:00 / 15 avqust 2012

Axşamınız xeyir, Sərbəst Kürsünün növbəti sayında xoş gördük. Canlı forumun moderatoru həmişə olduğu kimi Emil Quliyevdir. Forumda bu gün qonağımız Əhməd Obalıdır.

21:05
Emil Quliyev (Moderator): Əhməd bəy, Sərbəst Kürsüyə xoş gəlmisiniz. Təəssüf ki, bu gün müzakirə edəcəyimiz mövzu o qədər də ürəkaçan məsələ deyil.

21:08
Əhməd Obalı: Sag olun Emil bey. xalqimizin bashi sag olsun. Eyni zamanda bu facie haqqinda melumatlanmaq lazimdir.

21:11
EQ: Əhməd bəy, Habil adlı internet istifadəsinin sualı belədir:

Əhməd bəy, salamlar!

Bütün xalqımıza Allah səbr versin!

Zəlzələ ilə bağlı videolara əsasən yalnız televiziyada baxmaq olur. Videoları necə əldə edirsiniz, orada əməkdaşlarınız varmı?

21:14
Cavab: Videoları daha çox könüllü əməkdaşlarımız bizə göndərirlər və həm də xəbər ajanslarından alırıq. Günaz Tv-nin Güneydə yalnız könüllü əməkadaşları var. Bu əməkadaşlarımızın yardımı ilə Güneydə olan hadisələrdən xəbərdar ola bilirik. Könüllülərimizin sayı yüzlərlədən artıqdır. Son hadisələrdə ən azı 20 könüllü ekiplərimiz müxtəlif kəndlərdən reportaj hazirlayıb bizə göndəriblər. Könüllülərimizin kimliklərini gizli saxlamaq için reportajları bir başa yaymaq yerinə yanlız dolayısı yoldan istifadə edirik.

21:25
Sual : Salam
Suallarım belədir.

1. Sosial şəbəkələrdə çoxsaylı filmlər var. Amma, zəlzələ qurbanlarına hökumətin bir yardımı görünmür. bülə isə, xarici ölkələrin yardımına niyə icazə verilmir?

2. İranda hökumətin yardım etmək imkanı yoxdur və ya vətəndaşa belə münasibət var?

3 İran prezidenti niye zəlzələ bölgəsinə getmədi, amma xarici səfərə getdi? Hökumət hansı səbəbdən xaqlın ağır günündə belə onun yanında deyil?

4 İslam din xadimləri daim humanizmdən danışır. Bəs onlar haradadır?

21:35
Cavab: 1. Olunan yardımların təxminən 90 faizi xalqın tərəfindən olmuşdur. Dövləti isə hadisə haqqında rəsmi televizyonda xəbərləri vaxtında yaymamış və bu faciənin yerinə Suriya Venezuela İraq və başqa ölkələrə aid olan xəbərləri yaymışlar. Bu iş yanlız dövlətin xalqa laqeyd qalması deməkdir. Əlavə olaraq zəlzələ olan yerlərə dövlət tərəfindən gedən yardım 7 saat sonra olmuşdur.
Xalqın hadisədən xəbərdar olması daha çox xaricdən yayılan peyk televizyonları olmuşdur.
Xarici dövlətlərin yardımını isə 3 gün qəbul etmədilər, bu da bir daha dövlətin xalqa laqeyd qalması deməkdir.

21:49
2 . İran hükumətinin yardım imkanlari çoxdur, çünki İran dövlətinin Lobnana (Livana) Hamas- Suriya – kimi ölkələrə təcili yardımlarına şahid olmuşuq. Dövlət istərsə 30 dəqiqədə zəlzələ olan yerlərə gedə bilərdi, amma 7 saat sonra getdi.

21:44
3. Bütün dünyada hər hansı bir faciə olduğu zaman dövlət başçısı daha əvvəldən hazırlanmış planlarını dəyişər və faciə olan bölgəyə gedər. Halbuki İran prezidenti planlarını dəyişmədi və tərsinə Bəşar Əsəd hakimiyətinə yardım için Səudi Ərəbistana səfərini iki gün daha əvvəllə salıb ölkəni tərk etdi. Bu günə qədər hətta baş sağlığı verməmiş, halbuki Səudi Ərəbistandan Siera Leon prezidentinin anasının ölümünə baş sağlığı vermiş. Bu isə bir daha Azərbaycan xalqına hörmətsizlik və təhqir deməkdir.

21:51
4. İran din xadimləri isə tamammən devlətin anti azərbaycan siyasətini dəstəkləyirlər . ölkənin dini rəhbəri xamənei isə iki gün sonra baş sağlığı vermiştır .hal bu ki dünyanin bir çox ölkə prezidenti birinic gün ərzində faciyəyə münasibət bildirmişlər.
Qum şəhrinin dini rəhbəri isə baş sağlığı yerinə zəlzələnin Allah tərəfindən azərbaycanlıları hicabsız və pozğun olduqlari için cəzalandırmağa gondərmışdir diyə çixiş edib.

Xalqin zəlzələ yerlərinə dəstək vermək için getmələri ölkənin dini və siyasi rəhbərlərini ağır durumda qoymuşdur iki sonra azərbaycanda ümümi əzadarlıq elan etmişlər və milləti məscidlərə və örüc tutmağa dəvət etmişlər bu isə zəlzələ məntəqlərinə gedən yardimlarin zəyiflənməsi deməktır

21:52
Emil Quliyev (Moderator): Elvin Ozan adlı oxucumuz sizə dəstəyini bildirir və sizdən ABŞ-ın İran Azərbaycanlılara dair mövqeyinizi soruşur.

21:55
Əhməd Obalı:
ABŞ devləti bütövlükltə azərbaycan xalqını özünə dost etməyinin arzusundadır və güney azərbaycan da milyonlarla xalqımızın ağır durumda olduğundan xəbərdardır.
keçmışdən fərqli olaraq güney azərbaycana mənəvi dəstək artmaqdatır.

21:58
Sual (Sabir): Bəzi məlumatlarda deyilir ki, İran hökuməti minlərlə zəlzələ qurbanını kütləvi qəbrlərdə basdiraraq ölənlərin sayını az göstərməyə çalışır. sizdə belə bir məlumat varmı? bu haqda nə deyə bilərsiniz?

22:20
Cavab: bu haqda birinci gündən zidiyətli xəbərlərə şahıdık . misal olaraq vərzqan şəhrinin icra başçısı məhərrəm foroghi iranin rəsmi xəbər ajansi İRNA agentlinə deyir ki vərzqanin yaxınığında 12 kənd 100 də 100 təxrib olub hər kəndin 1000 nəfər əhalisi var və hər kəndin 40 fayiz ölənləri var . bellədırsə yanlız 12 kəndin ölənləri 5000 nəfərə yaxındır .
devlətin verdıyı məlomata görə zərər görən kəndlərin sayı 1100 dən artiqdır . 100 fayiz təxrib olan kəndlər 200 dən artiqdır .
zəlzəldən sonra çadır verilən əhalinin sayı 54000 nəfərdən artiqdır .
İLNA xəbər ajansının müxbirinin verdiyi məlümata görə 500 kənd 80 və 100 fayiz arası təxrib olub . müxbirin şahid olduğu 8 kəndin adlari və itkiləri belədır .
Qara bulaq kəndi 60 nəfər ölü .
Baca baş kəndi 60 nəfər ölü .
Dığdığan kəndi 10 nəfər ölü .
Məşir abad kəndi 8 nəfər ölü .
Dibəkli kəndi 11 nəfər ölü .
Köyüc kəndi 40 nəfər ölü .
Nəçaran kəndi 60 nəfər ölü .
Avşad kəndi 2 nəfər ölü .
bu 8 kəndin ölənlərin sayı 251 nəfər olur .iranin səhiyə nazirinin dedinə görə 306 nəfər ölüb dur. iranin daxili işlər nazırlıyının dedinə görə 227 nəfər ölüb . İLNA və ŞƏRQ müxbirlərinə görə ölənlərin sayı devlətin verdığı rəqəmlərdən çox çox artiqdır .
devlət bilərək faciyəni küçümsəyır və ölülərin sayını azaldır . bu haqqda araştırmalarımıza dəvam edəcəyik .bizim bildimiz qədər xəstəxanada ölənlərin sayı 306 ola bilər amma hələdə torpaq altinda qalmış və ya əhali tərəfindən dər hal bastırılmış ölülərin sayı minlərcə ola bilər.

22:25
Sual (Kamil Quliyev):
Kamil Quliyev: Oxuduq ki, Olimpiada qızıl alan iki idmançı pul mükafatını zəlzələ qurnalarına yardım fonduna verib. Həqiqətən belə addım atılıbmı? Çünki onlar qızıl medal alanda güneylilər onların fars pəhləvanı elan olunmasını bəyənməmişdi. İndi onlara münasibət necədir?

22:40
Cavab: Bizim bildimiz qədər əslən ərdəbil şəhrindən olan güləşçı aldığı pul mükafatini zəlzələ məntəqəsinə hədiyə etmiş.
medal alanları ”Ariya medalçıları ” adlandırmaq yeni bir şey dəyil .
keçmışdə iran futbol taxımını ” Fars ulduzları ” adlandırdılar .
bu tipli Irqçılıq həmişə azərbaycanlıları narahat edibdır və buna görədə
bir çox soydaşlarımız inanirlar ki öz devlətləri olamyınca onlarin qazanclari farslarin adina yazılacaq.

22:42
Sual (Kamil Quliyev): Təbrizə maddi dəstək göndərilirmi? Onlara bu pullar necə ötürülür?

22:46
Cavab: Güney Azərbaycan əhalisi çoxunluğla zəlzələ məntəqəsinə vermək istədikləri yardımları bir başa məntəqəyə götürülər çonku devlətə inam itibdir . hətta iranin qızıl aypara cəmiyyətinə inam yoxdur .
həm günyin daxilində həm diaspor üzvləri yardım toplamaqdadırlar .
başqa devlətlər tərəfindən gələn yardımlara zəlzələ məntəqəsinə getməyə izin verməyən iran devləti əhali tərəfindən toplanilan yardımları bilə mənimsəmək niyətindədır .

22:50
Emil Quliyev: (Moderator): Mahammad Kushi email vasitəsilə soruşur ki, İran Azərbaycanında yenə zəlzələ gözlənilirmi və əgər gözlənilirsə, İran nə kimi tədbirlər görməyi planlaşdırır?

22:57
Əhməd Obalı: Zəlzələdən sonra titrəmələr dəvam edir və dünən 5.4 rixter gücündə vərzqan və təbriz titrədi ( bu günə qədər titrəmələrin sayısı 720 -dən keçıb ) və yinədə olacaq ehtimalar var .iran devlətisə həmişə ki kimi heç bir tədbiri yoxdur .

22:58
Emil Quliyev: Çox sağ olun, Əhməd bəy, sizə və oxucularımıza vaxtını ayırdığı üçün təşəkkür edirəm.

22:59
Əhməd Obalı: Emil bəy yaratdığınız imkan için təşəkür edirəm. Sual verənlərə və zəlzələ ilə maraqlanlara dərin minətdarlığımı bildirəm .

23:00
Emil Quliyev (moderator): Oxucularımızın nəzərinə çatdırım ki, İran rəsmiləri Amerikanın Səsinə müsahibə vermədiyi üçün onların mövqeyini işıqlandıra bilmirik.

Zəlzələ nəticəsində dünyasını dəyişənlərə Allar rəhmət etsin. Yaralıların və evsik-eşiksiz qalanların isə tezliklə şəfa tapacağına ümid edirik.

Sərbəst Kürsünün növbəti saylarında görüşənədək.

Eynulla Fətullayev: “İlham Əliyev çox ağıllı, dərin təhlilə malik olan güclü siyasətçidir”

Posted July 30th, 2012 at 3:46 pm (UTC-4)
16 comments

Son həftə ərzində sosial şəbəkələrdə sabiq vicdan məhbusu Eynulla Fətullayev və onun bəzi fikirləri sərt tənqidlə üzləşib. Tənqidlərə səbəb hazırki hüquq müdafiəçisinin həmrakı Emin Hüseynov, sabiq həmkarı Şahvələd Çobanoğlu və Xədicə İsmayılova, daha sonra kino-rejissor Rüstəm İbrahimbəyov haqqında fikirləridir. Başlıca mübahisə isə Facebook-da iqtisadi ekspert Zöhrab İsmayılın bu məlumatı öz tənqidi şərhi ilə bölüşməsindən və Eynulla Fətullayevin elə oradaca sərt cavabından sonra başlamışdı. Bunun ardınca köşə yazarı Şahvələd Çobanoğlu “Elmarla işləmək, sonra isə Elmarın qatili olan rejimə işləmək” başlıqlı yazısına Eynulla Fətullayev www.faktxeber.com saytına müsahibəsində cavab verdi.

Mübahisənin sosial şəbəkələrdə rezonans doğurmasını nəzərə alaraq bu həftə Sərbəst Kürsüyə hüquq müdafiəçisi Eynulla Fətullayevi dəvət etmişik. Avqustun 1-i Eynulla Fətullayev sizin suallarını cavablandırıb.

—————————————————————–

21:00 / 1 avqust 2012

Axşamınız xeyir, Sərbəst Kürsünün bu həftə qonağı hüquq müdafiəçisi Eynulla Fətullayevdir. Canlı forumda oxucularımızla E.Fətullayev arasındakı təması isə Emil Quliyev qurur.

21:04
Emil Quliyev (moderator):

Eynulla bəy axşamınız xeyir olsun. Sizi və oxucularımızı Sərbəst Kürsüdə salamlayırıq.

21:04
Eynulla Fətullayev: Axşamınız xeyir olsun, təşəkkür edirəm.

21:06
EQ: İlk sualı İkram adlı oxucu göndərib. O yazır:

1. Həbsdən çıxandan sonra nə üçün həbsinizə səbəb olmuş keçmiş peşənizə jurnalistikaya qayıtmadınız, hüquq müdafiəçiliyinə üz tutdunuz?

2. Siz özünüzü biznesmen sayırsınızmı?

21:14
Cavab:  ))) Uğursuz zarafatdı.

Jurnalistika ilə məşğul olmur deyəndə Siz nəyi nəzərdə tutursunuz? Həbsdən çıxandan sonra fəal olaraq həm jurnalistika   (publisistika), həmdə hüquq-müdafiə fəaliyyətilə məşğ\ul oluram. Öncə, təqribən 6 ay ərzində Azadlıq radiosunun rus bölməsində məqalələrlə çüxış edirdim, indi isə aprel ayından Zəfər bəy Quliyevlə birgə yaratdığımız haqqın.az saytında yazıram və fəaliyyət göstərirəm.

Bəlkə sualı başqa cür səsləndirmək istədiniz – niyə print-media ilə (əvvəllər, olduğu kimi) məşğul deyilsiniz? Azərbaycanda bunun üçün hazırda münbit şərait yoxdur – bütün nəşriyyatlar hakim zömrənin nəzarəti altındadır. hətta qeyri-leqal şəraitdə qəzet nəşrini gerçəkləşdirə bilsəm də, fəqət son illər ərzində yayım sektorunun məhvindən sonra qəzetin yayılması üçün köşk qalmayıb. Ona görə də, bizim ölkədə bütövlükdə postsovet məkanında olduğu kimi həm media, həm də oxuculara virtual aləmə köç edib.

Print-medianın erası Azərbaycanda bitdi. 2015-ci ildə dünyada da bitəcək – aparıcı media ekspertlərin qiymətləndirməsinə görə. Ona görə də mən fəal jurnalistika ilə məşğulam – fəqət internetdə.

21:16
Sual (Hikmet): Salam Eynulla bey. 2 sualim var.
Sual 1. İshlediyiniz yerde bashinizin uzerinde merhum prezident Heyder Aliyevin sheklinin asilmasi bir menali qarshilanmadi. Bu meseleye aydinliq getirmeyinizi xahi edirem.
Sual 2. Facebook-daki dostlarinizla mubahise zamani ” Aşırdaram” kimi sözlər işlətmisiniz. Siz mübahisələrin hüquqi yolla yoxsa zor tətbiq etməklə həllinin tərəfdarısınız?
Təşəkkürlər.

21:21
Cavab: Dostumla mübahisədə heç vaxt aşaram yaxud aşırdaram kəlməsindən istifadə etmərəm. Söhbət bir böhtançıya cavabdan gedir. Həmin şəxs rəhmətlik Elmar Hüseynovun əziz xatirəsindən istifadə edərək, mənə çamur atmaq istədi. Cavabım sərt oldu. Mübahisələrin hüquqi yolla həllinin əleyhinəyəm, çünki Azərbaycanda ədalət mühakiməsi yox səviyyəsindədir. Həm də keçmiş dustaq kimi buna pis baxıram.

21:23
Sual (Elmir): Eynulla bey salam. Hebsxanada ele bir hadise olubmu ki, bundan size qarshi shantaj kimi istifade edirler ve bu da sizin evvelki movqeyinizi qorumaginiza mane olur?

21:25
Cavab: Əlbəttə, yox.

21:26
Sual (Atilla): Salam Eynulla Bey !
Sualim beynelxalg siyasete amma eynile Azerbaycan regionuna aiddir, Suriya ve sonra Iran, Iranda rejimin deyisdiyi anda Azerbaycana ne kimi tesirler ola biler ?!

21:30
Eynulla Fətullayev: Zənnimcə heç bir təsiri olmayacaq. Çünki Yaxın Şərqdə cərəyan edən proseslərin bizim məkana demək olar ki heç bir siyasi, iqtisadı və sosio-mədəni təsiri yoxdur. Azərbaycanda hansısa dəyişikliklər yalnız Rusiyanın suveren demoktatiyasının iflasından sonra baş verə bilər. Ancaq bu da aksioma deyil. Baxın, ötən əsrdə bütün Amerika qitəsində solların məğlubiyyəti yaşandı, fəqət Kastronun rejimi davam gətirməkdədir.

Postsovet məkanı Yaxın Şərqdən və ya elə İrandan fərqli olaraq tam ayrı, özünəməxsus tarixi inkişaf yoluna malıkdır. Ona görə ərəb baharı modelinin regionda tətbiqini belə təsəvvür etmirəm. Məncə, bizim avtoritar məkanda fərqli bir model işləyəcək, yeni domino çöküşü labüddür, fəqət zaman barəsində nəsə desəm hadisələri qabaqlamış olaram.

21:37
Sual (Çingiz Sultansoy): 1 il əvvəl siz həbsdən çıxanda ictimaiyyət tərəfindən çox böyük hörmət və rəğbətlə qarşılandınız. Sizcə, indi ictimaiyyət arasında sizə münasibət necədi? Və dəyişiklik varsa, nə ilə izah olunur?

21:46
Cavab: İctimaiyyət deyəndə biz kimi nəzərdə tuturuq – Azərbaycan ictimaiyyətini, oxucuları, sadə azərbaycanlıları, yoxsa şəxsi iddiaları və kompeksləri naminə mənə qarayaxan insanı? Əgər oxucularda və vətandaşlardan söhbət gedirsə – Sizə deyə bilərəm ki hər gün mənə zəng edib həm dəstək olurlar, həm də bir hüquq-müdafiəçisi kimi məndən dəstək umurlar. Bir neçə saat bundan öncə ofisimizə İslam partiyasının həbsdə olan qohumları təşrif buyurmuşdu, hər gün siyasi məhbusların problemlərinin həlli ilə məşğulam… Mən özümə münasibətdə heç bir dəyişiklik hiss etmirəm. Sadəcə həbsdən əvvəl siyasi qaraguruh məni Kəmaləddin Heydərovla MTN-ə işləməkdə ittiham edirdisə, həbsdən sonra Prezident Administrasiyası və Ədliyyə Nazirliyinin adlarını hallandırırlar. Fərq yalnız bundadır.

Qısa zaman kəsiyində yeni layihəm – haqqin.az saytı böyük uğur qazanaraq çox asanlıqla rusdilli oxucuları yenə də cəllb edə bildi. Təxminən 1-2 ay içində. Pis münasibət olsaydı oxumazdılar. Baxın, təvazökarlıqdan uzaq olsa da, deyəcəm, hər məqaləm böyük rezonansa səbə olur. Bu onu göstərir ki, oxucular gözləyir və umur. Bədxahlarıma da yaradıcılıqda (fitnəkarlıqda yox) uğurlar diləyirəm. Yaxşı şüardı – Rədd olsun fitnəkarlıq, yaşasın yaradıcılıq!

21:51
Emil Quliyev (moderator): Yorğun Demokrat adlı istifadəçi belə bir şərh yazıb: Bir Qarabag gundeliyi de orda yazsin.

21:53
Cavab: Başa düşmədim sualı

21:55
EQ: Bizə daxil olan şərh yalnız bundan ibarət olduğundan əlavə heç bir şey deyə bilmərik.

21:57
Sual (Günay): Eynulla bey 10 iyulda haqqin.az saytinda derc olunmus meqalede tehqiramiz ve diskriminasiya xarakterli ifadələr işlətmisiniz. Sizcə özünü jurnalist və hüquq müdafiəçisi hesab edən və saytını xarici donorların hesabına yaradan şəxsi, yəni Sizi Azərbaycanda demokratiyanın və söz azadlığının inkişafına tövfə verən Xədicə İsmayılovanı və Emin Hüseynovu təhqir etməyə nə vadar edib?

Qeyd etdiyim məqalədən çıxarış:
“Heç cür 140 kiloluq yarımçıqlıq kompleksindən xilas ola bilməyən “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova. Emin Hüseynov – özünə jurnalistlərin hüquqlarının əsas müdafiəçiliyi ləqəb vermiş savadsız bambılıdır, amma onun gerçək obrazı qrantsifət və digər zibildir. İnanın, mənim bu zibilə nə gücüm, nə də vaxtım var”

«Я знаю этих людей. Хадиджа Исмайлова из радиостанции Свобода, которая никак не может избавиться от 140 кг комплекса неполноценности. Эмин Гусейнов – необразованный выскочка, прозвавший себя главным защитником прав журналистов, но в реальности олицетворяющий образ грантоморды и прочая дрянь. Поверьте, что на эту дрянь у меня нет ни сил, ни времени»

22:02
Cavab: Adını çəkdiyiniz şəxslər mənə qarşı diskriminasiya edərək, şər ataraq bütün beynəlxalq təşkilatlara Sovrlər dönəmində olduğu kimi “anonimkalar” yazıb bildirirlər ki, bəs xəbəriniz yoxdur Eynulla Fətullayev hökumətə satılıb.

Mən bir neçə dəfə Emin Hüseynovdan xahiş etdim ki, bu fitnəkarlığa son qoysun, lakin o daha da qızışdı… Səsləndirdiyiniz ittihamları isə mən yox Ekonomist jurnalının müxbiri söyləyib, o bu iki şəxslə görüşdən sonra yanıma gəlin bir sual verdi – Emin Hüseynovla Xədicə sənə niyə belə nifrət edirlər? – sualını verdi. Mən də bu sualdan sonra çox düşünərək qoca Freydi xatırlamalı oldum. Vəssalam.

22:05
Sual (Xanlar Xocalı): 1)Siz Rüstəm Ibrahimbəyovu dahi hesab etdiyinizi bildirmisiz,onun dahi olduğunu necə əsaslandıra bilərsiz?Rüstəm İbrahimbəyov dahidirsə onda Alfred Hiçkok,Nikita Mixalkov kimdir?
2)Bəzən Azərbaycan Türkiyə ilə birləşsin kimi utopik fikirlər səsləndirilir, sizin buna münasibətiniz necədir?
3)Azərbaycanda fərqli fikrə qarşı tolerantlıq yox dərəcəsindədir, bunu özünüz də görürsüz, sizcə nə etmək lazımdır ki, cəmiyyətdə tolerantlıq bərqərar olsun?

22:15
Cavab: Nikita Mixalkov – dahi deyil, bəlkə də zamanında dünyadan köçsəydi daho ola bilərdi. Məsələn, Утомленные Солнцем-1 filminin yaradıcısının, Утомленные Солнцем-2 filminin müəllifinin eyni insan olduğunu zənn etmək çox çətindir. Rüstəm İbrahimbəyov isə Azərbaycanın miyası üçün çox böyük şəxsiyyət və yazıçıdır, bu şəksizdir.

2) Heç bir halda Azərbaycanın Osmanlı dövlətinin (Ərdoğan məqsədinə nail olmaqdadıq, çünki kəmalçılıq tarixi irsə çevrilməkdədir) parçasına çevrilməsini arzu etmərəm.Yalnız – Avrointeqrasiya və ABŞ-la strateji müttəfiqlik, dövlət və millət kimi xilasımız bundadır.

3) Təkrar etdiyim kimi, əvvəllər zənn edirdim ki, Azərbaycanda ifadə azadlığının bir qənimi var – hökumət. Son həftələrdə, özümə münasibətdə anladım ki yox, artıq ikinci qənim də meydana çıxıb – narıncguruh (90-cı illərdə onlara qaraguruh da deyirdilər). Görünür bu daha çox siyasi mədəniyyətlə, ictimai tənəzzülə bağlanan problemdi. Cəmiyyətimizdə siyasi polyarlaşma kosmik sürətlə gedir. Mərkəz üçün yer yoxdur artıq. Mərkəzdə yalnız barrıkadalar düzülüb, hələ ki ideoloji, lakin bu virtual ideoloji barrikadalar həqiqi qarşıdurmaya çevrilə bilər. Tərəflər dəhşətli dərəcədə bir-birinə nifrət püskürür, siyasi münasibətlər radikal və düşmənçi konfrantasiyaya keçib. Bunu axırı pis qurtara bilər – hər iki tərəf üçün. Mərkəzdə qalan isə əzilir. Müxalifət deyir – seçim et, iqtidar da bunu təkrar edir, seçim etmək istəməyənlər isə hər iki tərəfdən daşqalaq olunur. Bu anarxiyanın başlanğıcıdır.

22:23
Sual (Günay): haqqin.az Saytinizda geden diqer meqalede de huquq mudafiecisi Emin Huseynov barede tehqir ve bohtan xarakterli fikirler yer alib http://haqqin.az/1367-grantopozhiratel.html , zennimce bu addiminiz jurnalist peshe davranish qaydalarinia emel etmeden bilerekden qarrayaxma etmekdi. Sizce UNESCO -nun Qilyermo Kano mukafatini alan adam bu cur ucuz ve ciliz jurnalistika ile meshqul olmalidirmi? Umumiyetle sayta Internet qazeta yazmaqla ve hec bir subut teqdim etmeden insanlari tehqir etmek ve onlara bohtan atmaq jurnalistikadirmi?

22:28
Cavab: Xanım kimi təhqir etmişəm? Siz lap Əli Həsənov kimi danışdınız? Məgər AzTV-nın monitorinqi kimi sərsəm bir ideyaya 320 min avro üfürmək təhqirdi? Hakimiyyətə də Dubay villaları barəsində sual verəndə – deyir təhqirdi?!

Düzəliş – Üfürmək barəsində Emin Hüseynova sual vermək təhqirdi?
Təsəvvür edirsinizmi 320 min Avroluq qrantı AzTV kimi telekanalın monitorinqinə xərcləyiblər, halbuki istənilən 1 sosioloji sorğu bu TV-nin avtoritarizmin güzgüsü olduğunu aşkara çıxarar
320 min Avroya 50 dənə demokratik dərgi yaratmaq olardı
Mən haqqin.az saytını bilirsinizmi hansı vəsaitlə yaratmışam?
14 min avro!!!
Bu məni necə də qəzəbləndirməsin? Azərbaycan mətbuatının indiki vəziyyətində bu qrantın müəllifi və icraçısı korrupsioner deyilsə, bəs kimdir?
Bəs necə olur ki, Siz hər çıxışınızda Kəmaləddin Heydərovu, Ziya Məmmədovu təhqir edirsiniz – büdcə vəsaitlərinin talanmasına görə? Əcəb edirsiniz! Mən də Avropanın büdcəsinin talanmasına etiraz edirəm!!!! Avropa xalqlarını aldatmaqdı bu, yazıq hollandlar və ya norveçlilər də düşünür ki, demokratiyaya yardım edirlər!!!! Demə AzTV-nin monitorinqinə 320 min Avro gedib… Vay-vay
22:36
Sual (Jurnalist):Eynulla bəy, sizin kredonuz nədir?22:38
Eynulla Fətullayev: Мы просто обязаны заставить всех, кто имеет власть, чувствовать себя некомфортно22:39
Emil Quliyev (moderator):Oxuculardan biri belə bir sual verib: Eynulla muellim, siz Rüstem Ibrahimbeyov haggindaki “yazini” onun gardashi Magsud Ibrahimbeyova göre yazmisiz? Bir vaxtlar Magsud Ibrahimbeyov da sizi tengid edirdi, indi onun heyfini gardashi Rüstem Ibrahimbeyovdan cixirsiz?
22:44
Cavab:Yox, nə heyif. Doğrudur, Rüstəm bəyin qardaşı Maqsud (ona bəy deməyə dilim gəlməz) Elmar Hüseynovun əziz xatirəsini təhqir etmişdi, ölümündən sonra Elmar barəsində dəhşətli iftiralar uydurmuşdu. Amma Rüstəm bəyə qalanda, əminəm, o, sadəlövh romantik deyil, ciddi praqmatikdir. Cavanlıqdan indiyə qədər keçdiyi yol bunu sübut edir. Mən, sadəcə bunu çatdırmaq istədim oxucuya ki, böyük yazıçıl Rüstəm İbrahimbəyov – sadəlövh romantik deyil.
22:46
Sual (Xüsusi müxbir):Son günlərin ənənəvi suallarından vermək istəmirəm. Amma mənim üçün maraqlıdı.1.Siz hazırkı hakimiyyətə alternativ görürsünüzmü?2. Yazılarınız “Pandorra sandığı”nı xatırladır. Orada vaxt keçirməyə dəyərmi?3. Cənab prezidentlə bağlı maraqlı təhlillərin müəllifi olmusunuz. Hazırda İlham Əliyev və hakimiyyət komandası barədə hansı qənaətləriniz var?22:48
22:48
Cavab:
Bəli, görürəm. Məncə, müxalifətdən prezidentliyə iki real namizəd var – Əli Kərimli və İlqar Məmmədov. Ancaq söhbət ədalətli seçkilərdən gedirsə…Pandorra sandığı – məgər mən yalnız şərdənmi yazıram?İlham Əliyev çox ağıllı, dərin təhlilə malik olan güclü siyasətçidir. Bunu zaman sübut etdi. Əslində, rəhmətlik Heydər Əliyevin – obyektiv səbəblərdən edə bilmədiyini, İlham Əliyev etdi. Mütləq siyasi hakimiyyətə sahib çıxdı. İlham Əliyev barəsində onun alternativləri nələr yazırdı – bir keçmişin səhəfələrini vərəqləyin? Mən həmişə İlham Əliyevi güclü insan kimi tanımışam və rəyim rəhmətlik Anar Məmmədxanovun onun barəsində söylədiklərinə əsaslənab. Anar yanımazdı və qiymətləndirməsində yanılmadı. İlham Əliyevin şəxsiyyəti və qabiliyyəti barəsində yazılanların 90% əsatirlər idi və cəmiyyəti də bu əsatirlərə inandırmışdılar. Ona görə də cəmiyyət hakimiyyətə məğlub oldu.İlham Əliyevin komandasında bir xüsusiyyət müxalifəti üstələməyə kömək edir. Təhlükə zamanı bütün daxili umu=küsü unudulub, yumruq kimi birləşirlər. Müxalifət isə əksinə – təhlükə və həlledici məqam vaxtı parçalanır.

İlham Əliyevi və onun komandasını bir fərqləndirən cəhət də var – pis yaxşı bu insanların bir Əxlaq Kodeksi var. Qaraguruhun heç bir Kodeksi yoxdur.

22:58
Sual (Gənc tərcüməçi): Gənc tərcüməçi adlı istifaçı yazır: Eynulla bəy haqqın.az-da iyunun 10 da ““Ekonomist” qalmaqallı məqalə dərc etdib” başlığı altlnda bir məqalə dərc olunub. Bu məqaləni üç minə yaxın oxucu oxuyub, mən də o cümlədən. Bilmək istərdim ki bu məqalənin müəllifi kimdir ? Və nədən günlərin bir günü bu cür qalamqall və qoca Freyd sayağı məqalə saytınizdan itib? Kimdənsə qorxub pozmusuz, yoxsa texniki səhf nəticəsində pozulub ,ya da xaker hücümu nəticəsində pozulub?
P.S Yadınızdan cixibsa və yaxud məqalə it bata düşübsə hər ehtimala qarşı məqaleni əlavə edirem. Azərbaycan və inqlis dilli dilli oxucular ücün öz tərcüməmi də əlavə edirəm, qüsurlu olsa üzürlü hesab edin . Xoşunuz qəsə azərbaycan və inqlis dilində də saytınızda yerləşdirə bilərsiniz. (EQ: Məqalələri şərhlər bölməsində görə bilərsiniz)

23:05
Cavab: Məndən dostum İlqar Məmmədov xahiş etdi və mən onun xahişini yerə sala bilmədim, halbuki heç bir vəchlə bu məqaləni saytdan çıxarmaq istəmirdim

23:06
Emil Quliyev (moderator): Təşəkkür edirik Eynulla bəy, 2 saatınızı ayırıb oxucularımızın suallarını cavablandırdığınız üçün.

23:07
Eynulla Fətullayev: Sizə də təşəkkür edirəm, və fürsətdən istifadə edərək Amerikanın Səsi radiostansiyasına bir daha təşəkkür edirəm ki, həbsdə olduğum illərdə mənə dəstək olub və azadlığa çıxmağım üçün əlindən gələni əsirgəməyib.

23:10
EQ: Çox sağ olun.
Oxucularımıza da öz dəyərli suallarını və şərhlərini yazdıqları üçün minnətdarıq.
Sərbəst Kürsü Sİzin Bloqunuzdur! Gələn həftə Sərbəst Kürsüdə görüşənədək.

Həbib Müntəzir: Vahid namizəd mövzusu mənə artıq iqtidarın “Lazım gəlsin” söhbəti kimi qeyri-ciddi görünür

Posted July 24th, 2012 at 1:36 pm (UTC-4)
22 comments

Sosial şəbəkə üzvləri Həbib Müntəziri onun statusları ilə tanıyır. Hökumətin tənqidçisi kimi tanınan Həbib Müntəzir haqda sosial şəbəkələrdə belə bir lətifə də dolaşır: Həbibin statuslarını hətta hökumət nümayəndələri də çox maraqla izləyir 🙂

Almaniyada yaşamasına baxmayaraq, çoxları Azərbaycan haqda məlumatları vaxtaşırı və satirik tonda almaq üçün onun Facebook statuslarını təqib edir. Ənənəvi tonda desək, Həbib Müntəzir ictimai fəaldır.

Bu dəfə Sərbəst Kürsü canlı forumunun qonağı Həbib Müntəzir olub. İyul ayının 25-i Həbib Müntəzir Sərbəst Kürsüdə oxucuların “Xaricdən aparılan ictimai fəallıq” barəsində sualları cavablandırıb.

——————————————————————

21:00 / 25 iyul 2012
Axşamınız xeyir, Sərbəst Kürsünün növbəti sayında xoş gördük. Canlı forumun moderatoru həmişə olduğu kimi Emil Quliyevdir. Forumda bu gün qonağımız Həbib Müntəzirdir.

21:04
Emil Quliyev (moderator): Həbib bəy, axşamınız xeyir, sizi Sərbəst Kürsüdə xoş gördük.

21:04
Həbib Müntəzir: Hər vaxtınız xeyir, xoş gördük!

21:05
EQ: Həbib bəy, yəqin ki, sizin sosial şəbəkələrdə populyarlığınızdandır ki, çoxsaylı daxil olan sual var. Ona görə gecikdirmədən suallara keçirəm.

21:07
Sual (Sabir): Hebib salam.

Sən Almaniyada ola-ola Bakıdan bu qədər məlumatı necə alırsan?

21:13
Cavab: 21-ci əsrdə yaşayırıq, Almaniyada ola-ola mətbuatdan, televiziyalar vasitəsiylə, xarici media orqanları sayəsində nəinki Azərbaycan, hətta Banqladeşdən də məlumat almaq mümkündür. Odur ki, bir balaca internetlə həşir-nəşir olanlar üçün məlumat olmaq o qədər də çətin bir şey deyil!

21:15
Sual (Araz): Necenci ilden Bakini terk etmisiz? Bir de sizin Hakimiyyete kimin gelmesin isteyerdiz?

21:20
Cavab: 2002-ci ildə tərk etmişəm. Mən hakimiyyətə Azərbaycan xalqının iradəsinin gəlməsini istəyirəm. Yəni azad və ədalətli seçki keçirilsin, namizədlər müəyyən olunsun və xalq kimi seçərsə o da hakimiyyətə gəlsin.

21:21
Emil Quliyev (Moderator): Twitter vasitəsilə Azər Aydın soruşur: Hebib, vahid namized kim olsun? Konkret ad ve ya adlar çeke bilersen?

21:29
Cavab: Vahid namizəd mövzusu mənə artıq iqtidarın “Lazım gəlsin” söhbəti kimi qeyri-ciddi görünür. Hərçənd mən özüm də artıq Əliyevlər hakimiyyəti dövründə keçiriləcək heç bir seçkiyə inanmıram. Və bu hakimiyyətin seçki yolu ilə dəyişəcəyi qənaətində deyiləm. Bu baxımdan da hər hansı ad filan çəkmə tərəfdarı deyiləm!

21:31
Sual (Rasim Sebuhi):Sizin mtn-e “islediyinizi” deyirler…bu haqda esidibsinizmi? vede ne deyebilersiniz?
21:32
Cavab: Mən necə MTN-ə işləyirəm ki, həmin o MTN və onun rejimini illərdir səhər-axşam tənqid edirəm! Təbii ki, bu ağ yalandan başqa bir şey deyil.
21:33
Sual (Hikmet):Hebib rejimi bir qırağa qoyaq. Ailə və dost xaric, vətən üçün darıxırsan? Qurbəttə yaşayan bir azərbaycanlı kimi, evində Azərbaycan bayrağı var mı?21:37
Cavab: Vətən üçün darıxmamaq mümkünsüzdür! Təbii ki, darıxıram. Evimdə də, iş yerimdə də Azərbaycan bayrağı başımın üzərindədir.21:38
Moderator:  Twitter vasitəsilə Hakki Ocalyazır: Habib Bey.. Mucadelenizi taktirle izliyoruz. Basarilar diliyoruz. Bu arada, mizah anlayisiniza da hayran oldugumu belirtmek isterim

21:40
Həbib Müntəzir: Təşəkkür edirəm!

21:42
Moderator: Ruslan adlı istifadəçi soruşur: Salam.Həbib sevgi əzabı çəkibmi?

21:44
Cavab: Ələykə salam. Robot deyil ki, əlbəttə çəkib, çəkir və çəkəcək! 🙂

21:45
Sual (Xeyal): Salam Hebib bey kas qürbete olan həm vətlərimiz sizin kimi fəal olaydi menim size böyük hörmetim var Azerb hansi partiyanin üzvu olmaq isterdiniz tesekürler

21:50
Cavab: Əleykə salam. Təşəkkür edirəm. Azərbaycanda  indiki məqamda hər hansı bir partiyaya üzv olmaq istəmərəm. Çünki indiki diktatura rejimində partiyaçılıq, təşkilatçılıqdan çox xalq olaraq, millət olaraq problemlərimizin fərqinə varmalı və mübarizə aparmağı daha düzgün hesab edirəm. Demokratik cəmiyyət qurduqdan, partiya dəyərlərinə, siyasi əxlaq anlayışına sahib olduqdan sonra sözün əsl mənasında partiyaçılıq ciddi bir məhvuma çevrilir. Bax o zaman seçim imkanı etmək daha məqsədə uyğundur! Amma təbii ki, partiya üzvü olanlara, təşkilata bağlı olanlara da mübarizələrində qibtə edir, uğurlar arzulayıram!

21:51
Sual (Fazil): Salam Həbib. qardaşın futbolçudu.hərdən yığmaya da çağırırlar.bu onu göstərir ki, sənə bel bağlamaq olmaz.sən hökümət üçün təhlükəli olsaydın qardaşını milliyə çağırmazdılar.

21:55
Cavab: Əleykə salam. Qardaşım futbolçudur və Berlində alman klubunda oynayır. Mən siyasətlə məşğul oluram deyə onun da məşğul olması deyə bir şey yoxdur. O demək olar ki, uşaqlıqdan Almaniyada böyüyüb və Azərbaycan siyasəti ilə maraqlanmayan birisidir. Mənim fəaliyyətimin, etdiklərimin yaxınlarıma, dostlarıma, tanışlarıma aidiyyatı olmamalıdır. O ki, qaldı yığmaya çağrılmasına bu bir dəfə baş verib, yığmanın hazırlıq mövsümündə və qardaşım yığmadakı özbaşınalıq, qeyri-stabil vəziyyətə görə oynamaqdan imtina edib. Vəssalam.

21:57
Sual (Bir genc):
Salam Aleykum Hebib bey,
Olkede haqsizliqla qarshilashib, olkeni terk etmeye mecbur olan genclere hansi yollarla olkeni terk ede bilecekleri barede ne deye bilersiz? Gencler olkeden avropa ve ya bashqa azad sozun, insan haqlarinin olan olkelere nece gede bilerler?
Evvelceden teshekkurler

22: 01
Cavab: Ələykə salam. Sözün doğrusu mən gənclərimizin vətəni tərk etməyini ismirəm. Baxmayaraq ki, özüm məcburiyyətdən, ailəmə olan təzyiqlərə görə tərk etmişəm. Əgər həyatı təhlükə yoxdursa gənclərimiz bacardıqları qədər mübarizələrini vətəndə aparsınlar. Təbii ki, xaricdə də dəstəyə böyük ehtiyac var və yetəri qədər cəmiyyətimizin dəyişməsini istəyən, Azərbaycana biganə olmayan gənclər bunun üçün əllərindən gələni etməyə çalışırlar.
Amma yenə də gedənləri də qınamıram. Bu rejim elə bir mühit yaradıb ki, artıq yeniyetmələr belə ölkəni tərk etməyə can atırlar. Yaxşı olardı ki, məcbur tərk etmək istəyənlər bunu leqal yollarla etsinlər ki, daha böyük problemlərlə üzləşməsinlər.

22:02
Emil Quliyev (Moderator): Oxucularımızdan birinin sualı elə sizin tərzinizdədir: Salam, Hebib siz xaricilerin deyirmanına su tökəndə suyu hardan alırsız ?

22:05
Həbib Müntəzir: Əleykə salam. İfrazat orqanlarımdan :)

22:07
Sual (Shahzade): “kas ki indi vetende olardim” dediyiniz vaxt olubmu?

22:16
Cavab: Çox olub, dəfələrlə demişəm. Əsasən də son siyasi hadisələr ərəfəsində. Aksiyalar, mitinqlər zamanı gənc aktivist dostlarla birlikdə olmağı çox istəmişəm…

22:18
Sual (Anar): Salam Hebib bey siz bir daha dunyaya gelseydiniz yene de xuliqan olardinizmi?

22:25
Cavab: Düzü ən sevmədiyim suallardan biridir. Böyük ehtimalla olardım yəqin ki. Azərbaycanda böyüyüb xuliqan olmamaq, etiraz ruhunun olmaması mümkünsüzdür. Sadəcə bizim hakimiyyətin sayəsində bu ruh yoxa çıxıb.

22:26
Sual (Ramil): Həbib facebook profilinlə maksimum 10 000 adamı əhatə edirsən. 1000 plyus tvitter. Ölkədə nəyisə dəyişmək naminə on minlərlə, yüz minlərlə adama sirayət etməyi düşünürsənmi? Düşünürsənsə necə?

22:36
Cavab: Elə bu düşüncəmi də sosial şəbəkələrlə etmək əzmindəyəm. Və təbii ki, müxtəlif proyektlərim də var. İnternet media, tv və radio proyektləri. Bununla da daha çox insana müraciət etməyi düşünürəm.

22:38
Sual (Elchin): Hebib salam.Niye Naxcivan haqda az melumat verirsiniz?Beyem orada hec bir hadise bas vermir,her sey qaydasindadir?

22:45
Cavab: Məncə yanılırsız. Mətbuatda Naxçıvandakı problemlərə yer verildiyi qədər mən də bunu işıqlandırmağa çalışıram. Elə ən son MTN-də öldürülən Turac Zeynalov hadisəsi buna misaldır.

22:46
Sual (Hidayet): Habib, tehsil sistemimiz goz onundedi. Zaten medeniyyet de tehsilden başlayir. sence hansi deyishiklik duzelde biler Tehsilimizi???

22:51
Cavab: Azərbaycanda hər bir şeyin yaxşıya doğru dəyişməsi üçün mütləq hakimiyyət dəyişikliyinin olmasına inanıram. Bu mümkün olmadıqda Misir gedib yerinə başqası da gəlsə xeyri olmayacaq.

22:52
Sual (Anonim): Həbib, sizdən hər zaman şübhələnmişəm və hələdə şübhələnirəm. Sizə burdan məlumatları ötürən çox güclü adamdır. Fiziki güc demirəm yəni vəzifəli və arxalı adamdır. Kürdəmirdə Azpetrol yananda hadisənin ilk videosu sizdə idi hardan almışdız onu göndərənin adını deyə bilərsiz

22:57
Cavab: Bir tək o video deyil, bir çox video, materiallar və məlumatlar var ki, onu əldə etmək bacarığı var sadəcə. Təvazökarlıqdan uzaq olsa da bunu deyim ki, şübhələriniz yox olsun. Konkret dediyiniz videonun kim tərəfindən göndərildiyini xatırlamıram. Amma sağ olsun sosial şəbəkələrdə olan dostlar bəzən yardımçı olurlar. Yenə deyirəm məlumat bazam sırf internetdəki saytlar, xəbər agentlikləri və sosial şəbəkələrdir. Vəzifəli və arxalı adamlar isə mənim hər zaman tənqid hədəfim olublar, bundan sonra da olacaqlar. Onların mənə kömək etməyi qeyri-mümkündür.

22:58
Emil Quliyev (Moderator): Tesekkur edirik Hebib bey, vaxtınızı ayırıb oxucularımızın suallarını cavablandırdığınız üçün.

22:59
Həbib Müntəzir: Rica edirəm, mən təşəkkür edirəm və uğurlar arzulayıram!

23:00
Emil Quliyev: Mən Həbib bəylə barəbər forumu daha da maraqlı edən oxucularımıza da minnətdarlığımı bildirirəm. Sərbəst Kürsünün növbəti sayında görüşənədək.

Ərəstun Oruclu: Qərbdə qoşun yeritmə praktikası son vasitə kimi qəbul edilir

Posted July 18th, 2012 at 10:39 am (UTC-4)
8 comments

Bir il yarım əvvəl Suriyada Prezident Bəşar Əl-Əsəd hökumətinə qarşı başlanan kütləvi nümayişlər artıq kuliminasiya nöqtəsinə çatmaqdadır. BMT ölkənin bəzi yerlərində vətəndaş müharibəsinin getdiyini etiraf edib. İyulun 18-də isə Suriya dövlət televiziyası intiharçı hücumçunun Dəməşqdə Dövlət Təhlükəsizlik binasını partladaraq Suriyanın müdafiə naziri Davud Racanı və bir neçə başqa rəsmini ağır yaraladığını bildirib.  Dövlət televiziyası hücum zamanı müdafiə nazirinin müavini, Assef Şövkətin də öldürüldüyünüdə bildirib. Şövkət Suriya prezidenti Bəşər Əsədin qaynıdır.

Suriyada davam edən gərginliyi müzakirə etmək üçün Sərbəst Kürsünün bu dəfəki qonağı Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu olub.
———————————————————
22:00 / 19 iyul 2012
Axşamınız xeyir, 1 aylıq fasilədən sonra yenidən sizi Sərbəst Kürsüdə salamlayırıq. Canlı forumun moderatoru mən Emil Quliyevəm. Bugünki mövzumuz Suriyadakı son hadisələr, qonağımız isə politoloq Ərəstun Orucludur.

22:03
Emil Quliyev: Ərəstun bəy, axşamınız xeyir. Dəvətimizi qəbul etdiniz üçün minnətdarıq.

22:04
Ərəstun Oruclu: Axşamınız xeyir! Dəvət üçün sağ olun!

22:05
EQ: İlk sual Mikayıl adlı oxucudan daxil olub. Oxucumuz soruşur: Qərbin Suriyaya qoşun yeritməməsinin başlıca səbəbi nədir? Yəni Qərbin burada bir marağı varmı?

22:15
Cavab: Qərbdə qoşun yeritmə praktikası ümumiyyətlə son vasitə kimi qəbul edilir və Qərb cəmiyyətlərində etirazla qarşılanır. Bundan savayı, bu həm beynəlxalq qərar (Məsələn BMT qərarı), həm də ağır maliyyə xərcləri tələb etdiyindən hakimiyyətlər qoşun yeritmə məsələsinə ehtiyatla yanaşırlar. Konkret Suriya misalında isə başqa amillər də rol oynayır, məsələn, qonşu İran amili və Yaxın Şərqdəki həssas situasiya. Qərbin əsas marağı isə məncə İrana müttəfiq olan diktator Suriya rejiminin daha loyal rejimlə əvəzlənməsidir.

22:17
Sual (Sabir): Suriyada insanlar, korpe usaqlar qetliamin qurbani olur. Rusiya, Cin bu qeder qansizdirmi?

22:24
Cavab: Belə qarşıdurmalar olan halda humanitar məsələlər təssüf ki, arxa plana keçir. Rusiya və Çin Qərbin Suriya siyasətinə müqavimət göstərməklə əslində bir növ Qərb qarşısında güc gnümayiş etdirmək və bununla da bölgədə öz geosiyasi maraqlarını təmin eləməyə çalışırlar. Əslində, bu iki ölkənin marağı həm də ümumilikdə Yaxın Şərq bölgəsində cərəyan edən proseslərdə iştiraklarını təmin eləmək istəyidir.

22:27
Sual: Axşamınız xeyir. Sizin şərhləriniz həmişə doğru çıxır.

– Əsədin Qafqaz regionuna təsiri nə olacaq?

– Deyirlər dünyada bütün diktatorlar süqut edəcək? Elədirsə MDB regionu nə vaxt sevinəcək?

22:38
Cavab: Axşamınız xeyir! Təşəkkür edirəm!
Təsir birbaşa olmasa da dolayı təsir olacaq əlbəttə. Belə ki, Əsəd rejimi mahiyyətcə Qafqazdakı və Mərkəzi Asiyadakı MDB ölkələri rejimləri ilə çox oxşardır və bütün bu rejimlər qeyri-rasionallıqları üzündən müasir dünyada gedən qlobal transformasiya ilə ayaqla.a bilmirlər və bu səbəbdən də eyni proseslərin, bir qədər yumşaq şəkildə olsa da, MDB məkanına keçməsi istisna deyil. Bütün bu tipli rejimlərin əsas problemi onların sistem böhranıdır. Rejim səmərəsizdir, amma onu islah eləmək də hakimiyyəti saxlamaq baxımından risqlidir. Odur ki, məncə bu qaşılmazdır. Əslində bütün bu avtoritar və diktatura rejimlərinin çökməsinin səbəbləri ilk növbədə daxili səbəblərdir. Bütün ərəb ölkələrində biz proseslərə beynəlxalq müdaxiləni səbəb kimi deyil, başlanan qarşıdurmaların nəticəsi kimi müşahidə elədik. Diktator rejimlərin hamısı süqut eləməsə də, hər halda yaxın illərdə dünyanın ümumi mənzərəsi xeyli şəffaflaşacaq, yəni demokratikləşmə şübhəsiz ki gedəcək dünyada. O, artıq başlayıb.

22:40
Emil Quliyev (moderator): Ərəstun bəy, növbəti sual Manuvohr Azizi adlı oxucudan daxil olub. Cənab Azizi soruşur:

Iranin Suriyadaki roluna detalli sekilde aydinliq getire bilersinizmi?

Tesekkur edirem

22:51
Cavab: Sağ olun suala görə! Bu ilk növbədə İranın Suriyadakı şiə azlığından təşkil olunmuş Əsəd sülalə rejimini öz tərəfdaşı kimi görməsidir əlbəttə. Detallara gəldikdə isə bu ilk növbədə İranın Suriya rejiminə siyasi, hərbi və iqtisadi dəstəyindən ibarətdir. Bildiyimiz kimi İran həm də Suriya vasitəsilə özünün bölgədəki digər müttəfiqi olan “hezbollah”ın Yaxın Şərqdəki (ilk növbədə Livanda) fəaliyyətinə dəstək verməsidir. Bundan başqa İran Suriyaya həm də informasiya və kəşfiyyat dəstəyi, hərbi mütəxəssislərin hazırlığı və s. kimi məsələlərdə də dəstək verir. Nəhayət, İranın bir sıra silahlı dəstələrinin (məsələn, bəsicilərin) Əsəd rejiminın tərəfində döyüşməsi haqda dünya mətbuatında məlumatlar dərc olunsa da, hələlik bu haqda tutarlı faktlar ortaya qoyulmayıb. Bir sıra mənbələr həmçinin Suriya ərazisində guya İranın nüvə proqramının elementlərinin olduğunu iddia edirlər, amma bu də hələ öz təsdiqini tapmayıb.

22:52
Sual (Yusif Kərimov): Salam Ərəstun bəy və Emil bəy. İcazə versəniz mən Suriya məsələsi ilə bağlı öz fikrimi paylaşmaq istərdim. Mənə elə gəlir ki, Amerika və başqa Qərb ölkələri istəsələr, maraqlarında olsa, BMT qərarı zad gözləmədən hücum edərdilər və Suriya xalqını qorumaq adı altında öz maraqlarını qoruyardılar. Amma Amerikanın Suriyada konkret olaraq hec bir marağının olmadığı üçün ciddi addım atmır. ABŞ ucun Rusiyanı veto qoymamağa məcbur etmək çox asandır. Sadece istəmir. Qarşılığında isə Türkəni alova atmağa çalışır. Türkiyənin iqtisadi inkişafını və nüfuzunun Şərq dünyasında artmasından narahat olan ABŞ Türkiyəni Suriya məsələsində alət kimi istifadə edərək Ankaranı müharibəyə sürükləmək istəyir. Müharibə aparan ölkənin iqtisadiyyatının nə vəziyyətə düşməsini isə özünüz müəyyən edin.
Bunun nəticəsində isə Suriyada hər gün körpə uşaqlar həlak olur, ölürlər. Bu, dünya çox ədalətsizdi. Qərbi də, Rusiyası da, Şərqi də, Suriyası da!
Sizin də bu fikirlərə münasibətinizi öyrənmək istərdim.

Hörmətlə Yusif

23:06
Cavab: Fikirləriniz üçün təşəkkür edirəm Yusif bəy! Razılaşmaq mümkün olan və olmayan xeyli məqamlar var. Detallara varsaq uzun zaman lazım olacaq, amma bir sıra məqmlara icazənizlə münasibətimi ifadə edim. Razıyam ki, siyasət maraqlar üzərində qurulur, amma hətta ABŞ-ın maraqları bunu tələb etsə belə Suriyaya hərbi müdaxilə ABŞ-da hökmən kütləvi etirazlarla qarşılanardı və ən azı qarşıdan gələn seçkilərdə demokrat administrasiyaya ciddi zərbə vurardı. Bundan savayı iqtisadiyyata neqativ təsir də hökmən olacaqdı. Türkiyə məsələsinə gəlincə, düşünmürəm ki, bölgədəki ən sabit və güclü müttəfiqini zəiflətmək ABŞ-ın qlobal maraqlarına xidmər edərdi. Amerika siyasəti rasional notlar üzərində qurulur və mövcud administrasiyanın “Multipolyar dünya doktrinası”na söykənən xarici siyasəti güclü bölgəsəl müttəfiqlərə ehtiyac duyur ki, dünyanın ən önəmli bölgələrindən birində də bu müttəfiq Türkiyədir. Güman eləmirəm ki, Türkiyəni belə Suriya ilə müharibəyə təhrik edərək zəiflətmək ABŞ-ın maraqlarına uyğun olardı.

23:08
Sual (Kamil Quliyev): Ərəstun bəy, görəsən Azərbaycanda Bəşər Əsədin ya onun atası Hafizin də heykəli var? :))

23:11
Cavab: ))))) Atasının oxşarının heykəli, özününsə canlı surəti var. Məncə bu bəs edir!

23:13
Sual (Mikayil): Suriya muxalifetinin El-Qaide ile elaqeine dair iddialar var. Bu mumkun ola bilermi?

23:17
Cavab: Rejimə qarşı olan hansısa kiçik qrupların əlaqələri ola bilər bəlkə də, amma bütövlükdə müxalifətin Al-Qaeda ilə əlaqələri olsaydı, güman eləmirəm ki, o Qərb tərəfindən belə açıq dəstəklənərdi.

23: 19
Emil Quliyev (moderator): Son sualı Emin Kərimov adlı oxucu verir:

Salam. Sizin fikrinizcə Əsəd rejiminin sonu, hansı diktatorluğu gündəmə gətirəcək? Yoxsa bütün bunlar təxmin olunmayan bir prosesdir?

Təşəkkürlər!

23:23
Cavab: Dəqiq təxmin eləmək çətindir əlbəttə, amma yüksək ehtimalla dəyişikliklər dalğası İrandan yan keçməyəcək. Prosesin Mərkəzi Asiyaya və Cənubi Qafqaza keçmək ehtimalı da yetərincə real görünür. Digər bir namizəd də Rusiya ola bilər.

23:25
EQ: Ərəstun bəy, dünən oxucularımıza ünvanladığımız sorğunun bu günə olan nəticələrinə görə Amerikanın Səsinin oxucularının 66.7 faizi Bəşar Əsədin devriləcəyini, 16,7 faiz isə Əsədin devrilməsi üçün Qərbin müxalifəti dəstəkləməli olduğunu düşünür. Siz bu fikirləri bölüşürsünüzmü?

23:28
Ərəstun Oruclu
: İkinci rəqəmlə razılaşmaq bir qədər çətindir. Mən daha yüksək rəqəm gözləyirdim düzü. Devrilmək ehtimalı isə 66,7%-dən daha yüksəkdir və bu rəqəm günbəgün artmaqdadır məncə.

23:29
EQ: Cox sag olun Ərəstun bəy, oxucularımıza dəyərli suallarına, sizə isə dəyərli cavablarınıza görə minnnətdarlığımızı bildiririk.

23:30
Ərəstun Oruclu: Siz sağ olun!
Mən də bütün iştirakçılara və Emil bəy sizə təşəkkür edirəm! Güman edirəm sualların hamısına olmasa da xeylisinə cavab axtarmağa çalışdım.

Uğurlar Emil bəy!

23:30
EQ: Sərbəst Kürsünün gələn buraxılışlarında görüşənədək!

Bəxtiyar Hacıyev: Mən ölkədəki problemləri səsləndirmişəm və səsləndirəcəm!

Posted June 4th, 2012 at 12:24 pm (UTC-4)
18 comments

İyun ayının 4-i Azərbaycan Ali Məhkəməsinin qərarı ilə gənc fəal Bəxtiyar Hacıyev şərti olaraq vaxtından əvvəl azadlığa buraxılıb. Bəxtiyar Hacıyev 2011-ci il martın 4-də saxlanıb, mayın 18-də isə hərbi çağırışdanyayınma ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum edilib. O həbsinin əsl səbəbinin aktiv ictimai-siyasi fəaliyyəti ilə əlaqəli olduğunu bildirib. Hacıyev 2010-cu il parlament seçkiləri zamanı saxtalaşdırmaları ifşa edən video görüntüləri sosial şəbəkələrdə yayıb.
Amnesty İnternational Hacıyevi “vicdan məhbusu” kimi tanıyıb.

Azadlığa qovuşmuş Bəxtiyar Hacıyev  iyun ayının 5-i Sərbəst Kürsüdə canlı olaraq sizin suallarınızı cavablandırıb.

—————————————————–

21:00 / 05 iyun 2012
Axşamınız xeyir, hörmətli Sərbəst Kürsü oxucuları. Həmişə olduğu kimi canlı forumun aparıcı Emil Quliyevəm. Sərbəst Kürsünün qonağı isə dünən həbsdən azad edilmiş gənc fəal Bəxtiyar Hacıyevdir.

21:02
Emil Quliyev (moderator): Bəxtiyar əvvəlcə səni, ailəni və yaxınlarını həbsdən azad edilməyin münasibəti ilə təbrik edirəm və təklifimizi qəbul etdiyin üçün minnətdarlığımı bildirirəm.

21:03
Bəxtiyar Hacıyev: Təşəkkürlər Emil bəy, minnətdaram. Mən də  həm həbsim zamanı verdiyiniz dəstəyə görə, həm də indiki dəvətə görə təşəkkür edirəm.

21: 05
EQ: Forumun şərtlərini nəzərinizə çatdırmaq istəyirəm, tərkibində təhqir, söyüş olmayan bütün sualları və ya sadəcə şərhləri sizə göndərməliyəm, istədiyiniz suala cavab verməyə bilərsiniz və ya təkrar olduğunu xatırlada bilərsiniz.

21:07
EQ: İlk şərh “Aytəkin Amerikadan” adlı oxucudan daxil olub: Cox gozel xeberdir bu! Bextiyar, hemishe Azadliqda! Bextiyar sen Veten ucun lazimli ogulsan! Senin yerin dogrudan da hebsxana deyil, azadliqdir! Yaxshiki bunu bezi dovlet qurumlari gec de olsa anladi.

21:14
Cavab: Aytəkin xanıma təşəkkür edirəm. Mən də bilirəm ki, həbsxana mənim yerim deyildi, bu yanlış qərar idi. Şadam ki, bu yanlışlıq aradan qalxdı.

21:15
Sual (İkram Celil): Salam, Bextiyar ilk once sizi tebrik edirem. Qeyri-qanunu hebsiniz ile elaqedar olaraq tehsiliniz yarimciq qalmishdi, yeniden tehslinizi davam etmeyi dushunursunuzmu?

21:22
Cavab: Salam İkram bəy,
Planda təhsilimi davam etdirmək var, amma konkret seçim etməmişəm.

21:23
Sual (Zaur Memmedli): Bextiyar bey, siz niye ozunuzu muxalifetci hesab etmirsiniz?

21:30
Cavab: Zaur bəy, mən ölkədəki problemləri səsləndirmişəm və səsləndirəcəm. Bu müxalifətçilikdirsə, müxalifətçiyəm. Amma bir çox hallarda bəziləri konkret siyasi partiyalardan başqa cür fikirləşənləri, fərqli taktika vəya yanaşma seçənləri müxalifətçi saymırlar.

21:31
Sual (Sabir): Bextiyar seni ve aileni tebrik edirem.
Bezileri seni konstruktiv notlarla danismaqda gunahkar bilir. Onlara cavabin ne olardi?

21:40
Cavab: Sabir bəy, mən demişəm ki, qarşıdurmaya getmək lazım deyil, xüsusi ilə də qarşıdurma əldə olan gücün, resursun azalmasına səbəb olursa.

21:41
Sual (Elmir): Salam Bəxtiyar bəy! Siyasi fəaliyyətlə məşğul olursunuz. Siyasi partiya yaratmaq barədə planlarınız varmı?

21:43
Cavab: Elmir bəy, indiki mərhələdə belə bir fikrim yoxdur. Amma düşünürəm ki, Azərbaycanda siyasi partiyaların siyasi fəaliyyəti nəticəsində müsbət dəyişikliklər edə biləcəyi mühit formalaşanda, yeni bir siyasi partiya qurulacaq. Mənim bu partiyanın üzvü olub-olmayacağımı zaman göstərəcək.

21:44
Sual (İlahə Səmədova): Salam, Bəxtiyar bəy. Sizi təbrik edirəm. Sizin dünən azadlıq radiosundakı çıxışınızdan sonra müxalifət düşərgəsindəki olanların sizinlə bağlı tənqidi fikirlərinin sayı artmağa başlayıb. Bunu nə ilə əlaqələndirirsiniz? Niyə Bəxtiyar Hacıyevin prezidentə müraicət ərizəsi birmənalı qarşılanmadı? Öncədən təşəkkür edirəm. Hər zaman AZADLIQDA!

21:51
Cavab: İlahə xanım, prezident İ.Əliyevə müraciətimin birmənalı qarşılanmayacağını bilirdim. Amma insan başqalarının nə düşünəcəyindən daha çox atdığı addımın doğru vəya yanlış olması haqqında düşünməlidir və daha sonra bu  qərarı əsaslandırmağı bacarmalıdır. Məncə, populyar olmayan addımları atmaq riskini üzərinə götürmək də cəsarət tələb edir. Ölkə rəhbərinə müraciət etmək azadlığa səbəb olursa, bunda bir qəbahət axtarmaq lazım deyil.

Həbsdə olanların yerinə qərar vermək, onları ittiham etmək  asandır. Kimsə fərqli düşüncədə olanları tənqid edib özündən uzaqlaşdırmaq istəyirsə, bu onun öz seçimidir. İnsanları anlamaq, onlara vaxt vermək lazımdır. Fərqli tərəfləri axtarmaq və uzaqlaşmaq yox, ortaq tərəfləri axtarmaq və yaxınlaşmaq lazımdır.

21:52
Sual (Ralf): Salam Bextiyar bey, Sizi bir daha tebrik edirik.Hazirki hakimiyyetin evezlenmesi ucun bir modeliniz varmi?Teshekkurler.

21:58
Cavab: Salam. Mənim üçün hakimiyyətdəki şəxslərin yox, siyasətin, yanaşmanın dəyişməsidir.

21:59
Sual (Vusala): Vusala: Welcome back :) ) (Xoş gəldin!)

22:00
Cavab: Thanks! (Çox sağ ol!)

22:00
Sual (Stomatoloq): Müəllim, siziniz yeriniz həbsxana deyildi. Çox şükür ki, hər şey geridə qaldı. Fəaliyyətinizi izyəyirəm və sonuna qədər dəstək verəcəm. Mən və mənim kimi yüzlərlə gəncin formalaşmağında böyük rolunuz olub. Heç vaxt ruhdan düşməyin. Müsbət dəyişiklik mütləq baş verəcək, amma tələsmək lazım deyil. Ugurlar sizə, yenidən görüşmək ümidi ilə.
Ümid edirəm ki, həbsdə olan vaxt ailə səbəblərindən sizədaha çox dəstək verə bilmədiyimə görə məni bağışlayarsınız. Bu müddətdə əlimdən gələn qədər ətrafımda olan gənclərə sizin haqda danışmışam və müsbət dəyişiklik mesajını çatdırmışam :)

22:03
Cavab: Çox təşəkkür edirəm və uğurlar arzulayıram.

22:04
Sual (Turan): Salam bir daha Təbriklər. Belə bir film var yəqin baxmısan The Shawshank Redemption. Baş qəhrəman ( o da gübahsız həbs olunmuşdu) özünə məşğuliyyət kimi daşdan şahmat fiqurları düzəldirdi sonra özüylə Azadlığa apardı onları. Yığışanda əl işin olan nəsə götürmüsən özünlə?

22:07
Cavab: Salam. Filmə baxmamışam, vaxtım olanda baxaram. Amma mənim də əl işlərim olmuşdu və onları ailə üzvlərimlə görüşəndə evə göndərmişdim.

22:08
Sual (Elmar Rustamov): Bextiyar bey, hebs olunmamisdan qabaq Azerbaycan vetendasligindan imtina etmek isteyirdiniz, hal hazirda bu haqda ne fikirlesirsiniz?

22:12
Cavab: Vətəndaşlıqdan imtina etmək haqqında düşünməmişəm, sadəcə bəzən vətəndaş elə sıxılır ki, vətəndaşlıqdan imtina edəcək səviyyəyə gəlir.

22:13
Sual (Nərgiz): Bəxtiyar bəy,həmişə AZADLIQDA.Əzizlərinizin də gözü aydın.Sizin kimi gənclər Azərbaycanın fəxridir.Azərbaycanın gələcəyi sizin kimi gənclərdən çox asılıdır. Allah amaninizda.

22: 15
Cavab: Təşəkkürlər! Minnətdaram.

22:16
Sual (Vuqar): Salam demek isterim ki bir Azerbaycan vetendasi kimi men de bu olkenin sizin kimi genclerinin olmasina cox sevinirem .dusunurem ki siz ve sizin kimi genclere xalqimizin cox ehtiyaci var.siz demisdiz ki xarice gedeceksiz sualim budur ki yene vaxti dayandirirsiz?

22:18
Cavab: Təşəkkürlər. Mən vaxtı dayandırmıram, istirahət və vəziyyəti dəyərləndirmək üçün bir müddət xaricə getmək istəyirəm.

22:19
Sual (Gulnar Bakhish): Salam Bəxtiyar, bir daha. Haqqın öz yerini tapdığı təqdirdə hələ də sizə inamsızlıq və açıq paxıllıqla baxan insanlara qəti cavabınızı gözləyirik. Zəhmət olmasa əsgərlikdən “yayınma” məsələsinə bir daha münasibətinizi bildirəsinizki, məlumatı olmayanlar da məlumatlansın.Təşəkkürlər, həmişə fiziki azadlıqda!Ailənizin, mən də daxil olmaqla.

22:23
Cavab: Mən Vətənə bütün formalarda xidmət etməyə hazıram. Amma bunu siyasi cəza olaraq etmək istəməzdim.

22:25
Sual (Rafiq Quliyev): Metbuatda evlenmeyi dusunduyunuz barede melumata rast geldim. Ruslan Besirlini 7 il gozleyen var idi, sizde nece? 🙂

22:27
Cavab: Planda var, amma mənim bildiyim qədər gözləyən yoxdur.

22:28
Sual (Ziyad):
Salam Bakhtiyar, evvelce oz adimdan ve ailemin adindan senin azad olynmagina hedden artiq sevindiyimizi bildirmek isteyirem. Bezilerinden ferqli olaraq, men senin daha siyasi ve sebrli siyaset yurudeceyine sevinirem. Bize hebsde olmayan ve aktiv siyasetde olan bir Bakhtiyar lazimdir.

22:32
Cavab: Təşəkkürlər! Mən də düşünürəm ki, təmkinli və nəticəyə hesablanmış siyasət yürütmək lazımdır. Dəstəyinizə görə təşəkkürlər!

22:33
Sual (Məmməd): Bəxtiyar qardaş, sizləri ODTÜdən salamlayıram. Hər zaman bizlərdən tam dəstək var və olacaq!!

22:37
Cavab: Təşəkkürlər dəstəyinizə görə. ODTÜlülərə də mənim salamımı çatdırın.

22:38
Sual (Gülər): Bəxtiyar, iqtidarın yerində olsan Bəxtiyara münasibətin fərqli olardı ?

22:42
Cavab: İqtidarın yerində olsaydım, Bəxtiyar kimi fərqli düşünən, islahatlar istəyən insanları ən azından dinləyərdim.

22:44
Emil Quliyev (moderator): Bəxtiyar, söz verdiyiniz vaxtdan da yarım saat əlavə qaldığınız üçün sizə minnətdarıq. Sizə, ümumiyyətlə bütün oxucularımıza həbsxana barmaqlıqları arxasında olmamağı arzulayırıq.

Əlavə edəcəyiniz bir sözünüz varsa, buyurub yaza bilərsiniz.

22:47
Bəxtiyar Hacıyev: Mən də sizə və oxuyucularınıza təşəkkür edirəm. Cavablar qısa oldusa, üzrlü sayın. Həbsdən sonrakı yorğunluqla əlaqəlidir çox güman ki.

22: 50
Emil Quliyev: Biz də sizə təşəkkür edirik, ümid edir ki, oxucularımız anlaşıqlı qarşılayar.
Oxucularımıza isə Sərbəst Kürsüyə yüksək maraq göstərdiyinə görə minnətdarıq.
Sərbəst Kürsünün gələn forumlarında görüşənədək!

Elnur Məcidli: “Bir il ərzində 100-dən çox kitab oxudum”

Posted May 15th, 2012 at 1:17 pm (UTC-4)
10 comments

Mayın 15-də beynəlxalq təşkilatların vicdan məhbusu kimi tanıdığı AXCP fəalı Elnur Məcidli həbsdən azadlığa buraxılıb. Elnur Məcidli İctimai Palatanın 2011-ci il aprelin 2-də keçirdiyi etiraz aksiyasından sonra ictimai qaydanı pozma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Mayın 15-i həbsdən çıxmasına baxmayaraq, Elnur Məcidli may ayının 16-sı Amerikanın Səsinin Sərbəst Kürsüsündə oxucuların suallarını cavablandırıb.
———————————————————–

16 may 2012

Sərbəst Kürsünün növbəti sayında canlı forumun moderatoru yenə mən Emil Quliyevəm. Qonağımız dünən həbsdən azad edilmiş vicdan məhbusu Elnur Məcidlidir.

Emil Quliyev: Elnur, səni azad edilməyin münasibəti ilə təbrik edirik. Ailənin və dostlarının gözü aydın olsun.

Elnur Məcidli: Cox sagolun minnetdaram.

EQ: İlk sualı Rasim adlı oxucu göndərib. O soruşur: Elnur salam, seni tebrik edirem. Sorusmaq isteyerdim ki, sen hebsden cixdigin gun vicdan mehbuslarinin ekseriyyeti acliq aksiyasina baslamisdi. Onlar arasinda sen de var idinmi? Bir de ki, Bextiyar Haciyevin buna qosulmamasina nece baxirsan?

Cavab: Xeyir yox idim. Mehkemeni gozleyirdim. Bextiyar Hacıyevin qosulmamasına normal yanasiram.

Sual (Rauf Abbasov): Ictimai Palatanin tewkil elediyi aksiyalarda yeniden iwtirak etmek fikri var Elnurun ?

Cavab: Bildiyiniz kimi serti olaraq azad olunmusam ve razilasdirilmamis aksiyalarda istirak etmeyim meqbul deyil.

Sual (Bəyim Həsənli): Bu bir il ərzində həbsxanada nə vaxtsa çox əziyyət çəkəndə və ya çox darıxanda ağlından keçirmisənmi “Bu mənə lazım idi?” ?

Cavab: Cetinlikler elbette olurdu bu yola baslayanda hansi mehrumiyetlerin meni gozlediyini bilirdim . Ona gore de hazirliqli idim. ele bir fikrin aglimdan kecmesi mumkun deyildi .

Sual (Elçin): Elnur bey azadliga cixandan sonra ilk gormek istediyin sexs kim oldu ve ya kimi gormek isteyirsen?

Cavab: Ilk novbede elbette valideyinlerim oldu .Ilk vekilim mehkeme prosesinde meni mudafie eden Xalid Bagirovu gormek isteyirdim o da ele indice geldi.

Sual (Rafiq Quliyev): Hebsde olanda sehhetinizde problem yasamisdiniz? indi sehhetinizde bir problem yoxdur ki?

21:29
Cavab: Xeyir saglamligimda hec bir problem yasamadim amma yene de kompleks muayineden kecmeye ehtiyac hiss edirem.

Sual (Etibar): Salam Elnur yene de mubarizeye davam edeceksen?

Cavab: Onumuzde ki yaxin gunlerde olkede bas veren olaylarla tanisliq kimi deyerlendirecem .Daha sonra ozumu elbette ki siyasi proseslerden kenar tutmayacam . Ilk musahibemde cavablandirdigim kimi.

Sual (İlahə): Salam, Elnur bəy. İlk öncə sizi azadlıqda görməyə şadam və təbrik edirəm.
Bəzi vicdan məhbusları həbsdən çıxdıqdan sonra siyasətdən gedəcəklərin dedilər. Elnur Məcidli bu mübarizədə tamam ya davam deyir?

Cavab: Ilahe xanim ilk novbede tebriklerinize gore minnetdaram . Tebii ki men heyatimi mubarizesiz tessevvur etmirem . Eqideme ve prinsiplerime sadiqem.

Sual (Samir): Elnur salam, həmişə mübarizənin önündə!

Bizdə həbsxanaya düşən siyasi məhbusların bəziləri azad olunduqdan sonra ictimai və siyasi fəaliyyətlərində redaktələr etdilər. Belə ki, Eynulla Fətullayev və Ruslan Bəşirli kimi nümunələr var.

1). Həbsxanalarda siyasi məhbuslara öz fəaliyyətlərində redaktə etmələri üçün hansı təzyiqlər olur?
2.Elnur Məcidli təsadüfən hüquq müdafiəçisi olmayacaq ki?

Cavab: Samir bey tessekur edirem . Sualiniza geldikdei ise mene hec bir tezyiq edilmeyib o ki qaldi dediyiniz sexslerle bagli bu onlarin sexsi secimidir . Xeyir men huquq mudafie isiyle mesgul olmagi dusunmurem .

Sual (Zaur): Elnur salam səni azadlığda gördüyüm üçün çox şadam.2 ay bundan əvvəl hakimyət səni aldadaraq əfv ərizəsi yazdırmışdı sən sonrada bundan imtina etdin sənə qarşı belə bir çirkin kampaniyanın səbəi nə idi?

Cavab: Zaur bey tessekkur edirem .Sebebini ise bu kampaniyani teskil edenler daha yaxsi biler .

Sual (Bəyim): Elnur bəy, içəridə şərait necə idi? Mütaliə edə bildinmi ? Nə qədər kitab oxudun?

Cavab: Hebsxana seraiti yaxsi deyildi . Buna baxmayaraq mutalie etmeye davam edirdim .texminen 100 den cox kitab oxudum 1 il erzinde.

Sual: Həbsdən azad edildikdən sonra Sizə qarşı təzyiq olubmu? Sizi susmağa səsləyənlər varmı?

Cavab: Hec bir tezyiq ve bele bir hal olmayib.

Sual: Həbsxanada dustaqların əsas çğtinlikləri nədir?

Cavab: Bu il sert kecen qis dustaqlar ucun bezi cetinlikler yaratdi .

Sual: AXCP sıralarında hansısa məqama iddialısınızmı?

Cavab: AXCP-nin siravi uzvu olmaqdan qurur duyuram Siravi uzvlerin de fedakarliqlari partiya rehberliyi terefinden diqqetden kenar qalmir.

Sual: Dediniz ki, qish soyuq oldu bezi cetinlikler yaratdi. Bundan basqa her sey qaydasinda idi orada? Mən bildiyim qeder hec de ele deyil.

Cavab: Xahish edirem adinizi yazmaginizi unutmayin .” hec de ele deyil.” dedikde neyi nezerde tutursuz?

Sual (Bəyim): Elnur bəy, üzvü olduğunuz partiyanın yəni AXCP-nin sizə qarşı münasibəti necə idi? Sizə diqqət göstərilirdimi ? Partiyanızdan bu məsələlərdə razısınızm?

Cavab: Beyim xanim suala gore cox sag olun .Hebs olundugum gunden AXCP-nin daim diqqetinde olmusam.Mehkeme proseslerinde,sonraki donem de bu desteyi daim hiss etmisem .Elbette ki, raziyam.

Sual (Rufat DerinTurj): Salam Elnur bey, sizi tebrik edirem, sag elinin diger vicdan mehbuslarinin basina. Vicdan mehbuslarina adina uygun serler yazmisam. Siz mehbesde olarken Elnurlara da ser yazmisdim, isteyirem, onu size teqdim edim.
El ucun o carpisan
Layiqli, hec solmayan,
Nefse qalib qehreman,
Urekdi Azerbaycan!
Realliqda bir zindan.
(Setrin bas herflerini yuxaridan asagi oxuyanda “ELNUR” alinir.

Cavab: Rufet bey cox sagolun tessekur edirem .Umud edek ki , qarsidaki gunlerde meslekdaslarimiz azad olunacaq

Sual (Sabir): Adım Sabirdir. Heç də elə deyil deyəndə nəzərdə tuturdum ki, problem yalnız oranın soyuq olması ilə bitmir. Bir çox problemlər var orada, yalnız soyuq deyil.

Cavab: Esas problem azd hereket etmek imkaninin olmamasidir. Bundan basqa normal heyatda qarsilasdigimiz problemler hebsxana seraitinde daha qabariq nezere carpir

Emil Quliyev (moderator): Dəyərli vaxtınızı ayırıb forumda sualları canlı cavablandırdığınız üçün təşəkkür edirəm.

Elnur Məcidli: Rica edirəm

Emil Quliyev: Mən forumda iştirak edən bütün oxucularımıza da böyük marağa görə minnətdaram. Sərbəst Kürsünün növbəti saylarında görüşənədək.

Əli Kərimli: “Mübarizə aparan insanlara qarşı repressiya xeyli adamı çəkindirir”

Posted May 7th, 2012 at 1:34 pm (UTC-4)
31 comments

Mayın 7-i İctimai Palatanın tərəfdarları toplaşma azadlığının pozulmasına etiraz olaraq Bakı  meriyasının qarşısında piket keçirib. Bundan əvvəl isə aprelin 8-də və 22-də İP 20-ci Sahədə icazəli aksiya keçirib.

Sərbəst Kürsünün bu həftəki qonağı İctimai Palatanın Koordinasiya Şurasının üzvü, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlidir.  CANLI FORUM çərşənbə günü, may ayının 9-da Bakı vaxtı ilə axşam saat 9-dan 11-dək keçirilib.
———————————————–
21:00 / 09 may 2012
Axşamınız xeyir, hörmətli Sərbəst Kürsü oxucuları. Həmişə olduğu kimi bugünkü canlı forumun da aparıcı Emil Quliyevəm. Sərbəst Kürsünün qonağı isə AXCP sədri Əli Kərimlidir.

21:04
Emil Quliyev (Moderator): Əli bəy, axşamınız xeyir! Sizi Sərbəst Kürsüdə salamlayıram. Çox sağ olun ki, qarşıdakı 2 saatınızı bizə və oxucularımıza ayırmısınız.

21:05
Əli Kərimli: Siz de sag olun. Her kesi salamlayiram.

21:06
EQ: Əli bəy, Suallara keçməmişdən əvvəl forumun qaydaları barədə qısaca məlumat vermək istəyirəm. Sualları yalnız internet istifadəçiləri sizə ünvanlayır. Mən sadəcə moderatorluq edirəm. 2 saatlıq vaxt çərçivəsində tərkibində təhqir, söyüş olmayan mümkün qədər bütün sualları sizə ünvanlamalıyam. İstədiyiniz suala cavab verib-verməyək hüququna maliksiniz. Bundan başqa təkrar olduğunu düşündüyünüz sualları da cavabsız qoya bilərsiniz.

21:07
Əli Kərimli: Qaydalarınızı bildim. Suallarınızı gözləyirəm.

21:08
EQ: İlk sual Habil adlı oxucudan daxil olub. Sual belədir:
– Əli bəy, salam. Eurovision iştirakçıları Bakıda olduğu müddətdə İctimai Palata hansı aksiya və ya aksiyalar keçirməyi planlaşdırır?
Hörmətlə, Habil.

21:15
CAVAB: Salam Habil bəy, bizim etiraz aksiyalarımız xeyli müddətdir davam edir. Tələblərimiz yerinə yetirilənə qədər eurovisiondan asılı olmayaraq aksiyalarımız davam edəcək. Biz razılaşdırılmış aksiyalar keçirmək istəyirik. Amma hökumət buna imkan vermədiyindən məcbur olub şəhərin mərkəzində etiraz aksiyaları keçirməli oluruq. 7 mayda olduğu kimi. Bundan sonra da mitinq, piket və s. etiraz aksiyaları keçiriləcək.

21:16
SUAL (Sabir): Sizə və İsa Qəmbər nə vaxtsa postlarınızı tərk etmək fikrindəsiniz? Çünki Azərbaycan iqtidarı deyəndə ağıla yalnız Əliyevlər ailəsi gəlirsə, Azərbaycan müxalifəti deyəndə də siz ikinizi adı gəlir. Bu çox narahatedicidir.

21:30
CAVAB: Sabir bəy, əvvəla mən 90-cı illərdən yox, 2001-ci ildən partiya sədriyəm.(Yeri gəlmişkən demokratik seçkilərin keçirildiyi Fransada bu günlərdə prezident seçilmiş Fransua Oland 1997-ci ildən partiya sədri idi) Prezident seçkilərində heç iştirak etməmişəm. İştirak etdiyim parlament seçkilərində qalib gəlmişəm 2005-ci ildəki qələbəmi Avropa İnsan haqları məhkəməsi təsdiqləyib. 2010-cu il seçkilərindəki qələbəmin də Avropa Məhkəməsində təsdiqlənəcəyinə şübhə yoxdur. Onu da qeyd edim ki, avtoritar rejim şəraitində müxalifət lideri olmaq imtiyaz yox, məhrumiyyətdir. Ona görə də biz bu illərdə çox müxalifət liderlərinin mövqeyini dəyişdiyini, “islah olunduğunu” görmüşük. Məncə biz mövqeyimizdə ardıcıl olmaqda haqlıyıq. Nə qədər partiya üzvlərinin etimadı var, bu məsuliyyəti daşıyacağıq. Müxalifət üzərində isə inhisarımız yoxdur. Ayrıca inanıram ki, ölkəmizin problemi 40 ildir davam edən sülalə hakimiyyətidir, onunla mübarizə aparanlar yox.

21:31
SUAL (İlahə): Əli bəyi salamlayıram. Sualım belədir
Əli bəy, ölkədə bu qədər narazı elektorat olduğu halda niyə müxalifətin təşkil etdiyi mitinqlərdə geniş kütlənin iştirakı görünmür? Niyə Azərbaycan müxalifəti bu narazı kütləni bir araya gətirə bilmir?
Növbəti sualım siyasi məhbuslar haqqda olacaq. Bu mövzuda müxalifət öz tərfdaşlarını müdaifə etmək üçün nələr edib və Eurovision öncəsi real addımlar atmağı planlayırmı?
Öncədən təşəkkür edirəm

21:42
CAVAB: Salam İlahə xanım. Haqlısınız ki, ölkədə narazıların sayı-hesabı yoxdur. O məsələdə də haqlısınız ki, heç də narazıların hamısı etiraz aksiyalarına toplaşmır. Səbəblər çoxdur. Amma ən əsası cəmiyyətdə qorxunun hələ də qalmasıdır. Hökumətin mübarizə aparan insanlara qarşı qəddar repressiyası xeyli adamı çəkindirir. Bundan əlavə bir çoxlarının bədbinləşməsi, sabaha ümüdlərini itirməsi də səbəblərdən biridir. Müxalifətin informasiya, maliyyə və s. resurslardan məhrum edilməsi də öz təsirini göstərir. Amma proses indi artan xətt ilə gedir. Sıralarımıza yeni adamlar qoşulur. Həm razılaşdırılmış, həm də razılaşdırılmamış aksiyalar keçirə bilirik. Unutmayın ki, bunu qeyri-demokratik, 60-dan artıq siyasi məhbusun olduğu ölkədə edirik. İnsanların daha kütləvi şəkildə mübarizəyə qoşulacağı mərhələyə çox qalmayıb. Siyasi məhbusların müdafiəsi ilə bağlı keçiriləcək aksiyalar barədə yuxarıda yazmışam.

21:43
SUAL (Hikmet): Əli bəy salam! Bundan əvvəlki verilişin qonağı İsa Qəmbərə də eyni sualı vermişdim. Sizə də vermək istərdim. AXCP bölünmək təhlükəsi və ərəfəsində olanda, indiki siyasi əməkdaşınız İsa Qəmbər AXCP sədri kimi Mirmahmud Fəttayevi tanıdı. İndi onun səmimiyyətinə nə dərəcədə güvənirsiniz?

21:47
CAVAB: Salam Hikmət bəy, keçmişlə yox, gələcəklə yaşamaq lazımdır. Bizim İP daxilindəki birliyimiz Azərbaycanın , onun demokratikləşməsinin maraqlarına tam uyğundur. Biz nəinki indiki birliyi qoruyub saxlamaqda maraqlıyıq, hətta bu birliyi daha da genişləndirmək barədə düşünürük.

21:48
SUAL (Ilkin): Salam Əli bəy, Rəsul Quliyevin liderlik etdiyi Açıq Cəmiyyət Partiyasının İctimai Palata ilə birləşməyi barədə nə düşünürsünüz, bildiymizə görə Müsavat başqanı bunun əleyhinədir, sizcə də birləşmək vaxtı, gücləri cəmləşdirmək vaxtı deyil?

21:53
CAVAB: Rəsul bəyin lideri olduğu Açıq Cəmiyyət Partiyası İP-yə birləşmək üçün müraciət etməyib. Ona görə də belə məsələ bizdə müzakirə olunmayıb. Yuxarıda qeyd etdim ki, daha geniş spektirdə də əməkdaşlığın tərəfdarıyam. İnanıram ki, siyasi proses bizi daha ciddi inteqrasiyaya doğru aparır.

21:54
SUAL (Səid): Əli bəy sizcə insan izdihamının birlikdə AZADLIQ deməsi nələri dəyişib 20 ildir? Sizcə indiyə kimi etdikləriniz sizi qane edir?

22:10
CAVAB: Əminəm ki, 18 illik əsarətdən sonra da rejimin xalqımızı tam olaraq ram edə bilməməsi xalqımızı müsbət xarakterizə edir. 1000-lərlə insanın fədakarlığının, yaşadığı məhrumiyyətlərin nəticəsidir ki, azadlıq və ədalət uğrunda mübarizə 1 gün də dayanmayıb. Demokratiyanın qələbəsi 1 dəfə baş verəcək, amma onun baş verməsi üçün bəzən 10 illərlə mübarizə aparmaq lazım gəlir. Hətta bu günki demokratik dövlətlər də indiki vəziyyətə çatmaq üçün 10, bəzən də 100 illərlə mübarizə aparıblar. Çoxlu əziyyət çəkib, qurbanlar veriblər. Mübarizəyə qiyməti yalnız nəticəyə görə vermək yanlışdır. Sovet dissidentlərinin mübarizəsi heç bir gözlə görülən nəticə doğura bilməzdi. Amma bütün bəşəriyyət rejimlə mübarizə aparan bu qorxmaz insanları hörmətlə yad edir. Yaxud Almaniyadan başqa bir misal, alman xalqı Hitlerdən xalqını qurtarmaq üçün 40-dan artıq sui-qəsdə cəhd etdi. Bu sui-qəsdlərin heç biri uğurla nəticələnmədi, amma 1000-lərlə mübariz alman bu cəhdlərə görə həyatlarını qurban verdi. Həm də o qəhramanların varlığına görə alman xalqı indi qürurludur ki, o heç vaxt tam olaraq faşizmə təslim olmayıb. Demək istəyirəm ki, azadlıq, ədalət, bərabərlik mübarizəsinə hakimiyyət uğrunda mübarizə kimi deyil, ləyaqət uğrunda mübarizə kimi baxın. Həyatımın xeyli hissəsini bu mübarizəyə həsr etdiyim üçün qürurluyam.

22:10
Emil Quliyev: Əli bəy, sadəcə nəzərinizə çatdırmaq istəyirəm ki, forumun artıq 1 saatı geridə qalıb. Digər sualları cavablandırmaq üçün əlavə bir saata yaxın vaxtınız var

22:10
Əli Kərimli: OK

22:11
EQ: İmran adlı oxucu yazır – Eli bey,sualim budur ki,normal demokratik olkelerde muxalifet partiyalarin liderleri eger xalqin nece iller gozlediyini vermirse istefa vermelidir,bizde ise iqtidarla muxalifet de eyni strategiyani beraber bolusur,beraber hereket edirler.Sizce ne zaman tutdugunuz postlardan getmek fikriniz var? Axi,yeni muxalifet liderleri sizin getmeyinizi gozleyir yoxsa hansi inkisafdan sohbet gede biler.Siz xalqin gozlediyi umudi dogrultamadiz ve bundan sonra da dogrultmayacaqsiz.

22:12
Əli Kərimli: Bu sualı artıq cavablandırmışam.

22:12
SUAL (Guney Azerbaycan): Əli bəy axsaminiz xeyir.

Bütov Azerbaycan xalqının lideri ƏIbülfəz Elçibəyin Guney Azərbaycanı Sizlere emanet edirem vesiyyetine muxalifet niye emel etmir? Guneyde Azərbaycan xaqlının hüquqlarının Azərbaycan muxalifetine dexli varmi?

22:20
CAVAB: Güneyli qardaş və bacılarımızın haqlı davasını tam dəstəkləyirəm. Hər fürsətdə sizin mübarizənizə dəstəyimi ifadə edirəm. Bu günlərdə günaz.tv-də bu barədə növbəti dəfə 3 saat danışdıq. Həm xarici mətbuatda, həm diplomatlarla görüşlərdə sizin problemlərdən də bəhs edirik. Nəinki cəbhəçilər, bütövlükdə özünü Rəsulzadə- Elçibəy yolunda görən hər kəs sizin mübarizənizə rəğbətlə yanaşır.

22:21
SUAL (Ziyalı sözü): Salam Əli bəy.
Mən sizin siyasəti neçə illərdir izləyirəm. Çox maraqlıdır ki, siz nədənsə birinci şəxs yerinə iddianızı ortaya qoymursunuz. Nə üçün preizdent olmaq fikirinizi açıqlamırsınız? Dogrudanmı prezident olmaq istəmirsiniz?

22:27
CAVAB: Mən müsahibələrimin birində demişdim ki, xalqıma sıravi vətəndaş kimi də, prezident kimi də xidmət edə bilərəm. Amma hələ də prezidentliyə namizədlik müzakirələrini tez hesab edirəm. Biz ölkədə hələ rejim dəyişikliyi, demokratiyanı bərpa etmək uğrunda mübarizə aparırıq. Rejim dəyişikliyi olmadan kimin namizəd olması bir şeyi dəyişməz. Onsuz da seçkiləri saxtalaşdırırlar. İndi biz “bundan sonra daha saxta seçkilərə imkan verməyəcəyik” şüarı ətrafında birləşməliyik. Elə imkan yaratmalıyıq ki, prezidenti nəhayət, xalq seçsin və dəyişə bilsin.

22:28
SUAL (Cavid): Mən sənədə bir başqasınada inanmıram ..hakimiyyət dəyişsədə heçnə dəyişmiyəcək …hələ qorxuram daha pis olsun …hər nəsəee mən utanıram Azərbaycan deməyə

22:37
Əli Kərimli: Mənə və başqalarına inanmamaq sənin hüququndur. Özünə inan, belə həyatı özünə yaraşdırma, öz mübarizə bayrağını qaldır. Hamını eyni arşınla ölçmək ədalətli deyil. Ə.Elçibəy də bu ölkənin prezidenti olub. Dünyasını dəyişəndə xeyli borcu var idi. İlham Əliyev isə Daşkəsənin qızıl yataqlarını da qızlarına verdi. Xalqa inanmamaqda, üstəlik xalqımızı, dövlətimizi aşağılamağa cəhd etməkdə isə yanılırsan. Bu xalqın içindən çox ləyaqətli insanlar çıxıb, həyatlarını başqalarının azadlığı uğrunda qurban verib, verir. sən də utanmaqdan və nifrət etməkdən başqa bir şey et. Onda həyat daha maraqlı olacaq.

22:38
SUAL (Vüqar Vaqifoğlu): Əli bəy salam, son mitinqddə tribunanın qarışısna baxanda elə görünürdü ki,mitinq AXCP-nin mitinqidir? sadəcə olaraq Müsavatçılar kiçik bir qrup halnda dəstək veriblər. Bildiyimə görə də İP də yerli təşkilatlarda AXCP Müsavatdan ən azı iki dfədən çox təmsil olunub. Xarici mediada sizə davamlı diqqət var,bel olan halda necə bilirsiniz? İsa Qəmbər bu reallığı nəzərə alıb prezident seçkilərində sizin vahid namizədliyinizi qəbul edəcəkmi?

22:44
CAVAB: Bir az əvvəl yazmışdım ki, hazırda prezidentliyə namizədlik mövzusunun gündəmə gətirilməsini yanlış hesab edirəm. İndi bütün qüvvələr azad seçki şəraitinin yaradılması üçün səylərini birləşdirməlidir. İP-də bütün tədbirləri cəbhəçilər, musavatçılar, digər partiyaların fəalları, heç bir partiyanın üzvü olmayanlar, fəal gənclər çiyin-çiyinə, birlikdə təşkil edir. kimin nə qədər olduğunu da saymırıq. Hamısına təşəkkürlər.

22:45
SUAL (Amil): Salam Əli bəy .Yap mətbuatı qərb dairələrinin sizi ciddi dəstəklədiyini qeyd edir. Son dövrlər kecirilən mitinqlər daxildə də dəstəyinizin artma istiqamətində getdiyini gostərir. Bu rejim xalqda nə qədər inamsizliq yaratmaga calissa da sizin bu cəhdlərə puça çıxardıgınız aciq görünür. Sizcə xalqimizin bu üzqarası rejimi yola salmaga gücü çatacaqmı?

22:52
CAVAB: Qərb dünyası Azərbaycanı daha azad görmək istəyir. Azərbaycana diqqət davam edəcək. YAP mətbuatı bəzi şeyləri yalan yazır, bəzilərini şişirdir. Beynəlxalq ictimaiyyət ayrı-ayrı şəxsləri yox, demokratik prosesi dəstəkləyir. doğrusu da budur. Bu mənəvi dəstək əlbəttə ki, demokratik qüvvələri ruhlandırmalıdır, amma qətiyyən arxayınlaşdırmamalıdır. Son vaxtlar məcbur oluram tez-tez təkrarlamağa ki, ölkəmizi biz özümüz xilas etməliyik və edəcəyik. Yalnız xalqımızın kütləvi mübarizəsi köklü dəyişikliklərin önünü aça bilər.

22:53
SUAL (Yunis Novruz): Əs-səlam əleykum və rəhmətullahir və bərəkatuh Əli Kərimli. düşünürəmki gənc olmağıma görə sizə verəcəyim sual çox sadədir. mən Naxçıvanlı olduğumçün bizim ulu öndərimiz Heydər Əliyevlə fəxr etmişəm. qarşıda 10 may gül bayramı gəlir. bilmək istərdim sizdə Heydər Əliyev kimi uşaqları sevirsiz? əgər belədirsə niyə sizin tərəfdarlarınız 10 maya yox deyirlər? məgər onların uşaqlarını sevmirmi Heydər babam?

23:05
CAVAB: Yunis, əvvəla çalış gənclik illərindən özünü bölgə təmsilçisi kimi yox, azərbaycanlı kimi dərk et. Azərbaycanın böyük oğul və qızları ilə fəxr et, haradan olmalarından asılı olmayaraq. Naxçıvan çox fəxr etməli şəxsiyyətlər bəxş edib Azərbaycana  Mirzə Cəlillə ,Hüseyn Cavidlə, Əbülfəz Elçibəylə hamımız fəxr edirik. Heydər Əliyev isə artıq Azərbaycan tarixinə hakimiyyətə qiyam yolu ilə gəlmiş, ailə hakimiyyəti yaratmış avtoritar lider kimi düşüb. Sabah keçiriləcək “gül bayramı”nın da nə uşaqlara, nə də bütövlükdə xalqımıza aidiyyəti yoxdur. Müasir oğru və  korrupsionerlərin, rejim banisinə Azərbaycanı onlara bağışladığı üçün minnətdarlıq mərasimidir. Belə zahiri parıltılara aldanma. O süni bayramlara hər il xərclənən 10 milyonlarla vəsaitlə çoxlu uşağın özünü və valideynlərini sevindirmək olardı…

23:05
Emil Quliyev (moderator): Əli bəy, vaxtımızın məhdud olması səbəbilə bizə daxil olan çoxsaylı sualların hamısını 2 saat ərzində Sizə ünvanlaya bilmədik, ancaq əgər istəsəniz, aşağıda ŞƏRHLƏR bölməsində cavabsız qalan suallara şərh şəklində cavab yaza bilərsiniz.

Dəyərli 2 saatınızı ayırıb Sərbəst Kürsüyə qonaq olduğunuz, dəyərli oxucularımızın suallarını cavablandırdığınız üçün sizə dərin təşəkkürümüzü bildiririk.

23:06
Əli Kərimli: Çox sağ olun. Sizə də, oxucularımıza da minnətdaram.

23:07
Emil Quliyev: Mən də oxucularımıza canlı forumu öz maraqlı sualları ilə daha da maraqlı etdiklərinə görə minnətdaram. Sərbəst Kürsünün növbəti saylarında görüşənədək!

BLOGLAR