Cəmil Həsənli Canlı Forumda: “Bisavad gənclik vətən qoruya bilməz”

Posted October 26th, 2011 at 11:45 am (UTC-4)
Leave a comment

1991-ci il oktyabr ayının 18-də Azərbaycan müstəqilliyinə yenidən qovuşdu. Bu günlərdə Azərbaycanın müstəqilliyinin 20 ili tamam oldu. Keçən bu 20 illik tarixi, Azərbaycanın üzləşdiyi çətinlikləri və nailiyyətləri müzakirə etmək üçün redaksiyamıza tarix elmləri doktoru, professor Cəmil Həsənlini dəvət etmişik. Canlı forum oktyabr ayının 26-sı Bakı vaxtı ilə axşam saat 9:30-da başlayaraq 11:00-da sona çatıb.

Hər vaxtınız xeyir, hörmətli oxucular. Bugünki Canlı Forumun aparıcısı mən Emil Quliyevəm. Qonağımız isə əvvəlcədən bəyan etdiyimiz kimi tarix elmləri doktoru, professor Cəmil Həsənlidir. Elmi araşdırma aparmaq məqsədi ilə Vaşinqtonda səfərdə olan Cəmil bəy, bizim Canlı Forum təklifimizi qəbul edərək, bu gün redaksiyamıza gəlib.

Cəmil bəy, xoş gəlmisiniz redaksiyamıza!

Cəmil Həsənli: Xoş gördük!

Oxucularımızdan daxil olan ilk sual belədir:

Sual: Azərbaycan xalqının bir hissəsinin müstəqillikdə yaşamasına, digər böyük hissəsinin başqa dövlətin yurisdiksiyasında olmasına necə baxırsınız?

Cavab: Əlbəttə, istənilən halda xalqların bölünməsi yaxşı hadisə deyil. Bu, bölünmə XIX əsrin əvvəllərində baş vermiş və xüsusilə 100 ildə şimalda və cənubda yaşayan azərbaycanlılar bir qədər fərqli tarixi yol keçməli olublar. Bütün çətinliklərə baxmayaraq, Azərbaycanın şimalı Sovetlər Birliyi dağılandan sonra öz müstəqilliyinə qovuşdu, lakin onun cənubunda böyük bir xalq siyasi hüquqlardan əlavə tarixi və mədəni hüquqlardan belə məhrum olunmuş vəziyyətdə yaşamaqdadır. Azərbaycanın birləşməsi məsələsi bir neçə dəfə tarix müstəvisinə çıxıb, bunun ən aydın ifadəsi 1945-46-cı il Cənubi Azərbaycan hadisələrində özünü göstərdi, lakin həmin dövrün şərtləri əlverişli olmadığından bu birləşmə baş tutmadı.

Sual: Azərbaycan müstəqilliyini bərpa etdiyi ərəfədə digər Sovet Respublikaları da azadlıqlarına qovuşdular. Digər post-sovet ölkələri ilə müqayisə etsəniz, Azərbaycanın son 20 illik tarixi ərzində böyük uğurlar əldə etdiyini söyləyə bilərsinizmi?

Cavab: Bir çox post-sover respublikaları ilə müqayisədə Azərbaycan müstəqilliyini öz mübarizəsi ilə əldə edib. Bəzən belə bir suallar çıxır, müzakirələr aparılır, “Onsuzda SSRİ dağılacaqdı və digər respublikalar kimi Azərbaycan da azad olacaqdı. Bu mübarizəyə nə ehtiyac var idi?”. Bu yanlış yanaşmadır. SSRİ ona görə dağıldı ki, yerlərdə ona qarşı mübarizə oldu. Xüsusilə Baltikyanı ölkələrdə, Ukrayna və Gürcüstanda o cümlədən Azərbycanda baş verən mübarizə, anti-sovet hərəkatlar Sovetlər birliyinin dağılmasında mühüm rol oynadı. Əgər biz Vilnüsdə, Tbilisidə və Bakıda Sovet ordusunun törətdiyi qanlı qırğınları müqayisə etsək, Azərbaycandakı 20 yanvar hadisəsi Sovet sisteminin böhranının başlanğıcını qoydu. Baxmayaraq ki, Sovet ordusu qələbə çaldı, şəhəri tutdu, amma bu, Sovetlərin Pirr qələbəsi idi. Bu hadisədən sonra Sovet quruluşu artıq dağılmaya doğru getdi və bərpa oluna bilmədi. Azərbaycanın çağdaş müstəqilliyə yolu 90-cı ilin yanvar hadisələrindən keçdi.
O ki qaldı, digər respublikalarla müqayisəyə, Azərbaycan müstəqilliyinin istisadi təməlləri güclüdür və Azərbaycanın son 20 ildə az-çox müstəqil siyasəy yeritməsinin arxasında da məhz bu amil dayanır. Xırda istisnalarla post-sovet ölkələrində vəziyyət təxminən eynidir. Azərbaycanın müstəqilliyinin 20 illiyi tarixi bir hadisədir və bu müstəqillik xalqımızın tarixinin və taleyinin aparıcı istiqamətidir.

Sual: Cəmil müəllim, Sizin fikrinizcə Azərbaycan Respublikasının müstəqilliyi İran Azərbaycanında milli şüurun oyanmasına nə təsir buraxıb? Bilirsiniz ki, Sovet hökuməti İranda Azərbaycan milli hərakatını vaxtiylə dəstəkləyirdi. Müqayisədə indiki Azərbaycan hökuməti bu məsələyə necə yanaşır?

Cavab: Tanınmış İran tarixçisi Seyid Əhməd Kəsrəvi maraqlı bir fikri var idi. O yazırdı ki, bütün müsəlman dünyasının qibləsi Məkkədə yerləşdiyi halda, Şimalı Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra Tehran ehtiyat etməyə başladı ki, Təbriz öz qibləsini şimalda – Bakıda tapsın. Bu fikrin müəyyən tarixi-siyasi əsasları var. Hətta biz 1918-20-ci illərin Azərbaycan Xalq Cümhuriyyətinin Cənubi Azərbaycan təsirinə baxsaq, maraqlı məsələlərin şahidi olarıq. İndikindən fərqli olaraq AXC-nin Cənubi Azərbaycanın demək olar ki, bütün şəhərlərində ya baş konsulluğu, ya konsulluğu, ya da konsul agentliyi var idi. Onlar öz hesabatlarında göstərirdilər ki, şimali Azərbaycanda müstəqil dövlətin mövcudluğu cənubda milli kimliyi müəyyən edən mühüm amilə çevrilməkdədir. Eyni müşahidəni biz 1945-46-cı illərdə gördük və 1991-ci ildə Azərbaycan öz müstəqilliyinə qovuşandan sonra da gördük. Məsələn, əgər biz müqayisə etsək, 1991-ci ilədək Cənubi Azərbaycanda kimlik məsələsinə münasibət necə idi, ondan sonra nələr baş vermişdir. Tarixi inkişafın artan xəttinin şahidi olarıq. Ancaq bununla belə, şimalda azad, demokratik, insan haqlarına sayqı ilə yanaşan bir dövlətin mövcudluğu cənub üçün cazibə mərkəzinə çevrilə bilər. Əgər sərhəd məntəqəsindən tutmuş Bakı metrosunadək cənubdan gələn soydaşımızın cibinə girəcəklərsə, bu zaman Bakı cənub üçün cazibə mərkəzi rolunu itirə bilər. Biz bunun fərqlinda olmalıyıq.

Sual: Cemil bey Azerbaycanin indiki iqtidari ne derecede ilk musteqil respeblikamizin ideallarina sadiqdir? Düzgün yolnan irelileyirik, yoxsa bu yol bizi dalana aparir?

Cavab: Azərbaycan Xalq Cümhuriyyətini idarə edənlər nadir adamlar idi. Onlar özlərini, bütün varlıqlarını və hətta, sərvətlərini belə Azərbaycanın müstəqilliyinə təslim etmişdilər. Çünki onlar müstəqillik uğrunda mübarizə aparmışdılar, böyük qurbanlar vermişdilər. Cümhuriyyət onlar üçün milli inkişaf konsepsiyası idi. Məsələn mən bir nümunə deyim. Rəsulzadə həmişə milli maraqları firqə maraqlarından üstün tutub. Yaxud baş nazir Nəsib bəy Usubbəyov Gəncədə yaşayan atasına yazırdı ki, uşaqları saxlamağa pulum çatmır, mənə bir az pul göndər. Belə nümunələr artıq tarix hadisəsidir. Biz belə yanaşma ilə indi qarşılaşa bilmərik. Həmin adamlar öz varidatlarını da cümhuriyyət ideyasına xərclədilər. İndi isə vəzifə böyük vəsaitlər mənimsəmək üçün bir vasitədir. Bilirsiniz, sualda müqayisə istəyir. Azərbaycan hakimiyyətində həmişə 3-5 nəfər zəif adam olub. Lakin, heç vaxt bu qədər zəif, intellektsiz, elmdən və mədəniyyətdən, habelə milli ideyadan uzaq olan adamlar eyni vaxtda, eyni hakimiyyətdə təmsil olunmayıb.

Sual: Cox hormetli muelllim Cemil muellimi ve siz VOA Azerbaycanin deyerli emekdaslarini salamlayiram. Sualim: Sizce indiki sheraitde Musteqilliyin daimi olmasini shertlendiren amiller hansilardir?

Cavab: Müstəqilliyin daimi olmasının ilk təminatı xalqdır. Müstəqillik xalqın böyül mübarizəsi ilə əldə edildi, sözün tam mənasında ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Azərbaycanda inqilab baş verdi, xalq tarix səhnəsinə çıxdı və müstəqillik əldə edildi. 18-20-ci illərdən fərqli olaraq hazırki müstəqillik daimi prosesdir. Beynəlxalq şərtlər bu daimiliyə təminat verir. 1917-18-ci illərdə Rusiya I Dünya mübaribəsində qalib Antantanın üzvü kimi dağılırdı. Dünyanın taleyini müəyyən edən dövlətlər bu dağılmaya hazır deyildi. 1920-ci ildə müstəqilliyin itirilməsinin ən böyük səbəbi də bununla bağlı idi. Ötən əsrin 90-cı illərində SSRİ Qərbin potensial düşməni kimi dağıldı və yeni yaranan respublikalar böyük sürətlə beynəlxalq birliyə qovuşdu.

Sual:Salam mene maraqlidi bir zamanlar 1918-1920-ci illərdə AXC-nin sexsiyetlerine niye lazimi diqqet gosterilmir ve niya Azerbaycan cenubdaki soydaslarimiza laziminca komet etmir, Irana tepkilerini gostermir?

Cavab: Əlbəttə, AXC-nin liderləri müstəqillik illərində onlara göstərilən münasibətdən daha yüksək qayğıya, hörmətə və diqqətə layiqdirlər. Bir müddət əvvəl mənim bir yazım mətbuatda dərc edilmişdi. Bakı şəhərində Hüsnü Mübarəkin heykəli var idi, amma Məmməd Əmin Rəsulzadənin heykəli yox idi. Bu, tarixin böyük istehzası idi. Mənə belə gəlir ki, cümhuriyyət ideyasına görə, o nəslə minnətdar olmalıyıq. Cümhuriyyət qurucularının, yaradıcı babaların bugünki millətimizin və dövlətimizin üzərində böyük haqqı var. Bu haqqı onlara qaytarmaq lazımdır.

Cənubi Azərbaycan məsələsinə gəldikdə isə, biz gərək dövlətin imkanların düzgün qiymətləndirək. Azərbaycan yeni dövlətdir, əraziləri işğala məruz qalıb. O, qonşulara münasibətdə beynəlxalq münasibətlərin və beynəlxalq hüququn hamı tərəfindən qəbul olunmuş prinsiplərinə hörmətlə yanaşmalıdır. Mənə belə gəlir ki, bu məsələdə dövlətdən çox şey ummaq düzgün olmazdı. Amma bir xalq diplomatiyası deyilən ifadə də var. Cənubi Azərbaycana münasibətdə xalq diplomatiyasının imkanlarından geniş istifadə edilməlidir və mənə belə gəlir ki, edilir də!

Sual: Siz indiki Azerbaycan gencliyine ne tevsiyye ederdiniz?

Cavab: 1907-ci ildə Bakıda Həsənbəy Zərdabinin dəfnində Əhməd Ağaoğlunun maraqlı bir sözü var. O, dəfn mərasimində əlini Həsənbəyin cənazəsinə uzadaraq deyir: “Ey müqəddəs ruh, sən ki gedirsən o dünyaya əvvəla babalarımıza bizdən salam deyərsən, sonra da onların yaxasından tutub soruşarsan, A kişilər bu nə vətəndir bizim üçün qoymusunuz?” Mənim gənclərə böyük arzum budur ki, biz nəsilbənəsil bu sualı verə-verə dünyadan getməyək. Bu vətənə sahib çıxaq. Bunun üçün ilk növbədə dərin savad, geniş intellekt əldə etmək, vətənçilik məktəbindən keçmək lazımdır. Bisavad gənclik vətən qoruya bilməz.

Sual: Azerbaycan mustegilliyini elde edenden 20 il kecib.Bu vaxt erzinde real hakimiyyet bir nece klanin elinde cemleshib.Factiki olaraq  Azerbaycan xanliglara bolunub. Dediklerimi  nezere alarag sualim budur: Gurulan azadlig ne formasindadir? Xanlig, monarxiya ve ya iddia etdikleri kimi demokratiya.

Cavab: Sualın bir hissəsi ilə razıyam. Azərbaycan müstəqilliyinin əldə edilməsindən 20 il keçməsinə baxmayaraq, bu müstəqilliyi əldə etmiş xalq onun verdiyi imkanlardan istifadə edə bilmir. Ölkədə azad, demokratik seçkilərin keçirilməsinə böyük ehtiyac var. Yalnız doğru-düzgün seçki yolu ilə xalq öz iradəsini ifadə edə bilər. Təəssüflər olsun ki, Azərbaycanda bu, hələ də mümkün olmamışdır. Bir sıra yüksək vəzifəli şəxslər üçün müstəqillik Azərbaycanı müstəqil sökmək məqamına çevrilmişdir. Son dərəcə təsadüfi adamlar dövlətdə və hakimiyyətdə heç bir parametrə görə layiq olmadığı yerləri tutmuşlar. Bu, korrupsiyanın çiçəklənməsinə şərait yaratmışdır. Təəssüflə qeyd etməliyəm ki, balaca Azərbaycan böyük korrupsiya bataqlığına çevrilmişdir. Bu bataqlıqdan çıxmağın yolu hələ ki, görünmür. Ayrı-ayrı korrupsioner və inhisarçı qruplar ölkəyə nəzarəti ələ keçirmişdir. Onlar öz şərtlərini xalqa diktə edirlər. Bu isə idarəçilikdə neqativ meyllərə gətirib çıxarır, xalqı ümidsizləşdirir, ərazisi işğal olunmuş bir ölkənin vətəndaşının ümidsiz vəziyyətə düşməsi yaxşı hadisə deyil.

Sual: Cəmil müəllim, Azərbaycan müstəqil olandan sonra, xüsusilə son vaxtlar Cənubi Azərbaycan elə bilin yaddan çıxıb. Cənubla bağlı çox xəbər olanda insanlar o sayt və ya səhifəyə girmək istəmirlər. Hətda Cənub üçün milli simvola çevrilmiş Traktorun xəbərləri də Azərbaycan Respublikasında ələlxüsus cavanları maraqlandırmır. Bu nəynən bağlıdır. Gənclərin diqqəti maşına, pula çevrilib yoxsa hökumətin Cənubun mövcudluğu barədə  bir söz deməməsi hətda onu yox qəbul etməsi iləmi əlaqədardır. Cəmil müəllim  siz və sizin kimi bir neçə dəyərli alimlərimizi, qeyrətli jurnalist və yazıçılarımızı nəzərdə tutmasaq  elə bilin Cənub ziyalıların yadından da çıxıb. Görəsiniz onların başı da maşına, evə, pula qarışıb. Mən indi necə sovet vaxdını axdarmayım. indi bu cəhətdən vəziyyət daha pis dəyilmi. Heç olmasa onda bir həsrət var idi sovet maraqları adı altında olsa da yazılırdı. Elə bilin ki, yollar açıldı görüşdük qugtardı. İllər keçdikçə elə bilin ayrı millətlərdən danışırıq. Özü də birləşmə filan kimi xəyallardan bəhs edən adamlar, ziyalılar da buna daxildir. Dilimiz, ənənələrimiz ayrılır.  Onların yazıçılarından, ziyalılarından Azərbaycanda  çoxunun xəbəri yoxdur çünkü yazılmır, ona görə ki maraq yoxdur. Onların dili  lağa qoyulur. Bu xalqın öz dilində təhsili yoxdur. Bunu başa düşmürlərmi?

Cavab: Sualda cənuba marağın azalmasından keçirilən narahatçılıq təqdirə layiqdir. Əlbəttə, bu, bizim oxucunun müşahidəsidir. Bunun obyektiv və subyektiv səbəbləri var. İlk növbədə nəzərə almalıyıq ki, cənubla bağlı informasiya çoxalıb. İndi cənubla bağlı bir həftə ərzində aldığımız informasiyanı, Sovet dövrünün heç bir ilində də almırdıq. İkinci mühüm məsələ informasiya mənbələrinin etimadlılığı məsələsidir. Bəzən elə olur ki, səhər verilən informasiya axşam təkzib olunur. Bu, oxucuda inamsızlıq yaradır. İnamsızlıq isə öz növbəsində marağın azalmasına gətirib çıxarır. Mənim müşahidələrimə görə, cənubda maraqlı proses gedir, əhali tədricən öz milli kimliyinə tapınır, öz milli dilində danışmağa başlayır. Azərbaycanın cənubunda da, şimalında da milli ideya uğrunda mübarizə milli dil uğrunda mübarizədən keçir. Bu gün həmin proses cənubda davam edir.

Cəmil müəllim redaksiyamıza daxil olan sualların həddən artıq çox olmasına baxmayaraq, Canlı Forumu üçün ayırdığımız vaxt burada başa çatır. Sizə vaxtınızı ayırıb redaksiyamıza gəldiyinizə görə və oxucularımızın suallarını cavablandırdığınıza görə sizə dərin təşəkkürümüzü bildiririk.

Cəmil Həsənli: Məni redaksiyanıza dəvət etdiyinə üçün təşəkkür edirəm

CANLI FORUM:İllinois universitetinin professoru Məhəmməd Kanduri Urmiyə Gölünün quruması təhlükəsi və bunun nəticələri barədə sualları cavablandırdı

Posted October 11th, 2011 at 9:29 am (UTC-4)
Leave a comment

İllinois universitetinin professoru Məhəmməd Kanduri  aşağıda Urmiyə Gölünün quruması təhlükəsi və bunun nəticələri barədə izləyicilərimizin suallarını cavablandırıb. Bütün suallara ayrılıqda cavab verməyə vaxt çatmadığına görə üzr istəyirik. Məsələyə göstərdiyiniz əlaqəyə və  diqqətinizə görə təşəkkürümüzü bildiririk.

Urmiyə gölünün qurumasının qarşısını almaq üçün, bu yaxınlarda, İran Parlamentinə azərbaycanlı bəzi millət vəkillərinin verdikləri qanun lahihəsinin Parlamentin üzvlərinin əksəriyyətinin səsi ilə rədd olunması azərbaycanlıları qəzəbləndirmiş Avqustun 27-də  Urmiyədə və Təbrizdə etiraz nümayişləri keçirilmiş, təhlükəsizlik qüvvələri ilə başverən toqquşmalar nəticəsində çoxlu nümayişçi yaralanmış, yüzlərlə adam polis tərəfindən saxlanmışdır. Çoxlu adamın yaralanması və həbsi ilə nəticələnən hadisələr beynəlxalq təşkilatlar və Qərb mediasının diqqətini məsələyə cəlb edə bilmiş o  nümayişlər zamanı və ondan sonra  Birləşmiş Ştatların Nyu York Times,  Böyük Britaniyanın Guardian qəzeti  və  başqa nüfuzlu qəzetlər həm  nümayişlərə və həm də Urmiyə Gölülünün  və  bölgənin üz-üzə qaldığı problemlərə geniş yer vermiş,  həmin  etirazlar  və qarşıdurmaların video sujetləri həm  bu medialar həm də Youtube və Facebook kimi sosial şəbəkələr tərəfindən  dünyaya yayılıb.

Bundan sonra da İran Azərbaycanının müxtəlif şəhərlərində əlavə nümayişlər keçirilmiş çoxlu adamlar   Ayrıca Azərbaycan Respublikası, Türkiyə və Avropanın başlıca şəhərlərində də İranda azərbaycanlıların Urmiyə gölünü xilas etmək üçün başlatdıqları kampaniyaya dəstək üçün  nümayişlər keçirilib.

 

SUAL: Men bilmek isteyirem besheriyyetin ekoloji problemlere suruklendiyi bir dovrde golun qurudulmasi ne verecek Irana yoxsa azerbaycanlilara qarshi bir texribatdir yene?

CAVAB: Bu göl qurusa bu göldə azı altı milyard kub metr su qalacaq və bu duz, insanlar, heyvanlar və bitkilərə böyük zərər verəcək. Bu ətrafdakı ərazilər təkcə səhraraşmayacaq, eyni zamanda bu duzların bir hissəsi turşu yağışı adlandırılan zərərli maddələri ehtiva edən yağışlara səbəb olacaq. Bu zərərli duzlar isə bu regionun bütün həyat tərzinə mənfi təsir göstərəcək və buralarda yaşamaq olduqca çətin bəlkə də imkansız olacaq.

Sual: Urmu gölünə axan çayların üstündəki bəndləri açsalar, bir-iki il sonra içmək və əkinəcək işləri üçün suyumuz olacaqmı?

Cavab: Bu gölə axan çaylar açılmalıdır. Bu göllər açılmadığı və  bəndlərdən çaylara su gəlməsinin qarşısınının alınması davam etdiyi  təqdirdə gölün xilas edilməsini  mükmün ola bilər. Yəni bu çaylar üzərindəki su bəndləri açılmasa və gölün qurumasının qarşısı alınmasa gölün qurumasının  təsiri həmin çayladan istifadə edən ərazilərə və  bu ərazilərdə yetişən məhsula da təsir edəcək və həmin ərazilər də aradan gedəcək. Yəni  gölün xilası bir yerdə həmin çayların və ərazilərin də xilası deməkdir. Yozsa bütün region duz sunamisininin təsiri altında qalacaq.


Sual: Siz Azərbaycanda düzələn bəndlərin düzəlməsin qəbul edirsizmi ya muxalifsizmi?

Cavab: Gölün  qurumasına  səbəb olan başqa bir amil gölün ətrafında çoxlu quyuların açılmasıdır. Bu  quyuların  çoxu  əkinçilik məqsədilə  açılıb ancaq az sayda quyu  da içməli suy əldə etmək üçün açılıb. Hamılıqda  götürəndə isə bu quyuların glün qurumasına müəyyən təsiri olsa da bu təsir o qədər də böyük deyil. Ancaq  bu quyular  həmin bölqədəki qaynaq sularının  kökünü kəsib.  Əlbət də  əsas səndlər bəndlərin çəkilməsidir ki, bunlar  gölü öz  su mənbələrindən məhrum edib.

Sual: Torpaq  tökülməsi  və körpü tikilməsinin mənfi təsiri olubmu? Bəziləri deyir ki, bu həm gölün dövriyyəsinin  qarşısını alıb və həm də bəzi qaynaqları qurudub?

Cavab: Məncə bunun təsiri o qədər də  böyük olmayıb.  Düzdür  minlərlə ton torpağın tökülməsi qaynaqlara müəyyən qədər  təsir edə bilər. Və bunun  gölün  dövriyyəsinə də  müəyyən təsiri olub, amma bu azdır.

Sual: Sizden rica etsem bir Ürmü gölünün Tarih boyu kuruyub kurumadığı için bilgi verseniz.

Cavab: Tarixdə heç belə bir hadisə  baş verməyib. Beynəlxalq alimlər araşdırma aparıb ki, 27 il əvvələ qədər göldə quruma baş verməyib.  Keçən min illər ərzində azalıb çoxalsa da, keçmişdə gölün  quruması  barədə  heç bir  dəlil yoxdur.

Sual: Araz çayından Urmiyaya su gətirilməsi məsələsinə necə baxırsınız?

Cavab: Yaxşı ideadı ancaq problemləri var.  Birincisi  beynəlxalq qaydalardı. İkincisi  isə  Arazdan su ancaq nasoslarla və tunellərdən keçərək  gətirilə bilər.   Deməliyəm ki, bütün bu çətinliklər aradan götürülsə və su gətirilsə də Arazın suyu gölün xilasına kömək edə bilər ancaq kifayət etməz. Yəni başqa alternativlər lazımdı.

Sual: Bəs Zab suyu necə?

Cavab: Zabdan su gətirmək məsələsində də  çətinliklər var. Burdan su ancaq tunellərlə gətirilə bilər və bu suyun nə qədər  köməyi  olacağı da  o qədər də aydın deyil.

Sual:  Qısa və uzun müddətdə nə  tədbirlər  görmək olar?

Cavab: Buranın minlərlə illik tarixi  var. Burada həmişə su qıtlığı olub.  Bu bölgə Şimalı Azərbaycandakı kimi deyil. Məsələ budur ki, bölgədə içməli suya ehtiyac var. Burada əhalinin sayı çoxalıb. Ona görə də əhalinin su ehtiyacı var.  İndi az su ilə çox məhsul əldə etmək  məqsədi ilə ən yeni texnologiyalardan istifadə eləmək olar. Yəni buranın ətrafındakı mövcud sulardan ən son metodlarla, elmi yollarlarla istifadə olunsa, alimlərə danışılsa və onların təklif eliyəcəkləri layihələr işə salınsa, hətta hardansa – Arzadanmı, Xəzərdənmi su gətirməyə ehtiyac qalmaya da bilər.

Sual: Urmu barədə keçirilən nümayişlərin məqsədi ekolojimidir, yoxsa bunlardan siyasi məqsədlərlə istifadə olunurmu?

Cavab: Mən siyasi adam deyiləm.  Mən bu barədə məlumatlı deyiləm və məsələyə  ekoloji  cəhətdən baxıram və əlbəttə hər bir məsələdə siyasi bir cəhət ola bilər, mən bu barədə fikir demək üçün lazımı məlumata malik deyiləm. Bir də deyim ki, məsələyə ekoloji cəhətdən baxıram.

Bunu da qeyd edim ki, xalq təşvişə düşüb və öz etirazını bildirir və onları döyüb zindana  salmaq  düzgün deyil. Onların öz narahatlıqlarını  bildirməyə, çarə axtarmağa hüquqları olmalıdır. Dünyanın heç bir ölkəsində buna görə insanları döyüb həbs eləməzlər.

Sual: İran rejiminin  Azərbaycanlıları yerlərindən yurtlarından etmək üçün belə bir yoldan istifadə elədiyi ona  görə  Urmunun qurumasının qarşısını almaq məqsədilə heç bir tədbir görmədiyi, azərbaycanlıları  evlərində, ata-baba yurtlarından didərgin salıb bu əraziləri boşaltmalarını  təmin üçün  belə bir yoldan istifadə etməsi barədə iddialara nə  cavab verə bilərdiniz. İran rejimi öz ərazisinini böyük bir hissəsinin səhraya çevrilməsini istəyə bilərmi?

Cavab:  Qeyri-fars millətlərin assimilyasiyası siyasəti 1935-ci ildən başlanır. Mən siyasi adam deyiləm.  Mən belə bir misal  verə bilərəm ki, bir maşın bir adamı vurub öldürür.  Axırda bu adam öləndən sonra  sürücünün qəsdən yoxsa bilmədən bu adamı öldürdüyü mənim nəzərimdə o qədərdə mühüm dəyil. Mənim nəzərimdə mühüm olan bu gölün xilas edilməsidir, ona görə də məsələyə gərək biz ekoloji  cəhətdən baxaq və gölün qurumasının qarsını bu yolla alaq.

Sual: İran hökumətinin Urmu barədə  bir iş gördüyünü deyə bilərsiniz?

Cavab: İran hökuməti nəinki gölün qurumasının qarşısını almaq üçün işlər görməyib, hətta bir qədər də gölün  qurumasınının  sürətlənməsinə kömək edib. İran hökuməti  beynəlxalq sahədə lazım olan işlərin heç birini  görməyib. Bunun məsuliyyəti  həmin hökumətin boynuna düşür.

Sual: Bəs İran hökuməti  nəyə  görə  bu suyun qurumasına yol versin? Minlərlə kilometrlik ərazinin  səhraya çevrilməsindən çəkinmir? Bunun qarşısını almağa çalışmır?

Cavab: Burada bəzi mənafelər var. Kiçik də olsa buradakı bəndlərdən istifadə edilən yaradılmış balıqcılıq fermalarına zərər deyə biləcəyindən çəkinənlər var. Onlar bəndlərin yıxılmasının qəti əleyhinədirlər. Digər tərəfdən isə bəlkə də  əsas problem İran hökumətinin Urmu  Gölünün quruması  məsələsinin və bunun qarşısının alınması üçün göstərilən fəaliyyətlərin bir xalq  hərəkatına çevrildiyini hiss etməsidir. Mən bir də deyim ki, şəxsi olaraq belə fikirləşirəm və ekoloji məsələni birinci  növbədə nəzərdə tutaraq deyirəm ki, hakimiyyət qorxur ki, indi belə bir xalq hərəkatı qarşısında geri çəkilsə və xalqın istəklərini yerinə yetirsə, bu zəiflik əlaməti olaraq başa düşülə bilər və əhali gələcəkdə  ana dilində təhsil və başqa hüquqlar tələb etmək üçün də  nümayişlər keçirib, hökumətə  təzyiq göstərə bilər. Ona  görə də  məncə indi onlar  Urmu ətrafındakı tələblər  qarşısında bir iş görmürlər.

Elxan Şahinoğlu Azərbaycanın diaspor siyasətində köklü islahatlara ehtiyac olduğunu bildirib

Posted October 4th, 2011 at 10:00 pm (UTC-4)
Leave a comment

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycanın diaspor siyasəti və onun doğurduğu nəticələrə toxunub. Politoloqun araşdırmalarına görə, hazırda Azərbaycan diaspor təşkilatlarının fəaliyyətində iki, bəzən də üçtirəlik müşahidə edilir. O, ölkənin diaspor siyasətində köklü islahatlara ehtiyac duyulduğunu bildirib. Elxan Şahinoğlu Tapdıq Fərhadoğlu və Bulud Mehmandarlının suallarına cavab verib.

Sual: Azərbaycanın diaspor siyasətini necə qiymətləndirirsiniz?

Cavab: Azərbaycanın diaspor siyasətini müsbət qiymətləndirmək çox çətindir. Doğrudur, Diasporla İş üzrə Dövlət Komitəsi fəaliyyət göstərir, amma müxtəlif istiqamətlərdə elə də önəmli uğurlar qazanılmayıb. Məsələn, Amerika dünyanın super dövlətidir, dünyada baş verən hadisələrə çox ciddi təhdidləri var. Məndə olan məlumatlara görə, hətta ABŞ-da Azərbaycana tarixən bağlı olan təşkilatlarda belə ikitirəlik var. Təşkilatları bir arada cəmləştirmək üçün diaspor komitəsi iş aparmır ki, Amerika diaspor qurumları birləşib Azərbaycanın problemlərini Dövlət Departamenti, konqresmenlər, senatorlar qarşısında qaldıra bilsin. Dediklərimi, Almaniya, Fransa, Rusiya, hətta Türkiyədəki diaspor təşkilatlarına da şamil edə bilərik. Türkiyədə də Azərbaycan təşkilatları arasında iki, üçtirəlik yaranıb. Məhz, bu səbəblərdən diaspor təşkilatının işini qüsurlu sayıram.

Sual: Azərbaycan dövlət büdcəsindən Diasporla İş üzrə Dövlət Komitəsinə böyük məbləğdə vəsait ayrılır. Bu, vəsaitin xərclənməsi nə dərəcədə səmərəlidir?

Cavab: Bu, istiqamətdə də müəyyən mülahizələr yürütmək olar. Çünki, fəaliyyətin perspektivliyi haqqında danışmaq çox çətindir. Əgər, nəticə yoxdursa, deməli maliyyə də effektiv işləmir.

Sual: Azərbaycan prezidentləri bir qayda olaraq Dünya Azərbaycanlılarının qurultaylarında diaspor təşkilatlarını Dağlıq Qarabağ münaqişəsi ilə bağlı iş aparmaq üçün bir bayraq altında birləşməyə çağırıb. Bu sahədə işləri necə qiymətləndirirsiniz? Ümumilikdə, diaspor təşkilatları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı effektiv işlər apara bilirmi?

Cavab: Bu, şüarın özü də havada qalıb. Əslində, belə bir qərar verilmişdi ki, Azərbaycan və Türkiyə lobbiləri birləşib, birgə fəaliyyət göstərsin. Təəssüf ki, bu təşəbbüs də işləmədi. Bir misal deyim. Türkiyənin baş naziri Nyu-Yorkda Amerika prezidenti ilə görüşdü. Onun danışıqlarının gündəliyində terror, Fələstin, Suriya, Kipr və İsraillə bağlı məsələlər var idi. Baş nazirin Amerika ilə danışıqlarının gündəliyində ilk dəfə olaraq Dağlıq Qarabağla bağlı məsələ yox idi. Bu isə, Türkiyənin günahı  deyil, Azərbaycan lobbisinin fəaliyyətsizliyinin günahıdır. Azərbaycan artıq Türkiyəni və bu qardaş ölkənin siyasi dairələrini özündən küskün hala gətirib. Bu, çox acınacaqlı faktdır.

Digər bir misal, yaxınlarda Dağlıq Qarabağın erməni separatçıları Amerika Konqresində bir tədbir keçirdi. Azərbaycan hakimiyyəti buna etiraz etdi, amma nə faydası? Yəni, Azərbaycan səbəblə deyil, nəticə ilə mübarizə aparır. Dağlıq Qarabağın azərbaycanlı icması üçün Bakıda böyük bir bina inşa ediblər. Olmazmı ki, bu icma məhz, Konqresdə Dağlıq Qarabağın işğalının 20 ili ilə bağlı bir tədbir, faciə ilə bağlı bir sərgi keçirsin? Yəni, Dağlıq Qarabağın Azərbaycanın azərbaycanlı vətəndaşlarına bağlı olduğunu rəsmi Vaşinqtonun siyasi dairələrinə, Amerika vətəndaşlarına anlatsın. Hesab edirəm ki, Azərbaycan hökuməti, lobbi təşkilatları bir qayda olaraq ermənilərə qabaqlayıcı addımlar atmalıdır.  Konqresmenlərlə ən azı şəxsi zəmində görüşlər təşkil etmək olar. Doğrudur, Konqresdə “Azərbaycanın Dostları” adlı qrup var. Amma, onların da Azərbaycanla bağlı fəaliyyəti passivdir. Onların aktiv fəaliyyətini təmin etmək üçün mütəmadi təmaslar lazımdır.

Sual: Uzun illərdən bəri apardığımız müşahidələrə görə, Diasporla İş üzrə Dövlət Komitəsi yaranmamışdan öncə, diaspor təşkilatları sanki daha yaxşı fəaliyyət göstərirdi. Çünki, indi diaspor təşkilatları daha çox bölünmüş vəziyyətdədir.

Cavab: Sizinlə tamamilə razıyam. Sizin dediyiniz sözləri mən, Çikaqodan gələn soydaşımızdan eşitmişdim. O, da eyni sözləri deyirdi. Bildirirdi ki, diaspor komitəsi yaranandan sonra sanki bir bölücülük fəaliyyəti başlanıb. Bunun əsas səbəbi odur ki, hökumət daxili siyasətdə hansı səhvlərə yol verirsə, xarici siyasətdə də bunu təkrarlayır. Yəni, Amerika və Avropadakı diaspor təşkilatlarından şəxsi itaət tələb edirlər. Azərbaycanın milli və təhlükəsizlik məsələlərindən öncə tələb qoyurlar ki, Azərbaycan hakimiyyətinə itaət etdiyinizi bildirin. Beləliklə, Azərbaycanın ümumi maraqları arxa plana keçir və şəxsi maraqlar ön plana çıxır.

Hökumətin siyasəti də ürəkaçan deyil. Belə ki, hökumət rəsmi olaraq balanslı xarici siyasət kursu elan edib. Vikiliks sənədlərini diqqətlə izlədikdə isə görürük ki, bütün dövlətlərlə ciddi problemlər mövcuddur. İran, Rusiya, hətta, Gürcüstan, Türkiyə və Amerikanın əleyhinə danışılır. Bu, rəsmi elan edilmiş balanslaşdırılmış xarici siyasət kursunun iflasa uğradığını göstərir.

Biz, Dağlıq Qarabağ münaqişəsində işğala məruz qaldığımızı göstərmək üçün daimi fəaliyyətdə olmalıyıq. Xarici və daxili siyasətdə islahatlar aparmalıyıq. Diplomatik fəaliyyətdə cəld manevrlər etməliyik. Amma, təəssüf ki, daxili siyasətdə vəziyyət ağır olduğu kimi, ciddi siyasi və iqtisadi islahatlar aparılmadığı kimi, diplomatiya sahəsində də uğursuzluqlarla üzləşirik. Bir misal göstərim. Türkiyə Azərbaycanın tək strateji müttəfiqidir ki, Ermənistanla sərhədlərini bağlayıb, diplomatik münasibətləri yoxdur. Vikiliks sənədlərindən görünür ki, Azərbaycan özü üçün ən böyük təhlükə gözlədiyi ölkə də, elə Türkiyədir. Bunun nəticəsidir ki, artıq iki dövlətin münasibətlərində müəyyən soyuqluq yaranıb.

Sual: Dağlıq Qarabağ ermənilərinin Amerikada neçə illərdir təşkilatları fəaliyyət göstərir. Doğrudur, Dağlıq Qarabağ rəsmi Vaşinqton tərəfindən tanınmır, amma təşkilatın üzvləri hətta rəsmi dairələrdə belə, özlərini Dağlıq Qarabağın rəsmi nümayəndəsi kimi təqdim edir. Belə olduğu təqdirdə Dağlıq Qarabağın azərbaycanlı əhalisinin və ya Ermənistandan deportasiya olunmuş yüz minlərlə azərbaycanlının Amerika və Avropa dövlətlərində təşkilatları hansı səbəbdən yaradılmır?

Cavab: Həqiqətən, erməni diplomatiyası tək Amerikada deyil, Avropa ölkələrində, o cümlədən Rusiyada fəal hücuma keçib. Biz yenə də, səbəblə yox, nəticə ilə mübarizə aparırıq. Diplomatiya ağıl oyunudur. Burada qabağa düşmək lazımdır. Erməni lobbisi illərdir qərb cəmiyyətlərində, qeyri-hökumət təşkilatlarında təbliğat aparır, Azərbaycan isə gözləmə mövqeyində durub. Bir vaxtlar, plan var idi ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının səfirliklərdə nümayəndələri olsun və təbliğat işləri ilə məşğul olsun. Amma, bu da olmadı. Hətta, maliyyə ayrılması da məsələni həll etmir. Əgər, diplomat hakimiyyətin təbliğatı naminə iş görürsə, yenə də uğurlu nəticəyə nail olmaq mümkün olmayacaq.

Sual: Yalnız, maliyyə ayrılmasının problemi həll edə bilməməsini diasporla iş komitəsinin yaranması da bir növ sübut etdi. Bəlkə də, turistik səfərlər, Antaliyada otellərdə tədbirlər əvəzində bu vəsaitlər başqa istiqamətlərə sərf olunsa idi, daha uğurlu nəticələr ola bilərdi. O cümlədən, Dünya Azərbaycanlılarının son qurultayına dünyanın müxtəlif ölkələrinin media qurumlarında çalışan azərbaycanlı, türk jurnalistlər, hətta dünyanın aparıcı media qurumları dəvət edilməmişdi. Belə olan halda, Azərbaycan diaspor təşkilatları beynəlxalq ictimai fikrə necə təsir edə bilər?

Cavab: Doğrudan da, mətbuat dəvət edilmirsə görülən işlərlə bağlı cəmiyyətə fikriləri kim çatdırmalıdır. Bir misal deyim. Türkiyənin baş nazirinin Hyu-Yorkda səfərini bir ordu gücünə malik Türkiyə mediasının nümayəndələri izləyib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Nyu-Yorkdadır. Onu bir nəfər belə jurnalist müşayiət etmir.

Azərbaycanlılara “Duz sunamisi” təhlükəsinə qarşı Almaniyanın Yaşıllar Partiyasından dəsdək

Posted September 20th, 2011 at 12:48 pm (UTC-4)
Leave a comment

İran azərbaycanlıları Urmiyə Gölünün quruması nəticəsində başverə biləcək “Duz sunamisi” adlandırdıqları fəlakətin milyonlarla insanın ata-baba yurdunu tərk etməsi ilə nəticələnə biləcəyini deyirlər. Yaşıllar Partiyasının Almaniya parlamentindəki nümayəndəsi, əslən İran Azərbaycanından olan Əli Məhcubi Amerikaın Səsi radiosuna müsahibəsində Yaşıllar Partiyasının Urmiyə gölünün xilası ilə bağlı gördüyü işlər barədə Amerikanın səsinə danışıb.

İNSAFƏLİ HİDAYƏT
İranın daxili və xaricindəki mənbələrin bildirdiklərinə görə Urmiyə gölünün qurumasına etiraz olaraq Təbriz və Urmiyə şəhərlərində nümayişlərin qarşısını almaq üçün bu şəhərlərə Tehran və İranın başqa yerlərindən minlərlə rəsmi və mülki paltarda polisin gətirilməsi, çoxsaylı insanın saxlanması, yüzlərlə nümayişçinin təhlükəsizlik qüvvələri tərəfindən döyülməsi, problemə dünyanın diqqət yetirməsinin qarşısını ala bilməyib.

İran azərbaycanlıları “Duz sunamisi” adlandırdıqları fəlakətin qarşısının alınmamasının milyonlarla insanın ata-baba yurdunu tərk etməsi ilə nəticələnə biləcəyini deyirlər. Yaşıllar Partiyasının Almaniya parlamentindəki məsul nümayəndəsi, əslən İran Azərbaycanından olan Əli Məhcubi Amerikaın Səsi radiosuna müsahibəsində Yaşıllar Partiyasının Urmiyə gölünün xilası ilə bağlı bəyanatı, Almaniya hökuməti və Avropadakı digər yaşıllar partiyaları ilə apardığı işlər barədə məlumat verib.

Fəlakətin qarşısının alınmasına yönəlmiş etiraz aksiyaları İranda və beynəlxalq aləmdə dəstəklənir. Bir neçə beynəlxalq hüquq müdafiə təşkilatları, xüsusilə həbsxanalarda insanlarla sərt rəftar və işgəncələri pisləyən bəyanatlarla çıxış edib.

Son xəbərlərə görə, etiraz hərəkatının İranda və beynəlxalq aləmdə dəstəklənməsi İranın bəzi rəsmi şəxslərinin problemin həllinə diqqət ayırmasına səbəb olub. İran rəsmiləri Urmiyə Gölünə Araz və başqa çaylardan su gətirilməsi üçün 900 milyon dollarlıq bir layihəni gündəmə gətirsələr də prezident Əhmədinejad İran Azərbaycanına səfəri zamanı bu barədə konkret söz deməyib və öhdəlik götürməyib. Ona görə bu layihənin gerçəkçəkləşəcəyinə və bunun üçün 900 milyon dollar vəsait ayrılacağına inananların sayı o qədər də çox deyil. Digər tərəfdən isə Urmiyə gölünün xilası məsələsinin artıq beynəlxalq problemə çevrildiyi bir zamanda İranın dini rəhbəri Əli Xamneyi Xorasanda olarkən bu hövzənin su ilə təchizi məsələsinin tezliklə həll olunmasına göstəriş verib.

Beynəlxalq reaksiyalardan danışarkən xatırladaq ki, Almaniyanın Yaşıllar Partiyası məsələ ilə əlaqədar bəyanatla çıxış edib. Partiya bəyanatla kifayətlənməyərək son günlər Almaniya hökumətini Urmiyə gölünün xilas edilməsi üçün İranla konkret əməkdaşlıq aparmağa çağırıb və Avropadakı başqa yaşıllar partiyalarını da Urmiyə hövzəsinin xilası üçün əməkdaşlığa çağırıb. Xatırladaq ki, yaşılların nümayəndəsinin dediyinə görə Almaniyanın mühafizəkar hökuməti İranla başqa məsələlərlə bağlı yaranmış problemlərə görə Urmiyə Gölünün xilası üçün əməkdaşlığın çətin olduğunu bildirib. Ancaq yaşıllar Urmiyə Gölünü təkcə İran Azərbaycanının yaxus sa İranın problemi kimi yox, bütün dünyanı əlaqədar edən bir problem olaraq görürlər və bunun İranın daxili problemi olması iddialarını rəddedirlər.

Təbriz və Urmiyədəki aksiyalar zamanı tutulanlar barədə dəqiq məlumat yoxdur

Posted September 12th, 2011 at 9:22 pm (UTC-4)
Leave a comment

İnsafəli Hidayət
Təbrizdən aldığımız xəbərlərə görə bu gün minlərlə insan Urmiə və Təbrizdə küçələrə axışaraq Urmiyə gölünün qurumasının qarşısını almaq üçün parlamentə verilən qanun layihəsinin rəddedilməsinə etirazlarını bildirib Urmu gölünün xilas edilməsinə çağırıblar. Təbrizdə əlaqə saxladığımız nümayiş iştirakçıları küçələrdə adamdan dəfələrlə çox təhlükəsizlik qüvvəsi olduğunu deyiblər. Onlar rəsmi paltardakı polis dəsdələrindən dəfələrlə çox mülki paltarda polislərin küçələrdə keşik çəkdiklərini deyiblər.

Nümayişə təşəbbüs edənlərin bir hissəsi polis tərəfindən döyülüb. Yüzlərlə adam yaralanıb. Yüzlərlə adam isə saxlanıb. Şənbə günkü nümayişlərin qarşısını almaq və əhalini dağıtmaq üçün Tehrandan Təbrizə dünən xüsusi təyinatlı qüvvələrin göndərildiyi deyilir.

HRANA bildirib ki, Urmiyəninin Mosom küçəsində yerləşən örtülü bazararın bağlı olmasına baxmayaraq təhlükəsizlik qüvvələri və iğtişaş polisi heç bir səbəb olmadan bazara daxil olub əmlaka zərər veriblər. HRANA Avqustun 27-ndə yaydığı xəbərdə də mülki paltarlı agentlərin Təbrizdə dükanların pəncədərələrini, telefon budkalarını dağıtdıqlarını və belə hadisələrin keşmişdə də Tehranda başverdiyini yazmışdı.

Amerikanın səsinin Təbriz və Urmiyədən aldığı məlumatlara göə minlərlə insanın çox sıxı təhlükəsizlik tədbirlərinə baxmayaraq iştirak elədikləri nümayişlərdə hökümət və rejim əleyhinə şüarlar səslənməyib, aksiyalar siyasiləşdirilməyib və ətraf-mühit məsələsi olaraq qalıb. Ancaq çəkilən videolardan da göründüyü kimi onların aksiyasına qarşı polis tərəfindən heç də güzəştə gedilməyib yüzlərlə adam polisin hücumu nəticəsində aldıqları zərbələrə görə xəstəxanalara yerləşdiriliblər ki, onların da bəziləri xəstəxanada müalicə olunduqları vaxt polis tərəfindən saxlanaraq təhlükəsizlik qüvvələrinin nəzarətindəki xəstəxanalara aparılıblar ki, müalicədən sonra həbs oluna bilsinlər. Həbsdəki nümayiş iştirakçılarının sayı barədə dəqiq məlumat olmasa da mindən çox adamın polisin nəzarətində olduğu təxmin edilir.

Nümayişlərdən əvvəl iftar süfrəsində ikən polis tərəfindən həbs olunan otuz nəfərdən bir hissəsinə həbs cəzası verilməsi barədə yayılan xəbərlər isə hələlik Amerikanın səsi tərəfindən təstiq edilə bilməyib.

“Eurovision 2012″in təşkilatçıları Azərbaycandan azadlıqlar üçün yazılı zəmanət istəyir (VIDEO)

Posted September 3rd, 2011 at 9:47 pm (UTC-4)
Leave a comment

Avropa Yayım Şurası Azərbaycan hökumətini xarici qonaqlar üçün zəruri vizaların verilməsi, müsabiqəyə gedəcək iştirakçı, nümayəndə heyəti, mətbuat təmsilçiləri və turistlərin söz, ifadə və mətbuat azadlığının təminatı ilə bağlı yazılı zəmanət verməyə çağırır.

TAPDIQ FƏRHADOĞLU

“Eurovision 2011” müsabiqəsinin təşkilatçıları Azərbaycan hakimiyyətini vətəndaşların mülkiyyət hüquqlarının kütləvi pozulmasına son qoyulmasına, həmçinin siyasi və digər azadlıqların təmin olunmasına çağırıb.

Təşkilatın məlumatında deyilir ki, Avropa Yayım Şurası (EBU) Azərbaycan hökumətini xarici qonaqlar üçün zəruri vizaların verilməsi, Avropa konvensiyalarına uyğun olaraq Bakıya müsabiqəyə gedəcək iştirakçı, nümayəndə heyəti, mətbuat təmsilçiləri və turistlərin söz, ifadə və mətbuat azadlığının təminatı ilə bağlı yazılı zəmanət verməyə çağırır. “Sözügedən fundamental hüquqlara əməl olunması 1956-cı ildən “Eurovision” müsabiqəsinin uğurunun əsasını təşkil edir və 2012-ci il də istisna deyil”, –  deyə müsabiqənin məşvərət qrupunun sədri Frank-Diter Freylinq bildirib.

Müsabiqənin hansı zalda keçiriləcəyi indiyədək müəyyən deyil. Ən böyük stadion 14.000 yerlikdir və çox güman ki, müsabiqə üçün yeni zal tikiləcək. Bu yaxınlarda Almaniya federal hökumətin insan haqları müvəkkili Markus Löninq vətəndaşların hüquqlarının pozulmasına görə Azərbaycan hökumətini tənqid edib. Sənəddə deyilir ki, 2012-ci ilin müsabiqəsinə gəlincə, cənab Löninq deyib ki, Avropa hökumətləri və parlamentləri yaxın bir neçə ayda Bakıya ciddi təsir göstərməlidir.

Təşkilatın saytındakı 17 avqust tarixli materialda da Azərbaycanda siyasi rejim kəskin tənqid olunur. “Bu mənada hüquq müdafiəçisi Leyla Yunusun evinin sökülməsini “dövlət vandalizmi aktı” adlandırmaq olar. Markus Löninq onun siyasi məhbuslarla görüşünə icazə verməyən ölkə hakimiyyətinin onu aldatmasından şoka düşmüşdü”, – deyə məqalədə qeyd edilir.

Xatırladaq ki, Azərbaycanda “Eurovision 2012” mahnı müsabiqəsinin keçirilməsi üçün təşkilat komitəsi yaradılıb. Hökumət üzvlərinin daxil olduğu komitəyə prezident İlham Əliyevin həyat yoldaşı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva rəhbərlik edir.

Təşkilat Komitəsinin iyulda keçirilən iclasında sədr Mehriban Əliyeva qarşıda böyük məqsədin dayandığını diqqətə çatdırıb. O, “Eurovision-2012” mahnı müsabiqəsinin ən yüksək səviyyədə təşkil olunmasının vacibliyini vurğulayıb.

Təşkilat Komitəsi müsabiqənin keçirilməsi ilə bağlı plan işləyib dövlət başçısına təqdim etməlidir.

Qeyri-rəsmi məlumatlara görə, Bakı şəhərində Bayraq meydanının yaxınlığında  müsabiqənin keçirilməsi üçün yeni salon inşa ediləcək.

Bəzi fars, kürd, ərəb qrupları da azərbaycanlıların şənbə gününə planlaşdırdıqları nümayişləri dəstəkləyir

Posted September 1st, 2011 at 2:28 pm (UTC-4)
Leave a comment

Urmiyə və Təbrizdə ailələr  27 Avqustda keçirilən nümayişdə itkin düşən qohumlarını axdarmağa davam etdikləri bir zamanda, İran Azərbaycanlılarının gələn şənbə günü Qərbi və Şərqi Azərbaycan  vilayətlərinin irili-xırdalı şəhərlərində əlavə nümayişlərə hazırlaşdığı bildirilir. Bu arada kürdlər və ərəblərə əlavə olaraq bəzi fars qrupların və Yaşıl hərəkatın da azərbaycanlıların tələblərini dəsdəklədiyi bildirilib və bəzi müxalif fars qruplar bu istiqamətdə bəyanat yayıblar.  İran hökümətinə müxalif  bəzi qruplar  isə  azərbaycanlıların İran Parlamentinin Urmiyə gölü barədə qərarından siyasi və  bölücülük məqsədləri ilə istifadə etdiklərini irəli sürüb. Xaricdəki bəzi İran qrupları da cümə və Şənbə günləri azərbaycanlılara dəsdək üçün  İran səfirlikləri qarşısında nümayiş keçirəcəklərini bildiriblər.

İNSAFƏLİ HİDAYƏT

Qərbi Azərbaycanın paytaxtı Urmiyə şəhərində Urmiyə gölünün quruması ilə bağlı keçirilən etiraz numayişlərində tutulanlardan 150 nəfər azad edilib. Bu barədə yerli sakinlər bildirib. Ancaq, xəbər rəsmi və müstəqil xəbər agentlikləri tərəfindən təsdiqlənməyib və İran rəsmiləri bu barədə hər hansı məlumat vermir. Tutulan fəallar haqqında Şərqi və Qərbi Azərbaycan radio və televiziyalarında təhqir edici ifadələrin işlədildiyi bildirilir. Azərbaycanlı siyasi, mədəni və ətraf-mühit fəalları iddia edir ki, avqustun 27-dəki etiraz nümayişləri zamanı 300-dən çox adam tutulub.

Fransada yaşayan,  sosioloq  Səyid Peyvəndi iddia edir ki, Urmiyə gölü Şərqi və Qərbi Azərbaycanlılar üçün milli kimlik məsələsidir və bu etirazların kökündə siyasi və ictimai məsələləri tapmaq olar: “Məhz, bu səbəbdən azərbaycanlıların reaksiyası həddən artıq güclü olub. Əslində, azərbaycanlılar ədalətsizlik qarşısında etirazlarını bildirir”.  Məlum olduğu kimi mümayişlər  İran Parlamentinin Urmu gölünün xilas edilməsi üçün gölə  yaxınlıqlardakı çaylardan su gətirilməsi barədə azərbaycanlı millət vəkillərinin təklifini qəbul etməməsindən sonra başlayıb.

Bu arada, azərbaycanlılar sentyabrın 3-də İranın Azərbaycan şəhərlərində aksiyaları davam etdirməyi planlaşdırır. Onlar ümid edir ki, prezident Mahmud Əhmədinejad etiraz nümayişlərindən sonra Qərbi Azərbaycana nəzərdə tutulan səfəri zamanı Urmiyə gölünə su gətirmək layihəsinə diqqət yetirəcək.

Amma, İran prezidentinin güman edilən səfəri və məsələyə müdaxilə edə biləcəyi barədə söz-söhbətlər  azərbaycanlıların aksiyaların davam etdirilməsi ilə bağlı çağırışlarını dayandırmayıb. Bununla bağlı  İran Azərbaycanının müxtəlif şəhərlərində xalqa müraciət və bəyanat yayılır. Azərbaycanlı siyasi fəallar Təbriz, Ərdəbil, Urmiyə, Parsabad, Muğan və digər şəhərlərdə Şənbə günü əhalini nümayişə çağıran bəyanatları yayanlar isə tutulub. Bu arada Təbrizin Traktor futbol komandasının tərəfdarları adından da bir bəyanat yayılıb. Bəyanatda, futbol azarkeşləri şənbə günü insanları Təbrizdə etiraz aksiyasına qoşulmağa çağırır. Etiraz nümayişlərinin təşkilatçıları Urmiyə şəhərində “Kaşani”, “Ətayi”, “Besət”, “Xəyyam” və “İmam” xiyabanları, “Əyalət” və “Vilayəti Fəqih” meydanlarında nümayişlər keçirməyi planlaşdırır.  Amerikanın səsinin aldığı məlumata görə Tehranda azərbaycanlılar “İmam Hüseyn” və “Azadi” meydanı arasında etiraz nümayişi keçirməyi nəzərdə tutur. Bu arada İran Azərbaycanının böyük şəhərlərinə əlavə olaraq Sərab kimi kiçik şəhərlərdə  də etirazlara hazırlıq gedir.

İran azərbaycanlıları  e-mail, internet saytlarında yerşəşdirdikləri bəyanatlar və sosial şəbəkələr vasitəsi ilə bəzi xarici ölkələrdə də iranlıları aksiyalara çağırır.

İsveçdə  yaşayan azərbaycanlılar Gutenberg şəhərində  sentyabrın 4-də  nümayiş  keçirəcək. Türkiyənin Ankara şəhərində İran səfirliyi qarşısında  piket olacaq. Bakı şəhərində yerləşən İran səfirliyi qarşısında  dünən etiraz aksiyası keçirilib və yeni etirazların olacağı elan edilib.

İranda bəzi fars qrupları da bəyanat yayaraq  azərbaycanlıların tələblərini müdafiə etdiklərini bildirərək tərəfdarlarını aksiyalarda iştiraka çağırıblar. Həmçinin bəzi  kürd və ərəb qrupları da azərbaycanlıların etirazlarını himayə etdiklərini bildiriblər. Bu arada Yaşıl Hərəkatla bağlı internet saytlarında yayılan bəyanatlarda  azərbaycanlıların elan etdiyi, nəzərdə tutulan, əlavə etiraz aksiyalarının himayə olunduğu bildirilib.

Həmin  qrupların azərbaycanlıların etirazlarına dastəklərini bildirmələrinə baxmayaraq  başqa bir müxalid qrup “İran Milli” adlı siyasi təşkilatın xarici bölməsi yaydığı  bəyanatında “bölücülük siyasətini” xatırladıb və  Urmiyə gölü problemindən  bölücülük məqsədi ilə bəhanə kimi istifadə olunduğunu  irəli sürüb.

 

 

İranlı tarixçi Nasir Purpirar ölkə tarixinin saxdalaşdırıldığını deyir

Posted August 29th, 2011 at 11:15 am (UTC-4)
Leave a comment

Mənşəcə İranlı ərəb olan İran tarixi barədə ziddiyyətli nəzəriyələri ilə tanınmış Nasir Purpirar yazır ki, İran məktəbləri və universitetlərində öyrədilən İran tarixi  gerçəklərə əsaslanmır . O, “12 əsrlik sükut” adı silsilə əsərlərində İran tarixinin islamiyyətdən əvvəl ki, 12 əsrlik hissəsinin saxdaşaldırıldığını yaddaşlardan silindiyini irəli sürülür. Cənab Purpiranın bəzi nəzəriyələri hamı tərəfindən rədd olunsa da, digər bəzi, xüsusilə  dəlillərə əsaslanan fikirləri başqa alimlər tərəfindən də qəbul edilir.

İNSAFƏLİ HİDAYƏT

İranlı ərəb yazar və tədqiqatçı Nasir Purpirar (Nasir Binakonəndə) iddia edir ki, İran tarixinin çox hissəsi yalan üstündə qurulub və İran tarixinə yenidən baxmaq lazımdır.

Cənab Purpirar tədqiqat əsasında 33 cild kitab yazıb. İranın  Mədəniyyət  Nazirliyi (Fərhəng və İrşadi İslami)  bu kitabların bir çoxunun  çapına  icazə verməyib və müəllif tədqiqatlarının bir hissəsini  digər ölkələrdə nəşr etdirib. Onun kitabları İranda özünün və şərik olduğu 3 nəşriyyat tərəfindən çap edilib. Nasir Purpirar milliyyətcə  ərəb olduğuna görə, bəzi  tənqidçilər onu “Pan Ərəbizmdə” ittiham edir.

Nasir Purpirarın əsərlərinin çoxu elmi-tədqiqata əsaslansa da, İranın və farsların tarixi barədə irəli sürdüyü bəzi fikirlər azərbaycanlı alimlər tərəfindən qəbul edilmir.

Purpirar yazır ki, İran məktəbləri və universitetlərində öyrədilən İran tarixi yalanlara əsaslanır ki, bu dərsləri keçənlər İran və İran tarixini yenidən öyrənməlidir.

Onun fikrincə, islam və ərəblərin İrana gəlməsindən 2000 il əvvəl, iranlılarla yəhudilər arasında “Purim” hadisəsi baş verib və iranlılar “qətliam”a məruz qalıb. Purpirar iddia edir ki, Purim qətliamına görə İran coğrafiyasında 2000 il ərzində nəzərə çarpacaq mədəni  əsər yaradılmayıb.

Purpirarın kitablarında iddia olunur ki, həmin 2000 il ərzində İranda insanlar dağlarda həyatlarını davam etdirib. O, bu və buna oxşar nəzəriyyələri  “12 əsrlik sükut” adlandırdığı əsərlər toplusunda irəli sürür.

Hazırda Kanadada yaşayan təbrizli tədqiqatçı Dr. Ziya Sədruləşrafi Nasir Purpirarın əsərləri ilə yaxından tanışdır və bu əsərlər haqqında tənqidi məqalələrin müəllifidir. O, Amerikanın Səsinə müsahibəsində deyib ki, cənab Purpirar İran tarixinin “Əşkanilər”, “Sasanilər” dövrü kimi hissələri, həmçinin “İsgəndər”, “Ərəblər” və “Monqollar”ın İrana hücumlarını inkar edir. O, eyni zamanda İran tarixində  Firdovsi, Hafiz və Sədi kimi  şairlərin olmasına şübhə ilə yanaşır və iddia edir ki, İrana islamın gəlişindən neçə yüz il sonrayadək mədəniyyətdən çox az izlər görünür. Dr. Ziya Sədruləşrafi Purpiranın  güclü bir tarixçi olduğunu desə də, onun yuxarıdakı iddialarını qəbul etmir.

O, Purpirar barədə deyir ki, tarixçinin “Ziyalı öldürmək” (Noxbə Koşi) adlı  kitabında göstərilir ki, iranlılar kiminsə yeni bir fikri olsa, onu məhv etməyə çalışır. O, İran tarixində “Şöhrəvərdi” (Eynulquzzati Həmədani)  kimi fikir sahiblərinin qətlə yetirilməsini, bu ideyasına sübut kimi göstərir.

Dr. Ziya Nasir Purpirarın “12 əsrlik sükut” silsiləsindən bir neçə kitabına işarə edərək onlarda Həxamənişi dövründən islamadək İranda heç bir mədəniyyətin olmaması iddiası ilə razılaşmadığını deyir: “Bu ağır bir iddiadır. 12 əsrlik sükut silsiləsinin ikinci hissəsi “Keçmişə bir körpü” adlanır, alim üç kitabdan ibarət olan bu hissədə İrana islam dininin gəlməsi barədə yazıb. Digər kitabı “Əşkanlılar”dır, bu kitab da Əşkanilərin olmasını inkar edir və onları Sulukilərin davamı kimi görür”.

Dr. Ziyanın fikrincə, “bu kitab, tənqid olunmalı bir kitabdır”. O, Əşkanilər barədə Purpirarla eyni fikirdə olmadığını deyir. “Kirasusu öldürən 13-cü Əşk inkar edilməsi çətin bir işdir”.

Onun “12 əsrlik sükut” toplusunun digər hissəsi “Sasanilər” adlanır və 3 cilddən ibarətdir. Dr. Ziya deyir ki, Purpirarın “12 əsrlik sükut”  silsiləsində “Sasanilər” şah əsəridir.

Dr. Sədruləşrafi  “Məgər bu beş günü tutasan” kitabı barədə deyir ki, Purpirar bu kitabda göstərir ki, Sədi Şiraz şəhərindən kənara çıxmayıb  və uzun illər xalqı aldadıb.

Purpirar “İslam, qılınc dini” adlı kitabında islam peyğəmbərinin yaxın adamlarından olduğu deyilən iranlı “Səlmani Farsi” adlı adamın olmasını qəbul etmir. Dr. Ziya  isə deyir ki, bu mövzuda  Purpirardan əvvəl “Lima Sinyon” yazıb.

Purpirarın bu mövzuda yazdığı 30 kitabın böyük hissəsi bir-birinin davamıdır. Onun yazdığı kitabların 3 cildi Səfəvilər dövrü barədədir. Ancaq,  İran dövləti onların çapına icazə vermir.

Purpirar həmin üç kitabı öz vebbloqunda hissə-hissə yayacağını deyib. Dr. Ziyanın verdiyi məlumata görə, Purpirarın bəzi kitabları Sinqapurda çap olandan sonra qaçaq yolu ilə İrana gətirilib və yayılıb.

İranda və digər ölkələrdə minlərlə kitabda Purpirarın inkar etdiyi tarix qəbul edilir. Dr. Sədruləşrafi qəbul olunmuş bu tarixin inkarının  dayaqları barədə deyir ki, “Purpirarın iddialarının bir hissəsi əvvəllər də, başqa alimlərin kitablarında yazılıb, amma hər dövrün hakim düşüncə sistemi istədiyi fikirləri saxlayır, istəmədiklərini silməyə və ya kölgədə saxlamağa çalışır. Məsələn, 1575-ci ildə alman Kresten Nipur, İrana gəlib və “Təxti Cəmşidi” dolanıb və onun qalan hissələrindən, yanmamışdan əvvəl yarımçıq dəlillər göstərib, amma iranlılar onları görmək istəməyib.

Dr. Ziya əlavə edir ki, Purpirar “Təxti Cəmşid”ə gedib və şəkillər çəkərək göstərib ki, sütunların bir hissəsi yonulub, digər hissəsi yonulmayıb. Daşlarda yeni qazma yazılar yazıblar, amma onlara qədimi görkəm vermək üçün daşların üzərinə turşu səpiblər.

Purpirar iddia edir ki, ərəblər və monqollar İrana həmlə etməyib və buna səbəb kimi, o zamanlar da iranlıların yoxsul olmasını göstərir. O, iddia edir ki, sərvətin nişanəsi qızıl puldu, amma ərəblər və monqolların İrana hücum etdikləri iddia olunan zamanlardan, əlimizdə qızıl pul yoxdur. Olan pullar da gümüşdü və iranlılar yox, bəlkə digər millətlər bu pulları kəsib. Onun nəzəriyyəsinə görə, bu, o deməkdir ki, ərəblər və monqolların İrana hücum etmək üçün heç bir marağı yox idi.

Dr. Sədruləşrafi Purpirarla razılaşmır və deyir ki, ərəblər Vəlid İbn Əbdülməlik zamanından İrana gəlib və Türküstanadək gediblər. Sasani şahı 3-cü Yəzd Gerd qaçıb və iranlıların əli ilə öldürülüb. Bunları əvvəlcə ərəb tarixçiləri, daha sonra da Zərdüştilər yazıb.

Bəs nə üçün islamdan əvvəl İran coğrafiyasında tanınmış alim olmayıb? Dr. Ziya deyir ki, elmi öyrənmək üçün əlifba lazımdır: “İran tarixində Həxamənişilərin dağılmasından islam İrana gələnədək Aramilər İran xalqları üzərində hakimiyyətə sahib idi. Aramilərin əlifbasını isə özlərindən başqaları nə yaza, nə də oxuya bilərdi”.

Dr. Ziyanın fikrincə, islamdan 103 il sonra və Yəzid İbn Əbdülməlik dövründə 725-ci ildə Çindən İrana kağız gəlib və beləliklə kağızın və əlifbanın olması adamların yazıb oxumasına, alimlərin yetişməsinə səbəb olub.

Markus Löninq: Almaniya Cənubi Qafqazı azad görmək istəyir

Posted August 17th, 2011 at 2:42 pm (UTC-4)
Leave a comment

Almaniyanın Azadlıq Naminə Fridrix Nauman Fondu “Azərbaycanda fərdi hüquq və azadlıqlar” mövzusunda dəyirmi masa keçirib. Azərbaycan hökumətinin insan hüquqları ilə bağlı siyasəti, siyasi və iqtisadi azadlıqlar ətrafında fikir mübadiləsi aparılıb.

TAPDIQ FƏRHADOĞLU

Almaniyanın Azadlıq Naminə Fridrix Nauman Fondu “Azərbaycanda fərdi hüquq və azadlıqlar” mövzusunda dəyirmi masa keçirib. Forumda Almaniya Hökumətinin İnsan Haqları və Humanitar Yardım üzrə müvəkkili Markus Löninq, Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle, müxalifətdə olan siyasi partiyaların liderləri, qeyri-hökumət və gənclər təşkilatlarının təmsilçiləri, ekspertlər iştirak edib. Azərbaycan hökumətinin insan hüquqları ilə bağlı siyasəti, siyasi və iqtisadi azadlıqlar ətrafında fikir mübadiləsi aparılıb.

“2005-ci il parlament seçkiləri dövründə ölkədə insan azadlıqlarının vəziyyəti indikindən daha yaxşı idi. İnsanlarla söhbətlərdən, media məqalələrindən aydın olur ki, Azərbaycanda iqtisadi inkişafla, insan hüquqları fərqli istiqamətlərdə inkişaf edir. Bu gün hətta, mənə dedilər ki, Azərbaycanda mövcud durumla bağlı tənqidlərə son qoymaq lazımdır. Çünki, tənqid ölkənin imicinə mənfi təsir edir”, – deyə Almaniya Hökumətinin İnsan Haqları və Humanitar Yardım  üzrə müvəkkili Markus Löninq qeyd edib.

Cənab Löninq əksinə, Azərbaycan nümayəndəsindən soruşub ki, digər ölkələrdən Azərbaycanda müsbət dəyişikliklər olduğunu necə görmək olar?  “Azərbaycanda insanlar Facebook-da məqalə dərc etdiyinə görə həbs edilir. Müxalifət partiyaları, məsələn Müsavat Partiyası şəhərin mərkəzində toplantı keçirmək istəyir, şəhərin kənarlarını göstərirlər. Sərbəst toplaşmaq istəyində olan insanlar həbs edilir. Bir sözlə, insanları öz hüquqlarını reallaşdırmaq istəyinə görə həbs gözləyir. Sizcə, belə ölkə xaricdən necə görünər? ”, – deyə o rəsmi nümayəndədən sual edib.

Müvəkkil Almaniyanın Bakının inkişafını daha çox arzuladığını bildirib. “Amma, bunun xatirinə insanı evindən çıxarmaq olmaz. Bu ifadəni eşidən kimi dedilər, aha, söhbət Leyla Yunusdan gedir. Bildirdilər ki, Leyla Yunus bütün dünyanı gəzib, Azərbaycan haqqında mənfi rəy yaradır. Mən cavab verdim ki, hökumət insan azadlıqlarına hörmət etməlidir. Hökumət anlamalıdır ki, azad, sərbəst iqtisadiyyatın inkişafı, fərdin azadlığından keçir. Azad olmayan insan iqtisadiyyatı necə azad edə bilər? Fərqli, yaradıcı fikrilər olmadan müzakirələr mümkün deyil. Müzakirələrsiz isə inkişaf yoxdur”.

Cənab Löninq eyni zamanda, azad fikirləri insanlara çatdırmaq imkanı olan azad medianın vacibliyini qeyd edib. “Azad və fərqli fikirlər ilk öncə mediada əks olunmalıdır. Televiziyalar, audio, çap mediası, internet azad olmadan fərqli fikirləri cəmiyyət haradan əldə edə bilər? Fərdin azadlığı üçün azad yaşayış şəraiti təmin edilməlidir”, – deyə o qeyd edib.

O insan hüquqları sahəsində bir sıra ölkələrdə gətirilən bəhanələrdən də danışıb. “Deyirlər gənc dövlətik, Sovet rejimindən sonrakı dövrü yaşayırıq, şərqlə-qərbin, Rusiya ilə İranın qovşağında yaşayırıq və s. Amma, bu bəhanələr artıq arxada qalıb. Doğrudur. Sovet rejimindən keçid ağırdır. Artıq, Sovet rejimi 20 il arxada qalıb və bir çox ölkələr demokratiya yoluna keçib. Şərqlə-qərb arasında yaşamaq isə problem deyil, fürsətdir. Çünki, bu həm qərbin, həm də şərqin təcrübəsinə bələd olmaq deməkdir. Bu fürsət keçidi daha da asanlaşdırmalıdır. Bir sözlə, hər zaman bəhanə düzgün deyil. Əzmkarlıq nümayiş etdirilməlidir. Dəyişikliyə ilk öncə cəmiyyətin daxilindən təkan olmalıdır. Təkan üçün isə əsas amillərdən biri ölkədə maliyyənin olmasıdır. Bu, Azərbaycanda var. Almaniya Azərbaycanda dəyişikliklərdə sizə hər zaman kömək etməyə hazırdır. Biz, dünyanın bu hissəsini, Cənubi Qafqazı azad görmək istəyirik”, – deyə o bildirib.

Müzakirələrdə Azərbaycan hökumətinin dəyişikliklərə hazır olmadığı bildirilib. “Azərbaycan hakimiyyəti korrupsiya üzərində qurulub. İslahat isə korrupsiya şəraitinin məhdudlaşdırılması deməkdir. Hökumətə yalnız, cəmiyyət ayağa qalxanda təsir etmək mümkündür”, – deyə Müsavat Partiyasının başqanı İsa Qəmbər qeyd edib.

Siyasi məhbus məsələsi də diqqət mərkəzində olub. “Azərbaycanda siyasi məhbus məsələsi dövlət siyasətidir. Son 18 ildə ölkədə hər gün siyasi məhbus olub. Sadəcə, 3 nəfər həbsdən azad edilir, əvəzində 5 nəfər həbs edilir. İctimai Palatanın son 2 Aprel mitinqindən sonra 17 nəfər müxalifət fəalı həbs edilib. Onların arasında 6 nəfər gənclər təşkilatlarının aparıcı fəalı var”, – deyə AXCP sədri Əli Kərimli qeyd edib.

Müxalifət liderləri, həmçinin hüquq müdafiəçiləri Avropa Şurasının Azərbaycanda siyasi məhbus üzrə məruzəçisi, Almaniya bundestaqının deputatı Kristofer Ştrasserin iki il ərzində Azərbaycana gələ bilməməsinə diqqəti yönəldib. “Doğrudur Azərbaycan məruzəçinin gəlməsinə imkan yaratmır, amma cənab Ştrasser də Azərbaycana gəlmək üçün əzmkarlıq göstərmir. Bununla bağlı Almaniya bundestaqında məsələ qaldırılmalıdır. Eyni zamanda, Avropa Şurası ya məruzəçini geri çağırıb, yenisini təyin etməli, ya da Azərbaycanın Avropa Şurasının qərarına tabe olmadığını bəyan etməlidir”, – deyə Müsavat başqanı İsa Qəmbər qeyd edib.

Çıxışlarda Avropa qurumlarının Azərbaycanda artıq nüfuzunu itirdiyi qeyd edilıb. Yalnız, Avropa Məhkəməsinin hökumətə təsir imkanları var. “Avropa Məhkəməsi nizamnaməsinə uyğun olaraq Azərbaycanda siyasi məhbuslarla bağlı məsləyə növbədən kənar baxmalıdır”, – deyə cənab Kərimli bildirib.

Ekspertlər ölkədə iqtisadi azadlıqların olmadığını, iqtisadiyyatın və bazarın məmurların monopoliyasında olduğunu diqqətə çatdırıb.

Almaniya hökumətinin İnsan Haqları və Humanitar Yardım üzrə müvəkkili Markus Löninqin həbsxanada fəal Bəxtiyar Hacıyevə baş çəkməsinə icazə verilməməsi barədə bəyanatı barədə Amerikanın səsi radiosunun sualının cavabında Azərbaycanın ombudsmanı Elmira Süleymanova deyib ki, bu məsələni aydınlaşdırmağa çalışır. “Əgər həqiqətən belədirsə, bu, xoşagəlməz hadısədir”.

O, AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kriştof Ştrasserin Azərbaycana səfərinə icazə verilib-verilməməsi ilə bağlı deyib ki, məruzəçilərin dəvət olunması hökumətin səlahiyyətindədir.

Mülkiyyət hüquqlarının pozulması və vətəndaşların evlərinin sökülməsinə gəlincə, xanım  Süleymanova bildirib ki, bu sahədə çoxlu şikayət var. “Lakin bir çox halda bu, məhkəmələrin qərarı ilə baş verir”- deyə o qeyd edib.

Almaniya ombudsmanını Bəxtiyar Hacıyevlə görüşə buraxmayıblar

Posted August 15th, 2011 at 2:43 pm (UTC-4)
Leave a comment

Almaniya ombudsmanı deyib ki, Azərbaycanda bütün seçkilər demokratik standartlara cavab verməyib. Bu gün hər yerdə vətəndaşların əmlak hüquqları pozulur, Sülh və Demokratiya İnstitutunun ofisinin sökülməsi də buna misaldır.

TAPDIQ FƏRHADOĞLU

“Üç günlük missiyamın məqsədi insan hüquqları sahəsində vəziyyətlə tanış olmaq və hökumətə tövsiyələr verməkdir”, – deyə Almaniya ombudsmanı Markus Loninq bu gün Bakıda keçirilən brifinqdə bildirib. Bu gün, səfərinin ilk günündə o, Prezident Administrasiyasının nümayəndəsi Novruz Məmmədov, siyasi partiyaların, QHT-lərin və gənclər təşkilatlarının liderləri ilə görüşüb.

Ombudsmanın həbsdə olan gənc fəal Bəxtiyar Hacıyevlə görüşmək cəhdi baş tutmayıb. “14 saylı cəzaçəkmə müəssisəsinin qarşısında bir saat yarım gözlədik, bundan sonra bizə dedilər ki, Ədliyyə Nazirliyi görüşə icazə verməyib. Baxmayaraq ki, iki həftə əvvəl Bəxtiyar Hacıyevə baş çəkmək istəyimi bildirmişdim”, – deyə cənab Loninq bildirib.

“Bunu insan hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirirəm, belə ki, Avropa Şurasına üzv ölkədə başqa ölkənin ombudsmanına qarşı bu cür münasibət yolverilməzdir”

Cənab Loninq qeyd edib ki, səfəri ilə Bəxtiyar Hacıyevə, həmçinin ifadə azadlığına görə həbs edilmiş hər kəsə dəstəyini ifadə etmək istəyir. O, həmçinin xatırladıb ki, bundan əvvəl Azərbaycan hakimiyyəti AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kriştofer Ştrasserin missiyasını yerinə yetirməsinə imkan verməyib.

O xatırladıb ki, vaxtı ilə Heydər Əliyev deyirdi ki, Azərbaycan demokratiya yolunu seçib, amma demokratiya ilk növbədə insan hüquqlarının təmin edilməsi deməkdir. Lakin Azərbaycanda bütün seçkilər demokratik standartlara cavab verməyib. Bu gün hər yerdə vətəndaşların əmlak hüquqları pozulur, Sülh və Demokratiya İnstitutunun ofisinin sökülməsi də buna misaldır. “Bu evin sökülməsini, iki tin aralıda isə evdən çıxarılan pəncərələrin satılmasını əks etdirən kadrları görmüşəm. Bu, insanı şoka salır”, – deyə cənab Loninq bildirib.

O, aprelin 2-də dinc etiraz aksiyalarının iştirakçılarının həbsini pisləyib və işgəncələrin artması haqqında məlumatlarla bağlı narahatlığını bildirib. Ötən il işgəncə faktlarının sayı 57 idi, bu il isə artıq 89 fakt var. Naməlum şəraitdə ölüm hallarının sayı 4-dən 6-ya qədər artıb.
Alman jurnalist Mixael Lüdviqin Naxçıvandan qovulmasına toxunan cənab Loninq bildirib ki, hakimiyyət jurnalistlərin hüquqlarını müdafiə etməli və onlara kömək edənləri elektrik oğurluğunda ittiham etmək yerinə, onlara minnətdar olmalıdır.

BLOGLAR