“Qaçqın: Anar Usubovun həyat tarixi” Amerikada

Posted February 28th, 2011 at 8:13 pm (UTC-5)
Leave a comment

Fevral ayının son həftəsi Amerika Birləşmiş Ştatlarında yaşayan həmvətənlərimiz Xocalı faciəsinin 19-cu ildönümünü qeyd edirdi. Bu münasibətlə paytaxt Vaşinqton və Los-Anceles şəhərlərində türk jurnalisti Cem Oğuzun “Qaçqın:Anar Usubovun həyat tarixi” adlı sənədli filminin premyerası keçirildi.

Sənədli film1992-ci il fevralın 26-da Xocalıda faciəli hadisələr baş verən zaman 8 yaşı olan Anar Usubovun taleyindən bəhs edir.  Anar ailəsi və Xocalının başqa sakinləri ilə birlikdə Xocalıdan çıxa bilib.  Lakin 19 il keçəndən sonra nə onun özü, nə də ailəsi o hadisələri unuda bilmir.

Xocalı, Ağdam, Naftalan, Bakı…….Xocalı qaçqını Anar Usubovun sonu olmayan yolundakı dayanacaqlar….. Bu yolun sonu haradadır?  Bir gün o və onun ailə üzvləri doğma torpağa qayıda biləcəkmi?  Bu suallara hələlik nə Anar özü, nə də filmin yaradıcısı Cem Oğuz cavab verə bilmir.  Lakin Cem Oğuz ümid edir ki, bu uzun yolun sonunda bir işıq olacaq.

Cem Oğuz deyir ki, bu filmlə Xocalı faciəsi haqda dünya ölkələrində insanları məlumatlandırmaq  istəyib.

“Qaçqın” Azərbaycan və ingilis dillərində çəkilib. Cem Oğuz sənədli filmi beynəlxalq müsabiqələrə təqdim etməyi planlaşdırır.

Filmdən bir hissəni bu linkdə izləyə bilərsiniz

Refugee: The Life Story of Anar Usubov

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>