Amerika Azərbaycanlıları ABŞ hökumətinin 2012-ci ildə Dağlıq Qarabağa birbaşa maliyyə yardımı ayırmaması üçün kampaniya aparır

Posted March 1st, 2011 at 5:22 pm (UTC-5)
Leave a comment

Amerikada yaşayan azərbaycanlılar artıq dördüncü ildir intensiv şəkildə Konqresə məktub ünvanlama kampaniyası aparır. Hər ilin əvvəli həmvətənlərimiz 20 Yanvar, Xocalı və Sumqayıt hadisələrinin ildönümü ərəfəsində Amerika qanunvericiləri ilə yanaşı, media və ictimaiyyət nümayəndələrinə məktublar göndərir. İcma üzvlərimiz yerli və federal qanunvericilərdən cavablar alır.

Bu günlər Amerikada yaşayan azərbaycanlıların şəbəkəsi USAN  Konqresə ABŞ-ın 2012-ci il üçün xarici yardımları ilə əlaqədar məktublar göndərərək, daha bir kampaniya aparır. 1998-ci ildə Konqres rəsmi Bakının etirazlarına baxmayaraq, Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionuna birbaşa maliyyə yardımı göndərməyə başlayıb. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək, dünyada başqa heç bir dövlət Dağlıq Qarabağa maliyyə yardımı ayırmır.  Amerikalı azərbaycanlılar Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlamasına kömək edən bu birbaşa maliyyə yardımına qəti etirazını bildirir. Həmvətənlərimiz öz etirazlarını Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi qarşısında çıxış edəcək Dövlət katibi  Hillari Klintona çatdırmaq üçün ona məktub göndərib. Məktubda xanım Klintona ABŞ-ın regionda mühüm müttəfiqi olan Azərbaycanın etirazına baxmayaraq, hazırkı iqtisadi durumda Dağlıq Qarabağda hərbi rejimə maliyyə yardmının qarşısını necə almaq olar kimi sual verilir.

ABŞ-da yaşayan azərbaycanlıların şəbəkəsi USAN  Dövlət katibi Klintonla yanaşı, Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin bütün üzvlərinə və onların Senatdakı həmkarlarına da məktub göndərib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>