Millət vəkili Rəfayel Hüseynov:”Sloveniyada Mehdi Hüseynzadənin xatirə muzeyinin açılışı üçün ekspozisiya hazırdır”

Posted June 5th, 2011 at 2:51 pm (UTC-5)
Leave a comment

Sloveniyanın Novi Qoritsa şəhəri yaxınlığındakı Şempat kəndində Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin xatirə muzeyinin açılışı olacaq. Sloveniyada səfərdə olan millət vəkili Rəfayıl Hüseynov Amerikanın səsinə bildirib ki, muzeyin açılışı üçün ekspozisiya artıq hazırdır. O deyib ki, muzeyin ekspozisiyası üçün əşyaların böyük hissəsi Azərbaycandan gətirilib. Muzeyin açılışı gələn həftəyə planlaşdırılıb. Xatirə muzeyinin açılışı üçün Mehdi Hüseynzadə haqda ingilis, Sloveniya və Azərbaycan dillərində “İki xalqın övladı” adlı kitab da nəşr edilib. Kitabın müəllifi yazısı-publisist, millət vəkili Rəfayel Hüseynovdur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>