DAK-ın Belçika nümayəndəliyinin rəhbəri Rəşad Xasayoğlu ilə müsahibə

Posted July 9th, 2011 at 12:47 pm (UTC-5)
Leave a comment

Belçikada yaşayan azərbaycanl fəal Rəşad Xasayoğlu Dünya Azərbaycanlıları Konqresinin Belçika nümayəndəliyinin rəhbəri seçilib. AzeriDiaspor bloquna müsahibədə Rəşad bəy gələcək planlar və Belçikada yaşayan azərbaycanlılar üçün önəmli məsələlərdən danışır.
Müsahibəni təqdim edirik.

Dilşad Əliyarlı:Rəşad bəy, sizi təbrik edirəm.

Rəşad Xasayoğlu:Çox sağ olun.

SUAL:İndi bu vəzifədə fəaliyyətlərini necə quracaqsınız? Prioritet məsələlər hansılar olacaq?

CAVAB: Təşkilat olaraq fəaliyyətlərimizin əsas istiqamətinə gəldikdə demək istəyirəm ki, mən özüm Brüssel şəhərində yaşayıram. Avropa Birliyi, Avropa Parlamenti, NATO və digər qurumlar Brüsseldə yerləşir. Mən çox çalışmaq istərdim ki, Azərbaycanın Avroatlantik məkana inteqrasiyasında Azərbaycana dəstək ola bilək. İkinci istiqamət, ikinci məqsədim ondan ibarətdir ki, xaricdə yaşayan azərbaycanlılarlar mədəni tədbirlər, local tədbirlər keçirməklə yanaşı, həm də yerli ictimai strukturlara inteqrasiyasına nail olmaqdır. Mən çox çalışacaqm ki, biz bir təşkilat olaraq azərbaycanlıların bu yerli ictimai-siyasi proseslərdə fəal olmasına dəstək göstərək, buna nail olaq. Biz Azərbaycan mədəniyyətini tanıtmaq, şərq-qərb mədəniyyətlərinin inteqrasiyası prosesinə nail olmağa çalışacayıq. Yeni gələn azərbaycanlıların öz hüquqlarını bilməsi, o ölkələrdə müxtəlif problemlərlə qarşılaşmaması üçün onlara təlimlər, seminarlar keçirilməsini nəzərdə tuturuq. Digər tərəfdən də, Azərbaycanın torpaqlarının işğalı məsələsini dünya ictimiayyətinin diqqətinə çatdırmaq istəyirik. Bundan başqa gənclərimizin, icmada olan insanlarımızın bir-biri ilə əlaqə yarada bilməsi üçün network qurulmasını istəyirik, müxtəlif tədbirlər və konfranslar təşkil edəcəyik.

SUAL:Rəşad bəy, Belçikada təxminən nə qədər azərbaycanlı yaşayır və onlar hansı yerlərdədir?

CAVAB: Burada konkret statistik məlumat yoxdur. Bilirsiniz ki, bəzi hallarda azərbaycanlılar getdikləri ölkələrdə səfirliklərdə, ya da başqa yerlərdə qeydiyyatdan keçmir. Təxmini məlumata görə, burada 4 minə yaxın azərbaycanlı var. Bunların içərisində İrandan gələn azərbaycanlılar, Türkiyədə İqdırdan gələn azərbaycanlıları göstərmək olar. Bütün bunları ümumi götürdükdə təxminən 5 minə yaxın azərbaycanlının olduğunu demək mümkündür.

SUAL:Bu insanlar adətən hansı səbəblər üzündən Belçikaya gəlir?
Onlar Belçikada hansı işlərlə məşğul olur, hansı sahələrdə çalışır?

CAVAB: Siz bilirsiniz ki, İranda fars-molla rejiminin təqiblərindən qaçan milli fəallar var. Onlar molla rejiminin həbs təhlükəsindən qaçıb gəlirlər. Türkiyədən, İqdırdan gələn azərbaycanlılar isə burada artıq on illərdir yaşayır. Bilirsiniz ki, 40-cı, 50-ci və 60-cı illərdə Avropaya xeyli sayda işçi qüvvəsi lazım idi. Onların arasında Türkiyədən gələn azərbaycanlılar da olmuşdu. Onlar artıq burada uzun müddət olduqları üçün cəmiyyətə inteqrasiya edə bilib. Azərbaycanın özündən də gələn azərbaycanlılar olur. Onlar da müxtəlif səbəblərdən, iqtisadi, siyasi səbəblər üzündən Avropaya gəlirlər. Bu insanlar əsas etibarilə tikinti şirkətləri, fabriklərdə, nəqliyyat şirkətlərində çalışır. Amma təəssüf ki, hələ Avropanın rəsmi strukturlarında , o təşkilatlarda işləyn adamlar çox azdır. Bir neçə azərbaycanlı var ki, Avropa Parlamentində, qaçqınlarla iş üzrə müxtəlif təşkilatlarda işləyən azərbaycanlılar var.

SUAL:Azərbaycanlıların gənc nəsli haqda nə demək olar? Bu gənclər cəmiyyətə necə inteqrasiya olur? Bu gənclər artıq yerli dillərdə də yaxşı danışa bilir və ümid etmək istəyirəm ki, Azərbaycan dilini də bilirlər. Bu uşaqlar, gənclər, yəni azərbaycanlıların ikinci nəsli özünü Beçikada necə hiss edir?

CAVAB: Maraqlı və lazımlı sual verdiniz. Bilirsinizmi, Belçikada bu vəziyyət deyərdim acınacaqlıdır. Çünki azərbaycanlıların yeni nəsli obyektiv və subyektiv səbəblər üzündən çox az halda bir-birini yaxşı tanıyir, bir-biri ilə əlaqə qurur. Bir neçə gəncimiz var, onlar çox fəaldır, amma onların sayı çox deyil. Biz bu problemin də aradan qaldırılması üçün işlər görməyi planlaşdırırıq. Bunun bir günahı da elə bizdədir, çünki indiyə qədər bir şəbəkə yarada bilməmişik. Buna görə də fəaliyyətimizin əsas predmetlərindən biri o olacaq ki, biz həmin həncləri bir araya gətirə bilək, onları toplayaacq və bir-biri ilə tanış edək.

SUAL:Vətən həmişə birdir, Azərbaycandır. Belçikada yaşayah bir azərbaycanlı kimi, DAK-ın Belçika nümayəndəliyinin rəhbəri kimi vətəndən, Azərbaycandan gözləntiləriniz nədir?

CAVAB: Bizim Azərbaycandan gözlədiyimiz odur ki, biz güclü, qüdrətli, bütöv, demokratik bir Azərbaycan istəyirik. Biz istəyirik ki, bizim Azərbaycan dövləti inkişaf etsin, çiçəklənsin. Amma doğrudan da bəzi problemlər var. Biz Avropa İttifaqının, Avropa Parlamentinin çxo ciddi tənqidləri ilə üz-üzə qalırıq. Azərbaycan tənqid olunandan bir özümüzü yaxşı hiss etmirik. Yəni Azərbaycanın adı korrusiya hesabatlarında çəkilir. Amma biz istəyərdik ki, bu hallar olmasın, Azərbaycan inkişaf etsin, insanlar siyasi baxışlarına görə həbs edilməsin və biz də bunlara görə tənqid olumayaq. Məsələn, bu yaxınlarda Azərbaycan Eurovision müsabiqəsində qalib gəldi və biz bununla qürur duyduq, sevindik. Hamı bir-birini təbrik edirdi və bu gün hansı bir orqanda gedəndə deyirlər ki, Azərbaycan Eurovision-da qalib gələn ölkədir. Biz də istəyirik ki, Azərbaycan hər zaman qələbələrlə, hər zaman irəliyə doğru getsin. Biz də qürurla Azərbaycanlı təbliğ edək, Azərbaycanın turizmini, biznes sektorlarını təbliğ edək və Belçikada, Avropada olan iş adamlarını Azərbaycana investisiya qoymağa cəlb edə bilək ki, qarşılıqlı əməkdaşlığı qoruya bilək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>