Nyu-York Senatında azərbaycanlıların soyqırımına dair qəbul edilmiş qətnamənin rəsmi nüsxəsi diaspor təşkilatına təqdim edilib

Posted July 11th, 2012 at 3:38 pm (UTC-5)
1 comment

Nyu-York ştatının Senatında 31 Mart tarixinin azərbaycanlıların Soyqırımı Günü kimi tanınmasına dair qəbul edilmiş qətnamənin rəsmi nüsxəsi Amerika-Azərbaycan Şurasına təqdim edilib.

Bu barədə ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Şurası və Amerika-Azərbaycan Cəmiyyətinin açıqladığı birgə pres-relizdə məlumat verilir.

3784 saylı qətnamə ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Cəmiyyətinin (ASA) səyləri nəticəsində qəbul edilmişdir.

Amerika-Azərbaycan Cəmiyyətinin iyun ayında qətnamənin qəbul edilməsinə dair verdiyi açıqlamada sənədin Nyu-York ştatının Roçester şəhərini təmsil edən senator Ceyms Alesi tərəfindən təqdim edildiyi bildirilmişdi.

One response to “Nyu-York Senatında azərbaycanlıların soyqırımına dair qəbul edilmiş qətnamənin rəsmi nüsxəsi diaspor təşkilatına təqdim edilib”

  1. Bu da bir növ gelecek tariximiz ücün bir sened olaraq, deyerlendirile biler. Kimler ki, bu senedin qebul edilmesinde seylerini edibdir, ona shexsen üz adimdan teshekkür edirem.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>