Showing Archived Posts

Hollivudda Azərbaycan kinosu gecəsi VİDEO

Posted November 23rd, 2011 at 1:26 pm (UTC-5)
Leave a comment

Los-Anjelesdə Hollivudda ilk dəfə olaraq Azərbaycan kinosu gecəsi keçirilib. Amerikalı tamaşaçılar ABŞ-ın AGS və Azərbaycanın GA studiyaları tərəfindən istehsal edilmiş “Azərbaycan haqqında” adlı sənədli film və rejissor Samir Kərimoğlunun “Niyyət” kino-filmi ilə tanış olmaq imkanı əldə ediblər. Tədbir Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Los-Anjelesdəki konsulluğu və Amerika Azərbaycan Şurası tərəfindən təşkil edilib. […]

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>