Showing Archived Posts

Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası Hyuston merinin iftar yeməyində

Posted July 30th, 2013 at 3:03 pm (UTC-5)
Leave a comment

ABŞ-ın Hyuston şəhərinin meri Ramazan ayı münasibətilə iftar yeməyi verib. Texas ştatında fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası Hyuston şəhərində iftar yeməyinin sponsorlarından biri olub. İftar yeməyi Hyustonla qardaşlamış Bakı, İstanbul, Əbu Dabi və Kəraçi şəhərlərinin assosiasiyaları tərəfindən təşkil edilib. Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assoasiyasının prezidenti İradə Axundova Amerikanın Səsinə deyib ki, onun rəhbərlik etdiyi təşkilatı […]

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>