Showing Archived Posts

ABŞ-da ilk dəfə olaraq Qarabağa həsr edilmiş markalar çap edilib

Posted June 30th, 2011 at 2:03 pm (UTC-5)
Leave a comment

ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondu Qarabağa həsr edilmiş poçt markaları çap edib. Markalar Qarabağın zəngin keçmişi və tarixinin öyrənilməsi məqsədilə həyata keçirilən “Qarabağ:Keçmişə və Gələcəyə Baxış” silsilə layihəsi çərçivəsində çap edilib. Markaların üzərində Qarabağın tarixi abidələri təsvir edilir. Qarabağ Fondu markaların satışından əldə edilən vəsaitin mədəni tədbirlərin həyata keçirilməsində istifadə ediləcəyini bildirir. Qarabağa həsr edilmiş […]

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>