Showing Archived Posts

Rəssam Yavər Rzayevin “Könlüm keçir Qarabağdan” sərgisi Kaliforniyanın Monterey şəhərində nümayiş etdirilir

Posted October 24th, 2011 at 3:49 pm (UTC-5)
Leave a comment

Azərbaycanlı rəssam Yavər Rzayevin “Könlüm keçir Qarabağdan” adlı sərgisi Kaliforniyanın Monterey şəhərində nümayiş etdirilir. Bu sərgi ABŞ və Azərbaycan, habelə Montereyin bu yaxınlarda qardaşlaşdığı Lənkəran şəhəri arasında əlaqələrin möhkəmləndirilməsi işinə daha bir töhfədir. Əslən Ağdam şəhərindən olan Yavər Rzayev 2000-ci ildən ABŞ-da yaşayır. Onun rəsm əsərlərindən ibarət sərgiləri Amerikanın bir sıra şəhərlərində nümayiş etdirilib. Bu […]

Konqresmen Sem Farr: Lənkəranın təmsil etdiyim Monterey şəhəri ilə qardaşlamasını alqışlayıram

Posted August 22nd, 2011 at 1:16 pm (UTC-5)
Leave a comment

Kaliforniya ştatını təmsil edən ABŞ konqresmeni Sem Farr Konqresin Nümayəndələr Palatasında çıxış edərək, Lənkəranın Monterey şəhəri ilə qardaşlaşmasını qanunvericilərin diqqətinə çatdırıb. Konqresmen deyib ki, Lənkəran Montereylə qardaşlaşmış 6 başqa şəhərin cərgəsinə qatılır. Lənkəran haqqında məlumat verən konqresmen Farr Xəzər dənizi sahilində yerləşən şəhərin Azərbaycanda çiçəklənməkdə olan turizm sənayesi üçün böyük potensialı olduğunu qeyd edib. Turizmin […]

Lənkəran Kaliforniyanın Monterey şəhəri ilə qardaşlaşdı

Posted June 29th, 2011 at 2:09 pm (UTC-5)
Leave a comment

Azərbaycanın subtropik bölgəsindəki Lənkəran və Amerikanın Sakit okeanı sahilindəki Monterey şəhərləri rəsmi olaraq qardaşlaşmış şəhərlər elan edilib. Buna dair sənəd keçən həftə Lənkəran şəhər icra hakimiyyətinin yüksək səviyyəli rəsmilərinin Montereyə səfəri zamanı imzalanıb. Azərbaycanın Los Ancelesdə baş konsulu Elin Süleymanov da imzalama mərasimində iştirak edib. Monterey Amerikada ən məhur turizm məkanlarından biridir. Hər iki şəhərin […]

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>