Showing Archived Posts

  • Page 1 of 2
  • 1
  • 2
  • >

Adam Sterlinq: Azərbaycan istər bölgədə, istərsə də dünyada Amerikanın güclü tərəfdaşıdır

Posted April 9th, 2012 at 10:08 pm (UTC+4)
Leave a comment

Amerika ilə Azərbaycan arasında diplomatik əlaqələrin 20-ci ildönümü münasibəti ilə Bakıda Azərbaycan hökumət rəsmilərinin, deputatların, siyasi partiya rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı geniş tədbir keçirilib. Tədbirdə ABŞ Konqresindən 10 senator, Azərbaycanın Amerikadakı səfiri Elin Süleymanov, keçmiş səfirlər də iştirak edib. ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq bildirib ki, Amerika Azərbaycanın sülhsevər, çiçəklənən, müstəqil və demokratik […]

Vəfa Quluzadə: Azərbaycanın Rusiyaya iradlarını bərk səslə deməyin vaxtı çatıb

Posted March 12th, 2012 at 8:41 pm (UTC+4)
Leave a comment

Xəzər Siyasi Araşdırmalar Mərkəzinin prezidenti Vəfa Quluzadə Amerikanın Səsi radiosuna müsahibəsində Xəzər regionunda mövcud geosiyasi durum, Rusiyada prezident seçkiləri və İrana beynəlxalq təzyiqlərin regiondakı duruma təsirlərindən danışıb. Onun fikrincə, Azərbaycan demokratik islahatlar keçirərsə Amerikanın və NATO-nun güclü müttəfiqinə çevrilə bilər. Sual: Rusiyadakı prezident seçkilərinin Xəzər regionuna hansı təsirləri ola bilər? Cavab: Seçkilər Rusiyanın zəiflədiyini, ictimaiyyətin […]

Sülhəddin Əkbər: Azərbaycan İran məsələsində Suriya məsələsində olduğu kimi aydın və birmənalı mövqe tutmaqdadır

Posted February 14th, 2012 at 9:10 pm (UTC+4)
Leave a comment

Azərbaycan Milli Təhlükəsizlik Nazirinin keçmiş birinci müavini Sülhəddin Əkbər Amerikanın Səsi radiosuna müsahibəsində İsrailin “Mossad” kəşfiyyat xidmətinin agentinin İranda nüvə fizikası alimini öldürdükdən sonra Azərbaycan ərazisindən istifadə etməklə İsrailə getməsi barədə bu ölkənin Azərbaycana verdiyi notanı şərh edib. O eyni zamanda, Azərbaycan-İran münasibətlərinin perspektivdə daha da gərginləşəcəyini düşünür. Sual: İran Xarici İşlər Nazirliyi fevralın 12-də […]

Azərbaycan Fransaya kəskin etiraz edir

Posted January 24th, 2012 at 6:53 pm (UTC+4)
Leave a comment

Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Senatının “Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanun layihəsini qəbul etməsi ilə bağlı bəyanatla çıxış edib. Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Senatının bu qanunu qəbul etməsindən təəssüfləndiyini bəyan edir və bu qərarı qətiyyətlə pisləyir. “Fransa Senatının demokratiya, insan hüquqları, söz və ifadə azadlığı prinsipləri ilə ziddiyyət […]

Azərbaycan əhalisi 9 milyon 235 min nəfərdir

Posted January 18th, 2012 at 9:17 pm (UTC+4)
Leave a comment

2012-ci il yanvarın 1-dək Azərbaycanda əhalisinin sayı 123,9 min nəfər və ya 1,4 faiz artaraq 9.235 min nəfər təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. Əhalinin 53 faizi şəhər, 47 faizi kəndlərdə yaşayır, 49,6 faizi kişilərdən, 50,4 faizi qadınlardan ibarətdir. Hər 1000 nəfər kişiyə 1017 nəfər qadın düşür. Statistika Komitəsinin hesablamalarına görə, 2011-ci […]

Zərdüşt Əlizadə: 2012-ci ildə Azərbaycanda yaxşılığa doğru heç nə dəyişməyəcək

Posted January 9th, 2012 at 10:47 pm (UTC+4)
Leave a comment

Şərqşünas politoloq Zərdüşt Əlizadə Amerikanının Səsi radiosuna müsahibəsində 2011-ci ildə başlanan ərəb baharının ərəb payızı ilə nəticələndiyini deyib. Belə ki, ərəb inqilabları nəticəsində dünyəvi, eyni zamanda xalqa xidmət etməyən korrupsioner hakimiyyətlər seçki yolu ilə qatı islamçılarla əvəz olunur. Onun fikrincə, 2012-ci ildə Azərbaycanı azadlıqlar sahəsində uğur gözləmir. Sual: 2011-ci il ərəb baharı ilə yadda qaldı. […]

Rəsmi Bakı Fransa parlamentinin Türkiyə əleyhinə qərarını qəti şəkildə pisləyib (münasibətlər)

Posted December 23rd, 2011 at 9:49 pm (UTC+4)
Leave a comment

“Fransa Milli Assambleyasının səsverməsində parlamentin deputatlarının 10 faizi belə iştirak etməyib. Səsvermə mərhələlidir. Hələ Senat səs verməli və prezident sənədi təsdiq etməlidir. Bununla belə? Milli Assambleyanın qərarı qəbuledilməzdir”. Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bugünki mətbuat konfransında Fransa Milli Assambleyasının “erməni soyqırımının” inkar edilməsinə görə cinayət məsuliyyəti müəyyən edən qərarı ilə bağlı jurnalistlərin […]

Con Dalhizen: Azərbaycanda 17 nəfər vicdan məhbusu var

Posted November 18th, 2011 at 7:45 pm (UTC+4)
Leave a comment

Amnesty International təşkilatı Azərbaycanda  insan haqlarının durumu ilə bağlı “Heç vaxt çiçəklənməyən bahar: Azərbaycanda azadlıqlar tapdanır” adlı hesabat yayıb. Sənəddə ölkədəki korrupsiya, müstəqil media, qeyri hökumət təşkilatları və müxalifət partiyalarının üzərinə artmaqda olan təqiblərin və həbslərin təfərrüatları yer alıb. Amnesty İnternational Azərbaycanda etirazlar əsasında məhkum edilmiş 17 nəfəri vicdan məhbusu hesab edir və onların dərhal […]

Fransa prezidentinin Cənubi Qafqaz səfəri: təzadlar və müəmmalar

Posted October 7th, 2011 at 11:38 pm (UTC+4)
Leave a comment

Oktyabrın 7-də Fransa prezidenti Nikola Sarkozi Azərbaycanda rəsmi səfərdə olub. Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, Azərbaycan və Fransa prezidentləri İlham Əliyevlə Nikola Sarkozinin təkbətək görüşündə Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişafından danışılıb. Prezidentlər iki ölkə arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər. […]

Ərəstun Oruclu: Avropaya inteqrasiyada insan hüquqları və demokratiya ən ləng sahədir

Posted October 3rd, 2011 at 9:58 pm (UTC+4)
Leave a comment

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Amerikanın Səsi radiosuna müsahibəsində Avropa İttifaqının Varşavada keçirilən Şərq Tərəfdaşlığı üzrə Sammitinin Azərbaycanda islahatlara təsiri, Avropa İttifaqı-Azərbaycan ikitərəfli və çoxtərəfli əməkdaşlığından danışıb. Sual: Avropa İttifaqının Varşavada keçirilən Şərq Tərəfdaşlığı üzrə Sammitinin Azərbaycanda islahatlara pozitiv təsiri nə ola bilər? Cavab: Bu adi bir işçi sammit idi. Avropa İttifaqı Şərq Tərəfdaşlığı […]

  • Page 1 of 2
  • 1
  • 2
  • >

Tapdıq Fərhadoğlu

Tapdıq Fərhadoğlu - 1990-cı ildən mətbuat səhifələrində yazıram.

Azərbaycanın ilk müstəqil qəzetinin yazarlarından olmuşam. Daxili və xarici siyasət, qaynar hadisələr, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çoxsaylı reportajlar və yazıların müəllifiyəm. 10 ildən çoxdur ki, Amerikanın Səsi radiosunun Azərbaycanda müxbiriyəm.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>