Bu ilin avqustunda paytaxt Bakının istehlak bazarında ərzaq məhsullarının qiyməti 4,9% artıb. Turan agentliyinin məlumatına görə, son bir ayda ərzaq məhsullarının qiymətlərindən, mal əti-21,4%, qoyun əti-12,5%, toyuq əti-2,9%, kərə yağı-3,2%, yumurta-33,3%, şəkər -15,4% artıb. Digər ərzaq məhsullarının qiymətləri isə dəyişməz qalıb. Respublikanın digər iri şəhərlərindən Naxçıvanda-3%, Gəncədə-3,3%, Lənkəranda-3,6%, Mingəçevirdə-3,7%, Qubada isə -3,4% bahalaşma qeydə alınıb. […]
Bakıda ərzaq məhsullarının qiyməti 4,9 faiz artıb
Posted September 5th, 2011 at 7:45 pm (UTC+4)
Leave a comment