blank

Haqqımızda | Bizimlə əlaqə saxlayın

Cümə Axşamı, 10 May 2012Dünyada hər il bir milyondan artıq vaxtından əvvəl doğulan körpə ölür

Dünyada hər il bir milyondan artıq vaxtından əvvəl doğulan körpə ölür. Ekspertlərin fikrincə, anaları və  körpələrə lazımı tibbi xidmət göstərilsə, onların 75 faizini xilas etmək mümkün olar.

BMT agentlikləri, universitetlər, March for Dimes və Save the Children kimi təşkilatların birgə hesabatında vaxtından əvvəl dünyaya gələn körpələr və onlara yardımla bağlı məlumat verilir. Hesabatda erkən doğulanların ölümü barədə də məlumat verilir. Zəngin ölkələrlə yoxsul ölkələr arasında böyük fərq qeydə alınıb. Afrikanın Böyük Səhraaltı  ölkələrində 28 həftəlik uşaqları götürsək, onların bir neçə gündən sonra ölməsi şansı 90 faiz təşkil edir. Zəngin ölkələrdə isə onların xilası ehtimalı 90 faizdir.

Körpələrin az vəsait tələb edən texnikalarla xilas edilməsi mümkündür. Ən effektiv yollardan biri “kenquru qayğısı” adlanan metoddur ki, körpələr analarının köksünə sarılmaqla özlərini anaya daha yaxın hiss edir.

Erkən doğuşlarla bağlı hesabatın məqsədi hökumətlər və alimləri erkən doğulanların xilası yollarını müəyyən etməyə şövq etməkdir.

Bazar Ertəsi, 30 Aprel 2012Hər 20 saniyədə peyvəndlə qarşısı alına bilinən xəstəliklərdən bir uşaq dünyasını dəyişir

Hər 20 saniyədə peyvəndlə qarşısı alına bilinən xəstəliklərdən bir uşaq dünyasını dəyişir. Hazırda dünyanın 180 ölkəsi infeksiyaların qarşısının alınması məqsədi ilə immunizasiya kampaniyasına qoşulub. Cenevrədə yerləşən GAVİ Alyansı yoxsul ölkələrdə difteriya, tetanus, qızılca, məxmərək və parotit kimi yoluxucu xəstəliklərə qarşı mübarizə kampaniyası həyata keçirir. Alyansın sözçüsü Conatan Stern bildirir ki, qurumları 2000-ci ildən etbarən dünyada 326 milyon uşağı peyvəndlə təmin edib, beləliklə 5 milyondan artıq uşaq həyatı xilas edilib. “Bizim məqsədimiz 2015-ci ilədək 250 milyon insanı peyvəndlə təmin və bu yolla 4 milyon həyatı xilas etməkdir.”

Ekspertlərin fikrincə, hazırkı immunizasiya kampaniyası ölüm və xəstəliklərlə mübarizə sahəsində unikal bir imkandır.

Doktor Peter Hotez:“Uşaqların ölümünə ən çox izhala səbəb olan və ya tənəffüs orqanları xəstəlikləri yol açır. Hər ikisi öldürücü olan bu xəstəliklərə qarşı təhlükəsiz və effektiv vaksinlərdən istifadəni genişləndirmək lazımdır.”

Doktor Hotez  Sabin Vaksin İnstitutunun prezidentidir. Onun dediyinə görə, peyvəndlər çiçək və digər xəstəliklərin kökünü kəsə bilər. Lakin buna nail olmaq böyük vəsait tələb edir.“Həyatların xilasından danışarkən biz onların tamamilə aradan qaldırılmasını nəzərdə tutmuruq. Bu, əlbəttə gözəl bir nailiyyət olardı. Amma hələlik bundan çox uzağıq.”

Alimlər malyariya və vərəm vaksinlərinin yaxın gələcəkdə istifadəyə veriləcəyinə ümid bəsləyirlər. Həkimlər yeni vaksinlər, dərmanların kombinasiyası və nəzarət strategiyalarının qarşısı alına bilinən xəstəliklərlə mübarizədə misilsiz nailiyyətlərə yol açacağını düşünür.

çərşənbə Axşamı, 17 Aprel 2012Qan təhlilləri vasitəsi ilə infarktın qarşısı alına bilər

İnfark riskinin müəyyən edilməsi həkimlərə sir deyildi. Alimlər yüksək qan təzyiqi, fiziki fəaliyyətsizlik və genetik faktorların buna yol açdığını deyirdi. Lakin infarktın indi və ya 15 il sonra baş verəcəyini söyləmək çətin idi.

İndi isə qan təhlilləri vasitəsi ilə infarktın vaxtı müəyyən edilə bilər. Son araşdırmalara görə, CEC adlanan hüceyrələrin qanda dövranı bunun ilk simptomudur. İnfarkt keçirmiş insanların qanında bu hüceyrələr normadan 4 dəfə artıq olur.

Alimlər CEC hüceyrələrinin infarkdan iki həftə əvvəl qanda artdığını müşahidə ediblər. İndi həkimlər gələcəkdə infarkta mane ola biləcəklərinə ümid bəsləyirlər. Onlar insanların ev şəraitində hüceyrələrin çoxluğunu müəyyən edə biləcəyini deyirlər. Testlər iki ildən sonra xəstəlik riski yüksən olanların istifadəsinə veriləcək.

Cümə Axşamı, 05 Aprel 2012Aprel ayının 7-si Ümumdünya Sağlamlıq Günüdür

Aprel ayının 7-si Ümumdünya Sağlamlıq Günüdür. Ümumdünya Səhiyyə Təşkilatının 1948-ci ildən təməlini qoyduğu bu gün narahatlıq doğuran sahələr və inkişaflar diqqət mərkəzində olur. Bu il dünyanın diqqəti yaşlanma məsələsinə yönəlib.

“2012-ci il-Sağlamlıq ömür uzadır” adlı hesabatda yaşından və  yerindən asılı olmayaraq yaşlanmanın daimi bir problem olduğu bildirilir. Sənəddə deyilir ki, 1980- ildən bəri 60 yaşlı insanların sayı iki dəfə artıb. 2050-ci ilədək 80 yaşlı insanların sayı  4 dəfə artaraq 395 milyona çatacaq. Gələn 5 il ərzində 65 yaşından yuxarı insanların  sayı 5 yaşlı uşaqların sayından artıq olacaq. Ahıllar əsasən aşağı və orta gəlirli ölkələrdə üstünlük təşkil edəcək. 2050-ci ildə yaşlıların sayı  80 faizə yüksələcək.

Cümə, 09 Mart 2012Bu gün Amerikada 600 min orta sinif, 3 milyon yuxarı sinif şagirdi siqaret çəkir

Siqaretin qarşısı alına biləcək ölüm hallarına səbəb olan faktor olması artıq yenilik deyil. Tütündən istifadə edilməsi son illər azalsa da, alimləri uşaqların siqaret çəkməsi narahat edir. 900 səhifədən ibarət hesabat məhz yeniyetmələr və gənclərin siqaret çəkməsinə həsr edilib. Hər gün 1200 amerikalı siqaret səbəbi ilə dünyasını dəyişir. Onlar hər gün iki gənclə əvəz edilir.

Hazırda məqsəd tütündən istifadənin tamamən aradan qaldırılmasıdır. Araşdırmalar göstərir ki, yeniyetmələr nikonitinə böyüklərdən daha çox alışır. Bir çoxlarında bu alışqanlıq 11-13 yaşlarında qeydə alınır. Bu gün Amerikada 600 min orta sinif, 3 milyon yuxarı sinif şagirdi siqaret çəkir.

Siqaret çəkənlərin 90 faizi ilk siqaretə 18 yaşından aşağı yaşlarda başlayır. Araşdırmalar 16 ilə 26 yaş arasında gənclərin hər üçündən birinin siqaret çəkdiyini göstərir. Yalnız bir faiz 26 yaşından sonra siqaretə başlayır.

Tütün vergiləri və qiymətlərinin artırılması ilə gənclər üçün siqaret almağın çətinləşdirilməsi kimi təkliflər irəli sürülür.

Amerikanın Səhiyyə Nazirliyi gənclərə bu sahədə yadım etməklə, vaxsız ölümlərə mane oluna biləcəyini bildirir.

 

 

 

çərşənbə Axşamı, 14 Fevral 2012Eşq maddəsi-Dopamin

Valentin-Sevgililər günü sevənlərin emosional vəziyyətindən danışmaq yerinə düşər. Sevgi hissiyat olmaqla yanaşı, beynimizi müxtəlif texnikalardan istifadə etməyə vadar edir. Nevroloqlar 17 aşiq tələbə üzərində araşdırma aparıb. Sevdikləri insanın şəklinə baxanların beyin rentgeni beynin iki hissəsində elektrik fəaliyyətin qeydə alındığını göstərib. Məməli heyvanlarda bu sahələr yemək və su istəyinin göstəricisidir. İnsanlarda isə onlar aşiq olduqda fəaliyyət göstərir. Alimlər beynin bu hissəsinin kokaindən asılılığı idarə etdiyini deyir. Aşiqlərdə eyforiya hissiyatını beynin bu sahələri dopamin maddəsi ifraz etməklə təmin edir.  Məhz bu maddə eşqə nəzarət edir.

İnsanlar eşq yolunda ölür, öldürür, mahnı və şerlər yazır, əfsanələr yaradır və dastanlar qoşur. Bu isə eşqin güclü bir beyin funksiyası olduğu deməkdir.

Sizə bol-bol dopamin arzu edirəm.

Bazar Ertəsi, 06 Fevral 2012Qan təzyiqi iki qolla ölçülməlidir

Adətən həkimlər  xəstə müayinəsini qan təzyiqinin ölçülməsi ilə başlayır. Son araşdırmalardan məlum olub ki, bu, çox hallarda düzgün yolla edilmir. Səhv nəticə xəstələrin həyatını risk altına alır.

Kardioloq Oskar Qarfin xəstələrinin qan təzyiqini hər iki qolları ilə ölçür. Bu texnika onun xəstələrinin bir necəsinin həyatını xilas edib. Doktorun dediyinə görə, bir qolda qan təzyiqinin aşağı, digərində normal olması ona xəstəni ölümcül vəziyyətdən çıxarmağa əsas vermişdi.

Oskar Qarfinin bu metodu son araşdırmalarla da təsdiq edlib. Qollar arasında qan təzyiqi fərqi infark, iflic, beynin qanla normal təmin edilməməsi və bir sıra digər problemlərin göstəricisidir. Bu həm də xəstələrin infarkt və ya iflic səbəbi ilə ölüm riskinin 70 faiz artıq olduğu deməkdir.

Damar xəstəlikləri erkən mərhələdə müəyyən edildikdə, ölüm riskini aradan qaldırmaq olar. Doktor Qarfin risk faktorlarının yüksək qan təzyiqi, yüksək xolesterol, siqaret çəkmək olduğunu deyir.

İndi kardioloqların əksəriyyəti qan təzyiqini iki qolla ölçür. Son araşdırmaların nəticəsindən məlum olub ki, göstəricilərin özləri deyil, onlar arasındakı fərq nəzərə alınmalıdır. Bir dəqiqə əlavə vaxt sərf etməklə həyati əhəmiyyiəti olan bir fakt ortaya çıxarıla bilər.

 

 

 

 

 

 

 

 

Bazar Ertəsi, 23 Yanvar 2012Ölüm xəbəri infarkt riskini 21 dəfə artırır

Ölümlə mübarizə  mümkün deyil, lakin vaxtsız ölümə mane olmaq olar.

İnsan üçün dünyada əzizini, yaxınını  itirmək kimi qorxulu bir şey yoxdur. Son araşdırmaların nəticələrinə görə, ölüm xəbəri alanların infarkt riski ilk saatlar və günlər çox yüksək olur.

İnfarkt keçirmiş 2000 insan arasında aparılan sorğu onlara yaxın olan insanların son altı ayda dünyasını dəyişdiyini göstərib.

Ölüm xəbəri alan şəxsdə ilk gün infarkt riski 21 dəfə artıq olur. Alimlər itki verən insanlarda infarkta bir necə faktorun yol açdığını bildirir. Yüksək təzyiq, sürətli ürək döyüntüsü və qanda laxtalanma infarkta səbəb ola bilər. Əzizlərini itirən və bu kimi problemlərə malik olan insanlar ciddi nəzarətə alınmalıdır. Matəm içərisində olanlarda ən qeyri-adi simptom həqiqi infarkt simtomu ola bilər.

 

Bazar Ertəsi, 09 Yanvar 2012Yumurtalıq xərçəngi-Səssiz qatil

Qadınlarda yumurtalıq xərçəngi “səssiz qatil” adlandırılır. Belə ki, simptomları gec biruzə verən bu xəstəliyin dianozlaşdırılması adətən gecikmiş olur. Keçən il təkcə Amerikada 22 min qadına bu diaqnoz qoyulub. Onların 14 minini xilas etmək mümkün olmayıb.  Dünyada isə bu göstərici 200 mindən artıqdır.

Xəstəliyin müalicəsi üçün qəbul edilən dərmanlar bir tərəfdən yarasa da, digər tərəfdən yan təsirləri ilə xəstəliyi daha da ağırlaşdırır.

Müntəzəm kimya terapiyası ilə üzləşən qadınlar həqiqətən həyat keyfiyyətini itirir, lakin xəstəlikdən yaxa qurtara bilmir.

Yumurtalıq xərçənginin müalicədən sonra geri qayıtmaq şansı 75 faizdir. Xəstəliyin müalicəsi ağır olmaqla yanaşı, xəstələrin dərmanlara cavabı da müxtəlifdir. Çox hallarda onlar sağalmaq əvəzinə zəhərlənirlər.

Hazırda digər xərçəng növlərinin müalicəsində geniş istifadə edilən molekulyar müalicə üsulu yumurtalıq xərçəngi üçün də mövcuddur. Bu metod şişlərin xüsusiyyətinin müəyyən edilməsi və dərmanların yeni hüceyrələrin artımına xidmət etməsini təmin edir.

Alimlər xəstələrə müalicənin eyni üsulunun şamil edilməsinin yanlışlıq olduğunu deyir. Hər bir xəstəyə xüsusi münasibət lazımdır. Molekulyar müalicə üsulu yumurtalıq xərçənginin müalicəsində böyük ümidlər yaratmaqla yanaşı, digər öldürücü xəstəliklər üçün yeni dərmanların istehsalına da yardım edəcək.

Vaxtaşırı müayinə də heç kimə ziyan verməyib.  Səhhət laqeydliyi sevməz.

 

 

 

 

çərşənbə Axşamı, 20 Dekabr 2011Dünyada yüz minlərlə qadın döş implantasiyalarını çıxarmağa məcbur ola bilər

Fransada 30 min, dünyada isə yüz minlərlə qadın qüsurlu döş implantasiyalarını çıxarmağa məcbur ola bilər.  Buna xərçəng xəstəliyi problemi yol açıb.

Poly Implant Prothese (PIP) şirkətinin istehsal etdiyi süni döşlər hazırlandığı silikonların tibbi qaydalara cavab vermədiyi aşkar edildikdən sonra istifadədən  çıxarılıb.

Səhiyyə rəsmiləri PİP şirkətinin istehsal etdiyi implantların 87 faizinin ixrac edildiyini və dünyada 400 minə yaxın qadının implantasiya qurbanı olduğunu bildirir.

Həkimlər döş implantasiyası etmiş qadınları təcili məsləhətə çağırır.

Fransa rəsmiləri hazırda implantasiyaların məcburi şəkildə çıxarılması barədə qanunun həyata tətbiqini  nəzərdən keçirir.

 

Sevda Əliyeva

1994-cü ildən Amerikanın səsinin əməkdaşıyam. Amerikanın səsinin Tibb rubrikası üçün proqramlar hazırladığım üçün son tibbi yenilikləri yaxından izləyir və bu sahəyə xüsusi marağım olduğundan müxtəlif mənbələrdən öyrəndiklərimi sizinlə bölüşürəm. Orta və ali təhsilimi Bakıda almışam. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunuyam.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories

Featuring WPMU Bloglist Widget by YD