Ümumdünya Səhiyyə Təşkilatının mobil telefonların xərçəngə yol aça biləcəyinə dair xəbərdarlığına baxmayaraq, simsiz telekomunikasiya sənayesi mobil telefonların səhhətə mənfi təsirinə dair dəlil olmadığını bildirir. Dünyada 5 milyard insanın mobul telefonladan istifadə etdiyi təxmin edilir. Ümumdünya Səhiyyə Təşkilatı telefonlardan çox istifadə edənlərdə beyin xərçənginin müşahidə edildiyini bildirir.
Elektromanitlərin xərçəngə səbəb olduğu barədə alimlər hələ 1950-ci illərdən xəbərdarlıq verir. Bu, təkcə xərçəng deyil, insanın canlı hüceyrələrində də dəyişiklik yaradır. Alimlərin bəzisi bununla razılaşmasa da, uşaqlara üçün elektromaqnitlərin təhlükə olduğunu deyirlər. Gündə 4 saatdan artıq telefonla danışan kişilərdə toxum zəifliyi müşahidə edilib.
Necə deyərlər, hər yaxşı şeyin pis tərəfi olur. Komfort da olsa, mobil telefonlarla ehtiyatlı davranmaq lazımdır.