Xroniki xəstəliklərdən ölənlərin sayı digər ölüm səbəblərindən ölənlərdən daha artıqdır

Posted September 14th, 2011 at 10:26 am (UTC-5)
Leave a comment

Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir ki, dünyada əsasən beş xəstəlik olmaqla, xərşəng, diabet, iflic, ağ ciyər və ürək  xəstəlikləri kimi xroniki xəstəliklərin təhlükəsi artmaqdadır. Gələn həftə Nyu-Yorkda keçiriləcək xroniki xəstəliklərlə bağlı beynəlxalq konfrans ərəfəsində ÜST bu öldürücü xəstəlikləri ölkələrə görə kateqoriyalaşdırıb. Hesabatda deyilir ki, hər il dünyada 7.6 milyon insan QİÇS, malyariya və vərəmin qurbanı olur. Bu xəstəliklərin müalicəsi olsa da, inkiaf etməkdə olan ölkələrdə onlar daha yayğındır. ÜST qeyri-infeksion xroniki xəstəliklərin dünya boyu ölüm hallarına daha çox yol açdığını bildirir. Təşkilatın xroniki xəstəliklər üzrə direktor müavini Alan Alvan: “Dünyada hər il 58 milyon insan ölür. Onların 35 milyonunun ölümünə xərşəng, diabet, iflic, ağ ciyər və ürək xəstəlikləri kimi xroniki xəstəliklər səbəb olur. Bu isə qlobal ölüm hallarının 60 faizi deməkdir. 60 yaşınadək belə xəstəliklərdən ölənlərin sayı 9 milyon təşkil edir”.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, xroniki xəstəliklərə yüksək qan təzyiqi, qanda yüksək şəkər, tütün, fikizi qeyri-fəallıq və artıq çəki səbəb olur. Müalicəsi milyonlarla dollar  tələb edən xroniki xəstəliklər milyonlarla insanın yoxsulluğuna yol açır. Harvard universitetinin  professoru Deyvid Blum: ”Təxminlərimizə görə, 2010-cu ildə xəsçəngin diaqnozlaşdırılmasına 300 milyard dollar sərf edilib. Təkcə tənəffüs orqanları xəstəliklərinin illik xərçi 400 milyard dollar təşkil edir” .

Həkimlər pəhriz və həyat tərzinin dəyişdirilməsinin xroniki xəstəliklər riskini azaltdığını deyir. Duzdan istifadəni 15-20 faiz azaltmaq, siqaret çəkməmək ürək xəstəlikləri və iflicin müalicəsinə yardım edə bilər. Bu yolla gələn 10 il ərzində 30 milyon insan həyatı xilas edilmiş olar.

BMT-nin Nyu-York sammitinin mövzusu xroniki xəstəliklərlərin müalicəsi və bu xəstəliklər səbəbi ilə ölənlərin sayının azaldılması yollarının müəyyən edilməsi olacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sevda Əliyeva

1994-cü ildən Amerikanın səsinin əməkdaşıyam. Amerikanın səsinin Tibb rubrikası üçün proqramlar hazırladığım üçün son tibbi yenilikləri yaxından izləyir və bu sahəyə xüsusi marağım olduğundan müxtəlif mənbələrdən öyrəndiklərimi sizinlə bölüşürəm. Orta və ali təhsilimi Bakıda almışam. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunuyam.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories