Köklük bəladır

Posted October 4th, 2011 at 9:42 am (UTC-5)
Leave a comment

Dünya əhalisinin üçdə iki hissəsinin çəkisi normadan artıqdır. Worldwatch beynəlxalq ətraf mühit institutunun 177 ölkədə apardığı araşdırmalarına görə, dünyada 2 milyard adam köklükdən əzab çəkir. İnstitut artıqçəkili insanlarlahədsiz kök insanların birgə statistikasını aparıb. Sənayeləşmiş ölkələrdə köklər əhalinin 80 faizini təşkil edir. ABŞ 78.6 faiz olmaqla bu sıyahının ön sırasında yer alır.

Bunun üçün varlı olmaq heç də şərt deyil. Bir çox ölkələrdə gəlirlərin artımı aşağı keyfiyyətli yemək əldə edilməsini asanlaşdırır. Buna misal kimi orta sinif təbəqəsinin artdığı Çin və Hindistanı göstərmək olar. Yemək porsiyaları kiçik olduğu üçün Yaponiya və Fransada köklər daha az müşahidə edilir.

Köklərin sayının artması səhhət problemlərinin artması deməkdir. İkinci tip diabet köklüyün səbəb olduğu bir xəstəlikdir.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, dünyada 300 milyon insan ikinci tip diabet xəstəsidir. Çin, Hindistan və Amerika öncüllər sırasındadır.

2050-ci ilədək hər üç adamdan birinin şəkər xəstəsi olacağı proqnozlaşdırılır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sevda Əliyeva

1994-cü ildən Amerikanın səsinin əməkdaşıyam. Amerikanın səsinin Tibb rubrikası üçün proqramlar hazırladığım üçün son tibbi yenilikləri yaxından izləyir və bu sahəyə xüsusi marağım olduğundan müxtəlif mənbələrdən öyrəndiklərimi sizinlə bölüşürəm. Orta və ali təhsilimi Bakıda almışam. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunuyam.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories