Fransada 30 min, dünyada isə yüz minlərlə qadın qüsurlu döş implantasiyalarını çıxarmağa məcbur ola bilər. Buna xərçəng xəstəliyi problemi yol açıb.
Poly Implant Prothese (PIP) şirkətinin istehsal etdiyi süni döşlər hazırlandığı silikonların tibbi qaydalara cavab vermədiyi aşkar edildikdən sonra istifadədən çıxarılıb.
Səhiyyə rəsmiləri PİP şirkətinin istehsal etdiyi implantların 87 faizinin ixrac edildiyini və dünyada 400 minə yaxın qadının implantasiya qurbanı olduğunu bildirir.
Həkimlər döş implantasiyası etmiş qadınları təcili məsləhətə çağırır.
Fransa rəsmiləri hazırda implantasiyaların məcburi şəkildə çıxarılması barədə qanunun həyata tətbiqini nəzərdən keçirir.
One response to “Dünyada yüz minlərlə qadın döş implantasiyalarını çıxarmağa məcbur ola bilər”
Yaxshi meqaledir,Qoy qadinlar bu emeliyyata raziliq vermekden evvel bir daha dushunsunler