Bədən qoxusu insanın yaşını müəyyən edə bilər

Posted June 1st, 2012 at 10:24 am (UTC-5)
Leave a comment

Bədən qoxusu insanın yaşını müəyyən edə bilər. Bunu alimlər son araşdırmalara əsasən bildirir. Tədqiqatlar yaşlıların daha pis iy verdiklərinə dair iddiaları aradan qaldırmış olur. Belə ki, orta yaşlı və daha gənc insanların bədən iyi daha xoşagəlməz olur.

Alimlər üç yaş qrupuna bölgüklləri insanların bədən iylərini müəyyən etməyə çalışıb. 20-30 yaşlar gənc qrupa, 45-55 orta yaşlı qrupa, 75-95 yaşlardakı insanlar isə yaşlılar qrupuna daxil edilib. Hər qrupda 12 ilə 16 arasında insan iştirak edib. Beş gecə qoltuqları altına yerləşdirilən xüsusi yastıqcıqlar daha sonra 4 parçaya bölünərək, şüşələrə yerləşdirilib.

41 nəfərdən ibarət qrupa iylərin müəyyən edilməsi həvalə edilib. Gənclərdən ibarət bu qrup yaşları müəyyən etməli olub.  Məhz bu yolla ahılların bədənlərinin iyinin  daha zəif olduğu aşkar edilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sevda Əliyeva

1994-cü ildən Amerikanın səsinin əməkdaşıyam. Amerikanın səsinin Tibb rubrikası üçün proqramlar hazırladığım üçün son tibbi yenilikləri yaxından izləyir və bu sahəyə xüsusi marağım olduğundan müxtəlif mənbələrdən öyrəndiklərimi sizinlə bölüşürəm. Orta və ali təhsilimi Bakıda almışam. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunuyam.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories