Qan qrupu xəstəliklərin göstəricisi ola bilər

Posted August 24th, 2012 at 12:53 pm (UTC-5)
Leave a comment

Qan qrupu xəstəliklərin göstəricisi ola bilər. Nadir qan qrupuna malik olan insanlarda damar xəstəlikləri riski yüksək olur. Alimlər müəyyən ediblər ki, belə insanlarda ürək xəstəliklərinə daha çox rast gəlinir. Qan qrupları fərqli olur- A, B, ən nadir AB və ən çox yayılanı O qrupudur.  AB qan qrupuna malik olanlarda ürək xəstəlikləri riski 23, B qrupuna malik olanlarda 11, A qrupunda isə 5 faiz çox olur.

Harvard universitetinin apardığı tədqiqat  20 il davam edib. Çinsiyyətindən asılı olmayaraq araşdırmaların iştirakçıları eyni nəticələr göstərib.

Amerikalıların 43 faizi O, 57 faizi isə A, B və ya AB qan qrupuna malikdir.

A qrupunda yüksək xolistirin, B qrupunda yüksək qan təzyiqi riski aşkar edilib. AB qan qrupuna malik olanlarda laxtalanma riski müəyyən edilib.

Tədqiqatın nəticələri AB, A və B qan qrupu daşıyıcılarının 100 faiz xroniki xəstəliklərə malik olacağı demək deyil. Araşdırmalar yalnız risk qruplarının  müəyyən edilməsinə yardım edib.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sevda Əliyeva

1994-cü ildən Amerikanın səsinin əməkdaşıyam. Amerikanın səsinin Tibb rubrikası üçün proqramlar hazırladığım üçün son tibbi yenilikləri yaxından izləyir və bu sahəyə xüsusi marağım olduğundan müxtəlif mənbələrdən öyrəndiklərimi sizinlə bölüşürəm. Orta və ali təhsilimi Bakıda almışam. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunuyam.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories