Müayinə zamanı prostat xərçəngi aşkarlanıbsa qorxuya düşmək lazım deyil

Posted September 11th, 2012 at 10:37 am (UTC-5)
Leave a comment

Amerikada hər altı kişidən biri prostat xərçəngi ilə üzləşir. Bəzən xərçəngin inkişaf prosesi o qədər yavaş gedir ki, həyat boyu insanlara heç bir porblem yaratmır. PSA adlanan testlər yolu ilə bu xərçəng növünün ilkin mərhələsini müəyyən etmək mümkündür. Lakin bu testlər bəzi hallarda yanlış işarələrlə müşayiət edilir.

Prostat xərçəngi xəstələrinin 80 faizi ya cərrahiyyə əməliyyatı keçirməli, və ya hormon və radiasiya terapiyası almalıdır. Bu isə çox hallarda kişilərdə impotensiyaya  yol açır.

Həkimlər kişilərin vaxtaşırı müayinədən keçməsini məsləhər görür. Prostat vəzinin ölçüsünün normadan böyük olması adi barmaqla müəyyən edilə bilər. Bundan əlavə prostat xərçəngi qan təhlilləri və biopsiya yolu ilə də aşkarlana bilər. Ultrasəs testləri vasitəsi ilə vəzin ölçüsü, müalicəyə cavabı və hormonların səviyyəsini müəyyən etmək mümkündür.

Əgər müayinə zamanı prostat xərçəngi aşkarlanıbsa qorxuya düşmək lazım deyil. Statistikaya görə, erkən aşkarlanmış xərçəng 90 faiz hallarda müalicəyə tam tabe olur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sevda Əliyeva

1994-cü ildən Amerikanın səsinin əməkdaşıyam. Amerikanın səsinin Tibb rubrikası üçün proqramlar hazırladığım üçün son tibbi yenilikləri yaxından izləyir və bu sahəyə xüsusi marağım olduğundan müxtəlif mənbələrdən öyrəndiklərimi sizinlə bölüşürəm. Orta və ali təhsilimi Bakıda almışam. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunuyam.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories