Aralıq dənizi pəhrizi ürək-damar xəstəlikləri və iflic riskini 30% azaldır

Posted February 26th, 2013 at 8:32 am (UTC-5)
Leave a comment

Bu yaxınlarda nəticələri açıqlanan 5 illik araşdırmalara görə, zeytun yağı, balıq, lobya, ağ ət , meyvə, tərəvəz və 1 qədəh şərabın daxil olduğu pəhriz ürəyi möhkəmləndirir. Aralıq dənizi pəhrizi kimi tanınan bu pəhriz ürək-damar xəstəlikləri və iflic riskini 30 faiz azaldır.

Barselona universitetinin alimləri 7500 siqaret çəkən, ağır çəkili, diabet xəstələri üzərində araşdırma aparıb. Onlar araşdırma iştirakçılarının bir qrupuna Aralıq dənizi pəhrizi tətbiq edib. Digər qrup isə qırmızı ət, şəkərli içkilər qəbul edib.

Alimlər araşdırmaları planlaşdırıldığından daha tez dayandırıb, belə ki, nəticələr gözlənildiyindən daha dramatik olub.

Bəzi ekspertlər Aralıq dənizi pəhrizi saxlayanların da infarkt keçirdiyini deyərək, qozlar və zeytun yağının çox yağlı və yüksək kalorili olduğunu bildirir. Lakin kardioloqlar araşdırmaları alqışlayaraq, bunun pəhrizin ürək xəstəlikləri riskini azaltdığını bir daha təsdiq etdiyini deyir.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sevda Əliyeva

1994-cü ildən Amerikanın səsinin əməkdaşıyam. Amerikanın səsinin Tibb rubrikası üçün proqramlar hazırladığım üçün son tibbi yenilikləri yaxından izləyir və bu sahəyə xüsusi marağım olduğundan müxtəlif mənbələrdən öyrəndiklərimi sizinlə bölüşürəm. Orta və ali təhsilimi Bakıda almışam. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunuyam.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories