Amerikada HİV virusu ilə doğulan uşaq müalicə olundu

Posted March 4th, 2013 at 12:39 pm (UTC-5)
Leave a comment

Amerika həkimlərinin QİÇS-ə səbəb olan HİV virusu ilə doğulan uşağın standart dərman müalicəsi müsbət nəticə verib. Belə ki, bu terapiyadan sonra uşaq müalicə olunub.

Hazırda 2 yaşı olan missisipili qız HİV-yə qarşı eyni zamanda 3 dərman qəbul edib. Uşağın həyata göz açdığı ilk 30 saatdan sonra başladılan müalicəsi böyük nailiyyət hesab edilir. Həkimlər uşağın artıq ümürlük müalicəyə ehtiyacı olmayacağını deyir.

Adı açıqlanmayan körpənin anası HİV virusu daşıyıcısı olduğunu yalnız doğuşdan əvvəl öyrənib. 10 aydır heç bir dərman qəbul etməyən qızın qan təhlillərindən virusa dair heç bir göstərici əldə edilməyib.

Alimlər digər xəstə uşaqlarda da eyni nailiyyət əldə edilməsi üçün əlavə testlərə ehtiyac olduğunu bildirir.

Təkcə 2011-ci ildə dünyada 300 min körpə HİV virusu ilə doğulub. Onların 60 faizi virusun daşıyıcısı olan analarından yoluxub. ABŞ-da doğumdan öncə aparılan testlər bu halların qarşısının alınmasına yardım edir.

San-Fransisko sakini Timoti Rey Braunun olduqca riskli ilik transplantasiyası əməliyyatından sonra QİÇS xəstəliyindən tamamilə sağalması yeganə faktdır. Əməliyyatdan 5 il keçir və onun heç bir dərman qəbul etmədiyi deyilir.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sevda Əliyeva

1994-cü ildən Amerikanın səsinin əməkdaşıyam. Amerikanın səsinin Tibb rubrikası üçün proqramlar hazırladığım üçün son tibbi yenilikləri yaxından izləyir və bu sahəyə xüsusi marağım olduğundan müxtəlif mənbələrdən öyrəndiklərimi sizinlə bölüşürəm. Orta və ali təhsilimi Bakıda almışam. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunuyam.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories