Həqiqətənmi elektron siqaretlər adi siqaretlərdən daha sağlamdır?

Posted March 21st, 2013 at 12:44 pm (UTC-5)
Leave a comment

Son zamanlar dünyada elektron siqaretlərə maraq artmaqdadır. Amerikada kino ulduzlarından tutmuş ən sadə insanlara qədər bir çoxları bu siqaretlərdən istifadə edir.

Lakin həqiqətənmi elektron siqaretlər adi siqaretlərdən daha sağlamdır? Siqaretin istehsalçıları və istifadəçiləri onların daha ucuz başa gəlməklə yanaşı, xərçəngə yol açan kimyəvi maddələr, pis iy və küldən azad olduğunu deyir. Bu iddiaları nəzərə alaraq, oxucularımıza bu haqda məlumat vermək qərarına gəldik.

Elektron siqaretlərin imtiyazı nədir?

  • Nə tütün, nə  karbon monoksid, nə də qatran.
  • Adi siqaretdə olduğu qədər nikotin.
  • Bir siqaret qutusuna bərabər olan kartriclərin 2 dollardan az başa gəlməsi. Bu, ildə 1000 dollar qənaət deməkdir.
  • Siqaret iyi verməmək.
  • Müxtəlif tamlar.
  • Ətrafdakıların tüstüdən azadlığı.

Bəs alimlər nə düşünür?

Amerikanın İctimai Səhiyyə Assosiasiyasının tütünə nəzarət şəbəsinin müdiri Coel Niztkinin dediyinə görə, əgər siqaret çəkənlər elektron siqaretə müraciət etsələr, siqaret səbəbi ilə hər il qeydə alınan 400 min ölüm halı 4 min və ya 400-ə enə bilər.

Bütün bunlardan əlavə elektron siqaretlər adi siqaretlərin qadağan edildiyi ictimai yerlər-iş, təyyarə, barlarda belə çəkilə bilər.

İndi ABŞ-da 700 min siqaret çəkən elektron siqaretlərdən istifadə edir. Siqareti atmağın qeyri-mümkünlüyünü düşünənlər isə bundan istifadə etdikdən sonra bu pis adətdən azad olmağa nail olduqlarını deyir.

Belə ki, sınamağa dəyər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sevda Əliyeva

1994-cü ildən Amerikanın səsinin əməkdaşıyam. Amerikanın səsinin Tibb rubrikası üçün proqramlar hazırladığım üçün son tibbi yenilikləri yaxından izləyir və bu sahəyə xüsusi marağım olduğundan müxtəlif mənbələrdən öyrəndiklərimi sizinlə bölüşürəm. Orta və ali təhsilimi Bakıda almışam. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunuyam.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories