İldə bir milyona yaxın uşaq doğulduğu gün dünyasını dəyişir

Posted May 10th, 2013 at 10:49 am (UTC-5)
Leave a comment

Save the Children təşkilatının son hesabatında dünyaya göz açan körpələrin həyatlarının ilk günlərinin ən təhlükəli günlər olduğu bildirilir. İldə bir milyona yaxın uşaq doğulduğu gün dünyasını dəyişir. Dünya anaları adlı hesabatda Finlandiya analar üçün ən yaxşı, Konqo Demokratik Respublikası isə ən pis yer kimi göstərilir.

Dünyada analar üçün 30 ən yaxşı ölkə siyahısına ABŞ, Qərbi Avropa, Avstraliya, Sloveniya, Sinqapur, Yeni Zelandiya, Estoniya, Kanada, Çex Respublikası, İsrail, Belarus, Litva və Polşa kimi ölkələr daxil edilib.

Riskli bölgələr siyahısında dünyanın 68 ölkəsi yer alır. Köprə ölümləri göstəricilərinə görə Hindistan ildə 300 min uşaq olmaqla, birinci yerdədir. Ən aşağı ölüm göstəriciləri Lüskemburq, Sinqapur və İsçevdə qeydə alınıb.

Save the Children təşkilatının hesabatında deyilir ki, körpələrin həyatı tənəffüs cihazları, antiseptik xlorheksidinlər, antibiotiklər və steroidlərlə xilas edilə bilər. Uşaqlar həyatlarının ilk günlərində ana südü və “kenquru qayqısı” ilə də qoruna bilər.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sevda Əliyeva

1994-cü ildən Amerikanın səsinin əməkdaşıyam. Amerikanın səsinin Tibb rubrikası üçün proqramlar hazırladığım üçün son tibbi yenilikləri yaxından izləyir və bu sahəyə xüsusi marağım olduğundan müxtəlif mənbələrdən öyrəndiklərimi sizinlə bölüşürəm. Orta və ali təhsilimi Bakıda almışam. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunuyam.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories