Qan məhsulları və qana tələbat hər il durmadan artır

Posted June 16th, 2013 at 9:10 am (UTC-5)
Leave a comment

Ümumdünya Səhiyyə Təşkilatı həyatların xilası üçün daha artıq qan donorluğuna çağırır. Təşkilat dığını bildirir. Aşağı və orta gəlirli ölkələrdə çox hallarda yalnız hamilə və yenicə doğmuş qadınlar qanla təmin edilir. Yüksək gəlirli ölkələrdə qan köçürülməsinə ürək və transplantasiya əməliyyatları, xərçəng kimi xəstəliklərin müalicəsində müraciət edilir.

Ümumdünya Səhiyyə Təşkilatı qana ehtiyacın həm yoxsul, həm də zəngin ölkələrdə eyni dərəcədə yüksək olduğunu bildirir. Təşkilatın bildirdiyinə görə, könüllü və ya pulla qan verən donorların hər bir ölkədə sağlamlığın qorunmasındakı rolu əvəzsizdir.

Hazırda dünyanın 60 ölkəsində qan ehtiyatının 100 faizini könüllülər təmin edir. Bunların 35-i yüksək gərlili ölkələrdir. Digər 73 ölkənin qan ehtiyatının 50 faizini pul müqabilində qan verənlər təmin edir.

Ümumdünya Səhiyyə Təşkilatı  Afrika kimi bölgələrdə qan və qan məhsullarına təlabatın olduqca yüksək olduğunu bildirir.

Qurum donarların qan verməzdən əvvəl müayinə edilməsinin cavibliyini vurğulayır. Təşkilar HİV, B, C hipotiti və sifilis kimi xəstəliklərə görə müayinənin məcburi olmasını tələb edir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sevda Əliyeva

1994-cü ildən Amerikanın səsinin əməkdaşıyam. Amerikanın səsinin Tibb rubrikası üçün proqramlar hazırladığım üçün son tibbi yenilikləri yaxından izləyir və bu sahəyə xüsusi marağım olduğundan müxtəlif mənbələrdən öyrəndiklərimi sizinlə bölüşürəm. Orta və ali təhsilimi Bakıda almışam. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunuyam.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories