Çelsi Klinton, Barron Tramp və prezident övladlarının özəl həyatının toxunulmazlığı

Posted January 27th, 2017 at 10:07 pm (UTC+0)
Leave a comment

Dilşad Əliyarlı

Chelsea Clinton, daughter of Democratic presidential nominee Hillary Clinton speaks during the final day of the Democratic National Convention in Philadelphia , Thursday, July 28, 2016. (AP Photo/J. Scott Applewhite)

Çelsi Klinton

ABŞ-ın keçmiş prezidenti Bill Klinton və 2016-cı il seçkilərində demokrat namizəd Hillari Klintonun qızı Çelsi Klinton prezident Trampın oğlu Barreni internet trollarından müdafiə edib.

“Barron Trampın bütün uşaqlar kimi uşaq olmaq hüququ var”-Çelsi Klinton həm Facebook, həm də Tvitter sosial media saytlarında yazıb.

 


Çelsi Klinton eyni zamanda, Hillari Klintonla gərgin rəqabət apardıqdan sonra prezident seçilmiş Donald Trampın siyasətini tənqid edib.

“Hər bir uşağın müdafiəsinə qalxmaq həm də prezidentin uşaqlara zərərli siyasətini də tənqid etmək deməkdir”-Çelsi Klinton Tvitter səhifəsində eyni mesajda əlavə edib.

Yanvarın 20-də ABŞ-ın 45-ci prezidenti kimi Donald Trampın Vaşinqtonda andiçmə mərasimi və bundan sonrakı parad zamanı 10 yaşlı Barron Tramp internetdə gülüş hədəfinə çevrilib, onun ünvanına zarafatlar və təhqiramiz ifadələr söylənilib.

President Donald Trump waves as he walks with first lady Melania Trump and their son Barron during the inauguration parade on Pennsylvania Avenue in Washington, Friday, Jan. 20, 2016. (AP Photo/Evan Vucci, Pool)

President Donald Trump waves as he walks with first lady Melania Trump and their son Barron during the inauguration parade on Pennsylvania Avenue in Washington, Friday, Jan. 20, 2016. (AP Photo/Evan Vucci, Pool)

Çelsi Klinton sosial mediada mesajlarını NBC tele şirkətinin Saturday Night Live komediya şousunun yazarı Keyti Riçin (Katie Rich) Tvitter səhifəsində Barron haqda şərhindən sonra yazıb. Barron Trampın “ev şəraitində təhsil alanlar arasında ilk silahlı hücumçu olacağı” haqda yazdığı şərhə internetdə dərhal təndiqi reaksiyalar verilib və ssenarist onu silməyə məcbur olaraq üzr istəyib.


NBC şirkəti bu insidentdən sonra Keyti Riçi işdən azad edib. Lakin mövzu ictimaiyyət arasında müzakirə edilməyə davam edir.

Hazırda gənclərə qarşı təhqir və zorakılıq əleyhinə kampaniya aparan sosial fəal Monika Levinski də Barron Trampı Tvitterdə yazdığı şərhdə müdafiə edib.

“Bütün uşaqlar təhqir və istehzadan müdafiə olunmalıdır.”

 

Bu insident çoxlarının fikrincə, Amerikanın siyasi həyatında bir normanın dəyişilməz olaraq qaldığını göstərir. Bu da ölkənin birinci övladlarının şəxsi həyatının toxunulmazlığıdır.

Ağ Evin mətbuat xidməti verdiyi açıqlamada bu prinsipə bundan sonra da riayət ediləcəyini gözlədiyini bildirib.

“Prezidentin övladlarının siyasi diqqətdən kənarda böyüməsi imkanı uzun zamandır mövcud bir ənənədir. Ağ Ev bu ənənənin bütünlüklə davam etdiriləcəyini gözləyir.”

Çelsi Klinton Bill Klintonun unaqurasiyasında

Çelsi Klinton Bill Klintonun unaqurasiyasında

Prezident Klintonun hakimiyyəti dövrü özü də ölkənin birinci övladı olan Çelsi Klinton bunun nə demək olduğunu çox gözəl bilir. Klintonlar xüsusilə də o zaman birinci xanım olan Hillari Klintonun Çelsinin Ağ Evdə özəl həyatının qorunmasına olduqca böyük diqqət verirdi. O zaman12 yaşı olan Çelsi Klinton buna baxmayaraq Saturday Night Live komediya şousunun gülüş hədəfinə çevrilmişdi.

Bundan öncə Cimmi Karterin qızı Eymi Karter gülüş və zarafatların hədəfi olub.

ABŞ-ın keçmiş prezidenti Corc Buş, xanımı Lora Buş və əkiz qızları Cenna və Barbara

ABŞ-ın keçmiş prezidenti Corc Buş, xanımı Lora Buş və əkiz qızları Cenna və Barbara

Bill Klintondan sonra hakimiyyətə gəlmiş Corc Buş oğulun əkiz qızları Cenna və Barbara da medianın və eyni komediya şousunun zarafatlarının diqqət mərkəzində olub. O zaman 19 yaşları olan qızların kollec həyatının bəzi detalları mediada müzakirə edilib, xəbər başlıqlarına çıxarılıb.

Barak Obamanın iki qızı Saşa və Maliya haqda sosial mediada tənqidi və bəzən irqçi xarakterli şərhlərin yazılması kimi hallar yadda qalıb.

U.S. President Barack Obama waves as he walks with first lady Michelle Obama (R) and their daughters Malia (L) and Sasha on the South Lawn of the White House in Washington January 3, 2016. The Obama family returned from Hawaii, the president's home state, after concluding a 15-day holiday vacation. REUTERS/Yuri Gripas - RTX20VWO

U.S. President Barack Obama waves as he walks with first lady Michelle Obama (R) and their daughters Malia (L) and Sasha on the South Lawn of the White House in Washington January 3, 2016. The Obama family returned from Hawaii, the president’s home state, after concluding a 15-day holiday vacation. REUTERS/Yuri Gripas – RTX20VWO

Bütün bunlara baxmayaraq, Ağ Evdə prezident övladlarının özəl həyatına “müdaxilə”lər belə bir neçə epizodla bitir. Sosial media dövründə isə bunların ictimailəşdirilməsi və yayılması kimi, reaksiyalarının da miqyası genişlənib.

Əslində, Donald Tramp Ağ Evdə ilk prezident sərəncamını imzalayan zaman Barronun ögey bacısı İvankanın qucağındakı kiçik oğlu ilə “gözbağlıca” oynaması ictimaiyyət tərəfindən çox müsbət qarşılanıb. Bu da öz növbəsində, ictimaiyyətin prezident övladlarına adətən müsbət yanaşdığına daha bir işarədir. Bəzi şərhçilər bunun hətta cəmiyyət üçün tipik bir cəhət olduğunu hesab edir.

ABŞ prezidentlərinin övladları bəzən onların özləri qədər diqqət cəlb edir. Buna görə də onların ailə üzvlərinin, xüsusilə də gənc övladlarının özəl həyatının qorunması birinci ailənin prioritetinə çevrilir. Ağ Evdə prezident Kennedinin oğlu Condan sonra yenidən ölkənin birinci oğul olacaq Barron Tramp da istisna deyil.

 

Amerikanın birinci xanımlarının Ağ Evdə görüş ənənəsi

Posted November 17th, 2016 at 6:47 pm (UTC+0)
Leave a comment

Dilşad Əliyarlı

ABŞ-ın birinci xanımı Mişel Obama prezident seçilmiş Donald Trampın xanımı Melaniya Trampı Ağ Evdə qəbul edir

Birləşmiş Ştatlarda uzun sürən seçki kampaniyasının başa çatmasından sonra hakimiyyətin dinc keçidi dövrü başlayıb. Bu mərhələdə Ağ Evin ənənələrindən birinə uyğun olaraq Amerikanın birinci xanımı Mişel Obama gələcək birinci xanım Melaniya Trampı Ağ Evdə qəbul edib. Prezident Obama Amerika tarixində ən neqativ seçki kampaniyasından sonra Oval ofisdə yeni seçilmiş prezident Donald Trampla ilk dəfə görüşdüyü kimi, bu, xanımlar arasında da ilk tanışlıq olub. Mişel Obama Melaniya Trampı yanvar ayında inaqurasiyadan sonra birinci ailənin köçəcəyi Ağ Evin prezidentlər və onların ailələri üçün ayrılmış hissəsi ilə tanış edib. Mediada iki xanımın Ağ Evin Sarı zalında qarşı-qarşıya söhbət etdiyi zaman çəkilmiş fotosu açıqlanıb. Donald Tramp Twitter səhifəsində xanımı Melaniyanın birinci ledi Mişel Obamadan “çox xoşu gəldiyini” yazıb.

Read the rest of this entry »

Bill Geyts qabları niyə özü yumağı xoşlayır?

Posted October 24th, 2016 at 3:47 pm (UTC+0)
Leave a comment

Dilşad Əliyarlı

 

bill_gates

Microsoft şirkətinin təsisçisi Bill Geyts dünyanın ən zəgin adamı olsa da hər gün axşam evdə şam yeməyindən sonra qabları özü yumağı sevir.

CNBC şirkətinin müxbiri Markeruit Vardın yazdığına görə, Bill Geyts bunu özü 2014-cü ildə Reddit internet saytında sualları cabalandırarkən deyib.

“Mən hər axşam qabları özüm yuyuram, başqaları da həvəs göstərir, amma mən bunu özüm istədiyim kimi etməyi xoşlayıram”-deyə Geyts cavab verib.

Bill və Melinda Geyts Fondunun təsisçisi kimi dünya böyu xeyriyyə layihələrinə rəhbərlik edən Geytsin məşğulluğuna görə buna vaxt ayıra bilməsi çoxlarına inanılmaz görünə bilər. Amma o həqiqətən də buna nəinki vaxt tapa bilir, həm də bunu xeyirli bir iş olaraq görür.

Mən hər axşam qabları özüm yuyuram, başqaları da həvəs göstərir, amma mən bunu özüm istədiyim kimi etməyi xoşlayıram.

Kimsə bunu dünyanın ən zəngin adamının qəribə bir istəyi kimi izah edə bilər. Amma əslində Geytsin bu həvəsinin faydalı tərəfləri elm də öz təsdiqini tapır.

Alimlərin apardığı tədqiqatların nəticələri göstərir ki, qab yumaq stress səviyyəsinin azaldılması və hətta yaradıcılıq qabiliyyətlərinin artmasına kömək edə bilər.

İlk baxışda bəziləri bununla razılaşmaya bilər, çünki əslində əksər insanlar qab yumağı bir mükəlləfiyyət olaraq görür. Amma burada əsas məsələ işə münasibətdən gedir.

Sahibkarlıq, kiçik biznes və maliyyə xəbərlərini işıqlandıran jurnalist Vard məqaləsində Amerikanın iki universitetində keçirilmiş təcrübələri qeyd edib.

WASHINGTON - OCTOBER 15: Microsoft Corporation Chairman Bill Gates (L) and his wife Melinda attend a ceremony presenting them with the 2010 J. William Fulbright Prize for International Understanding at the Library of Congress October 15, 2010 in Washington, DC. The Fulbright Prize recognized the Gates' philanthropic work through the Bill and Melinda Gates Foundation and their work and charitable contributions in improving the health and education opportunities of people around the globe. (Photo by Win McNamee/Getty Images)

Florida Universitetində aparılan tədqiqatın nəticələrinə görə, qabları yuyan zaman nəfəs almaq, əşyalara toxunmaq, iyləri hiss etmək və görülən vəzifəni şüurlu şəkildə yerinə yetirərkən tələbələrdə stress səviyyəsinin azalması, diqqətin isə artması müşahidə edilib.

Təcrübədə 51 nəfər tələbədən ibarət qrup iştirak edib. Alimlər belə bir qənaətə gəlib ki, bu kimi başqa məşğuliyyətlər zamanı da stressin səviyyəsinin azalması və ümumi fiziki durumun yaxşılaşmasına nail olmaq olar.

Suyun temperaturu və yaxud da sabunun ətrinə diqqət yetirib hiss etmək beyni stimullaşdırır.

Alimlərin apardığı tədqiqatların nəticələri göstərir ki, qab yumaq stress səviyyəsinin azaldılması və hətta yaradıcılıq qabiliyyətlərinin artmasına kömək edə bilər.

Tədqiqatın müəllifi olan Florida Universitetinin doktorantı Adam Hanli deyib ki, o, təcrübə zamanı “xüsusilə də bu adi gündəlik işlərdən zehni inkişaf və beləliklə də ümumi sağlamlığın yaxşılaşdırılması üçün necə istifadə edilə bilməsi” məsələsinə diqqət verib.

Buna oxşar təcrübə Kaliforniya universitetində də aparılıb.Təcrübənin nəticələri göstərib ki, mürəkkəb tapşırıqlardan fərqli olaraq bəsit tapşırıqlar yerinə yetirilərkən bu, problemlərin həllinə daha yaradıcı yanaşma tərzinin formalaşmasına kömək edir.

Alimlər hələlik ilham mənbəyinin potensialının elmi şəkildə tədqiq edilmədiyini bildirir. Lakin adətən ən yaxşı fikirlərin iş masası arxasında deyil, əslində duş qəbul edəndə, ya da idman edəndə yarandığı deyilir.

Bill Geytsin hər axşam qab yumaq vəzifəsini öz üzərinə götürməsini də yəqin ki bununla izah etmək olar. Əsas bu işə beynin dincəlib yeni gözəl fikirlər gətirə biləcəyi bir məşğuliyyət kimi baxmaqdır.

Dörd dəfə Olimpiya çempionu Simona Baylz

Posted August 18th, 2016 at 9:03 pm (UTC+0)
Leave a comment

ABŞ-ın Gimnastika idmanı üzrə qadınlardan ibarət komandasının üzvü Simona Baylz Rio de Janeyroda Yay Olimpiya Oyunlarında dördüncü qızıl medalını qazanıb.

ABŞ-ın qadın idman gimnastikası üzrə komandasının üzvü Simona Baylz Rio de Janeyroda Yay Olimpiya Oyunlarında gimnastika idmanı üzrə komanda  yarışlarının finalında  çıxış edir

ABŞ-ın qadın idman gimnastikası üzrə komandasının üzvü Simona Baylz Rio de Janeyroda Yay Olimpiya Oyunlarında gimnastika idmanı üzrə komanda yarışlarının finalında çıxış edir

19 yaşlı Simona Baylzın göstəriciləri Olimpiadalar tarixində gimnastlar tərəfindən nümayiş etdirilən ən yüksək göstəricilər hesab edilir.

ABŞ-ın qadın idman gimnastikası üzrə komandasının üzvü Simona Baylz Rio de Janeyroda Yay Olimpiya Oyunlarında gimnastika idmanı üzrə yarışlarda aldığı qızıl medalla

ABŞ-ın qadın idman gimnastikası üzrə komandasının üzvü Simona Baylz Rio de Janeyroda Yay Olimpiya Oyunlarında gimnastika idmanı üzrə yarışlarda aldığı qızıl medalla

Simona Baylz və onun komanda yoldaşı Aleksandra Rayzman qadın gimnastlar arasında individual yarışlarda böyük üstünlüyə malik olublar. Rayzman iyunların favoritlərindən biri hesab edilsə də, o, gümüş medal qazanıb.

Rio de Janeyroda Yay Olimpiya Oyunlarında gimnastika idmanı üzrə komanda  yarışlarıda qızıl medal almış Simona Baylz  və gümüş medal qazanmış gimnast Aleksandra Raysman

Rio de Janeyroda Yay Olimpiya Oyunlarında gimnastika idmanı üzrə komanda yarışlarıda qızıl medal almış Simona Baylz və gümüş medal qazanmış gimnast Aleksandra Raysman

Həm Baylz, həm Rayzman Rio de Janeyroda Olimpiya Oyunlarında ABŞ-ın Gimnastika idmanı üzrə komandasına qızıl medal gətirib.

ABŞ-ın qadın idman gimnastikası üzrə komandasının üzvü Simona Baylz Rio de Janeyroda Yay Olimpiya Oyunlarında gimnastika idmanı üzrə yarışların finalında  çıxış edir

ABŞ-ın qadın idman gimnastikası üzrə komandasının üzvü Simona Baylz Rio de Janeyroda Yay Olimpiya Oyunlarında gimnastika idmanı üzrə yarışların finalında çıxış edir

Simona Baylz Yay Olimpiya Oyunlarında bir-birinin ardınca dörd dəfə birincilik qazanmış dördüncü Amerika gimnastıdır.

ABŞ-ın qadın idman gimnastikası üzrə komandasının üzvü Simona Baylz Rio de Janeyroda Yay Olimpiya Oyunlarında indivudual proqramla çıxış edir

ABŞ-ın qadın idman gimnastikası üzrə komandasının üzvü Simona Baylz Rio de Janeyroda Yay Olimpiya Oyunlarında indivudual proqramla çıxış edir

Simona Baylz 1997-ci ildə martın 14-də ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərində anadan olub. O, gimnastika ilə altı yaşından məşğul olmağa başlayıb və 8 yaşından artıq fərdi məşqçi ilə məşqləri davam etdirib.

ABŞ-ın qadın idman gimnastikası üzrə komandasının üzvü Simona Baylz Rio de Janeyroda Yay Olimpiya Oyunlarında gimnastika idmanı üzrə yarışların finalında  çıxış edir

ABŞ-ın qadın idman gimnastikası üzrə komandasının üzvü Simona Baylz Rio de Janeyroda Yay Olimpiya Oyunlarında gimnastika idmanı üzrə yarışların finalında çıxış edir

Hillari Klintonun tarixi nominasiyası

Posted July 31st, 2016 at 7:59 pm (UTC+0)
Leave a comment

Pensilvaniya ştatının Filadelfiya şəhərində Demokrat partıyasının qurultayında Birləşmiş Ştatların keçmiş Dövlət katibi, senatoru və birinci xanımı olmuş Hillari Klinton ABŞ prezidentliyinə ilk qadın namizəd kimi nominasiya alaraq tarixə düşdü.

ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klinton Fildelfiyada Demokrat parityasının qurultayında nominiyası çıxışını etmək üçün səhnəyə çıxır

ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klinton Fildelfiyada Demokrat parityasının qurultayında nominasiya çıxışını etmək üçün səhnəyə çıxır

Amerika tarixində ABŞ presidentliyinə ilk qadın namizəd kimi Hillari Klinton Demokrat partiyasından nominasiyanı Amerika nikbinliyinə əminliklə qəbul edib.

ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klinton Fildelfiyada Demokrat parityasının qurultayında nominiyası çıxışını edir

ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klinton Fildelfiyada Demokrat parityasının qurultayında nominasiya çıxışını edir

“Bu gün biz daha mükəmməl ittifaqa doğru gedən ölkədə mühüm bir mərhələyə qədəm qoymuşuq. İlk dəfə olaraq qadın prezidentliyə nominasiya olunub. Burada anamın qızı və qızımın anası kimi dayanaraq, bu günün gəlişinə görə çox xoşbəxtəm.”

ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klinton Fildelfiyada Demokrat parityasının qurultayında nominasiya çıxışını etmək üçün  səhnəyə çıxan zaman qızı Çelsi Klintonla

ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klinton Fildelfiyada Demokrat parityasının qurultayında nominasiya çıxışını etmək üçün səhnəyə çıxan zaman qızı Çelsi Klintonla

Bu, Amerika Birləşmiş Ştatlarının 200 ildən artıq tarixində ilk dəfədir ki seçkilərdə aparıcı partiyanın namizədi qadın olur. Bu həm ölkənin, həm də Demokrat partiyasının tarixində əlamətdar bir hadisədir.

ABŞ-ın keçmiş prezidenti Bill Klinton qızı Çelsi Klintonla həyat yoldaşı, ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klintonun Fildelfiyada Demokrat parityasının qurultayında nominasiya çıxışını dinləyir

ABŞ-ın keçmiş prezidenti Bill Klinton qızı Çelsi Klintonla həyat yoldaşı, ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klintonun Fildelfiyada Demokrat parityasının qurultayında nominasiya çıxışını dinləyir

100 il bundan əvvəl Amerikada qadınların səsvermə hüququnun olmadığı halda bu gün Filadelfiyada Birləşmiş Ştatlar prezidentliyinə ilk dəfə olaraq qadın namizədin nominasiya alması ölkə tarixində olduqca əlamətdar bir gün kimi dəyərləndirilir.

ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klintonun tərəfdarları Pensilvaniyada qurultayda

ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klintonun tərəfdarları Pensilvaniyada qurultayda

 

Şeril Sandberqdən qadınlara mesaj: “Bir-birimizə dayaq olaq”

Posted June 24th, 2016 at 7:45 pm (UTC+0)
Leave a comment

Dilşad Əliyarlı

Şeril Sandberq

Facebook şirkətinin əməliyyatlar üzrə icraçı direktoru Şeril Sandberqin təsis etdiyi Lean In təşkilatı qadınların bir-birinə dəstəyinin əhəmiyyətini vurğulamaq məqsədilə video kampaniyaya başlayıb.

“Birlikdə qadınlar bacarır” adlı video mesajda aktrisalar Kerri Vaşinqton, Eva Lonqoriya, Emma Vatson Selena Qomez, Lena Danham, idmançılar Sereya Vilyams və Abi Vambax, jurnalist Meqan Kelli və Şeril Sandberqin özü onlara həyatda və karyerada dəstək olub müvəffəqiyyət qazanmasına töhfə vermiş qadınlar haqda danışır. Onların hər biri qadınların bir-birinə dəstək verməsi ilə daha böyük nailiyyətlər qazana biləcəyini vurğulayır.

Lean In kampaniyasının qadınlara əsas mesajı isə budur: “Bir qadın başqa bir qadına kömək edəndə, onların hər ikisi bundan faydalanır. Bir qadın başqa bir qadının nailiyyətini təntənə edirsə, biz hamımız yüksəlirik. Birlikdə qadınlar daha çox iş görə, irəliləyə və dünyanı dəyişdirə bilər.”

Şeril Sandberq New York Times qəzetində yazdığı məqalədə qadınların professional və şəxsi həyatda bir-birinə dəstəyinin əhəmiyyətini xüsusi qeyd edib.

LeanInTogether

O adətən qadınların rəhbər olduğu yerlərdə başqa qadınların irəliyə gedə bilməməsi fikri ilə razılaşmayaraq yazıb ki, statistik baxımdan bu, həqiqətə uyğun deyil. O qeyd edib ki, qadınların icraedici direktor olduğu şirkətlərdə menecmentə qadınların qoşulması şansları daha yüksəkdir. Şeril Sandber yazıb ki, “düzdür, “Kraliça arı” adlandırılan qadın rəhbərlər mövcuddur”, amma başqa qadınların irəli gedə bilməməsi əslində, kişi menecerlərin yaratdığı şəraitlə bağlıdır. Onun sözlərinə görə, məsələ yenə də stereotiplərdədir, çünki qadınların kişilərlə müqayisədə daha nəzakətli və daha mehriban olması gözlənilir.

“Biz kişilərin aqressiv, qadınların isə mehriban olduğu kimi stereotiplər yaratmışıq. Qadınlar bu stereotipləri pozanda biz onları çox ciddi mühakimə edirik”-deyə Sandberq yazıb.

Facebook şirkətinin əməliyyatlar üzrə rəhbərinin sözlərinə görə, kişilərin dominant olduğu şəraitdə yüksək vəzifədə olan qadınlar öz mövqelərini itirməkdən ehtiyat edir və buna görə də başqa qadını irəli çəkməklə özünə zərər gətirə biləcəyini düşünür. Şeril Sandberq yazıb ki, qadınlar iş yerində başqa qadınları irəli çəkmək istəyəndə bu, çox vaxt “tərəfkeşlik, öz qrupuna aid işçilərə xüsusi münasibət” kimi dəyərləndirilir.

Sandberq iş yerində bərabərliyin təmin olunmasına çağırır və qadınların bir-birinə dəstək verib, model rolu oynamasının əhəmiyyətini vurğulayır. O qeyd edib ki, qadınlar arasında da fikir ayrılıqları və rəqabət ola bilər, amma bu, onların bir-birinə dəstək verməsinə mane olmamalıdır.

 

Hillari Klinton: Nominasiya qadınlar üçün tarixi bir mərhələdir

Posted June 9th, 2016 at 3:14 pm (UTC+0)
Leave a comment

Dilşad Əliyarlı

Democratic U.S. presidential candidate Hillary Clinton arrives to speak during her California primary night rally held in the Brooklyn borough of New York, U.S., June 7, 2016.  REUTERS/Lucas Jackson   TPX IMAGES OF THE DAY - RTSGHIT

ABŞ prezidentliyinə namizəd Hillari Klinton Bruklində tərəfdarları qarşısında qələbəsini təntənə edir

ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klinton Amerika tarixində Ağ Ev uğrunda mübarizədə partiyanı təmsil edəcək ilk qadın kimi tarixə öz adını yazmış olduğunu deyib.

Klinton Amerika tarixində əsas siyasi partiyadan prezidentliyə nominasiya olunacaq ilk qadındır.

“Ölkəmizin tarixində ilk dəfə olaraq qadın Birləşmiş Ştatların prezidentliyinə əsas partiyadan nominasiya olunacaq”-deyə Klinton Bruklində onun qələbəsini təntənə edən minlərlə tərəfdarı qarşısında çıxışında bildirib.

ABŞ-ın keçmiş dövlət katibi, senatoru və birinci xanımı nominasiyanın qadınlar üçün tarixi bir mərhələ olduğunu deyib. Çıxışında tarixə ekskurs edən Klinton Amerikada qadın hərəkatının öncüllərini xüsusi qeyd edib. “Bu gecəki qələbə bir insanın qələbəsi deyil. Bu qələbə indiki məqamın mümkün olması üçün mübarizə aparmış və qurban vermiş qadın və kişilərə məxsusdur.”

“Ölkəmizin tarixində ilk dəfə olaraq qadın Birləşmiş Ştatların prezidentliyinə əsas partiyadan nominasiya olunacaq.”

ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klinton

ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klinton

O, Amerikada qadınlara bərabər hüquqların verilməsinə sənədin tarixindən danışıb ” Bunun tarixi burada-Nyu-Yorkda 1848-ci ildə Seneka Falls adlanan yerdən başlayır. O zaman qadınlar və kişilərdən ibarət kiçik, lakin qətiyyətli bir qrup qadınların bərabər hüquqlara malik olduğu fikrini irəli sürüb və onlar deklarasiya hazırlayıblar. Bu, bəşər tarixində ilk dəfə idi ki, belə bir sənəd meydana gəlirdi. Bu gün biz onlara borcluyuq.”

Klinton çıxışı zamanı onun həyatında müstəsna rolu olan anasını yad edib və onun anadan olduğu gün Konqresin qadınlara səs vermək hüququnun verildiyi 19-cu düzəlişi təsdiq etdiyini deyib.

“Bu gün biz qürurla deyə bilərik ki, Amerikada keçilməsi mümkün olmayan sədd və hüdud yoxdur. Böyük arzularla yaşayan bütün qızlar üçün: Bəli, siz nə istəsəniz ola bilərsiniz-hətta prezident də. Bu gecə sizin üçündür.”

Klinton əlavə edib ki, anasının qızının prezidentliyə nominasiya qazanmış ilk qadın olduğunu görməsini çox istərdi.

Hillari Klinton anası Doroti ilə

Amerika prezidentliyinə nominasiya qazanan ilk qadın olan Klinton qələbəsini təntənə edərək Twitter səhifəsində yazıb:

“Bu gün biz qürurla deyə bilərik ki, Amerikada keçilməsi mümkün olmayan sədd və hüdud yoxdur. Böyük arzularla yaşayan bütün qızlar üçün: Bəli, siz nə istəsəniz ola bilərsiniz-hətta prezident də. Bu gecə sizin üçündür.”

Hillari Klinton

Hillari Klinton

Klinton iyul ayında Filadelfiyada Demokrat partiyasının qurultayına qədər rəsmən prezidentliyə namizəd hesab edilmir. Lakin ABŞ mediasının bildirdiyinə görə, Klinton prezidentliyə nominasiya olmaq üçün lazım olan 2383 nümayəndənin dəstəyinə malikdir.

 

Kraliça İkinci Yelizaveta – 90

Posted April 21st, 2016 at 12:10 pm (UTC+0)
Leave a comment

Dilşad Əliyarlı

Kraliça İkinci Yelizaveta

Britaniya kraliçası İkinci Yelizaveta 90 illik yubileyini qeyd edir. Britaniyanın ən uzun müddət taxtda olan monarxı kimi tarixə düşən İkinci Yelizavetanı yubileyi münasibətilə təbrik edib, ona xoş arzularını çatdırmaq üçün minlərlə insan bu gün Londonda Vindsor sarayının ətrafına toplaşıb. Nadir hallarda olduğu kimi İkinci Yelizaveta 68 illik ömür-gün yoldaşı şahzadə Filiplə birlikdə açıq avtobildə Vindsor sarayının həyətindən keçib.

Britaniya taxtına 27 yaşında sahib olan kraliça Yelizaveta aparılmış son rəy sorğularına görə britaniyalılar arasında hələ də çox sevilir. Britaniyalılar kraliçaya rəğbətlərini onun monarx kimi öz işinə sədaqəti ilə izah edir.

Təkcə keçən həftə aparılmış sorğunun nəticələrinə əsasən, britaniyalıların 70 faizi kraliçanın taxtda qalmasını və yalnız 21 faizi onun taxtdan əl çəkməsini istəyir.

Kraliçanın ölkənin demək olar bütün siyasətçilərindən daha populyar olmasının sirrinin səbəbi kimi isə Britaniya monarx ailəsinin bioqrafları onun hər zaman nə deyəcəyini əvvəlcədən dəfələrlə düşündüyünü və olduqca diqqətli olmasını göstərir.

Queen Elizabeth Royal Family

İkinci Yelizavetanın taxtda olduğu müddətdə Britaniyada 12 baş nazir hakimiyyətdə olub. Bu müddət ərzində Britaniya kraliçası şahzadə Çarlz və şahzadə Dayananın boşanması kimi monarx ailəsində çətin anlarla qarşılaşıb.

Britaniya taxtına çıxmaq üçün sırada ikinci olan şahzadə Vilyam keçən həftə Hindistanda etdiyi çıxışlarının birində kraliçanın aktiv olduğunu və monarx ailəsinə istiqamət verdiyini deyib: “O mənim nənəm ola bilər, amma o həm də bossdur.”

Baş nazir Deyvid Kameron isə təbrik çıxışında kraliça Yelizavetanı “qaya kimi möhkəm” adlandırıb.

Aprelin 21-i Britaniya kraliçasının əsl ad günü olmasına baxmayaraq, ölkədə rəsmi olaraq monarxinyanın yubileyi təntənəli şəkildə iyunun 10-12-i qeyd ediləcək.

Kraliça İkinci Yelizaveta

Kraliça İkinci Yelizaveta

Cümə günü yubiley münasibətilə kraliça İkinci Yelizaveta və şahzadə Filip Vindsor sarayında ABŞ prezidenti Barak Obama və birinci xanım Mişel Obama ilə nahar edəcək.

İkinci Yelizavetanın yubileyi münasibətilə Britaniya monarx ailəsinin dörd nəslinin nümayəndələrinin əks etdirildiyi fotolar açıqlanıb. Bukenqem sarayı kraliçanın nəvələri və nəticələri ilə Amerikanın məşhur fotoqrafı Ann Lebovits tərəfindən çəkilmiş fotolarını paylaşıb. İkinci Yelizavetanın dizləri üstünə oturmuş, şahzadə Vilyam və qrafinya Keyt Middltonun qızı şahzadə Şarlott və ulu nənəsi arasında bənzərəlik çoxlarının diqqətini cəlb edib.

Beynəlxalq Qadınlar Günündə qadınların töhfələri tərənnüm edilir, problemlərə diqqət yetirilir

Posted March 8th, 2016 at 6:50 pm (UTC+0)
Leave a comment

Dilşad Əliyarlı

UN-Women

Dünya ölkələrində 8 mart Beynəlxalq Qadınlar Günü qeyd edildiyi zaman açıqlanmış hesabatlar qadınların siyasi, iqtisadi və sosial həyatına dəyişikliklər gətirilməsi səyləri qarşısında hələ də maneələrin olduğunu göstərir.

Beynəlxalq qadın hərəkatının 100 ildən artıq tarixinə baxmayaraq, dünyanın bir sıra ölkələrində qadınlara qarşı gender zəminində ayrı-seçkilik davam edir.
BMT-nin Qadın agenliyi (Gender Bərabəriyi və Qadınlara Bərabər İmkanların verilməsi üzrə qurum) gender bərabəriyini 2016-cı il Beynəlxalq Qadınlar gününün şüarına çevirilib. Agentlik 2030-ilə qədər gender bərabərilyinə nail olmağa və bu istiqamətində səyləri gücləndirməyə çağırır.

BMT gender bərabərliyi məsələsinə insan hüquqlarının tərkib hissəsi kimi baxır.

Dünya İqtisadi Forumunun açıqladığı Qlobal Gender Bərabərliyi indeksinə dair illik hesabatında 2015-ci ildə dünyanın 145 ölkəsində qadınlar və kişilər arasında dörd sahədə bərabərliyin təmin edilib-edilmədiyi müəyyənləşdirilib. Buraya iqtisadi imkanlar, təhsil, siyasi hüquq və imkanlar və səhiyyət sahələrində göstəricilər daxildir.

Dünyanın gender bərabərliyi göstəricisinə görə ən yaxşı 10 ölkəsi arasında birinci beş yeri İslandiya, Norveç, Finlandiya,İsveç və İrlandiya tutur. Birləşmiş Ştatlar bu siyahıda birinci 10 ölkə arasında deyil, 28-ci yeri tutur.

Azərbaycan gender bərabərliyi indeksinə görə 145 ölkə arasında 96-cı yerdədir.

Hesabata əsasən, son 10 ildə gender bərabərliyinin təmin olunması sahəsində irəliləyiş olsa da, qeyri-bərabərlik hələ də mövcuddur. Hesabatda göstərildiyi kimi 10 ildə genderlər arasında fərq 4 faiz azalıb.

2006-cı ildən başlayaraq hazırlanan hesabatda deyilir ki, bu templə dünya üzrə gender bərabərliyinə nail olmaq təxminən 100 il müddətində mümkün ola bilər.

Eyni zamanda, Parlamentlərarası İttifaqın “Qadınlar parlamentdə 2015-ci il: İllik baxış” adlı hesabatında dünya ölkələrində qadınların çox az siyasi gücə malik olduğu deyilir. Hesabatda deyilir ki, artıq ikinci ildir qadınların dünya ölkələrinin qanunvericilik orqanlarında təmsil olunması istiqamətində çox az inkişaf müşahidə edilir. Bununla belə hesabatda bildirilir ki, qadın parlamentarilərin sayı çox artmasa da, dünya ölkələrinin parlamentlərinin sədləri arasında qadınların sayının artması müsbət hal olaraq qəbul edilir.

Michelle-Obama-Let-Girls-Learn

Birləşmiş Ştatlarda 2012-ci il Konqres seçkilərində Amerika tarixində Nümayəndələr Palatasına ən çox qadın seçildi. Nümayəndələr Palatasında 434 yerdən 84-nü, Senatında isə 100 yerdən 20-ni qadınlar tutur. Azərbaycan parlamenti 21 qadın qanunverici ilə təmsil olunub. Bu, 124 yerlik parlamentin 16.9 faizini təşkil edir.

Dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkəsi olan Amerika Birləşmiş Ştatları qadınların hökumətdə təmsil olunması indekslərinə görə öncül ölkələr arasında deyil. Bu il ABŞ-da prezident seçki kampaniyasında Demokrat partiyasından namizəd Hillari Klintonun öncül olmasına baxmayaraq, Amerikada qadınların 26.1 faizi hökumət vəzifələrində təmsil olunub.

Pew Araşdırma Mərkəzinin son hesabatında deyilir ki, dünya ölkələrində qadın liderlərin sayının son illər artdığı müşahidə edilsə də, qadının hakimiyyətdə təmsil olması hələ də dünyanın bir sıra yerlərində adi hal deyil.

Women's-Day

Beynəlxalq Qadınlar günü qadınların cəmiyyətə verdiyi töhfələr xüsusi qeyd edilir. Prezident Obama qadınlar günü münasibətilə verdiyi bəyanatda deyib: “Qadınlar və qızlar insanların fəliyyət göstərdiyi bütün sahələrə, biznes, təhsil, idman, incəsənət, elm, kənd təsərrüfatı, uşaqların tərbiyəsi və hökumət idarələrində hər gün öz töhfələrini verirlər. Bu töhfələr olmadan cəmiiyyət çökər, ailələr dağılar.”

Prezident Obama deyib ki, dünyanın hər yerində qadın və qızların öz tam potensialına çata biləcəyi bir gələcək daha parlaq, daha dinc və daha çiçəklənən bir gələcək olacaq.

İvanka və Melania Tramp Amerikanın populyar jurnallarının səhifələrində

Posted January 8th, 2016 at 6:25 pm (UTC+0)
Leave a comment

Dilşad Əliyarlı

 

İvanka Tramp

İvanka Tramp

ABŞ-da 2016-cı il prezident seçki yarışının intensivləşdiyi zaman respublikaçı namizəd Donald Trampın qızı İvanka Tramp və xanımı Melania Amerikanın populyar jurnallarına müsahibələrdə şəxsi həyat, biznes və siyasətlə bağlı sualları cavablandırıblar.

İndəyə qədər seçki və siyasətdən özünü kənarda saxlamağa çalışsa da, bu yaxınlarda üç uşaq anası olacaq İvanka Tramp “Town and Country” jurnalının üz səhifəsində müasir dövrün super qadını kimi göstərilir.

İvanka Tramp

İvanka Tramp

34 yaşlı İvanka Tramp Organization holdinqinin inkişaf məsələləri üzrə icraçı vitse-prezidentidir, eyni zamanda, İvanka Tramp geyim və aksessuarlar brendinin sahibidir. Uşaqlıqdan dəbbədə ilə əhatə olunmasına baxmayaraq, İvanka Tramp universitetdə təhsil aldığı illərdən işləyib pul qazanmağa başlayıb. İlk işi model olsa da, İvanka təkcə kamera qarşısında dayanmaq deyil, daha ciddi biznes layihələri üzərində işləmək istəyib və işgüzarlığı ilə daşınmaz əmlak maqnatı olan atası Donald Trampın diqqətini cəlb edib. İvanda hazırda atasının “sağ əli” hesab edilir.

İvanka Tramp ailəsi ilə

İvanka Tramp ailəsi ilə

Professional qadın kimi məşğulluqla yanaşı, İvanka Tramp müasir işgüzar qadının nörmal ailə həyatına sahib ola bildiyini də nümayiş etdirir. Bir qızı və bir oğulları olan İvanka Tramp və onun həyat yoldaşı, biznesmen Jared Kuşner üçüncü övladlarının dünyaya gəlməsini gözləyirlər.

 

Melania Tramp

Melania Tramp

 

İvanka kimi Donald Trampın xanımı Melania da uzun müddət kölgədə qaldıqdan sonra Harper’s Bazaar jurnalına müsahibədə həyat yoldaşının prezidentlik kampaniyası və müvəffəq ailə həyatından danışıb. Melania ilk dəfə ictimaiyyət qarşısına Donald Trampla birlikdə veteran tele aparıcı Barbara Uoltersin proqramında çıxsa da, diqqət onda deyil, daha çox həyat yoldaşının üzərində idi. Bunun səbəbini o, Harper’s Bazaar jurnalına müsahibə izah edib: “Mən ictimaiyyət qarşısında siyasətə üstünlük vermirəm, çünki bu mənim həyat yoldaşımın işidir. Mən şəxsi həyatda siyasətçiyəm, və mənimlə həyat yoldaşım arasında hər şeyi bilirəm.”

Melania və Donald Tramp və onların oğlu Barron

Melania və Donald Tramp və onların oğlu Barron

Əslən Sloveniyadan olan Melania üçün həyat yoldaşının siyasi kampaniyası zamanı müsəlmanların ölkəyə girişinə qadağa qoyulması haqda dedikləri təzadlı görünə bilər. O özü Sloveniyadan ABŞ-a 1996-cı ildə gəlib və Donald Trampla 2006-cı ildə evlilikdən bir il sonra Amerika vətəndaşı olub.

Trampların Nyu-Yorkda toyunda Amerikanın məşhur musiçiqiləri, şou-biznes ustaları, idmançılar və siyasətçilər, o cümlədən ABŞ-ın keçmiş prezidenti Bill Klinton və onun xanımı, hazırda Demokrat partiyasının prezident seçkilərində favoriti Hillari Klinton da iştirak ediblər.

Melania Tramp

Melania Tramp

45 yaşlı Melania Donald Trampın üçüncü həyat yoldaşıdır. Onların Barron adlı doqquz yaşlı oğlu var. Melania həyat yoldaşının siyasi kampaniyası ətrafında gedən debatlara münasibətini bildirib. Qədim üslubda qızıl çərçivəyə salınmış güzgülər, divarlar və tavanın qızılla işləndiyi və ekzotik heyvan fiqurların yerləşdirildiyi Versal kral sarayına bənzər Tramp iqamətgahında müsahibə verən Melaniya Trampların dəbdəbəli həyatını da nümayiş etdirib.

“Qadın dünyası” bloqu

Dilşad Əliyarlının “Qadın dünyası” bloqu qadınlara həsr edilib. Burada qadın və qızlara bərabər imkanların verilməsi, müasir qadının ailə həyatı və karyera arasında balans yaratmaq səyləri, moda, gözəllik və qadınları maraqlandıran başqa məsələlər haqda yazılar təqdim edilir.

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 16 ildir Amerikanın Səsində çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı Amerikadan Azərbaycan dilində yayımlanan ilk televiziya proqramları olan "Newsflash" xəbər bülleteni və "Amerika icmalı" tele-jurnalının ilk aparıcısıdır.

Calendar

February 2017
M T W T F S S
« Jan    
 12345
6789101112
13141516171819
20212223242526
2728