Kabul-Women-1972

Dilşad Əliyarlı

Tvitterdə paylaşılan bu foto-şəkildə 1972-ci ildə Kabil küçələrində gənc əfqan qadınlar göstərilir. 1970-ci illərə qədər neytral ölkə olan Əfqanıstan Amerika Birləşmiş Ştatları və Sovet İttifaqı tərəfindən maliyyə yardımı alırdı. Ölkədə qadın hüquqları sahəsində islahatlar həyata keçirilmişdi.

1979-cu ildə Sovet İttifaqının müdaxiləsi, on il sürən vətəndaş müharibəsi, esktremist Taliban qüvvələrinin hakimiyyətə gəlməsi qadınların ictimai həyatda roluna böyük təsir göstərdi. Taliban hakimiyyəti dövrü qadınların vəziyyəti əsaslı şəkildə dəyişdi, tətbiq edilmiş İslam qanunlarına əsasən qadınların hicab (Əfqanıstanda bürqə) geyməsi tələb edildi və qadınların təhsil almasına qadağa qoyuldu.

A young Afghan woman shows her face in public for the first time after 5 years of Taliban Sharia law..

2001-ci ildə ABŞ-ın başçılığı ilə koalisiya qüvvələrinin Talibanı hakimiyyətdən devirməsindən sonra Əfqanıstanın yeni hökuməti qadın hüquqları sahəsində vəziyyətin yaxşılaşdırılması məqsədilə islahatlar aparmağa başladı.

 

Afghan-Women-Vote

Əfqanıstan qanunlarına görə, partlamentdə yerlərin 20 faizini qadınlar tutmalıdır. Hazırda Əfqanıstan partlamentində 249 yerdən 69-nu qadınlar tutur.

Afghan-Police-WomenƏfqan qadınlar ölkənin ictimai-siyasi və mədəni həyatında daha çox rol oynamağa çalışıraq, Əfqanıstanda gənc qız və qadınlar üçün daha böyük imkanların açılmasını arzulayır.