Məryəm Mirzəxani- riyaziyyat üzrə ən yüksək mükafatı almış ilk qadın

Posted August 13th, 2014 at 9:40 pm (UTC+0)
Leave a comment

Maryam Mirzakhani

Dilşad Əliyarlı

ABŞ universitetinin iranlı professoru Məryəm Mirzəxani riyaziyyat sahəsində ən prestijli Filds mükafatını alan ilk qadın kimi tarixə düşüb. Mükafat Məryəm Mirzəxaniyə Seulda Cənubi Koreyanın ilk qadın prezidenti Park Qın He tərəfindən təqdim edilib.

37 yaşlı riyaziyyatçı-alim Harvard universitetini bitirib və hazırda Kaliforniya ştatında Stanford universitetinin professorudur.

Məryəm Mirzəxaninin  riyaziyyat sahəsində uğurları hələ çox gənc yaşlarında başlayıb. O, 1994 və 1995-ci illərdə çox yüksək balla Beynəlxalq Riyaziyyat Olimpiadalarının qalibi olub. Filds mükafatından öncə o, 2013-cü ildə Amerika Riyaziyyat Assosiasiyasının mükafatını alıb.

O, riyaziyatçılar arasında ən mürəkkəb məsələlərin həllinə qadir istedadlı bir alim hesab edilir.

Maryam Mirzakahni

 

Məryəm Mirzəxani 1977-ci ildə Tehranda anadan olub və İran paytaxtında Şərif texnologiya universitetini bitirib. YouTube səhifəsində yerləşdirilmiş video-müsahibədə İranda təhsil aldığı ilk illəri təsvir edən  Məryəm Mirzəxani  daha sabit dövrdə böyümüş gənc nəslə mənsub olduğunu deyir və riyaziyyat elminə marağından danışır.

Məryəm Mirzəxani 2004-cü ildə Harvard unuversitetində riyaziyyat üzrə doktorluq elmi dərəcəsi alıb. O, Kaliforniya ştatının Palo Alto şəhərində ailəsi ilə yaşayır. Məryəm Mirzəxani anadır, kiçik yaşlı qızı var.

Maryam Mirzakhani in Iran with Parents

Riyaziyyat üzrə dünyanın ən yüksək mükafatı olan Filds Nobel mükafatına bərabər hesab edilir. Mükafat 1936-cı ildə kanadalı riyaziyyatçı Con Filds (John Fields) tərəfindən təsis edilib və hər dörd ildən bir yaşı 40-ya çatmamış ən istedadlı riyaziyyatçılara verilir. Bununla Con Filds mükafatı almış gənc riyaziyyatçıları daha böyük nailiyyətlər qazanmağa təşviq etmək istəyib.

Maryam MirzakhaniDünya ölkələrində 78 illik tarixində ilk dəfə olaraq Filds mükafatına qadın riyaziyyatçının layiq görülməsi müsbət bir inkişaf kimi qarşılanıb. Elm, texnika, elektronika və riyaziyyat hələ də qadınların çox zəif təmsil olunduğu sahələr olaraq qalır. Məryəm Mirzəxaninin mükafatı alması gənc və istedadlı qadın riyaziyyatçılar üçün gözəl stimul kimi qəbul edilir.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

“Qadın dünyası” bloqu

Dilşad Əliyarlının “Qadın dünyası” bloqu qadınlara həsr edilib. Burada qadın və qızlara bərabər imkanların verilməsi, müasir qadının ailə həyatı və karyera arasında balans yaratmaq səyləri, moda, gözəllik və qadınları maraqlandıran başqa məsələlər haqda yazılar təqdim edilir.

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 16 ildir Amerikanın Səsində çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı Amerikadan Azərbaycan dilində yayımlanan ilk televiziya proqramları olan "Newsflash" xəbər bülleteni və "Amerika icmalı" tele-jurnalının ilk aparıcısıdır.

Calendar

August 2014
M T W T F S S
« Jul   Sep »
 123
45678910
11121314151617
18192021222324
25262728293031