İkinci Yelizaveta – hər zaman dəbli kraliça

Posted June 18th, 2015 at 7:45 pm (UTC+0)
Leave a comment

Dilşad Əliyarlı

“Mən kraliçanı geyindirmirəm. Karliça özü-özünü geyindirir. Biz onu geyimlə təmin edirik-burada fərq var.” Ser Hardi Amis, kraliça Yelizavetanın dərzisi.

Kraliça İkinci Yelizaveta

Kraliça İkinci Yelizaveta

İyunun 10-da Britaniya kraliçası İkinci Yelizavetanın yubileyi qeyd edildi.  27 yaşında Britaniya taxtına sahib olmuş İkinci Yelizaveta populyar monarxiniya olmaqla yanaşı, həm də dünyanın ən yüksək zövqə malik eleqant kraliçası kimi bir imicə malikdir.  Moda ekspertləri 60 ildən artıqdır taxtda olan İkinci Yelizavetanın yüksək stilinə diqqət çəkir. Təkcə Britaniya monarx ailəsi deyil, moda dünyasında öz üslubu ilə tanınmış şahzadə Dayanadan fərqli olaraq, kraliça İkinci Yelizaveta özünəməxsus bir stil yarada bilmişdir.

Moda ekspertləri monarxinyanın taxta çıxdığı dövrdən başlayaraq onun geyim stilini izləyir. 1953-cü ildə iyunun 2-də taxta çıxdığı gün İkinci Yelizavetanın geydiyi donun hazırlanması 16 ay sürüb. Geyimin hər bir detalının hazırlanması üçün dizaynerlər və ekspertlər Britaniya kraliçalarının tac qoyma mərasimi tarixini diqqətlə öyrəniblər. İkinci Yelizavetanın geydiyi ağ atlas don ziynət əşyalarının göz qamaşdırıcı parıltısı qarşısında sönük görünməməli və gənc kraliçanı şahənə göstərməli idi.

Britaniya kraliçası İkinci Yelizavetnın taxta çıxma mərasimi

Britaniya kraliçası İkinci Yelizavetnın taxta çıxma mərasimi

Tac qoyma mərasimi üçün kraliçanın ayaqqabılarını isə fransız dizayner Roje Viviyer dizayn etmişdi. Daş-qaşla bəzədilmiş ayaqqabının üzərindəki süsən çiçəyi gənc şahzadənin taxta çıxmağa hazır kraliça səviyyəsinə yükslədiyini nümayiş etdirmək üçün dizayn edilmişdi.

Taxtda olduğu 60 ildən çox müddət ərzində əlahəzrət karaliça bir neçə Britaniya dizaynerinin istedadını sınaqdan keçirib. Onun geyimlərini hazırlayan dizaynerlər kraliçanın hər detala diqqətlə yanaşmasını qeyd edərək, “biz onu geyindirmirik, o özü-özünü geyindirir, biz sadəcə onu geyimlə təmin edirik” deyirdilər.

Kraliça İkinci Yelizaveta

Kraliça İkinci Yelizaveta

Kraçila İkinci Yelizaveta geyimlərinin eleqant və rahat olmasına diqqət verməklə yanaşı, onların rənglərini də diqqətlə seçirdi. Bu baxımdan moda ekspertləri onun qarderobun başlıca rəngləri sayılan qara və bej deyil, açıq sarı və yaşıl, çəhrayı rənglərin müxtəlif çalarlarından məharətlə istifadə etdiyini xüsusi qeyd edirlər.

Ümumi görünüşün əsas cəhəti isə ekspertlərin göstərdiyi kimi palto və şlyapanın bir-birinə uyğun olmasıdır. Şlyapa və baş örtüyü İkinci Yelizavetanın ansamblının olduqca mühüm bir hissəsini təşkil edir. Kraliçanın hansı şlyapanı nə zaman və hansı havada geyəcəyini əvvəlcədən müəyyən etmək çətindir. Digər tərəfdən isə dizaynerlər mətbuatın və moda tənqidçilərinin nə söyləyəcəyinə görə özlərini müəyyən qədər təzyiq altında olduğu kimi hiss edir.

Kraliça İkinci Yelizaveta gəlinlik donunda

Kraliça İkinci Yelizaveta gəlinlik donunda

Kraliça İkinci Yelizaveta saray geyimi ilə yanaşı, ingilis “çöl geyimləri”ni də sevir. Moda ekspertləri onun rəngli baş örtüklərini, tvid pencəkləri və uzunboğaz çəkmələrini burada xüsusi qeyd edir.

Müasir dövrün ən dəbli xanımlarından biri adını qazanmış şahzadə Dayana və hazırda şahzadə Vilyamın xanımı Kemmbric qrafinyası Keyt Middltondan fərqli olaraq, kraliça Yelizaveta Britaniya monarx ailəsinin geyim ənənələrinə hər zaman sadiq qalıb.

Kraliça İkinci Yelizaveta

Kraliça İkinci Yelizaveta

Britaniya taxtının vəliəhdi şahzadə Çarlzla ailə quran Dayananın geyim tərzi tədricən dəyişərək, onun statusuna uyğun olan monarx ailəsinə məxsus mühafizəkar stildən müasir eleqant bir səviyyəyə çatmışdı. Dünyanın tanınmış dizaynerləri Dayana üçün geyimlər hazırlayaraq, onları cazibədar şahzadənin əynində görmək istəyirdilər.

Dayananın qlamur görünüşü fonunda bəzən İkinci Yelizavetanın geyim tərzinin darıxdıcığı olduğu haqda fikirlər söylənir. Lakin kraliça Yelizaveta şahənə üslubu ilə moda dünyasının aparıcı dizaynerlərini ruhlandıraraq, modaya öz təsirini göstərə bilmişdir. 2008-ci ildə Dolce and Gabbana moda evinin kolleksiyası məhz İkinci Yelizavetanın mühafizəkar, lakin nüfuzlu üslubundan təsirlənmişdi.

Britaniya kraliçası İkinci Yelizaveta

Britaniya kraliçası İkinci Yelizaveta

Britaniya taxtına sahib olan kraliça Yelizaveta eyni zamanda aparılmış son sorğulara görə britaniyalılar arasında hələ də çox sevilir. Kraliçanın ölkənin bütün siyasətçilərindən daha populyar olmasının sirrini Britaniya monarx ailəsinin bioqrafları onun hər zaman nə deyəcəyini əvvəlcədən dəfələrlə düşündüyü və olduqca diqqətli olması ilə izah edə bilərlər. Lakin 89 yaşlı kraliça İkinci Yelizavetanın moda ikonası adını qazanması şübhəsiz onun şahənə eleqant stili ilə bağlıdır. Bir sözlə, kraliça həmişə dəbdədir!

Kraliça İkinci Yelizaveta müxtəlif rəngli geyim dəstlərində

Kraliça İkinci Yelizaveta müxtəlif rəngli geyim dəstlərində

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

“Qadın dünyası” bloqu

Dilşad Əliyarlının “Qadın dünyası” bloqu qadınlara həsr edilib. Burada qadın və qızlara bərabər imkanların verilməsi, müasir qadının ailə həyatı və karyera arasında balans yaratmaq səyləri, moda, gözəllik və qadınları maraqlandıran başqa məsələlər haqda yazılar təqdim edilir.

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 16 ildir Amerikanın Səsində çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı Amerikadan Azərbaycan dilində yayımlanan ilk televiziya proqramları olan "Newsflash" xəbər bülleteni və "Amerika icmalı" tele-jurnalının ilk aparıcısıdır.

Calendar

June 2015
M T W T F S S
« May   Jul »
1234567
891011121314
15161718192021
22232425262728
2930