Nobel laureatları arasında nə qədər qadın var?

Posted October 15th, 2015 at 7:20 pm (UTC+0)
Leave a comment

Dilşad Əliyarlı

“Mən Nobel kimi insanlığın yeni kəşflərdən şərdən daha çox xeyir əldə edəcəyini düşünən insanlardan biriyəm.”-Mariya Küri, ilk qadın Nobel mükafatı laureatı

Nobel mükafatlarının bu il  tibb sahəsində çinli Tu Yuyu və ədəbiyyat sahəsində Belarus yazıçısı Svetlana Alekseyeviçə verilməsi ilə dünyanın ən prestijli mükafatını alan qadınların sayı 49-a çatdı.

2015-ci il Tibb sahəsində Nobel mükafatı laureatı, çinli farmakoloq Tu Yuyu

2015-ci il Tibb sahəsində Nobel mükafatı laureatı, çinli farmakoloq Tu Yuyu

 

1901-ci ildə təqdim edilməyə başlanandan bu günə qədər Nobel mükafatı 49 dəfə qadınlara və 825 dəfə kişilərə verilib. Bir əsrdən çox Nobel mükafatları siyahısına baxanda bir cəhət çoxlarının nəzərindən qaçmır; bu da laureatların gender əsasında qeyri-bərabər təmsil olunmasıdır.

 

2015-ci il ədəbiyyat sahəsində Nobel mükafatı laureatı, Belorus yazıçısı Svetlana Alekseyeviç

2015-ci il ədəbiyyat sahəsində Nobel mükafatı laureatı, Belorus yazıçısı Svetlana Alekseyeviç

Nobel mükafatları laureatları arasında gender bərabərsiziliyi elmi-tədqiqat sahəsində gender problemlərinin mövcudluğunu müəyyən dərəcədə əks etdirir. Laureatlar arasında bir qadının da olmadığı 2012-ci ildə müşahidəçilər Nobel mükafatını “kişilərin eksklüziv klubu”nun rəmzi kimi dəyərləndirmişdi.

Fortune jurnalının bu yaxınlarda açıqladığı infoqrafik sxemlərdə Nobel mükafatı kateqoriyalarının da bərabər təmsil olunmadığı göstərilir. Məsələn, indiyə qədər qadınlar ən çox ədəbiyyat və sülh kateqoriylarında Nobel mükafatına layiq görülüb. Altı kateqoriya arasında qadınlar ən çox (12,5%) ədəbiyyat sahəsində təmsil olunub. Bunun ardınca Nobel Sülh mükafatı alan qadınlar (12,4 %) gəlir.

Fizika sahəsində mükafat alan qadınların sayı yalnız 1% təşkil edir.

Alfred Nobelin təsis etdiyi altı kateqoriyaya daxil olmayan və 1969-cu ildən təqdim edilməyə başlayan İqtisadiyyat üzrə Nobel mükafatı da yalnız bir dəfə qadına verilib. Bu, 2009-cu ildə daha bir amerikalı iqtisadçı ilə “iqtisadi idarəetmə sahəsində analizə görə” mükafata layiq görülən amerikalı siyasi-iqtisadçı Elenor Ostromdur.

 

Mariya Sklodovskaya Küri, fizikia və kimya sahələrində Nobel mükafatı laureatı

Mariya Sklodovskaya Küri, fizikia və kimya sahələrində Nobel mükafatı laureatı

 

Mükafatların təqdim edilməyə başladığı ilk illər o yalnız dörd dəfə qadınlara verilib. Bu mükafatların ikisi istedadçı kimyaçı Mariya Sklodovskaya Kürinin payına düşüb. O, 1903-cü ildə Nobel mükafatı alan ilk qadın olmaqla yanaşı, həm də bu prestjili mükafatı iki dəfə (1911-ci ildə kimya sahəsində) iki müxtəlif sahədə alan yeganə qadındır.

Sonrakı illər vəziyyət bir qədər düzəlsə də, yalnız 2000-ci ildən sonra qadınlar müxtəlif kateqoriyalarda daha çox Nobel mükafatına layiq görülməyə başlayıb. 2000-ci illə 2015-ci il arasında qadınlar 19 dəfə mükafat alıb.

2014-cü il Nobel Sülh mükafatı laureatı, pakistanlı Malala Yusifzai

2014-cü il Nobel Sülh mükafatı laureatı, pakistanlı Malala Yusifzai

Qadın Nobel mükafatı laureatlarının təmsil olunduğu ölkələrə gəldikdə, Birləşmiş Ştatlarda yüksək mükafata layiq görülənlərin 4,2 fazini qadınlar təşkil edir. Britaniyalı Nobel mükafatı laureatlarının 4 faizi qadındır.

Polşanın 8 Nobel mükafatı laureatının üçü, Norveçin isə 11 laureatının ikisi qadındır.

2014-cü ildə Nobel Sülh mükafatına layiq görülən pakistanlı təhsil hüquqları müdafiəçisi Malala Yusifzai ən gənc Nobel mükafatı laureatıdır.

Son on ildə qadın Nobel mükafatı laureatlarının sayının artması bu tendensiyanın gələcəkdə də davam edəcəyi və qadınların elmi fəaliyyətinin ən yüksək səviyyədə qiymətləndiriləcəyi ilə bağlı ümidləri gücləndirir.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

“Qadın dünyası” bloqu

Dilşad Əliyarlının “Qadın dünyası” bloqu qadınlara həsr edilib. Burada qadın və qızlara bərabər imkanların verilməsi, müasir qadının ailə həyatı və karyera arasında balans yaratmaq səyləri, moda, gözəllik və qadınları maraqlandıran başqa məsələlər haqda yazılar təqdim edilir.

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 16 ildir Amerikanın Səsində çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı Amerikadan Azərbaycan dilində yayımlanan ilk televiziya proqramları olan "Newsflash" xəbər bülleteni və "Amerika icmalı" tele-jurnalının ilk aparıcısıdır.

Calendar

October 2015
M T W T F S S
« Sep   Nov »
 1234
567891011
12131415161718
19202122232425
262728293031