İvanka və Melania Tramp Amerikanın populyar jurnallarının səhifələrində

Posted January 8th, 2016 at 6:25 pm (UTC+0)
Leave a comment

Dilşad Əliyarlı

 

İvanka Tramp

İvanka Tramp

ABŞ-da 2016-cı il prezident seçki yarışının intensivləşdiyi zaman respublikaçı namizəd Donald Trampın qızı İvanka Tramp və xanımı Melania Amerikanın populyar jurnallarına müsahibələrdə şəxsi həyat, biznes və siyasətlə bağlı sualları cavablandırıblar.

İndəyə qədər seçki və siyasətdən özünü kənarda saxlamağa çalışsa da, bu yaxınlarda üç uşaq anası olacaq İvanka Tramp “Town and Country” jurnalının üz səhifəsində müasir dövrün super qadını kimi göstərilir.

İvanka Tramp

İvanka Tramp

34 yaşlı İvanka Tramp Organization holdinqinin inkişaf məsələləri üzrə icraçı vitse-prezidentidir, eyni zamanda, İvanka Tramp geyim və aksessuarlar brendinin sahibidir. Uşaqlıqdan dəbbədə ilə əhatə olunmasına baxmayaraq, İvanka Tramp universitetdə təhsil aldığı illərdən işləyib pul qazanmağa başlayıb. İlk işi model olsa da, İvanka təkcə kamera qarşısında dayanmaq deyil, daha ciddi biznes layihələri üzərində işləmək istəyib və işgüzarlığı ilə daşınmaz əmlak maqnatı olan atası Donald Trampın diqqətini cəlb edib. İvanda hazırda atasının “sağ əli” hesab edilir.

İvanka Tramp ailəsi ilə

İvanka Tramp ailəsi ilə

Professional qadın kimi məşğulluqla yanaşı, İvanka Tramp müasir işgüzar qadının nörmal ailə həyatına sahib ola bildiyini də nümayiş etdirir. Bir qızı və bir oğulları olan İvanka Tramp və onun həyat yoldaşı, biznesmen Jared Kuşner üçüncü övladlarının dünyaya gəlməsini gözləyirlər.

 

Melania Tramp

Melania Tramp

 

İvanka kimi Donald Trampın xanımı Melania da uzun müddət kölgədə qaldıqdan sonra Harper’s Bazaar jurnalına müsahibədə həyat yoldaşının prezidentlik kampaniyası və müvəffəq ailə həyatından danışıb. Melania ilk dəfə ictimaiyyət qarşısına Donald Trampla birlikdə veteran tele aparıcı Barbara Uoltersin proqramında çıxsa da, diqqət onda deyil, daha çox həyat yoldaşının üzərində idi. Bunun səbəbini o, Harper’s Bazaar jurnalına müsahibə izah edib: “Mən ictimaiyyət qarşısında siyasətə üstünlük vermirəm, çünki bu mənim həyat yoldaşımın işidir. Mən şəxsi həyatda siyasətçiyəm, və mənimlə həyat yoldaşım arasında hər şeyi bilirəm.”

Melania və Donald Tramp və onların oğlu Barron

Melania və Donald Tramp və onların oğlu Barron

Əslən Sloveniyadan olan Melania üçün həyat yoldaşının siyasi kampaniyası zamanı müsəlmanların ölkəyə girişinə qadağa qoyulması haqda dedikləri təzadlı görünə bilər. O özü Sloveniyadan ABŞ-a 1996-cı ildə gəlib və Donald Trampla 2006-cı ildə evlilikdən bir il sonra Amerika vətəndaşı olub.

Trampların Nyu-Yorkda toyunda Amerikanın məşhur musiçiqiləri, şou-biznes ustaları, idmançılar və siyasətçilər, o cümlədən ABŞ-ın keçmiş prezidenti Bill Klinton və onun xanımı, hazırda Demokrat partiyasının prezident seçkilərində favoriti Hillari Klinton da iştirak ediblər.

Melania Tramp

Melania Tramp

45 yaşlı Melania Donald Trampın üçüncü həyat yoldaşıdır. Onların Barron adlı doqquz yaşlı oğlu var. Melania həyat yoldaşının siyasi kampaniyası ətrafında gedən debatlara münasibətini bildirib. Qədim üslubda qızıl çərçivəyə salınmış güzgülər, divarlar və tavanın qızılla işləndiyi və ekzotik heyvan fiqurların yerləşdirildiyi Versal kral sarayına bənzər Tramp iqamətgahında müsahibə verən Melaniya Trampların dəbdəbəli həyatını da nümayiş etdirib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

“Qadın dünyası” bloqu

Dilşad Əliyarlının “Qadın dünyası” bloqu qadınlara həsr edilib. Burada qadın və qızlara bərabər imkanların verilməsi, müasir qadının ailə həyatı və karyera arasında balans yaratmaq səyləri, moda, gözəllik və qadınları maraqlandıran başqa məsələlər haqda yazılar təqdim edilir.

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 16 ildir Amerikanın Səsində çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı Amerikadan Azərbaycan dilində yayımlanan ilk televiziya proqramları olan "Newsflash" xəbər bülleteni və "Amerika icmalı" tele-jurnalının ilk aparıcısıdır.

Calendar

January 2016
M T W T F S S
« Dec   Mar »
 123
45678910
11121314151617
18192021222324
25262728293031