Beynəlxalq Qadınlar Günündə qadınların töhfələri tərənnüm edilir, problemlərə diqqət yetirilir

Posted March 8th, 2016 at 6:50 pm (UTC+0)
Leave a comment

Dilşad Əliyarlı

UN-Women

Dünya ölkələrində 8 mart Beynəlxalq Qadınlar Günü qeyd edildiyi zaman açıqlanmış hesabatlar qadınların siyasi, iqtisadi və sosial həyatına dəyişikliklər gətirilməsi səyləri qarşısında hələ də maneələrin olduğunu göstərir.

Beynəlxalq qadın hərəkatının 100 ildən artıq tarixinə baxmayaraq, dünyanın bir sıra ölkələrində qadınlara qarşı gender zəminində ayrı-seçkilik davam edir.
BMT-nin Qadın agenliyi (Gender Bərabəriyi və Qadınlara Bərabər İmkanların verilməsi üzrə qurum) gender bərabəriyini 2016-cı il Beynəlxalq Qadınlar gününün şüarına çevirilib. Agentlik 2030-ilə qədər gender bərabərilyinə nail olmağa və bu istiqamətində səyləri gücləndirməyə çağırır.

BMT gender bərabərliyi məsələsinə insan hüquqlarının tərkib hissəsi kimi baxır.

Dünya İqtisadi Forumunun açıqladığı Qlobal Gender Bərabərliyi indeksinə dair illik hesabatında 2015-ci ildə dünyanın 145 ölkəsində qadınlar və kişilər arasında dörd sahədə bərabərliyin təmin edilib-edilmədiyi müəyyənləşdirilib. Buraya iqtisadi imkanlar, təhsil, siyasi hüquq və imkanlar və səhiyyət sahələrində göstəricilər daxildir.

Dünyanın gender bərabərliyi göstəricisinə görə ən yaxşı 10 ölkəsi arasında birinci beş yeri İslandiya, Norveç, Finlandiya,İsveç və İrlandiya tutur. Birləşmiş Ştatlar bu siyahıda birinci 10 ölkə arasında deyil, 28-ci yeri tutur.

Azərbaycan gender bərabərliyi indeksinə görə 145 ölkə arasında 96-cı yerdədir.

Hesabata əsasən, son 10 ildə gender bərabərliyinin təmin olunması sahəsində irəliləyiş olsa da, qeyri-bərabərlik hələ də mövcuddur. Hesabatda göstərildiyi kimi 10 ildə genderlər arasında fərq 4 faiz azalıb.

2006-cı ildən başlayaraq hazırlanan hesabatda deyilir ki, bu templə dünya üzrə gender bərabərliyinə nail olmaq təxminən 100 il müddətində mümkün ola bilər.

Eyni zamanda, Parlamentlərarası İttifaqın “Qadınlar parlamentdə 2015-ci il: İllik baxış” adlı hesabatında dünya ölkələrində qadınların çox az siyasi gücə malik olduğu deyilir. Hesabatda deyilir ki, artıq ikinci ildir qadınların dünya ölkələrinin qanunvericilik orqanlarında təmsil olunması istiqamətində çox az inkişaf müşahidə edilir. Bununla belə hesabatda bildirilir ki, qadın parlamentarilərin sayı çox artmasa da, dünya ölkələrinin parlamentlərinin sədləri arasında qadınların sayının artması müsbət hal olaraq qəbul edilir.

Michelle-Obama-Let-Girls-Learn

Birləşmiş Ştatlarda 2012-ci il Konqres seçkilərində Amerika tarixində Nümayəndələr Palatasına ən çox qadın seçildi. Nümayəndələr Palatasında 434 yerdən 84-nü, Senatında isə 100 yerdən 20-ni qadınlar tutur. Azərbaycan parlamenti 21 qadın qanunverici ilə təmsil olunub. Bu, 124 yerlik parlamentin 16.9 faizini təşkil edir.

Dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkəsi olan Amerika Birləşmiş Ştatları qadınların hökumətdə təmsil olunması indekslərinə görə öncül ölkələr arasında deyil. Bu il ABŞ-da prezident seçki kampaniyasında Demokrat partiyasından namizəd Hillari Klintonun öncül olmasına baxmayaraq, Amerikada qadınların 26.1 faizi hökumət vəzifələrində təmsil olunub.

Pew Araşdırma Mərkəzinin son hesabatında deyilir ki, dünya ölkələrində qadın liderlərin sayının son illər artdığı müşahidə edilsə də, qadının hakimiyyətdə təmsil olması hələ də dünyanın bir sıra yerlərində adi hal deyil.

Women's-Day

Beynəlxalq Qadınlar günü qadınların cəmiyyətə verdiyi töhfələr xüsusi qeyd edilir. Prezident Obama qadınlar günü münasibətilə verdiyi bəyanatda deyib: “Qadınlar və qızlar insanların fəliyyət göstərdiyi bütün sahələrə, biznes, təhsil, idman, incəsənət, elm, kənd təsərrüfatı, uşaqların tərbiyəsi və hökumət idarələrində hər gün öz töhfələrini verirlər. Bu töhfələr olmadan cəmiiyyət çökər, ailələr dağılar.”

Prezident Obama deyib ki, dünyanın hər yerində qadın və qızların öz tam potensialına çata biləcəyi bir gələcək daha parlaq, daha dinc və daha çiçəklənən bir gələcək olacaq.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

“Qadın dünyası” bloqu

Dilşad Əliyarlının “Qadın dünyası” bloqu qadınlara həsr edilib. Burada qadın və qızlara bərabər imkanların verilməsi, müasir qadının ailə həyatı və karyera arasında balans yaratmaq səyləri, moda, gözəllik və qadınları maraqlandıran başqa məsələlər haqda yazılar təqdim edilir.

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 16 ildir Amerikanın Səsində çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı Amerikadan Azərbaycan dilində yayımlanan ilk televiziya proqramları olan "Newsflash" xəbər bülleteni və "Amerika icmalı" tele-jurnalının ilk aparıcısıdır.

Calendar

March 2016
M T W T F S S
« Jan   Apr »
 123456
78910111213
14151617181920
21222324252627
28293031