Bill Geyts qabları niyə özü yumağı xoşlayır?

Posted October 24th, 2016 at 3:47 pm (UTC+0)
Leave a comment

Dilşad Əliyarlı

 

bill_gates

Microsoft şirkətinin təsisçisi Bill Geyts dünyanın ən zəgin adamı olsa da hər gün axşam evdə şam yeməyindən sonra qabları özü yumağı sevir.

CNBC şirkətinin müxbiri Markeruit Vardın yazdığına görə, Bill Geyts bunu özü 2014-cü ildə Reddit internet saytında sualları cabalandırarkən deyib.

“Mən hər axşam qabları özüm yuyuram, başqaları da həvəs göstərir, amma mən bunu özüm istədiyim kimi etməyi xoşlayıram”-deyə Geyts cavab verib.

Bill və Melinda Geyts Fondunun təsisçisi kimi dünya böyu xeyriyyə layihələrinə rəhbərlik edən Geytsin məşğulluğuna görə buna vaxt ayıra bilməsi çoxlarına inanılmaz görünə bilər. Amma o həqiqətən də buna nəinki vaxt tapa bilir, həm də bunu xeyirli bir iş olaraq görür.

Mən hər axşam qabları özüm yuyuram, başqaları da həvəs göstərir, amma mən bunu özüm istədiyim kimi etməyi xoşlayıram.

Kimsə bunu dünyanın ən zəngin adamının qəribə bir istəyi kimi izah edə bilər. Amma əslində Geytsin bu həvəsinin faydalı tərəfləri elm də öz təsdiqini tapır.

Alimlərin apardığı tədqiqatların nəticələri göstərir ki, qab yumaq stress səviyyəsinin azaldılması və hətta yaradıcılıq qabiliyyətlərinin artmasına kömək edə bilər.

İlk baxışda bəziləri bununla razılaşmaya bilər, çünki əslində əksər insanlar qab yumağı bir mükəlləfiyyət olaraq görür. Amma burada əsas məsələ işə münasibətdən gedir.

Sahibkarlıq, kiçik biznes və maliyyə xəbərlərini işıqlandıran jurnalist Vard məqaləsində Amerikanın iki universitetində keçirilmiş təcrübələri qeyd edib.

WASHINGTON - OCTOBER 15: Microsoft Corporation Chairman Bill Gates (L) and his wife Melinda attend a ceremony presenting them with the 2010 J. William Fulbright Prize for International Understanding at the Library of Congress October 15, 2010 in Washington, DC. The Fulbright Prize recognized the Gates' philanthropic work through the Bill and Melinda Gates Foundation and their work and charitable contributions in improving the health and education opportunities of people around the globe. (Photo by Win McNamee/Getty Images)

Florida Universitetində aparılan tədqiqatın nəticələrinə görə, qabları yuyan zaman nəfəs almaq, əşyalara toxunmaq, iyləri hiss etmək və görülən vəzifəni şüurlu şəkildə yerinə yetirərkən tələbələrdə stress səviyyəsinin azalması, diqqətin isə artması müşahidə edilib.

Təcrübədə 51 nəfər tələbədən ibarət qrup iştirak edib. Alimlər belə bir qənaətə gəlib ki, bu kimi başqa məşğuliyyətlər zamanı da stressin səviyyəsinin azalması və ümumi fiziki durumun yaxşılaşmasına nail olmaq olar.

Suyun temperaturu və yaxud da sabunun ətrinə diqqət yetirib hiss etmək beyni stimullaşdırır.

Alimlərin apardığı tədqiqatların nəticələri göstərir ki, qab yumaq stress səviyyəsinin azaldılması və hətta yaradıcılıq qabiliyyətlərinin artmasına kömək edə bilər.

Tədqiqatın müəllifi olan Florida Universitetinin doktorantı Adam Hanli deyib ki, o, təcrübə zamanı “xüsusilə də bu adi gündəlik işlərdən zehni inkişaf və beləliklə də ümumi sağlamlığın yaxşılaşdırılması üçün necə istifadə edilə bilməsi” məsələsinə diqqət verib.

Buna oxşar təcrübə Kaliforniya universitetində də aparılıb.Təcrübənin nəticələri göstərib ki, mürəkkəb tapşırıqlardan fərqli olaraq bəsit tapşırıqlar yerinə yetirilərkən bu, problemlərin həllinə daha yaradıcı yanaşma tərzinin formalaşmasına kömək edir.

Alimlər hələlik ilham mənbəyinin potensialının elmi şəkildə tədqiq edilmədiyini bildirir. Lakin adətən ən yaxşı fikirlərin iş masası arxasında deyil, əslində duş qəbul edəndə, ya da idman edəndə yarandığı deyilir.

Bill Geytsin hər axşam qab yumaq vəzifəsini öz üzərinə götürməsini də yəqin ki bununla izah etmək olar. Əsas bu işə beynin dincəlib yeni gözəl fikirlər gətirə biləcəyi bir məşğuliyyət kimi baxmaqdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

“Qadın dünyası” bloqu

Dilşad Əliyarlının “Qadın dünyası” bloqu qadınlara həsr edilib. Burada qadın və qızlara bərabər imkanların verilməsi, müasir qadının ailə həyatı və karyera arasında balans yaratmaq səyləri, moda, gözəllik və qadınları maraqlandıran başqa məsələlər haqda yazılar təqdim edilir.

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 16 ildir Amerikanın Səsində çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı Amerikadan Azərbaycan dilində yayımlanan ilk televiziya proqramları olan "Newsflash" xəbər bülleteni və "Amerika icmalı" tele-jurnalının ilk aparıcısıdır.

Calendar

October 2016
M T W T F S S
« Aug   Nov »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31