Dilşad Əliyarlı

ABŞ-ın birinci xanımı Mişel Obama prezident seçilmiş Donald Trampın xanımı Melaniya Trampı Ağ Evdə qəbul edir

Birləşmiş Ştatlarda uzun sürən seçki kampaniyasının başa çatmasından sonra hakimiyyətin dinc keçidi dövrü başlayıb. Bu mərhələdə Ağ Evin ənənələrindən birinə uyğun olaraq Amerikanın birinci xanımı Mişel Obama gələcək birinci xanım Melaniya Trampı Ağ Evdə qəbul edib. Prezident Obama Amerika tarixində ən neqativ seçki kampaniyasından sonra Oval ofisdə yeni seçilmiş prezident Donald Trampla ilk dəfə görüşdüyü kimi, bu, xanımlar arasında da ilk tanışlıq olub. Mişel Obama Melaniya Trampı yanvar ayında inaqurasiyadan sonra birinci ailənin köçəcəyi Ağ Evin prezidentlər və onların ailələri üçün ayrılmış hissəsi ilə tanış edib. Mediada iki xanımın Ağ Evin Sarı zalında qarşı-qarşıya söhbət etdiyi zaman çəkilmiş fotosu açıqlanıb. Donald Tramp Twitter səhifəsində xanımı Melaniyanın birinci ledi Mişel Obamadan “çox xoşu gəldiyini” yazıb.

(more…)