Nərgiz Əliyarova: Azərbaycan musiqisinin təbliğinə ən ümdə məsələ kimi baxıram

Posted February 20th, 2017 at 6:58 pm (UTC+0)
Leave a comment

Dilşad Əliyarlı

Tanınmış pianoçu, Bakı Musiqi Akademiyasının professoru Nərgiz Əliyarova Nyu York şəhərində solo konsert proqramı ilə çıxış edib. Amerika səfəri çərçivəsində pianoçu ABŞ universitetlərində mühazirələr oxuyub və konsertlər verib. Nərgiz Əliyarova Vaşinqtonda Amerikanın Səsinin də qonağı olub və ABŞ-a səfəri, Azərbaycan musiqisinin dünya miqyasında tanıdılması, pedaqoji və ifaçılıq fəaliyyətindən danışıb. Müsahibəni bu linkdə izləyə bilərsiniz.

Nərgiz Əliyarova

Nərgiz Əliyarova

ABŞ-a səfəri çərçivəsində Nərgiz Əliyarova Virciniya ştatında Corc Meyson universiteti və Vaşinqtonda Amerika universitetində Azərbaycan musiqisi haqda mühazirələr oxuyub, Azərbaycanın klasssik və müasir musiqi əsərlərindən ibarət proqramla çıxış edib.

Amerika universitetində də konsertim oldu. Çox böyük marağa səbəb oldu. Hətta mənə tələbələr yox, professorlar da yaxınlaşıb musiqinin notlarını xahiş etdilər.

“Mən bir azərbaycanlı pianoçu kimi, Azərbaycanı sevən bir adam kimi qürur duyuram ki, böyük bir auditoriya olmasa da, universitet auditoriyası olsa da hansısa bir bilgi verə bilmişəm, Azərbaycan musiqisini təbliğ etmək mənə müyəssər olub.”

Pianoçu Amerika auditoriyasında Azərbaycan musiqisinə böyük maraq göstərildiyini qeyd edib.

Buna özümün ümdə məsələm kimi baxıram ki, mən azərbaycanlı pianoçu kimi bu musiqini təbliğ etməliyəm.

“Amerika universitetində də konsertim oldu. Çox böyük marağa səbəb oldu. Hətta mənə tələbələr yox, professorlar da yaxınlaşıb musiqinin notlarını xahiş etdilər. Bu, çox böyük bir göstəricidir. Onlar demək istəyirdilər ki, biz musiqiyə təkcə bir qulaq asmırıq, biz onu özümüz də onu ifa etmək istəyirik. Onlar notları məndən götürüb surətini çıxardılar. İnanıram ki, məndən sonra da tələbələr və professorlar o musiqini ifa edəcəklər.”

Nərgiz Əliyarova

Nərgiz Əliyarova

Pianoçu Azərbaycan musiqinin dünya miqyasında tanıdılması işinə prioritet kimi baxdığını vurğulayıb.

“Bir bir azərbaycanlı kimi buna özümün ümdə məsələm kimi baxıram ki, mən azərbaycanlı pianoçu kimi bu musiqini təbliğ etməliyəm. Bu sahədə hələ çox işlər görülməlidir. Azərbaycan musiqisi dünyada kifayət qədər təbliğ olunmayıb. Ümid edirəm ki, bundan sonra daha da çox işləyəcəyik bunun üzərində.”

Pianoçunun 2016-cı ildə işıq üzü görən “Nərgiz Əliyarova Azərbaycan musiqisini ifa edir” (“Nargiz Aliyarova plays Azerbaijani music”) adlı diskində Azərbaycan bəstəkarlarının əsərləri təqdim edilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

“Qadın dünyası” bloqu

Dilşad Əliyarlının “Qadın dünyası” bloqu qadınlara həsr edilib. Burada qadın və qızlara bərabər imkanların verilməsi, müasir qadının ailə həyatı və karyera arasında balans yaratmaq səyləri, moda, gözəllik və qadınları maraqlandıran başqa məsələlər haqda yazılar təqdim edilir.

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 16 ildir Amerikanın Səsində çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı Amerikadan Azərbaycan dilində yayımlanan ilk televiziya proqramları olan "Newsflash" xəbər bülleteni və "Amerika icmalı" tele-jurnalının ilk aparıcısıdır.

Calendar

February 2017
M T W T F S S
« Jan    
 12345
6789101112
13141516171819
20212223242526
2728