Nigar Köçərli: Arzum budur ki, Azərbaycanın hər şəhərində, kəndində bir kitab mağazası olsun

Dilşad Əliyarlı Əli və Nino kitab evinin 15 illiyi tamam oldu. Bu illər ərzində Əli və Nino şəbəkəsi oxucuların sevimli məkanı olmaqla yanaşı, kitab mədəniyyətində yeni bir səhifə açaraq, müasir Bakının simvollarından birinə çevrildi. Əli və Nino kitab evinin sahibi Nigar Köçərli qurduğu biznes modeli, pandemiya dövründə çətinliklər və gələcək planlar haqda danışır. Dilşad Əliyarlı: […]

“Susma” saytı zorakılıq qurbanlarının hekayələrini çəkinmədən paylaşması üçün yaradılıb

Dilşad Əliyarlı Türkiyədə yaşayan sosial media fəalı və yazar Cavid Ağa bu günlərdə zorakılıq qurbanlarına yardım məqsədilə “Susma” saytını təqdim edib. Cavid Ağa Amerikanın Səsinə müsahibəsində saytın yaradılmasının məqsədləri, qadınlara qarşı zorakılıqla bağlı maarifləndirmə və cəmiyyətdə bu hallara münasibətdən danışıb. Cavid Ağa “Susma” saytının zorakılığa məruz qalmış qadınların öz hekayələrini paylaşa bilməsi üçün yaradıldığını bildirib. “Mən sadəcə […]

Azərbaycanlı professorun tələbəsi Çaykovski müsabiqəsinin qalibi oldu

    Moskvada keçirilən Çaykovski adına 16-cı Beynəlxalq Musiqi Müsabiqəsində Paris konservatoriyasının professoru Rəna Mustafabəyli Şereşevskayanın tələbəsi Aleksandr Kantorov birinci mükafata layiq görülüb. İkinci mükafat rusiyalı pianoçu Dmitri Şişkin və yaponiyalı pianoçu Mao Fudzitaya verilib. Amerikalı Kennet Broberq və Rusiyadan iki pianoçu-Konstantin Yemelyanov və Aleksey Melnikov müsabiqədə üçüncü, çinli pianoçu An Tyansu isə dördüncü mükafata layiq görülüblər. […]

Gülnara Mehdiyeva: Təcavüzçü deyil qurbanın günahlandırılması cəmiyyətimizin faciəsidir

Sosial mediada bir neçə gənc qızın zorakılığa məruz qalması ilə bağlı geniş müzakirələr bu həftə gündəmdə əsas yer aldı. Metroda geyim tərzinə görə qızın təhqir edilməsi, Lerik rayonunda 14 yaşlı qızın zorlanması və 16 yaşlı nişanlı qızın intihar etməsi haqda xəbərlər ictimai müzakirələrə və müxtəlif reaksiyalara səbəb oldu. Qadın hüquqları fəalı, gənc feminist yazar Gülnara […]

Arzu Hüseynova: Azərbaycan milli geyimləri əsas ilham mənbəyimdir

Dilşad Əliyarlı     Kaliforniyanın Los Anceles şəhərində yaşayan azərbaycanlı dizayner Arzu Hüseynovanın bu yaxınlarda “Bir arzu bir gerçəklikdir” adlı layihəsinin təqdimatı olub. Bu layihə qüsurları olan qızlara bir gün model olmaq imkanı verilir. Arzu Hüseynova Amerikanın Səsinə müsahibəsində yeni layihəsindən və dizayner kimi fəaliyyətindən danışıb. Dilşad Əliyarlı: Dizayner olmaq arzusu nə vaxt yaranıb və […]

Sevil Süleymani: Ana dili güneyli qadınların əsas məsələsidir

Dilşad Əliyarlı Kaliforniya ştatının San Diyeqo universitetində qadın hüquqları mövzusunda magistr dərəcəsi almış Sevil Süleymani İran Azərbaycanında qadın və qızların təhsil imkanları və feminizm məsələlərini tədqiq edir. Sevil Süleymani Amerikanın Səsinin “Amerika icmalı” proqramında müsahibədə İran Azərbaycanında qadın və qızların problemlərindən danışıb. Güneyli fəal İranda dini qanunların mövcud olduğu şəraitdə bütün etnik qruplara mənsub qadınların […]

Fəridə Buyuranla Amerikadan Azərbaycana kulinariya səyahəti

Dilşad Əliyarlı Birləşmiş Ştatlar Konqresinin kitabxanasında ABŞ-da Azərbaycan mətbəxi haqda ilk kitabın müəllifi olan Fəridə Buyuranın “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” adlı kitabının təqdimatı keçirilib. Dünyanın ən mötəbər kitabxanalarından biri olan Konqres kitabxanasının Yaxın Şərq bölməsində keçirilən tədbirdə Fəridə Buyuran Azərbaycanın mətbəx mədəniyyəti tarixi və ənənələri haqda danışıb və kitabın nüsxələrini imzalayıb. Toplaşanlara Azərbaycan […]

Nərgiz Əliyarova: Azərbaycan musiqisinin təbliğinə ən ümdə məsələ kimi baxıram

Dilşad Əliyarlı Tanınmış pianoçu, Bakı Musiqi Akademiyasının professoru Nərgiz Əliyarova Nyu York şəhərində solo konsert proqramı ilə çıxış edib. Amerika səfəri çərçivəsində pianoçu ABŞ universitetlərində mühazirələr oxuyub və konsertlər verib. Nərgiz Əliyarova Vaşinqtonda Amerikanın Səsinin də qonağı olub və ABŞ-a səfəri, Azərbaycan musiqisinin dünya miqyasında tanıdılması, pedaqoji və ifaçılıq fəaliyyətindən danışıb. Müsahibəni bu linkdə izləyə […]