Könül Məmmədova: Sosial məsafə və maskalar ən effektiv qorunma vasitələridir

Dilşad Əliyarlı Dünya boyu mütəxəssislər koronavirusa qarşı peyvəndin hazırlanması üzərində işi davam etdirdiyi vaxt tibb mütəxəssisləri virusun səbəb olduğu COVİD-19-a yoluxmuş xəstələrin müalicəsində onlarla müxtəlif preparatdan istifadə edir. ABŞ-ın Konnektikut ştatında Qriniç xəstəxanasında çalışan tibb işçisi Könül Məmmədova Amerikanın Səsinə müsahibəsində tətbiq edilən son müalicə üsulları və yoluxmaların qarşısını almaq üçün effektiv qorunma metodlarından danışıb. ABŞ-ın […]

Simin Səbri: Koronavirus və iqtisadi təzyiqlər İran Azərbaycanında insanların durumunu çox ağırlaşdırıb

Dilşad Əliyarlı   İran fevral ayında Çindən sonra koronavirus epidemiyasının ən çox yayıldığı və ən böyük təsirinə məruz qalan ölkələrdən biri idi. Aylardır epidemiyaya qarşı mübarizə aparılmasına baxmayaraq, İranda koronavirusa son həftələrdə yoluxma hallarında yenidən artım müşahidə edilir. Bir sıra bölgələrdə, o cümlədən İran Azərbaycanında karantin məhdudiyyətlərinin yenidən bərpa olunduğu haqda məlumatlar verilir. Milli fəal, […]

Aida Tsixiseli: Məhdudiyyətlərin yüngülləşdirilməsi o demək deyil ki, xəstəlik yoxdur

Dilşad Əliyarlı  Amerika Birləşmiş Ştatlarında koronavirus epidemiyasının episentri olmuş Nyu Yorkda keçən həftədən etibarən karantin məhdudiyyətlərinin tədricən aradan qaldırılmasına başlanılıb. Bu həftənin bazar ertəsi günündən Nyu Yorkda iqtisadi fəaliyyətlərin bərpası ikinci fazaya daxil olub. Çoxları Nyu Yorkun normallaşma yolunda olduğunu bildirir. Lakin bir sıra ekspertlər həyatın normal məcraya düşməsi üçün hələ uzun müddət tələb olunduğunu […]

Ana südü ilə qidalanma körpənin sağlam gələcəyində ilk və ən mühüm mərhələdir

  Dilşad Əliyarlı   Avqustun 1-dən 7-nə qədər beynəlxalq Ana südü ilə qidalanma həftəsidir. Ümumdünya Səhiyyə Təşkilatının BMT-nin Uşaq agentliyi UNICEF-lə birlikdə keçirdiyi beynəlxalq kampaniyada dünya ölkələrində ana südü ilə qidalanmanın uşaqların sağlam həyatında rolu və əhəmiyyətinə xüsusi diqqət çəkilir. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, dünyanın 194 ölkəsindən yarıdan az hissəsi-40 faizində altı aydan kiçik […]

Zeyno Baran: Qızıma daha yaxşı ana olmaq üçün bu seçimi etdim

Dilşad Əliyarlı Vaşinqtonda Avrasiya üzrə tanınmış ekspertlərdən biri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzanın həyat yoldaşı Zeyno Baran bu yaxınlarda özünü tamamilə fərqli sahədə sınamaq istədiyini elan etməsilə çoxlarını təəccübləndirdi. Zeyno Baran Stanford universitetində Siyasi Elmlər üzrə bakalavr və beynəlxalq iqtisadi inkişaf üzrə magistr dərəcəsi alandan sonra ABŞ paytaxtında Nikson Mərkəzi, Hadson institutu, Beynəlxalq və […]